Baki 2015 Əczaçılıq sənayesi haqqında arayış



Yüklə 98.88 Kb.

tarix31.01.2017
ölçüsü98.88 Kb.

 

 

 



 

BAKI 2015 

Əczaçılıq sənayesi haqqında arayış 

 

 

 

 

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT VƏ SƏNAYE NAZİRLİYİ 

 

 

 

 

 

 

 

 

Əczaçılıq sənayesi haqqında 

 

 

Dünya bazarı 



Dünya əczaçılıq bazarı son 10 ildə 3 dəfə artaraq, 2013-cü ildə təqribən 1 

trilyon ABŞ dolları həcminə çatmışdır (cədvəl 1) və 2015-ci ildə bu göstəricinin 

1,1 trilyon ABŞ dolları çatması gözlənilir.  

Avropa ölkələrində illik adambaşı əczaçılıq xərcləri 300-700 ABŞ dolları 

arasında dəyişir. Ən yüksək illik xərclər ABŞ-da müşahidə edilir ki, burada bu 

xərclər  1000  ABŞ  dolları  təşkil  edir.  Rusiya  Federasiyası  və  Türkiyədə  bu 

göstərici təqribən 200 ABŞ dolları təşkil edir. 

 

 



2001  2002  2003  2004  2005  2006  2007  2008  2009  2010  2011  2012  2013 

milyard 

ABŞ 

dolları 

390 


428 

498 


560 

601 


649 

726 


799 

831 


891 

965 


957 

980 


Cədvəl 1. Dünya əczaçılıq bazarı

1

 

 

Əczaçılıq İstehsalçıları və Assosiasiyalarının Beynəlxalq Federasiyasının 



məlumatına əsasən, 2005-ci ildə dünya əczaçılıq bazarında inkişaf etməkdə olan 

ölkələrin payı 12% olmuş və 2015-ci ildə isə 28%-ə qalxacağı gözlənilir. Eyni 

zamanda, ABŞ bazarının dünya bazarındakı payının müvafiq dövr üzrə 41%-dən 

31%-ə, Avropa bazarının payının isə 27%-dən 19%-ə düşəcəyi gözlənilir. 

Bundan  əlavə,  inkişaf  etməkdə  olan  ölkələrdə  əczaçılıq  sahəsində  həm 

istehsal,  həm  də  istehlak  artmaqdadır.  Əgər  2006-cı  ildə  inkişaf  etməkdə  olan 

ölkələrin  dünya  istehlakında  payı  27%  idisə,  2016-cı  ildə  bu  ölkələrin  payının 

43%-ə çatacağı gözlənilir. 

Əczaçılıq  sahəsi  sürətlə  inkişaf  edən  ölkələrin  arasında  Çin,  Braziliya, 

Hindistan, Rusiya, Meksika, Türkiyə, Polşa, Venesuela, Argentina, İndoneziya, 

CAR, Tailand, Rumıniya, Misir, Ukrayna, Pakistan və Vyetnam xüsusi yer tutur. 

Adıçəkilən  ölkələrin  2006-cı  ildə  dünya  istehlakında  payı  14%  idisə, 

2016-cı  ildə  bu  göstəricinin  30%-ə  çatması  gözlənilir.  Bu  ölkələrdə  istehsalın 

artımı əsasən patent müddəti bitmiş dərmanların hesabına baş verəcəkdir. 

 

İdxal-ixrac 

2012-ci ildə əczaçılıq məhsulların dünya ixracı 463,6 milyard ABŞ dolları 

təşkil  etmiş  və  2006-cı  il  ilə  müqayisədə  49%  artmışdır.  Dünyanın  5  qabaqcıl 

ixracatçı ölkəsi Almaniya (67 milyard ABŞ dolları), İsveçrə (54,4 milyard ABŞ 

                                           

1

 



Mənbə: 

http://www.statista.com/statistics/263102/pharmaceutical-market-worldwide-revenue-since-2001/

 


 

dolları), Belçika (44,8 milyard ABŞ dolları), ABŞ (39,9 milyard ABŞ dolları) və 



Fransadır (34,7 milyard ABŞ dolları). 

Qeyd  etmək  lazımdır  ki,  bu  ölkələr həmçinin,  əczaçılıq  məhsullarının  ən 

iri idxalçılarıdır. Belə ki, 2012-ci ildə ABŞ-ın idxalı 68,7 milyard ABŞ dolları, 

Almaniyanın  45,3  milyard  ABŞ  dolları,  Belçikanın  38  milyard  ABŞ  dolları, 

Fransanın  29,9  milyard  ABŞ  dolları,  Böyük  Britaniyanın  28  milyard  ABŞ 

dolları təşkil etmişdir. 

 

Yeni dərmanlar 

Dünyada  yeni  dərmanlar  üzrə  elmi  araşdırma  xərcləri  təqribən  135 

milyard  ABŞ  dolları təşkil  edir.  Bir dərmanın işlənilməsinə  (elmi  araşdırma  və 

klinik sınaqlar daxil olmaqla) təqribi olaraq 10-15 il vaxt və təqribən 1,4 milyard 

ABŞ dolları tələb edilir (müqayisə üçün 1975-ci ildə bir dərmanın işlənilməsinə 

təqribən 138 milyon ABŞ dolları xərclənirdi)

2

.  


Dünya  üzrə  3  minə  yaxın  yeni  dərmanın  işlənilməsi  üzrə  elmi 

araşdırmalar  aparılmasına  baxmayaraq,  2011-ci  ildə  dünya  üzrə  cəmi  35  yeni 

dərman bazara təqdim edilmişdir

3



 

Patentləşdirilmiş dərmanlar və ceneriklər 

Qeyd  etmək  lazımdır  ki,  dünya  bazarlarında  satılan  dərmanların  çoxu 

(qiymət  ifadəsində)  patentləşdirilmiş  dərmanlardır.  Belə  ki,  2011-ci  ildə 

dünyada satılan dərmanların 63%-i (596 milyard ABŞ dolları) patentləşdirilmiş 

dərmanlar olmuşdur.  

Dərmanlar  üzrə  patentlər  qüvvədən  düşdükdən  sonra  onlar  “cenerik” 

(“generic”) adı altında satılmağa başlayır və bu halda bu dərmanların qiymətləri 

2-3 dəfə aşağı olur.  

Bəzi proqnozlara əsasən, 2016-cı ildə patentləşdirilmiş dərmanların satışı 

dünyada  53%  təşkil  edəcəkdir.  Qeyd  etmək  lazımdır  ki,  cenerik  dərmanların 

satışının 70%-i inkişaf etməkdə olan ölkələrin payına düşəcəkdir

4



 

 

Satış təzyiqi 

Dünyanın ən iri  10 əczaçılıq şirkəti (hərəsi illik 10  milyard ABŞ dolları 

dövriyyəsi və 30%-lik mənfəət dərəcələri olmaqla) dünya bazarının təqribən 1/3 

hissəsini təmin edir(cədvəl 2).  

                                           

2

 Mənbə: 



http://www.chameleon-pharma.com/us-pharma/

 

3



 Mənbə: IFPMA - The pharmaceutical industry and global health: Facts and Figures 2012 

4

Mənbə:  Щетко  -  Тенденции  развития  мирового  рынка  фармацевтической  продукции;  Журнал 



международного права и международных отношений 2014 – № 2 

 

Əczaçılıq  şirkətləri  öz  gəlirlərinin  1/3  hissəsini  marketinq  xərclərinə 



yönləndirir və bu xərclər yeni dərmanlar üzrə elmi araşdırma xərclərini 2 dəfə 

üstələyir.  

Dünya  Səhiyyə  Təşkilatı  tərəfindən  bu  vəziyyət  ciddi  problem  kimi 

tanınmış və satış təzyiqinin azaldılması üçün 1988-ci ildə Əczaçılıq Dərmanların 

Təşviqi üzrə Etik Kriteriyalar sənədi qəbul edilmişdir.  

Buna  baxmayaraq,  müxtəlif  ekspertlərin  fikrinə  görə  bu  qaydalar  və 

həmçinin,  bir  sıra  digər  qaydalar  dünya  əczaçılıq  sənayesi  tərəfindən  davamlı 

olaraq pozulmaqdadır. 

 

 

Şirkətin adı 

Ölkə 

Gəlir 

milyard ABŞ 

dolları 

Elmi araşdırma 

milyard ABŞ 

dolları 

1.

 



 

Pfizer


 

Nyu York, ABŞ

 

47,4 


7,0 

2.

 



 

Novartis


 

Basel, İsveçrə

 

45,4 


8,8 

3.

 



 

Merck & Co

 

Nyu Cersi, ABŞ



 

41,1 


7,9 

4.

 



 

Sanofi


 

Paris, Fransa

 

38,4 


6,1 

5.

 



 

Roche


 

Basel, İsveçrə

 

37,5 


8,0 

6.

 



 

GlaxoSmithKline 

Brentford, Böyük Britaniya 

33,1 


5,3 

7.

 



 

AstraZeneca 

London, 

Böyük Britaniya

 

27,1 


4,5 

8.

 



 

Johnson&Johnson 

Nyu Cersi, ABŞ

 

23,5 



5,4 

9.

 



 

Abbott 


İlinois, ABŞ 

23,1 


2,9 

10.


 

 

Eli Lilly 



İndiana, ABŞ 

18,5 


5,0 

Cədvəl 2. Qabaqcıl dünya əczaçılıq şirkətləri (2012-ci il)

5

 

 

 



Dərmanlar (xəstəliklər) növləri 

Xərclər 

milyard ABŞ dolları 

1.

 

 Onkologiya 



75-80 

2.

 



 Anti-diabetik 

43-48 


3.

 

 Nəfəs xəstəlikləri 



41-46 

4.

 



 Lipid regulyasiyası 

29-34 


5.

 

 Angiotensin 



28-33 

6.

 



 İmmunitet 

27-32 


7.

 

 QİÇS 



20-24 

8.

 



 Neyroleptik 

18-22 


9.

 

 Trombositlər aqreqasiyası 



18-22 

10.


 

 Yazva 


13-16 

11.


 

 Antidepressant 

13-16 

12.


 

 Epilepsiya 

12-15 

13.


 

 Skleroz 

11-13 

14.


 

 Osteoporoz 

10-12 

15.


 

 Narkotik analgetik 

9-11 

16.


 

 Hiperaktivlik  

9-11 

17.


 

 Eritrositopiez 

9-11 

18.


 

 Alzheimer 

8-10 

                                           



5

 Mənbə: Pharmaceutical Executive – May 2013 (

www.PharmExec.com



 

19.



 

 Virusaqarşı 

8-10 

20.


 

 Glaucoma 

5-6 

Cədvəl 3. Əsas xəstəliklər üzrə dərman istehsalının həcmi 

 

MDB bazarı 

“IMS Health” beynəlxalq məsləhətçi şirkətinin məlumatına əsasən, 2012-

ci ildə MDB-nin əczaçılıq bazarının həcmi 27,3 milyard ABŞ dolları təşkil etmiş 

və 2011-ci ilə nisbətən 10% artım baş vermişdir (cədvəl 4).  

Bu  göstəricilərə  uyğun  olaraq,  bazar  həcminə  görə  Azərbaycan  6-cı  yeri 

tutur. 


 

Ölkə 

Satış 

milyon ABŞ dolları 

Artım 

1.

 



 Rusiya 

19.700 


10% 

2.

 



 Ukrayna 

3.300 


19% 

3.

 



 Qazaxıstan 

1.500 


31% 

4.

 



 Özbəkistan 

961 


35% 

5.

 



 Belarus 

757 


16% 

6.

 



 Azərbaycan 

498 


14% 

7.

 



 Gürcüstan 

191 


9% 

8.

 



 Moldova 

167 


21% 

9.

 



 Qırğızıstan 

149 


10.


 

 Ermənistan 

94 

3% 


 

CƏMİ 

27.300 

10% 

Cədvəl 4. MDB üzrə əczaçılıq bazarları (2012-ci il) 

“Enter Invest” şirkətinin məlumatına əsasən, apteklərin sayına görə MDB 

ölkələri arasında Azərbaycan 5-ci yeri tutur (cədvəl 5). 

Eyni  zamanda  bir  aptekin  xidmət  etdiyi  müştərilərin  sayına  görə 

Azərbaycan  birinci  yeri  tutur.  Belə  ki,  Azərbaycanda  1  aptek  üzrə  2,2  min 

müştəriyə xidmət edir ki, bu MDB-də ən yaxşı göstəricidir (cədvəl 6). 

 

 

Ölkə 

Apteklərin sayı 

min ədəd 

1.

 



 Rusiya 

55,0 


2.

 

 Ukrayna 



19,0 

3.

 



 Qazaxıstan 

7,4 


4.

 

 Belarus 



2,7 

5.

 



 Azərbaycan 

1,2 


6.

 

 Gürcüstan 



1,4 

7.

 



 Moldova 

1,2 


8.

 

 Qırğızıstan 



1,1 

9.

 



 Ermənistan 

1,1 


Cədvəl 5. MDB ölkələrinin apteklərinin sayı (2012-ci il) 

 

 



 

Ölkə 

1 aptekə düşən müştəri sayı 

min nəfər 

1.

 



 

Azərbaycan  

2,2 

2.

 



 

Ukrayna 


2,4 

3.

 



 

Rusiya  


2,6 

4.

 



 

Moldova  

3,0 

5.

 



 

Ermənistan 

3,1 

6.

 



 

Gürcüstan 

3,3 

7.

 



 

Belarus  

3,5 

8.

 



 

Qırğızıstan 

4,8 

9.

 



 

Qazaxıstan 

7,5 

Cədvəl 6. MDB ölkələrində 1 aptekə düşən müştərilərin sayı 

 

Rusiya 

“Deloitte” şirkətinin məlumatına əsasən, 2014-cü ildə Rusiyanın dərman 

bazarının həcminin proqnozu təqribən 18 milyard ABŞ dolları təşkil etmişdir (və 

ya 5,46 milyard qutu).  

Eyni  zamanda,  Avrasiya  İnkişaf  Bankının  məlumatına  əsasən,  2012-ci 

ildə Rusiyanın əczaçılıq bazarının həcmi 30,3 milyard ABŞ dolları, yerli istehsal 

5,5  milyard  ABŞ  dolları,  adambaşı dərman istehlakı isə  207  ABŞ  dolları təşkil 

etmişdir.  

Rusiya əczaçılıq bazarında 2014-cü ilin 10 ayı (yanvar-oktyabr) üzrə 900 

ton antibiotik və 122,6 min ton digər dərmanlar idxal edilmişdir. İdxal üzrə 9,6 

min tonu MDB ölkələrinin payına düşür.  

Dövlət tərəfindən satın alınan dərmanların həcmi ümumi həcmin 25%-ni 

təşkil  edir  (267  milyard  rubl  və  ya  7  milyard  ABŞ  dolları)  və  2006-cı  ildən 

dayanmadan azalır. 

 

Qazaxıstan 

“IMS  Health”  beynəlxalq  məsləhətçi  şirkətinin  məlumatına  əsasən, 

Qazaxıstan  Respublikasının  əczaçılıq  bazarı  2012-ci  ildə  1,5  milyard  ABŞ 

dolları təşkil etmişdir.  

Qazaxıstanda  80  istehsalçı  şirkət  fəaliyyət  göstərir  və  bu  şirkətlər  daxili 

tələbatın  15%-ni  təmin  edirlər.  Eyni  zamanda,  bu  şirkətlərin  cəmi  5-i 

(“Ximfarm”  ASC,  “Global  Pharm”  MM,  “Nobel  AFF”  ASC,  “Romat”  şirkəti, 

“Nur-May  Farm”  şirkəti  və  Qaraqanda  əczaçılıq  kompleksi)  istehsal  edilən 

məhsulun 90%-ni buraxır.  

2009-cu  ildə  qəbul  edilmiş  Dövlət  Proqramı  çərçivəsində  2014-cü  ilin 

sonuna  kimi  Qazaxıstan  şirkətləri  tərəfindən  istehsal  edilən  məhsulların  daxili 



 

tələbatın  50%-ni  ödəməsi  nəzərdə  tutulmuşdur.  Proqram  çərçivəsində  xarici 



investisiya  yatıran  şirkət  ilə  Qazaxıstan  Hökuməti  7  illik  müqavilə  bağlayaraq, 

istehsal ediləcək məhsulların satın alınmasını təmin edir. 

Belə ki, Dövlət Proqramının həyata keçirilməsi nəticəsində 2008-2013-cü 

illərdə daxili istehsal nominal ifadədə 3 dəfə, real ifadədə isə 2,2 dəfə artmışdır. 

5 il ərzində antibiotik istehsalı 4 dəfə (3,3 tondan 13,6 tona kimi), şpris istehsalı 

isə 19 dəfə (13,1  milyondan 251,5  milyon ədədə kimi) artmışdır. 

Polşanın  “Open  Dialog  Foundation”  təşkilatının  2013-cü  il  üzrə  

məlumatına  əsasən,  xarici  investorlar  tərəfindən  Qazaxıstanın  ən  iri  5 

müəssisəsinə 180 milyon ABŞ dolları həcmində sərmayə qoyulmuşdur. 

Belə  ki,  2011-ci  ildə  Polşanın  “Polpharma”  şirkəti  “Ximfarm”  ASC-yə 

(yerli  istehsalın  55%-i)  sərmayə  qoymuş  və  yeni  ampula  və  tabletka  dərmanı 

üzrə yeni istehsal sahəsi açmağı planlaşdırır (yeni məhsullar yeni “Santo” brendi 

adı  altında  satılacaq).  Qazaxıstanın  2-ci  istehsalçısı  (yerli  istehsalın  7%-i) 

“Nobel  AFF”  ASC-yə  Türkiyənin  “Nobel  İlac”  şirkəti  tərəfindən  investisiya 

qoyulur.  Qazaxıstanın  3-cü  istehsalçısı  (yerli  istehsalın  5%-i)  “Global  Pharm” 

şirkətinə  türk  investoru  (Abdi  İbrahim)  tərəfindən  sərmayə  qoyulmaqdadır 

(şirkətin adı dəyişdirilərək “Abdi İbrahim Global Pharm LLP” adlandırılmışdır). 

Rusiyanın  “Pharmstandard”  şirkətlər  qrupu  Qaraqanda  əczaçılıq  kompleksinin 

səhmlərinin bir qismini əldə etmişdir. 

 

Gürcüstan 

“Invest  in  Georgia”  milli  investisiya  agentliyinin  məlumatına  əsasən, 

2011-ci  ildə  Gürcüstanın  dərman  bazarının  həcmi  təqribən  250  milyon  ABŞ 

dolları təşkil etmişdir. Bunun 210 milyon ABŞ dollarını idxal, 48 milyon ABŞ 

dollarını isə daxili istehsal təşkil etmişdir.  

Həmçinin,  ölkənin  18  milyon  ABŞ  dolları  həcmində  ixracı  vardır.  Əsas 

ixrac  ölkələri  Qafqaz,  Ukrayna,  Rusiya,  Belarus,  Mərkəzi  Asiya  ölkələri  və 

Bolqarıstandır.  

Dərman istehsalı ilə 70 şirkət məşğul olur və istehsal sahəsində 2,4 min 

nəfər  çalışmaqdadır.  Sahəyə  investisiya  qoyan  şirkətlər  arasında  “ABC 

Pharmacia”,  “Gama”,  “Euromedical”,  “Iveriapharm”,  “CPHRL”  və  digər 

şirkətlər vardır. 

Gürcüstanın  illik  adambaşına  dərman  istehlakı  2011-ci  ildə  35  ABŞ 

dolları təşkil etmişdir. 

 

Belarus 

“Enter Invest” şirkətinin məlumatına görə, MDB ölkələri arasında Belarus 

Respublikasının  əczaçılıq  bazarı  4-cü  yerdədir.  2011-ci  ildə  Belarus  əczaçılıq 



 

bazarının  həcmi  650  milyon  ABŞ  dolları  (və  ya  379  milyon  dərman  qutusu) 



təşkil etmişdir (Qazaxıstan – 800 milyon ABŞ dolları, Ukrayna – 3 milyard ABŞ 

dolları və Rusiya – 15,7 milyard ABŞ dolları). 

Adambaşına  aylıq  əczaçılıq  xərcləri  2011-ci  ildə  5,5  ABŞ  dolları  təşkil 

etmişdir (Qazaxıstan – 5,2 ABŞ dolları, Ukrayna – 5,8 ABŞ dolları və Rusiya – 

10,6  ABŞ  dolları).  Ölkədə  istehlak  edilən  dərmanların  69%-i  2-20  ABŞ  dollar 

arası diapazona düşür. 

2011-ci  ildə  realizə  edilmiş  dərmanların  natura  ifadəsində  55%  yerli 

müəssisələr  tərəfindən  istehsal  edilmişdir.  Eyni  zamanda,  yerli  dərmanların 

qiyməti daha ucuz olduğundan qiymət ifadəsində yerli istehsalçıların payı cəmi 

21%  təşkil  edir.  Belarus  Respublikasının  Prezidenti  A.  Lukaşenko  tərəfindən 

qoyulmuş  məqsədə  müvafiq  olaraq,  2015-ci  ilin  sonuna  kimi  yerli  şirkətlər 

tərəfindən istehsal olunan dərmanların daxili bazarın qiymət strukturunda 50%-ə 

çatdırılması gözlənilir. 

Apteklərin  dərman  satışı  üzrə  marjası  cəmi  1-2%  təşkil  edir.  Müqayisə 

üçün  dərman  distributorlarının  marjası  2-5%,  dərman  istehsalçılarının  marjası 

isə 15% təşkil edir. 

 

Azərbaycanda əczaçılıq sahəsi 

 

Əczaçılıq bazarı 

Rusiyanın  “Pharmexpert”  tibbi  araşdırma  şirkətinin  məlumatına  əsasən, 

2013-cü ildə Azərbaycan əczaçılıq bazarının həcmi 731 milyon ABŞ dolları (və 

ya təqribən 115 milyon dərman qutusu) təşkil etmiş və bu göstərici 2012-ci ilin 

göstəricisini 18% üstələmişdir. Qeyd olunur ki, Azərbaycan əczaçılıq bazarının 

həcmi 2011-2013-cü illərdə 45% artmışdır.  

Dövlət  Statistika  Komitəsinin  məlumatına  əsasən,  əczaçılıq  məhsulların 

idxalı  2013-cü  ildə  214,2  milyon  ABŞ  dolları  təşkil  etmişdir  (cədvəl  8).  Eyni 

zamanda,  “AvroMed”  şirkətinin  məlumatına  əsasən,  2011-ci  ildə  şirkətin  illik 

satış dövriyyəsi 200 milyon manatdan yuxarı olmuşdur

6



Bununla  yanaşı  qeyd  etmək  lazımdır  ki,  “IMS  Health”  beynəlxalq 



məsləhətçi  şirkətinin  məlumatına  əsasən  2012-ci  ildə  Azərbaycan  əczaçılıq 

bazarının həcmi 500 milyon ABŞ dolları təşkil etmişdir (cədvəl 4). 

Maliyyə  Nazirliyindən  verilmiş  məlumata  əsasən,  2015-ci  ildə  Səhiyyə 

Nazirliyinin  xətti  ilə  dövlət  tərəfindən  dərman  satın  alınması  xərcləri  195,9 

milyon  manat  təşkil  edəcəkdir  (189.173.000  manat  Azərbaycan  və  6.736.216 

manat Naxçıvan Muxtar Respublikası üzrə). 

                                           

6

 Mənbə: 



http://www.thebusinessyear.com/publication/article/4/852/azerbaijan-2012/the-right-direction

 


 

Ukraynanın 



www.apteka.au

  saytında  dərc  edilmiş  məqaləyə  görə, 

Azərbaycanda  2010-cu  ildə  adambaşı  illik  əczaçılıq  xərcləri  42  ABŞ  dolları 

təşkil  etmiş

7

  və  bu  göstəriciyə  görə  Azərbaycan  MDB  ölkələri  arasında  6-cı 



yerdə olmuşdur (diaqram 1). 

Beynəlxalq  araşdırmalara  əsasən,  Azərbaycanda  dərman  satışının  75%-i 

həkim  resepti  ilə  həyata  keçirilir  ki,  bu  da  MDB  üzrə  ən  yüksək  göstəricidir. 

Belə  ki,  Rusiyada  bu  göstərici  50%,  Ermənistan  və  Gürcüstanda  isə  60-65% 

təşkil  edir.  Bu  rəqəm  Azərbaycanda  satış-paylaşma  sisteminin  ciddi  rolunun 

göstəricisi hesab edilə bilər. 

 

Əczaçılıq istehsalı 

Dövlət  Statistika  Komitəsinin  məlumatına  əsasən,  Azərbaycanda  8 

əczaçılıq  şirkəti  istehsal  ilə  məşğuldur  və  son  10  ildə  əczaçılıq  sənayesində  3 

dəfədən  çox  artım  baş  vermişdir  (cədvəl  9).  Sahə  üzrə  istehsal  fondları  5,3 

milyon manat təşkil etmişdir.  

Qeyd  edilən  şirkətlərdə  200  nəfər  işçi  çalışır  və  2013-cü  ildə  əczaçılıq 

sənayesində çalışan işçilərin orta aylıq əmək haqqı 362 manat təşkil etmişdir.  

 

(milyon manat)  2003 



2004 

2005 

2006 

2007 

2008 

2009 

2010 

2011 

2012 

2013 

Əczaçılıq 

məhsullarının 

istehsalı  

0,9 

0,9 


0,7 

1,2 


0,7 

0,7 


0,7 

1,0 


1,9 

1,7 


3,2 

Cədvəl 7. Azərbaycanda əczaçılıq istehsalı 

 

Eyni  zamanda  qeyd  etmək  olar  ki,  apteklər  və  müştəri  sayına  əmsalına 



görə  də  Azərbaycan  MDB  ölkələri  arasında  birinci  yeri  tutur.  Belə  ki,  “Enter 

Invest” şirkətinin məlumatına əsasən Azərbaycan Respublikasında 1 aptekə 2,2 

min nəfər düşür (Qazaxıstan – 7,5 min, Qırğızıstan – 4,8 min, Belarus – 3,5 min, 

Gürcüstan – 3,3 min, Ermənistan – 3,1 min, Moldova – 3 min, Rusiya – 2,6 min 

və Ukrayna – 2,4 min nəfər). 

 

 



                                           

7

 Mənbə: Анна Шибаева - Фармрынки СНГ: итоги 2010 г. - № 12 (783) 28 марта 2011 Г. 



(

www.apteka.ua/article/76560





: content -> html
html -> AZƏrbaycan respublikasi iQTİsadiyyat və SƏnaye naziRLİYİ
html -> Sənaye klasterləri ilə bağlı Arayış I. Klasterin anlayışı
html -> Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi
html -> AZƏrbaycan respublikasi iQTİsadiyyat və SƏnaye naziRLİYİ
html -> AZƏrbaycan respublikasi iQTİsadiyyat və SƏnaye naziRLİYİ
html -> Əczaçılıq fəaliyyəti haqqında azərbaycan respublikasinin qanunu
html -> Ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı Fəsil 1 Giriş
html -> Ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı
html -> Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, saxlanmasının, idxalının və satışının tənzimlənməsi haqqında
html -> Azərbaycanın kimya sənayesi haqqında




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə