Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
104
müddəlarından biri qadın azadlığı ilə bağlı idi. Sonra-
kı mərhələlərdə feministlər
həmin şüar və prinsiplərdən
gen-bol istifadə etmişlər, lakin araşdırmalar
göstərir ki,
hüquqi və sosial emansipasiyanı qətiyyən bir-biri ilə qa-
rışdırmaq olmaz, çünki qadının öz bədəninə sahib olması
onun cəmiyyət qarşısında daşıdığı məsuliyyət yükünü heç
də azaltmır. Filosof Y.A.Baldayevanın qeyd etdiyi kimi,
“reproduktiv hüquq”, “reproduktiv azadlıq” və “repro-
duktiv seçim” kifayət qədər ambivalent və problema-
tik anlayışlardır (237: 450). Məsələn, elə qadının “abort
hüququna” malik olması cəmiyyət və qanunlar tərəfindən
birmənalı qarşılanmır. Bu məsələnin etik və hüquqi tərəf-
dən başqa siyasi mahiyyəti də vardır. Deməli, bəzən qa-
dının zahirən “fərdi”, “şəxsi” mahiyyət kəsb edən hərəkət
və davranışları onun sosial cavabdehliyi ilə üst-üstə düş-
məyə bilər.
Azərbaycan ailəsi özünün bir sıra mental xüsusiyyət-
lərinə görə başqa millətlərə məxsus ailələrdən fərqlənir.
Zahirən azərbaycanlı ailəsində
patriarxal qayda-qanunlar
üstünlük təşkil edir, amma bu əslində, “zahiri effekt” da-
şıyır. Ailədə təkcə “kişi kultu” yox, həm də “qadın kultu”
mövcuddur.
Qeyd etmək lazımdır ki, Azərbaycanda qadınların
“statusu” və qadınlara münasibət heç də bütün ailələrdə
konkret, birmənalı səciyyə daşımır. Daha çox imkana və
intellektə malik ailələrdə bir növ “Avropa tərbiyəsinə” üs-
tünlük verilir. Bu cür ailələr uşaqların (o cümlədən qız-
ların) tərbiyəsində sərbəstliyə üstünlük verirlər. Nisbətən
aztəhsilli, ənənələrə möhkəm tellərlə bağlı olan ailələrdə
“Şərq tərbiyəsinə” meyillilik qabarıq hiss olunur.
Lakin