Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
123
yin boynunu əyməsi gərək” deyilirdi. Yaxşı qadın “evin da-
yağı” kimi qəbul edilirdi. Qadın evdə ərinin yardımçısı idi.
Bayırda, döyüşdə də ərinin yanında olardı.
Türklərdə ev, ailə, qadın ən dəyərli nemətdir. Ailə əxlaq
tərbiyəsi məktəbi idi. Ailədə gözəllik, sevimlilik, dadlılıq,
ədəb, böyükləri ağırlama, sözünü yerinə yetirmə, sadəlik,
igidlik və mərdlik tərbiyə edilirdi. Türk ailələrində yalana,
zülmə, acgözlüyə, tamahkarlığa, hiddətliyə, sözündən dön-
məyə nifrət edilirdi (278: 273-276).
Qadınların daim alçaldılması, təhqir edilməsi, əzab-
əziyyətə, zülm və zorakılığa məruz qalması, zehni və
əməli müstəqillikdən məhrum olması, onların alınıb-satıl-
ması, tam hüquqsuzluğu, qız uşaqlarının öldürülməsi və s.
kimi “adətlər” əsrlər boyu davam etmişdir.
Azərbaycan ailəsinin mənəvi və cinsi tərbiyəsində is-
lam dini mühüm rol oynamışdır. Ailə üzvlərinin hüququ,
mənəvi-əxlaqi və cinsi münasibətlərin tənzimlənməsinə
dair ən kamil sistemlərdən olan müsəlman hüququna (fiqh)
dair dəyərli müddəalar Qurani-Kərimdə, ilahi hökmlər,
Peyğəmbər Əleyhəsalamın hədislərində mövcuddur. Bu
müqəddəs kəlamlarda və göstərişlərdə qadın və kişilərin
bir sıra mənəvi və cismani özəlliklərinin olduğu göstərilir.
Burada qadının saf mənəviyyatına və tərbiyəliliyinə yüksək
qiymət verilir, onun övladlarının fiziki və mənəvi tərbiyə-
sində əvəzsiz rolu açıqlanır. İslamdakı bir çox müddəalarda
hətta qadın və kişi hüququ eyni dərəcədə qiymətləndirilir.
Lakin idarəetmə, düşmənlərlə qarşı-qarşıya gəlmə, hakim-
lik və vəkillik kimi işlərdə kişilərə daha çox öhdəlik verilir.
Qadının maddi ehtiyaclarının ödənilməsi, onun mənzil
şəraiti, qidalanması, geyimlə təmin olunması, sağlamlığı
|