© Aqil ABBAS
DOLU
Üstlərində göz yaşlarından başqa heç nəyi olmayan şəhid analarına!
I FƏSİL
Xahiş edirəm, bu əsərdə
kim isə nə isə axtarmasın, bu yazıçı təxəyyülündən başqa bir şey deyil.
A.Abbas
***
... Gecə yarıdan bir az keçmişdi. Çox bürküydü və belə bir bürküyə adət eləməmiş şəhər
bərk tıncıxırdı. Bir yarpaq belə qımıldamırdı. Azacıq meh yarada bilən çinarlar da çırpınıb-
çırpınıb süst düşmüşdülər. Qəflətən bu buludsuz, bu aydın, bürküdən ulduzları da yorulub day
sayrışmayan göylər necə şaqqıldadı və şəhəri Dolu necə vurdusa, şəhər dik atıldı... Və dik atılan
şəhər özünü atdı bayıra...
... Dolu yağanda bu şəhərdə zurna-qavallı bir toy-bayram olardı, təbii ki, zurna-qavalı da
dolunun özü gətirərdi. Baxmayaraq ki, dolu bağ-bağata da, avtomobillərə də, pəncərə şüşələrinə
də, kasıb evlərinin kasıb damlarına da, çölü-biyabanda yaxaladığı adamlara da çox böyük zərər
vururdu -
dəxli yox idi, camaat uşaq kimi sevinərdi. Bu dolu çəkərdi beş dəqiqə, on dəqiqə,
amma bu beş-on dəqiqənin dadı-ləzzəti damaqlardan uzun müddət getməzdi.
Elə ki dolu başladı, camaat həsrətlə gözlədiyi dolunun gətirdiyi zurna-qavalın səsini
eşitdi, sevinclə tökülərdi bayıra. Və çölə tökülən bu camaat dolunun tutmadığı bir yanda
daldalanır, dolunun gətirdiyi qeyri-adi, soyulmuş baldırğan qoxusuna bənzər bir qoxunu ləzzətlə
ciyərlərinə çəkib xoşallanar, əllərini dolunun altına tutub göylərə - buludların arasından süzülən
Tanrı işığına tamaşa eləyə-eləyə bu dolunun damları, torpağı, ağacları, pəncərələri
döyəcləməsindən yaranan Tanrıdan başqa heç bir bəstəkarın bəstələyə bilmədiyi qeyri-adi bir
musiqiyə qulaq kəsilirdilər.
Balacalar isə böyüklərin əsəbləşmələrinə, çığırıb-bağırmalarına baxmazdılar, dolunun
altında sevinclə atılıb-düşər, yerdən ovuclayıb yığdıqları buz parçalarıyla bir-birini daşlar, arabir
də ağızlarına atıb konfet kimi sümürər, dolunun kefini çıxarardılar. Gecə də anaları yanlarını
şapalaqlaya-şapalaqlaya bellərini küpələyərdi...
... Gecə yarıdan bir az keçmişdi. Çox bürküydü və belə bir bürküyə adət eləməmiş şəhər
bərk tıncıxırdı. Bir yarpaq belə qımıldamırdı. Azacıq meh yaradan çinarlar da çırpınıb-çırpınıb
süst düşmüşdülər. Qəflətən bu buludsuz, bu aydın, bürküdən yorulub day ulduzları da
sayrışmayan göylər necə şaqqıldadı və şəhəri Dolu necə vurdusa, şəhər dik atıldı... Və dik atılan
şəhər özünü atdı bayıra.
... Amma Dolunun sevincini yaşamağa, gətirdiyi soyulmuş baldırğan qoxusunu
ciyərlərinə çəkməyə, Tanrıdan başqa heç bir bəstəkarın bəstələyə bilmədiyi qeyri-adi musiqisinə
qulaq asmağa yox. Uşaqlar bu Dolu ilə oynaya bilmirdilər, ağızlarına atıb konfet kimi sümürə
bilmirdilər. Bu Dolunun musiqisindən ləzzət almaq olmurdu, bu Dolunun musiqisi insanların
1
beyninə bir dolu kimi dəyib ruhunu əzirdi. Göydən dolu yağmırdı, Əzrayıl yağırdı. Kimi harda
yaxalayırdısa, elə orda da cənginə alıb çeynəyirdi.
Sambist Eldarı gecə növbəsindən qayıdanda Lenin bağının başında yaxalamışdı, səhər
batalyonun uşaqları yanğınsöndürən maşının köməyi ilə qoca palıdın başından parçalarını zorla
yığa bilmişdilər. Xanəndə Baratın xanımını evin içində, yuxunun ən şirin yerində cənginə
almışdı, başlarını itirdiklərindən yalnız Ağcabədidə xəstəxanaya çatdıranda bilmişdilər ki, sağ
qolu qalıb evdə. Əlinə düşəndən babat vurub çarpayıya daş kimi düşmüş Kefli Çapay səhər
ayılanda evin ortasında parçalanmamış bütöv bir Dolunun sancıldığını görüb demişdi:
-
Bunu kim göndərdi, ə?!
Hərə başını götürüb bu Doludan hara gəldi qaça bildikcə qaçmaq istəyirdi. Maşınlılar
colum-
cocuğunu maşınına doldurub şəhərdən çıxarır, kəndə-kəsəyə üz tuturdu. Kənddə-kəsəkdə
doğması olmayanlar isə şəhərin kənarında Dolu tutmayan bir yerdə ya maşında, ya ağacların
altında gecələyirdilər. Maşınsızlar isə colum-cocuğunu evin dərin yerinə çəkir, əlacsızlığın
ağırlığı altında balalarının qorxudan bərəlmiş gözlərinə baxmağa da utanırdılar. Bu colum-
cocuğun baxışları onları dışardakı Doludan da bərk döyürdü.
Və bu Dolu şəhəri qəfil it kimi həmişə gecədən bir az keçmiş,yuxunun ən şirin yerində
tuturdu. Gecənin qaranlığından, Dolunun insanların beynini bir dolu kimi döyüb ruhunu əzən
şaqqıltısından çaşmış adamlar fırtınanın sahilə atdığı balıqlara oxşayırdılar.
Yenə gecə yarıdan keçmişdi... Və şəhəri Dolu necə vururdusa... Maşını olanlar yenə
colum-
cocuğunu maşına doldurub şəhərdən çıxarmağa çalışırdı. Maşını olmayanlar isə yenə
colum-
cocuğunu evin dərin yerinə çəkib ümidlərini onları çoxdan yaddan çıxarmış Tanrıya
bağlayaraq xəcalətlərindən domuşmuş balalarının qorxudan bərəlmiş gözlərinə də baxmağa ürək
eləmirdilər...
... Bu Yiyəsiz Dövlətin bu Yiyəsiz Övladları önü düşmən, arxası isə heç nəyə
söykənməyən səngərin içində silahlarını əzizləri kimi bağırlarına basıb ürəkləri qan ağlaya-
ağlaya şəhərə yağan Doluya ağrı ilə tamaşa edirdilər.
-
Allah, sən özün kömək ol!
-
Allah, sən saxla...
Yaratdığı dünyanı onun iradəsi əleyhinə məhvərindən çıxarmış insanlara qəzəblənmiş
T
anrı yorulmuşdu. Müharibədə qırılan bu günahsız cavanlar kimi o da vaxtından əvvəl
qocalmışdı. Qibləsini azmış insanların üzünü yenidən qibləyə çevirmək üçün bir peyğəmbərə
ehtiyac olduğunu görüb mələkləri yer üzünə göndərmişdi ki, bu peyğəmbəri tapsınlar. Mələklər
də yer üzünün altını üstünə çevirsələr də Tanrının istədiyini tapa bilməmişdilər. Axırda Tanrının
yanına əliboş qayıtmaqdan qorxan mələklər təsadüfən göy üzü kimi təmiz, Zəmzəm bulağı kimi
saf, göz yaşı kimi dupduru bir səs eşitmişdilər. Tökülmüşdülər səs sahibinin üstünə, qanından,
ruhundan bu qeyri-
adi səsi soymuşdular və Tanrıya hədiyyə aparmışdılar.
Və artıq öz yaratdıqları ilə bacara bilməyən Tanrı qəzəbini soyutmaq, bir az
yorğunluğunu çıxarmaq istəyəndə Qədir Rüstəmovun səsinə qulaq asırdı. Bu səs onu qoymurdu
ki, insanları məhşərə çəkib qiyami -qiyamət gününü qursun, şeytan bayram eləsin. Və indi Qədir
Rüstəmovun səsi ruhuna necə işləmişdisə Yiyəsiz Övladların yalvarışlarını eşitmirdi. Və bu
Yiyəsiz Övladlar özlərinə şah damarlarına yaxın bildikləri Tanrıya yalvara-yalvara şəhərə yağan
Dolunun haranı vurduğunu dəqiqləşdirməyə çalışırdılar.
Pələng:
-
Deyəsən, İmarəti vurur.
Evləri İmarətin böyründəydi.
Qeyrət Dağarcığı:
-
Ə, yox, görmürsən mərkəzə düşür.
Drakon:
-
Onda bizim evləri döyür ki!
2
Bu Yiyəsiz Dövlətin bu Yiyəsiz Övladları yalnız səhər açılandan sonra biləcəkdilər ki, bu
Dolu onların hansının anasını döyüb, hansının balasını, hansının bütün ailəsini. Hər şeydən,
yalvarıb-yalvarıb bir şey çıxmadıqlarını gördüklərindən hətta Tanrıdan da ümidləri kəsilmiş bu
Yiyəsiz Övladlar hirslərindən-hikkələrindən əllərini, dodaqlarını gəmirirdilər. Elələri olurdu
bəzən dözə bilmirdi, səngərdən sıçrayıb çıxır, bağıra-bağıra irəli atılırdı və qarşıdan bağırtısız-
filansız ona atılan səliqəli-sahmanlı güllələrdən birinə qurban olurdu...
***
... Düşmənə dörd-beş güllə vurandan sonra az-çox ürəyi soyusa da, indi sandıqdakı
otuziki güllənin otuzikisini də qarşısında dayanmış bu At Belində Olan Adamın qarnına
doldurardı, uf da deməzdi, bu adamın qarnı ölürdü otuziki güllədən ötrü. Düşmən düşmən olanda
nə olar, onun da öz bir gözəlliyi vardı, heç olmasa bilirdin ki, qarşındakı düşməndi, sənin qanını
içməkdən sərxoş olan bir düşmən. İndi bu qarşısındakında o gözəllik də yox idi. Bu düşməndən
də daha dəhşətliydi. Bu insanın məcburən öz içində gəzdirdiyi, müalicəsi olmayan xəstəlik kimi
bir şey idi. Bu xəstəliklə birgə yaşamaq zorundaydılar. Eyni göyü, eyni torpağı, eyni qanı, eyni
şəhəri paylaşırdılar. Amma eyni göyü, eyni torpağı, eyni qanı bərabər paylaşsalar da, amma bu
eyni şəhəri eyni paylaşmamışdılar.
Birinin payına Dünyanın Ən Varlı Şəhərinin bazarında balaca bir ət dükanı düşmüşdü.
Amma bu qarşısındakı At Belində Olan Adamın payına bu şəhərin az qala yarısı düşmüşdü,
dədəsindən, babasından qalmış miras kimi. Katiblərin, rəislərin, day hansı kərtənkələlərin
quşunu götürə-götürə özü də çoxlarına quş götürdə bilmişdi. Atını sağa da səyritmişdi, sola da.
Həmişə at belində olmuşdu. İndi də at belindəydi, amma atını day əvvəlki kimi səyridə bilmirdi.
Təkcə o yox, hətta onun quşunu götürdüyü katiblər də, rəislər də day atlarını istədikləri kimi
səyridə bilmirdilər.
Dünya öz məhvərindən çıxmışdı, baş alıb gedirdi. Hara gedirdi, heç kim, hətta öz
yaratdıqlarının məhvərindən çıxartdıqları bu Dünyanın hara getdiyini Tanrının özü də bilmirdi.
Və indi onu məhvərindən çıxaran insanlardan qurtulmaq üçün başını götürüb hara gəldi qaçan bu
Dünyada insanlar elə bir duruma düşmüşdülər ki, içlərində nifrətdən başqa heç nə qalmamışdı.
Bu nifrət vurub çıxmışdı sir-sifətlərinə və sir-sifətlərindən zəhər-zəhrimar yağırdı. Bu
məhvərindən çıxmış və həm Tanrıdan, həm də özündən baş götürüb qaçan Dünyada həm bu
şəhər, həm də bu şəhərin adamları qəflətən elə qocalmışdılar ki, elə bil vurğun vurmuşdu. Və bu
vurğun da ən çox cavanları vurmuşdu. Dünənədək müharibəni kinolarda görən bu vurğun
vurmuş cavanlar qəflətən bir müharibə Kinosunun düz ortasına düşmüşdülər. Özü də öz
xoşlarına yox, onları bu müharibə Kinosunun içinə zorla itələyib salmışdılar.
Bu dəhşətli Kinonun ssenarisini dünyanın Böyük Dövlətlərinin Böyük Saraylarında
yazmışdılar. Çəkilişini də Tarkovskinin də, Tofiq Tağızadənin də həsəd aparacaqları rejissorlara
tapşırmışdılar. Və həmin rejissorları da Böyük Dövlətlərin Böyük Saraylarında oturub çəkməkdə
olduqları kinonun gündəlik kadrlarına ləzzətlə tamaşa edirdilər. Bu Kinonun iştirakçılarının isə
nə ssenaridən, nə də rejissor işindən xəbərləri yox idi. Və bu Kino əvvəllər gördükləri kinodan
təkcə onunla fərqlənirdi ki, burda partlayan bombalar həqiqi bombalar idi, insanlar doğrudan
güllələnir, uşaqların başı doğrudan kəsilir, qadınlar doğrudan zorlanırdı. Bu kino əvvəllər
gördükləri kinodan bir də onunla fərqlənirdi ki, bu Kino sona çatmırdı və bu Kinonun sonu heç
üfüqdə də görünmürdü.
Fazil Müəllimin Kinoteatrında baxdıqları bütün kinolarda bizimkilərin atdığı (onda ruslar
da bizimkilər idi, xaxollar da, latışlar da, elə ermənilərin özləri də) hər gülləyə bir alman qarnını
tuturdusa, bədbəxt almanların güllələri həmişə boşa çıxırdı. Ona görə yox ki, almanlar güllə
atmağı bacarmırdılar, ona görə ki, ssenarini yazanlar da, rejissorlar da bizimkilərin qohum-
əqrəbalarıydı. Bu Kinoda isə bizimkilər, ruslar, xaxollar, latışlar, ermənilər deyil, bizimkilər elə
bizimkilər idi. “Hollivud”un və “Mosfilm”in birgə istehsalı olan bu Kinoda ssenariçilər də,
rejissorla da ermənilərin qohum-əqrəbalarıydı. Və keçmiş bizimkilər ermənilərə dünyanın ən
bahalı, ən müasir silahlarını versələr də, indi bizim bizimkiləri özününkülərinin qarşısında
əliyalın buraxmışdılar. Və bu Kinoda atılan bombalar bizim başımıza tökülürdü, yandırılan evlər
3
bizim evləriydi, başı kəsilən uşaqlar bizim uşaqlarıydı, zorlanan qadınlar bizim qadınlarıydı. Bu
Kinoda nemes biziydik.
Döyüşlərin birində əllərinə bir erməni qızı düşmüşdü. İntiqam eşqindən gözlərini qan
tutmuş uşaqlar qızı zorlamaq istəmişdilər. Amma tir-tir titrəyən qızın insanın iliyinə işləyən
yalvarışlı baxışları hələ insanlığını tam itirmədiyindən onun qanını dondurmuşdu. Yaralı ac
qurdların əlinə düşmüş çarəsiz, ümidi Tanrıdan üzülmüş bu qızın zorlanmasına biganə qala
bilməmişdi. Dəxli yox idi ki, bəlkə də günün birində bu qız onu vuracaqdı, amma indi onun
qarşısında sabah onu vuracaq bir düşməni görmürdü, Tanrının ondan imdad diləyən yaratdığı bir
varlığı görürdü. Bəlkə də uşaqlar bu qızı güllələsəydilər fərqinə varmazdı, amma zorlanmasını
qəbul edə bilməmişdi. Və qızcığazı kolluğa basmaq istəyən uşaqları saxlamışdı:
-
Dəyməyin!
Araya mübahisə düşmüşdü.
-
Bəs onlar bizimkiləri zorlaya bilər?!
-
Biz erməni deyilik!
Onu yaxşı tanımayanlardan biri:
-
Ə, nə lotuluq eləyirsən?- deyib qızın üstünə yeriyəndə o, gülləni lüləyə verib
bağırmışdı:
-
Kimin kişiliyi çatır, buyursun! Cırıq-cırıq eləyərəm! Dedim ki, biz erməni deyilik.
Onun hədəqəsindən çıxmış gözlərindən qorxub geri çəkilmişdilər. Sonra qızın əynindən
çıxarılmış pal-paltarı avtomatın lüləsi ilə yerdən qaldırıb atmışdı üstünə.
- Geyin! Sürük burdan!
Soyulmuş kənd yumurtası kimi qəşəng və yeməli olan qızcığac bayaqdan ayıb yerlərini
örtmək istədiyi əlləri əsə-əsə paltarlarını götürüb tələm-tələsik geyinmişdi, amma sonra yerindən
tərpənməmişdi.
-
Sürük dedim sənə!
Qulaqlarına inanmayan qız ehmal-ehmal geri çəkilməyə başlamışdı və qorxa-qorxa
soruşmuşdu:
-
Qardaş, adın nədi?
-
Sənin qardaşıyın... Sürük dedim.
-
Sən Həzrət Abbas, adın nədi?
Qarabağ erməniləri bizimkilərə and verəndə Həzrəti-Abbasa and verərdilər. Və onlar da
çox yaxşı bilirdilər ki, qarabağlılar Tanrıdan çox Həzrəti-Abbasdan qorxurlar.
Qızın belə bir ağır and verməsi onu əsəbləşdirmişdi:
-
Səni zorlayıb güllələmədiyimə görə adım eşşək oğlu eşşəkdi! Sürük dedim, qəhbə!
Qız daha heç nə soruşmamışdı, çevrilib üzü erməni kəndinə doğru qaçmağa başlamışdı,
heç dala da baxmamışdı.
Axşam Komandir erməni qızını burax
dığına görə onu danlayanda demişdi:
-
Komandir, mən arvad davası eləmirəm, torpaq davası eliyirəm.
İndi O və onlar torpaq davası eləyəndə bu qarşısındakı At belində Olan Adam heç nə
olmamış kimi öz kefindəydi. Və onun vecinə deyildi ki, torpaq davası eləyən və torpaq
davasında qırılan bu cavanlar hər şeylərini, hətta nişan üzüklərini belə satıb onun da evini-
eşiyini, yurdunu-yuvasını, ailəsini, namusunu qoruyurlar. Və indi əyinlərinə əsgər paltarı deyil
kəfən geyinmiş bu vurğun vurmuş cavanlar döyüş dostları Musanın Bakıda qılçaları kəsilmiş
anasının həkiminə verməyə min manat pul tapa bilmirlər.
At Belində Olan Adam bu cavanlara həmişə yuxarıdan-aşağı baxmışdı, heç onları adam
yerinə qoymamışdı. Salamlarını hərdən ağızucu alsa da, çoxuna özü salam verməmişdi. Bazar
uşağı kimi, küçə uşağı kimi baxmışdı onlara. Tək o yox, at belində olanların hamısı günlərini
pavilyonlarda, ya da Xankəndində erməni qızlarının qucağında keçirən, “sən niyə mənə belə
baxdın” deyə heç nəyin üstündə dava-dalaş salan, kinoteatrın arxasındakı bulvarı qladiator
meydanına çevirən bu cavanların bu dünyadan nə istədiklərini başa düşə bilmirdilər. Əslində elə
4
cavanlar özləri də bu dünyadan nə istədiklərini bilmirdilər. Bu dünya çox böyük idi və bu böyük
dünyada bilmədikləri çox şeylər vardı. Və bu böyük dünyada bilmədikləri o çox şeyləri
öyrənmək həvəsində olmadıqlarından öz bildikləri kimi yaşayırdılar. Cəmiyyət onlara necə
baxırdı - veclərinə deyildi. Çünki onlar çoxdan tüpürmüşdülər bu cəmiyyətə də, onun
qanunlarına da! Hərdən o tüpürdükləri qanunların cənginə keçib gəzdikləri həbsxanalar da
onların gözünü qıra bilməmişdi. Onlar qorxularını analarının bətnində qoyub çıxmışdılar.
Çoxunun da iki adı vardı: biri atalarının qoyduğu, sənəddə yazılan ad, birinin də Dədə
Qorqudsuz-
filansız özləri qazanmışdılar - xarakterləriylə, yumruqlarıyla, dünyaya baxışlarıyla,
özlərini müharibəli kinolardakı qəhrəmanlara bənzətməklə.
Və Şeytanın Övladları dünyanı öz məhvərindən çıxaranda, Böyük Dövlətlərin
ssenariçiləri, rejissorları onları zorla itələyib müharibəli Kinonun tən ortasına atanda, onlara
yuxarıdan-aşağı baxanlar və Dünyanın Ən Varlı Şəhərinin kefini görənlər bu Kinoda heç
epizodik rollarda da görsənmədilər, çıxdılar aradan. Amma onlar özləri kimilərini başlarına yığıb
bəlkə də hər şeydən daha çox, qazandıqları adlarının şərəfinə, bazarında atom bombası satılması
ilə öyündükləri Dünyanın Ən Varlı Şəhərlərinin şərəfinə atıldılar ölümün ağzına. Və heç kəs -
nəinki at belində olan özümüzünkülər, hətta bu Kinonun Böyük Dövlətlərin Böyük Saraylarında
oturan ssenariçiləri də, rejissorları da bunu gözləmirdilər. Və ağıllarına belə gəlməzdi ki, onların
həyatın dibində saydıqları bu ipə-sapa yatmazlar əliyalın topun-tüfəngin qarşısına çıxacaqlar,
yazılan ssenarini pozacaq, rejissorları pis vəziyyətdə qoyacaq və bu Kinonu tezliklə başa
çatdırmağa imkan verməyəcəklər.
İndi At Belində Olan Adam at belində olmayan, Böyük Dövlətlərin Böyük Saraylarında
yazılan Kinonun ssenarisini pozan, rejissorlarını çıxılmaz vəziyyətdə qoyan bu cavanların
qarşısında sarısını udub dayanmışdı. Həmişəki ədasından əsər-əlamət qalmamışdı, udquna-
udquna heç vaxt adam ye
rinə qoymadığı cavanlara baxırdı. Baxırdı ki, bəlkə indi adam yerinə
qoymağa məcbur olduğu bu cavanlardan hansısa araya girəyə, onu düşdüyü bu ağır vəziyyətdən
xilas eləyə.
Baxdı, baxdı, hiss elədi ki, bu cavanlardan heç biri ona kömək əli uzatmaq fikrində deyil,
onların da sir-sifətlərindən zəhər-zəhrimar yağırdı. At Belində Olan Adam hardan biləydi ki,
onlar müharibənin içində deyil, müharibə onların içində yaşayır. Və artıq onların damarlarından
qızıl qırmızı qan yerinə qapqara bir nifrət axır. Özü də bu nifrət təkcə düşmənə deyildi, onlardan
olmayanların hamısınaydı, hətta bu adam qardaşları olsa belə.
Gördü cır alça yemiş adamlar kimi üz-gözlərini turşudub maraqla hadisənin sonunu
gözləyən bu cavanlardan kömək ummağa dəyməz, özünü ələ almağa çalışdı:
-
Ay qardaşlar, mənə elə baxırsınız, elə bil erməniyəm.
Drakon:
-
Sən ermənidən də pissən, dəyyus oğlu dəyyus!
At Belində Olan Adam içində nə qədər qorxu olsa da bir belə adamın arasında mənliyinə
sığışdırıb söyüşü yeyə bilmədi:
-
Əlindəki avtomata görə yekə-yekə danışma.
Drakon avtomatı atdı uşaqların birinə və ona yaxınlaşıb necə vurdusa, At Belində Olan
Adam aşdı və başladı yerdə qıvrılmağa.
Drakon qayıdıb avtomatını götürdü:
-
Qalx ayağa!
Gördülər qalxa bilmir, qolundan tutub qaldırdılar. Cavanlığında o da qabağından yeyən
olmamışdı, heç indi də pis deyildi. Bəlkə də təkbətək savaşda bu cavanların çoxuna can
verməzdi, elə Drakonun özünə də. Amma indi müharibənin adamyeyənə çevirdiyi bu cavanlara
cavab verməyə qurd ürəyi lazımıydı, o qurd ürəyi də onda yoxuydu. Üst-başının tozunu çırpa-
çırpa yavaşca dedi:
-
Qalsın qulluğunda!
Drakon avtomatı dirədi onun otuziki güllədən ötrü ölən qarnına:
-
Çıxart şalvarını!
5
At Belində Olan Adamı elə bil ildırım vurdu, səksəndi:
-
Nə deyirsən?
-
Deyirəm, çıxart şalvarını!
-
Yekə kişisən, ə! Lap ağ elədin ki!
-
Çıxart şalvarını, dedim! Ya burdan tumanpaça gedəcəksən, ya da səni şadaraya
çevirəcəm.
At Belində Olan Adam kipriklərini qırpmadan maddım-maddım yenə ətrafdakılara baxdı.
Amma yenə heç kim onun baxışlarına cavab vermədi.
Kimsə istehza ilə dedi:
-
İndiyədək o qədər adamı şalvarsız qoymusan! İndi də növbə sənindi!
Gördü yox, vəziyyət çox ağırdı, canavar sürüsünün arasına düşüb, bunlar onun şalvarını
çıxaracaqlar, ondan sonra gərək gedib özünü asa, başladı yalvarmağa:
-
Ə, nə danışırsınız? Mən ağsaqqal adamam, hamımız qohum-əqrəbayıq. Çoxunuzun
dədəsiylə çörək kəsmişəm.
Drakon sözündən dönənə oxşamırdı:
- Bizim qohum-
əqrəbalarımız səninkilər kimi Bakıda kef eləmirlər, səngərlərdə qırılırlar.
Çıxart şalvarını!
-
Ə, məni də, özünüzü də biabır eləməyin! Ayıbdı! Camaatı üstümüzə güldürməyin!
Puldan ötrü adam belə şeylər eləməz. Mən bilməmişəm pulu sən istəyirsən, nə qədər lazımdı
uşaq göndərim, gedib gətirsin.
Drakon az qaldı avtomatın lüləsi ilə onun qarnını deşə:
-
Çıxart!
-
Ə, qeyrətin olsun! Məni dalıağaclı eləmə! Bu şəhərə qan salma!
Drakon:
-
Qeyrətsiz sənin nəslindi! - dedi və avtomatın qundağıyla onun sinəsindən vurdu.
At Belində Olan Adam səndərlədi, amma bu dəfə yıxılmadı, özünü tarazlaya bildi:
-
Başından yekə qələt eləyirsən, Drakon! Mənim şalvarımı çıxaran hələ anasından
olmayıb.
Bu vaxt Drakon onun başının üstündən bir qatar güllə buraxdı.
At Belində Olan Adam elə bildi güllələr ona dəydi. Və güllə dəymiş kimi də geri sıçrayıb
yıxıldı.
Drakon avtomatı dirədi onun qarnına və bağırdı:
-
Çıxart şalvarını!- sifətində bircə qıça da qan qalmamışdı.
Artıq ölümünü gözünün altına alan
At Belində Olan Adam yapışdı avtomatın lüləsindən:
-
At, oğraş! Nəslini şalvarsız qoymasam atama lənət!
Drakon uşaqlara əmr elədi:
-
Ə, çıxardın bunun şalvarını!
Uşaqlar düşdülər At Belində Olan Adamın üstünə.
Bayaqdan bir kənarda dayanıb hadisələri izləyən Pələng gördü ki, uşaqlar zorla At
Belində Olan Adamın şalvarını çıxarırlar, özünü saxlaya bilmədi. Yeridi irəli, qarğa-quzğuna
dönmüş uşaqların hərəsini bir tərəfə itələdi:
-
Ə, ayıbdı! Onsuz da ona olan oldu - dedi və yaxınlaşdı Drakona; - Bu, sənin kimi oğula
yaraşmaz! Vur öldür, amma camaatı biabır eləmə!
Drakon Pələngi bir kənara itələdi:
-
Sən nə deyirsən, ə?!
-
Deyirəm bəsdi, burax getsin. Kişi kişinin şalvarını çıxarmaz!
Drakon:
-
Sən qarışma!- sonra yenə uşaqlara əmr elədi, - İşinizdə olun!
6
Amma Pələng geri çəkilmədi, yenidən uşaqların qabağını kəsdi. Pələngin onun önündə
meydan oxuduğunu görən Drakon bu dəfə özündən çıxdı, onun qolundan yapışıb fırladıb atdı
kənara:
-
Demədim sən qarışma?
Pələng yıxıldığı yerdən qalxdı, hirsindən dodağını necə dişlədisə qan çənəsi aşağı axdı,
dodağının qanını sümürüb tüpürdü yerə, əlinin dalı ilə ağzını sildi və yenidən girdi araya:
- Drakon, dedim bu
rax getsin! Mən sənə əl qaldırmaq istəmirəm.
-
Ə, küçük, sən də kişi olmusan?
-
Böyüksən, qardaşımsan, cavab qaytarmıram, yoxsa...
Uşaqlar At Belində Olan Adamı unudub girdilər onların arasın:
-
Ə, yekə kişisiz,bir oğraşa görə dalaşıb camaatı üstümüzə güldürməyin!
Drakonun başı çönmüşdü, heç nə eşitmək istəmirdi:
-
Yaxın duranın anasını ağladaram!- dedi və Pələngi boğazladı, - Yoxsa, nə...
Boğazını Drakonun möhkəm əllərindən qurtarmağa çalışan Pələng day dözmədi:
-
Yoxsa mən sənin şalvarını...
-
Ə, mənim?!
