Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇ 110 liyyəti ilə bağlıdır. Son illərin bir çox tədqiqatlarında kişi
əməyinin istismara məruz qalması, onların hüquqlarının
pozulması haqda tez-tez söhbət açılır. Problemin qoyulu-
şunda ənənəvi-tarixi prinsiplərin iflasa uğraması haqqında
iddialar əsaslı yer tutur. “Maskulinlik böhranı” ilə barışma-
yanlar göstərirlər ki, artıq son bir neçə onillikdə “əsil ki-
şi”lərin rolu “tarix səhnəsindən” az qala silinməkdədir. Ki-
şilərin “gender sinfi” kimi get-gedə zəiflədiyini dilə gətirən
həmin baxışların tərəfdarları “əsl kişilərin və əsl kişiliyin”
təhlükə qarşısında qaldığını, az qala tarixi faktlarla sübuta
yetirməyə cəhd göstərirlər. Onlar belə bir arqumentə istinad
edirlər ki, qədim Yunanıstanda kişi bədəninin gözəlliyi və
kişi qəhrəmanlığı daim təqdir və təbliğ olunurdu. Elə son-
rakı mərhələlərdə - Roma imperiyası, ingilis intibahı döv-
ründə də kişi ləyaqətli cəmiyyətdə yüksək qiymətləndiril-
mişdir. Orta əsrlər Şərq və Qərb ədəbi-fəlsəfi fikrində kişi
qəhrəmanlığı örnək hesab edilirdi. XIX əsr Fransası və XX
əsr Almaniyası kişi şücaətinin nümunəsi hesab oluna bilər.
Lakin rus filosofu İ.S.Konun qeyd etdiyi kimi, “maskulin-
lik böhranı”nın səbəbləri mövcud ədəbiyyatda müxtəlif cür
və çox vaxt da ziddiyyətli şəkildə şərh olunur (204). Bu
gün artıq dünyanın bir sıra inkişaf etmiş ölkələrində “ki-
şilərin ittifaqı” haqqında söhbətlər gedir. ABŞ-da 1970-ci
ildə meydana gəlmiş “Kişi azadlıq təşkilatı” kişilərin sosi-
al-hüquqi və mədəni-məişət azadlıqlarının cəmiyyət tərə-
findən məhdudlaşdırılmasına qarşı çıxaraq öz tesizlərini
irəli sürür. “Azad kişilər üçün koalisiya”, “Kişilər üçün mil-
li konqress”, “Kişi həqiqəti” və s. təşkilatlar kişilərin hüquq
və azadlıqlarının qorunması üçün fəallıq göstərir, “masku-
linliyin” təhlükə ilə üzləşdiyini göstərirlər. Yeri gəlmişkən