Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
136
hərtərəfli ailə qurmaq hamıya müəssər olmur. Yalnız özünü
sevən, qeyri-səmimi, yalançı, şıltaq, tənbəl şəxslər heç bir
vaxt bu işin öhdəsindən gələ bilmirlər, amma xoşbəxtlik-
dən belələri o qədər də çox deyil. Azərbaycandakı insanla-
rın əksəriyyəti ailəcanlıdır və burada normal ailə qurmağı
ürəkdən istəyənlər, lakin bunu necə etməyi bacarmayanlar
vardır. Bu səbəbdən də, cəmiyyət üçün ailə münasibətləri-
nin çox böyük əhəmiyyəti vardır. Qeyd etmək lazımdır ki,
gənc ailələr və eləcə də çoxdan qurulmuş ailələrdə çox vaxt
ailədaxili münasibətlər lazımi dərəcədə möhkəm və davam-
lı olmur.
Araşdırmalara görə cütlüklər açıq etiraf etməsələr də,
boşanmaların böyük bir hissəsi (müxtəlif müəlliflərin mə-
lumatlarına görə üçdə bir hissədən yarısına qədəri) seksual
uyğunsuzluq, ər-arvadın (ilk növbədə qadının) izdivacda
cinsi əlaqədən razı qalmamaları, onun qaydaya salınmama-
sı səbəbindən baş verir.
Mütəxəssislər
belə hesab edirlər ki, insanın həyatı 4
sahədə keçir: peşə əməyi, istirahət və əyləncə, izdivac və
ailə, intim və ya cinsi əlaqə həyatı. Yaşdan və bir sıra başqa
şərtlərdən asılı olaraq, bu sahələr
bir-birindən fərqlənə
bilərlər. Məsələn, gənc yaşlarında cinsi əlaqə sahəsinin nis-
bi çəkisi başqa sahələrə nisbətən 50
faiz və ya daha çox
təşkil edirsə, yaşlılarda və qocalarda birinci yerə ikinci və
üçüncü sahələr çıxa bilər.
İntim əlaqə insan həyatının bütün sahələri ilə sıx əlaqə-
dar olub, onun iş qabiliyyətinə, istirahət və əyləncələri təş-
kil etməsinə və ən vacib cəhətə, ər-arvad münasibətlərinə,
ailənin əxlaq iqliminə güclü təsir göstərir. Cinsi əlaqələrin
nə məqsədlə edildiyini dəqiq müəyyən etmək mümkündür: