Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə95/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   91   92   93   94   95   96   97   98   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
112
Keçid dövrünü yaşayan ölkələrdə əhalinin əksəriy-
yətinin ümumi sosial-iqtisadi vəziyyəti ağır olur. Bu cür 
ölkələrdə ədalət prinsipinin pozulması, ailədaxili zorakılıq 
halları bir növ adiləşir. Cəmiyyətdə gərginliyin artması kol-
lektivlərə, ailələrə və fərdlərə də öz təsirini göstərir. 
Sistemli təhsil və tərbiyədən uzaq düşən qadınlar adətən 
həyatda öz yerlərini düzgün müəyyənləşdirə bilmirlər. 
Belələri daha çox kiminsə kömək və himayəsinə ehtiyac du-
yur. Geniş dünyagörüşə, yüksək mədəniyyətə malik olma-
yan qadının yüngül həyat yolu seçməsi, fahişəliklə məşğul 
olması, insan alverinə qoşulması o qədər də təəccüblü hal 
deyildir. Azərbaycanda bu cür hallara qarşı lokal və qlobal 
miqyasda mübarizə elan olunmuş, bir sıra öhdəliklər götürül-
müşdür. Həmin öhdəliklər BMT-nin Transmilot mütəşəkkil 
cinayətkarlığına qarşı Konvensiyasına, Palermo Protokolu, 
insan ticarəti ilə mübarizə və xəbərdarlıq haqqında Bəyan-
namə (Brüssel, 2002), BMT-nin İnsan alveri və fahişəliyin 
üçüncü şəxslər tərəfindən istismarı ilə mübarizə haqqında 
Konvensiyası və s. sənədlərdə öz əksini tapmışdır. Götürülən 
öhdəliklərdən irəli gələn məsələlərin həlli üçün Azərbaycan 
respublikasının Prezidenti İlham Əliyev 6 may 2004-cü il 
tarixdə “İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət 
Planı”nı imzalamışdır. Söz yox ki, qəbul edilən öhdəliklərin 
həlli istiqamətində aparılan işlərin miqyası artırılmış, profi-
laktik tədbirlər genişləndirilmişdir. Son dövrlərdə mətbuatda 
da həmin problemin təhlili xüsusi önəm kəsb etməyə baş-
lamışdır. TV kanallarda insan alverinin qurbanları, xüsusən 
qadınlar barədə çoxlu verilişlər nümayiş etdirilir. 
Görünür, bu cür dözülməz və neqativ halların geniş 
intişar tapmasında ölkənin milli qanunvericiliyində qadın 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin