Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə115/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   111   112   113   114   115   116   117   118   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
139
də yaxınlıq arzusuna düşürlər. Bəzən müəyyən bir vaxtda 
ər-arvaddan birinin intim əlaqə arzusu, istəyi olmur (xəstə-
lik, yorğunluq, yuxu və s.), o birində olur. Bu zaman müqa-
bil tərəfə (arvada, ərə) qarşı mədəniyyətsizlik, kobudluq, 
eqoizm, cinsi əlaqəyə (xüsusilə qadınlarda) uzunmüddətli 
ikrah hissi, soyuqluq əmələ gələ bilər. 
Tədqiqatçıların fikrincə, çox vaxt, hətta bir-birini 
həqiqətən möhkəm sevən ər-arvadlar da cinsi əlaqə məsələ-
sində ümumi “dil” tapa bilmirlər. Qadının hisslərinə kişinin 
diqqətsizliyi, qadının öz arzu və istəklərini deməyə utanma-
sı nəticəsində də konfliktlər yaranır. 
Hər bir şəxsin xarici görünüşü müxtəlif olduğu kimi, 
onun şəxsiyyəti, xasiyyəti və bir çox başqa xüsusiyyətləri 
də müxtəlifdir. Ona görə də konfliktlər kimi, onları əmələ 
gətirən səbəblər də müxtəlifdir. 
Nikahda həmahəng cinsi əlaqə münasibətinin təşkil 
edilməsi, şübhəsiz ki, ər-arvadın hər ikisinin sağlamlığına, 
əhvali-ruhiyyəsinə müsbət təsir göstərməklə irsi olaraq qa-
zanılmış yüksək qıcıqlanmanı azaldır və ailədə mənəvi at-
mosferi yaxşılaşdırır (53 : 28).
İctimai və ailə həyatında baş vermiş bütün bu yenilik-
lərin müsbət cəhətləri ilə yanaşı, neqativ nəticələri də olur. 
Müntəzəm və intensiv cinsi əlaqə, onun həyata keçiril-
məsində təkcə fiziki imkanlara deyil, eyni zamanda intim 
əlaqənin estetik cəhətlərinə də xüsusi tələblər irəli sürür: 
Cinsi əlaqə təkcə kişilərdə deyil, tərəflərin hər ikisində bu 
əlaqədən razı qalmaq hissləri yaratmalıdır. Cinsi münasi-
bətlərin ritmi bir-birinə yenidən qovuşmaq arzusunu kütləş-
dirməməli, tərəflər (xüsusilə ər) cinsi əlaqədən sonra bir-bi-
rilərinə qarşı diqqətli olmalı, tam sevgi və məhəbbət hissləri 
göstərməlidirlər (53: 29).



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin