Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə106/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   102   103   104   105   106   107   108   109   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
125
İslamda qadınla kişi münasibətlərində zahiri və mənəvi 
paklığın vəhdətinə də diqqət yetirilir. İslam dünyasında, o 
cümlədən də Azərbaycanda ailə mühiti məhəbbət və pak-
lıq ocağı hesab edilir. Belə ailələrdə ər-arvad arasındakı 
məhəbbət, qarşılıqlı hörmət və ehtiram, müqəddəs dost-
luq hissləri bütün ailə üzvlərinə sirayət edir, ailədə şadlıq, 
sevinc, sağlamlıq və inkişaf hökm sürür. Bu cür ailələrdə 
böyüyən övladlar səmimi, mehriban, yüksək mənəviyyatlı, 
cəmiyyətdə hörmətə layiq yer tutan ləyaqətli şəxsiyyətlər 
olurlar. Əksinə, mənəviyyatsızlığın hökm sürdüyü ailələr-
də etimadsızlıq, hörmətsizlik, ləyaqətsizlik övladlara da pis 
təsir edir, belə ailələrdə böyüyən övladlar cəmiyyət üçün 
təhlükə törədən şəxslərə, hətta cinayətkarlara çevrilirlər. 
İslamda qadın Allah-Təalanın əmanəti və ərin xoş ətirli 
gülü hesab olunur. Ona görə də kişilərə məsləhət görülür ki, 
bu gözəl ətirli gülün və ilahi əmanətin tərbiyə olunmasında 
var qüvvədən istifadə olunmalıdır. “Allah-Təala lütfünün 
əlamətlərindən biri budur ki, sizin üçün öz cinsinizdən hə-
yat yoldaşları yaratdı ki, onlarla ünsiyyət yaradıb rahatlıq 
tapasınız. Bunun üçün sizin aranızda dostluq bərqərar etdi “ 
(Qurani-Kərim, “Rum”, surəsi, 21-ci ayə). Yenə də kişi üs-
tün rolda təqdim olunur. O tərbiyə edən, qadın isə ünsiyyəti 
ilə ona rahatlıq verəndir.
H.Ə. Yusufpur xüsusi qeyd edirdi ki, qadınla kişinin 
qarşılıqlı münasibətləri və əlaqəsi dostluq və məhəbbət əsa-
sında yaranmalı və onun kökləri etiqaddan ilham almalıdır. 
Əks halda, bu cür dostluq və məhəbbət hissləri ötəri xarak-
ter kəsb edəcəkdir. 
İslamda qadın kişinin sevgilisi və məşuqəsi hesab edi-
lir. Qadınla evlənən hər bir kişi ona nəvaziş və ehtiram et-



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin