Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə96/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   92   93   94   95   96   97   98   99   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
113
hüquqlarının müdafiəsinə dair müddəların lazımi səviyyədə 
həyata lazimi səviyyədə keçirilməsinin, əlaqədar təşkilat və 
şəxslərin mövcud problemə barmaqarası, etinasız yanaşma-
sının təsiri olmuşdur. 
Əsrlər boyu ailə, nikah, ər-arvad münasibətləri sadə 
hüquqi normalarla tənzimlənmişdir. Poliqomiyadan mo-
noqamiyaya keçən ailə cütlüyü müxtəlif dövrlərdə müxtə-
lif üsullarla yaşamağa üstünlük vermişdir. Məsələn, uzun 
müddət qızın oğlan tərəfindən qaçırılması adi bir adət-
ənənə, mentallıqdan gələn davranış kimi qiymətləndirilmiş-
dir. Bu cür hallara həm xristianların, həm də müsəlmanların 
yaşadıqları icmalarda rast gəlmək mümkün idi. Nestorun 
1022-ci ilə aid olan icmalında belə bir şəhadət var ki, ər 
öz arvadının azadlığı ilə istədiyi kimi rəftar edə bilər. Ailə 
qanunvericiliyinin ilk mənbələri kilsə qanunlarında təsbit 
olunmuş, Nomo-kanon adlanan topluda verilmişdir: son-
ralar həmin toplu rusca “Kormçaya kniqa” adı altında çap 
olunmuşdur. Ən təəssüf doğuran hal budur ki, hələ də bir 
çox ölkələrdə qadınlara qarşı zorakılıq aktları törədənlər öz 
layiqli cəzalarını almırlar. Buna misal olaraq bir sıra Latın 
Amerikası ölkələrini göstərmək olar (67; 47).
Açıq demək lazımdır ki, Azərbaycan şəraitində də qa-
dınlar kişilərə nisbətən daha tez-tez zorakılığa məruz qa-
lır, ədalətsizliklə üzləşirlər. Belə ki, bir sıra ölkələrdə ol-
duğu kimi, zorlanmaya məruz qalan gənc (subay) qızların 
hüququ qanunvericilikdə nəzərdə tutulduğundan fərqli ola-
raq, adət-ənənələr çərçivəsində, “qapalı şəkildə qorunur”. 
Bir sıra regionlarda zorlanmış qızların bu cür hadisələrin 
“subyektləri” ilə ailə qurması faktı mövcuddur. Əlbəttə bu 
cür izdivacı heç də ən yaxşı çıxış yolu hesab etmək olmaz. 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin