Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
108
öz yaşıdlarından geri qalmayacaq və ya əksinə olarsa, o,
qeyri-düzgün yola düşəcək. Bu tələblərin təminatı zamanı
övlad-valideyn münasibəti tənzimlənir.
Uşaq böyüdükcə
bu tələblər də böyüyür, daha çoxşaxəli və mürəkkəb olur,
bəzən ata-ananın real imkanını üstələyir. Elə bu səbəbdən
də, uşağın tərbiyəsində konkret olaraq valideynin deyil,
bütün cəmiyyətin rolunun olduğunu qeyd etməliyik. Yalnız
uşaq-valideyn-cəmiyyət üçlüyü
ahəngdar bir nəticə verə
bilər. Gənclərin mənəvi inkişafına, münasibətlərinin forma-
laşmasına bir çox mühüm faktlar təsir göstərə bilər: ailə,
cəmiyyət, yaşıdlar və gəncin özünün təcrübəsi. Bunlardan
ən mühüm amil kimi ailə götürülməlidir.
Bu gün cəmiyyətdə olan qüsurlar ilk növbədə haradan
gəlir? Bu barədə minlərlə məqalələr yazılmışdır. Çox təəs-
süf ki, gənclərimizin çoxu ailə qurandan sonra uşağın tər-
biyəsi ilə lazımınca məşğul olmurlar. Bu onların pedaqoji
bilik və təcrübələrinin az olmasından irəli gəlir.
Azərbaycan ailələrinin əksəriyyəti ənənəvi olduqlarına
görə gənclərin mənəvi inkişafı məsələsi də ananın-qadının
üzərinə düşür, çünki uşağın ilk müəllimi də, tərbiyəçisi də
elə anasıdır. Çox təəssüf ki, bu gün ana olmağa hazır ol-
mayan valideynlər də anadırlar. Çox erkən yaşlarda ailə
qurmuş anaların nə təcrübəsi, nə də elmi onlara əsl analıq
vəzifələrinin öhdəsindən gəlməyə imkan vermir. İlk dövr-
lərdən ana uşağın mənəvi dünyasının zənginləşməsindən
ötrü çalışmalıdır. Uşaq yalnız ananın ağzından eşitdiyi sözü
həqiqət kimi qəbul edir. Elə buna görə də, hər bir ana de-
diyi sözün qiymətini dərk etməlidir. Əvvəla,
ana öz uşa-
ğında görmək istəmədiyi şeyə öz hərəkətində, işində, rəftar
və davranışında yol verməməlidir. Xalq arasında deyilir