Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇ 126 məsi, onu qoruması, onun hüquqlarını pozmaması məsləhət
görülür. “Qadınlar öz həyat yoldaşlarının eşq və məhəbbə-
tinə nail olmalı, onların hüquqlarının qorunmasına laqeyd
yanaşmamalı və müxtəlif formada onların qəlbini ələ alaraq
özlərinə cəlb etməlidirlər, çünki hər bir sevgi dolu münasi-
bət ərlərlə qadınlar arasında qarşılıqlı rəğbət hisslərinin art-
masına böyük təsir göstərə bilər (89: 23). İslamda bildirilir
ki, etiqad və iman artdıqca müvafiq olaraq həyat yoldaşına
olan eşq və məhəbbəti artmış olur.
Mənəvi tərbiyə məsələlərinə klassik ədəbi-fəlsəfi nü-
munələrdə xüsusi diqqət yetirilmişdir. Hələ e.ə. yaşayıb
fəaliyyət göstərmiş yunan filosofları həmin problemin ma-
hiyyətinə nüfuz edərək obyektiv qənaətlər ortaya qoymağa
çalışmışlar. Məhəbbətin gücünə inam bəsləyən böyük yu-
nan filosofu Platon vaxtı ilə yazırdı: “Mənə elə gəlir ki, in-
sanlar məhəbbətin həqiqi qüdrətini tamamilə dərk etmirlər,
çünki əgər bunu dərk etsəydilər, onlar onun şərəfinə böyük
məbədlər, səcdəgahlar ucaldar və qurbanlar kəsərdilər. Axı
Erot, ən insansevər allahdır; o, insanlara sağalmaz xəstəlik-
lərdən xilas olmaqda kömək edir ki, bu cür şəfa bəşər nəsli
üçün böyük xoşbəxtlikdir (168).
Platon deyirdi ki, qədim dünyada insanlar vaxtilə üç
cinsdən ibarət olublar. Üçüncü cins özündə həm kişinin,
həm də qadının əlamətlərini əks etdirib. Onlar çox güclü
qüvvəyə malik olub, hətta allahlara qarşı çıxmağa cəhd
ediblər. Onda Zevsin başçılıq etdiyi allahlar məsləhətləşib
qərara gəliblər ki, bu cinslərin azğınlıqlarına son qoymaq,
güclərini azaltmaq üçün onları yarıya bölsünlər. “Bədən
yarıya bölündükdən sonra hər bir yarı özünün digər yarısı-
na həsrətlə, istəklə qovuşmağa cəhd ediblər. Əgər bir yarı