Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇ 115 təsir göstərir. Nəticədə, təqdim olunan informasiya əxlaq və
dünyagörüşdə təhrif olunmuş şəkildə əks olunur; daha doğ-
rusu, tamaşaçı, dinləyici və oxucu, xüsusən gənc nəsil, nə-
yin ədalətli, nəyin ədalətsiz olduğunu qarışdırır, ayırd edə
bilmir. Elə buna görə də, hazırda oğrubaşıların, reketlərin,
quldurların, cinayətkarların gənclər üçün ideal qəhrəmana
çevrilməsi təəccüblü görünməməlidir. Məhşur ərəb publi-
sisti Abdalla İyesanın qeyd etdiyi kimi, bu gün informasi-
ya insana hava kimi lazımdır, lakin zəhərli və zərərli hava
(yəni informasiya) hamı üçün təhlükəlidir (182: 9).
Həqiqətən, bu gün elmi və publisistik informaisya və
xəbərlərin bir çoxu ictimai-sosial atmosferi zəhərləməklə
məşğuldur. Sanki bəziləri üçün insanlığa qarşı çıxan yarım-
vəhşi və ya vəhşi insan obrazını formalaşdırmaq ən başlıca
öhdəliklərdən biridir. Bir çox “qaynaqlar”da insanı insan-
dan çox, instinktlərin əsirinə çevrilmiş məxluq kimi təqdim
edirlər. Istər-istəməz Azərbaycan filosofu Ə.Abasovun bir
fikri ilə razılaşmalı oluruq. Doğrudan da, indi bir növ indiyə
qədər gedilən yolu bəşəriyyətə “tərsinə oxutmaq istəyirlər”
(50: 9). Nəticədə, dövlətlər arasında yaranan münaqişələr
az qala sivilizasiyalar arasındakı toqquşmalara çevrilir.
Adətən, baş verən münaqişələri silah gücünə həll et-
məyə çalışırlar. Elə buna görə də sanki dünyada silah biz-
nesinin “çiçəklənmə” erası başlamışdır. 1991-93-cü illərdə
dünyanın müxtəlif ölkələrində silahlanmaya 76 milyard
dollar vəsait xərclənmişdir. Bu ölkələr sırasında ABŞ (32
milyard dollar) və Britaniya Krallığı (13 milyard dollar)
aparıcı yerləri tutur. Satılan silahlar bütün dünyaya yayı-
lır, münaqişə və müharibə təhlükələri yaradır. İndi planetin
müxtəlif bölgələrində silahlar üçün “qara bazarlar” möv-
cuddur. Silah satışından təkcə ayrı-ayrı iri və kiçik dövlət-