Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
118
resurslar üzərində nəzarət (həm III Dünya, həm də yüksək
inkişaf etmiş ölkələrdə) barəsində qloballaşmanın təsirinin
müxtəlif aspektlərini öyrənmişlər. Onlar gender bərabərsiz-
liyinin iqtisadi inkişafa (artıma) təsirindən və ya ona təkan
verməyindən bəhs ediblər, ona görə də makroiqtisadiyyat
siyasətində yeni məsələlər qaldırıblar. Empirik tədqiqatlar
göstərir ki, əhalinin zəif seqmentləri, xüsusilə də az gəlirli
ailələrdə qadınlar barədə market reformlarının zərərli təsi-
ri mövcuddur. Yeni əmələ gələn feminist ədəbiyyat birbaşa
debatlara çağırır, tədqiqat və siyasətin yeni həllə ehtiyacı
olan tapşırıqlarını açıqlayır (286: 415).
İnkişaf etmiş ölkələrdə, xüsusən son illərdə, gender bə-
rabərliyi özünü daha qabarıq şəkildə göstərməkdədir. İrqi,
sinfi mənsubiyyətlərin aradan götürülməsi, qadın əməyinin
qiymətləndirilməsi həm fərdin, həm də cəmiyyətin mühüm
göstəricilərindəndir. Gender statusunun cəmiyyət həyatında
baş verən proseslərlə çarpaz şəkildə nəzərdən keçirilməsi
optimal qərar və nəticələrin çıxarılmasını labüdləşdirir.
Genderdə bərabərlik prinsipi əslində sosial bərabərli-
yin ekvivalenti kimi anlaşılmalıdır. Qadın və kişi arasın-
dakı fərqlər haqqında söhbət açan bir çox müəlliflər bəzən
mövcud münasibətlərin əsasındakı
ziddiyyətlərin kökünü
təbiətdə, bir çox hallarda isə fövqəlqüvvədə axtarırlar. Bu
tamamilə əsassız fikirdir. Əslində, gender bərabərsizliyi
birbaşa cəmiyyətlə, insan münasibətləri ilə bağlı olan prob-
lemlərdir. Sosioloq F.Fərəcovanın qeyd etdiyi kimi, insan
cəmiyyətinin inkişafı prosesində
- əmək alətlərinin tək-
milləşdirilməsi, əməyin ictimai bölgüsünün dərinləşməsi,
maddi və mənəvi istehsalın nəticəsində əldə olunanların
bölüşdürülməsinin cəmiyyətdə formalaşmış münasibətlərə,