Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə105/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   101   102   103   104   105   106   107   108   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
124
qayğısına qalması xüsusilə nəzərə çarpdırılır. Mənəvi eh-
tiyaclara “qadının heysiyyatı və abır-həyasının qorunması, 
onun həyat vəsaitlərinin hazırlanması”, “əxlaqi baxımdan 
kişinin bacardığı qədər həyat yoldaşına və ailəsinə münasi-
bətdə səmimi və mehriban olması və onların həyatını yax-
şılaşdırmağa çalışması” daxil edilir. 
Hədislərdə kişilərin ailənin yaşayış şəraitinin geniş-
ləndirilməsinə çalışması, ailəsinə daha artıq yaxşılıq edən 
ərlərin Allah Təala qarşısında ən sevimli şəxslər hesab edil-
diyi göstərilir. Peyğəmbərimiz ailəsinin istəklərinə uyğun 
hərəkət edənləri ən yaxşı möminlər sırasına daxil etmişdir. 
Ailəyə daim maddi və mənəvi qayğı, ona səmimi, mehriban 
münasibət göstərilməsi, həyat yoldaşına məhəbbət bəslən-
məsi Allah Təala və müqəddəs imamlar qarşısında ən yaxşı 
əməllər kimi qəbul edilmişdir. 
İslamda qadını yeməklə, geyimlə təmin etməklə yana-
şı, ona qarşı əsəbi mövqenin tutulmamasının, ona ehtiram 
göstərilməsinin, onun barəsində yaxşılıqlar edilməsinin, 
günahlarının əfv edilməsinin, emosional və cinsi hüquqla-
rının qorunmasının zəruriliyi də nəzərdə tutulur. 
İslam hədislərində ailənin maddi və mənəvi rifahının tə-
min olunması üçün edilən səylər “son dərəcə fövqəladə və 
ən böyük savab əməllər”, “Allah-Təala yolunda düşmənlər-
lə cihad edən cihadçı” kimi qiymətləndirilir, ailənin maddi 
və mənəvi cəhətdən yaxşılaşması, möhkəmlənməsi naminə 
edilən əməllərin mükafatı şəhidlik və ondan da artıq hesab 
edilir. Peyğəmbərimiz hədislərin birində belə vurğulamışdır: 
“Halal yollarla öz gündəlik ruzisini qazanan və ailəsinin rifah 
halının yaxşılaşdırılmasına çalışan hər bir şəxsin mükafatı 
Allah-Təala yolunda cihad edən şəxsin mükafatı qədərdir. 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin