Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
128
özündə belə qiymətli olan fikirlər söyləmişdir. O yazırdı
ki, hər bir dövlət müəyyən bir ünsiyyəti əks etdirir, hər bir
ünsiyyət isə hər hansı rifah naminə təşkil edilir, bütün ün-
siyyətlər bu və ya digər rifahı əldə etməyə cəhddir. Bu ün-
siyyətlər içərisində Aristotel dövləti, siyasi ünsiyyəti əsas
hesab edir.
Aristotel dövlətdə ailəyə xüsusi yer ayırır. O, ailəni qa-
dın və kişinin nəsil artırmaq üçün bir-birlərindən ayrı möv-
cud ola bilmədiklərini nəzərə çarpdıraraq qeyd edir ki, bu
birləşmə şüurlu qərar əsasında deyil, bütün canlılara və bit-
kilərə xas olan özündən sonra özünə bənzər varlıq qoymaq
kimi təbii cəhddən asılıdır.
Cüt birləşmələr həm də qarşılıqlı
özünümühafizə
məqsədilə yaradılır. O, birinciləri öz təbiətinə və əqli xüsu-
siyyətlərinə görə uzaqgörən, hakim, hökm verən, ikinciləri
isə öz fiziki gücünə görə tapşırıqları yerinə yetirən qul he-
sab edir. Aristotel vəhşilərdə qadın və qulun eyni vəziyyət-
də olduqlarını, onlarda yalnız bir ünsiyyətin qul və qul-qa-
dın ünsiyyətinin mövcud olduğunu göstərir. O, vəhşini və
qulu təbiətləri etibarilə eyni hesab edir. Aristotelin fikrincə,
ilkin ünsiyyət formalarindan biri ailədir.
Dövlət təbii əmələ gələn ilkin ünsiyyətin – ailənin məh-
suludur. Aristotelə görə ailələrin yaranması, inkişafı, fiziki
və mənəvi tərbiyəsi son nəticədə dövlətin təkmilləşməsinə
təsir edir.
Dövlət mövcud olan varlıqlara məxsusdur. İnsan öz tə-
biəti etibarilə siyasi varlıqdır. Kim öz təbiəti etibarilə döv-
lətdən kənarda yaşayırsa, ya mənəviyyatca naqis olan var-
lıqdır, ya da fövqəlinsandır. Belə varlıqları Homer “nəsilsiz,
qəbiləsiz, qanundan kənar, ailəsiz” varlıq adlandırırdı.