Drakon Pələngin boğazını buraxdı, istədi onu vura, amma Pələng ondan cəld tərpəndi. Və
Drakon həyatında ilk dəfə birinci vuruldu. Gözlənilməz zərbədən özünü itirdi, bir anlıq əli ilə
üzünü tutub başını silkələdi və canavar ovunun üstünə atılan kimi atıldı Pələngin üstünə.
Bir az əvvəl az qala şalvarsız qalacaq At Belində Olan Adam artıq özünə gəlmişdi və
istehza ilə hər gün səngərdə kürək-kürəyə yatan bu oğulların onun üstündə bir-birlərini necə
vəhşicəsinə yumruqlamalarına tamaşa edirdi.
Bütün söyüşlərə baxmayaraq, uşaqlar yenidən onları aralamağa çalışdılar və Drakonun
yenidən yeddimərtəbəli söyüşlərini eşitdilər, kimsə dedi:
-
Ə, buraxın qırsınlar bir-birlərini.
Üz-
gözləri al qanın içindəydi, heç kim can vermək istəmirdi, amma Drakon Pələngi
üstələmişdi.
Bu vaxt batalyonun həyətinə bir “UAZ” girdi, gəlib saxladı mərəkənin yanında. Bir nəfər
cəld maşından düşdü və düşən kimi də bağırdı:
-
Ə, nə durub baxırsınız?! Aralayın!
- Komandir! Aralayana ana-
bacı söyüşü söyüblər.
-
Aralayın, dedim sizə!- dedi Komandir və özü girdi savaşanların arasına.
Komandirin özünün araya girdiyini görən uşaqlar da tökülüb onları birtəhər ayıra bildilər.
Amma aralanan kimi də hər ikisi özünü atdı silahlarının üstünə və qaldırdılar bir-birlərinə.
Komandir girdi ikisinin də arasına:
-
Salın silahları, axmaqlar! Salın, dedim!
Drakon:
-
Çəkil, Komandir! Bu küçüyü deşik-deşik edəcəm.
Pələng bağırdı:
-
Küçüyün səsi gəlir!
Komandir yapışdı hər ikisinin silahının lüləsindən, dirədi öz böyrünə:
-
Onda mənə atın! Atın dana, it uşağı! Atın ürəyiniz soyusun! Niyə atmırsız?!
Drakon:
-
Çəkil, Komandir, vallah, ataram!
-
At dana, nə durmusan?! At, qoy ermənilər bayram eləsin!
Drakon silahı saldı aşağı və hayqırdı:
-
Pələng, ananı ağlar qoymasam qəhbənin oğluyam.
Pələng:
-
Baxarıq, kimin anası ağlar qalacaq. Sonacan getməyən elə qəhbənin oğludu.
Komandir:
-
Kəsin səsinizi! - sonra uşaqlara əmr elədi;- Alın bunların silahlarını!
7
Heç kim bu əmri yerinə yetirməyə ürək eləmədi, Drakonun canını almaq olardı, amma
silahını yox. O boyda Sovet hökumətinin asıb-kəsən vaxtı Drakon bu şəhərdə açıq-açığına silahla
gəzmişdi, heç kəs də ona gözün üstə qaşın var deyə bilməmişdi.
Komandir:
-
Əmr eləyirəm!
Pələng könülsüz-könülsüz əmrə tabe oldu və silahı özü verdi, amma Drakon üç-dörd
addım geri çəkildi:
-
Mənim silahımı alan oğlan hələ anasından doğulmayıb! Yaxın gələnə ataram!
-
Ver silahı, dedim!
-
Komandir, bu avtomatı mənə sən verməmisən, sən də alasan! Mən bunu maşınımı satıb
gedib Tiflisdən almışam.
Komandir əmri yerinə yetirməkdən çəkinən uşaqlara yenidən əmr elədi:
-
Alın silahını!
Uşaqlar irəli yeridilər, Drakon bir-iki addım da geri çəkildi və ağzı köpüklənə-köpüklənə
dedi:
-
Yaxın gələnin...
Komandir:
-
Sən Qur’ana and içmisən!
Drakon hər an sıçramağa hazır olan bir əfi ilan kimi quyruğunun üstündə durmuşdu:
-
Mən torpağı qorumağa and içmişəm, avtomatı sənə verməyə yox!
At Belində Olan Adamın bədəninə bayaq batırılmış min-bir tikan yavaş-yavaş
çıxmaqdaydı, bundan ləzzət alırdı və ürəyində deyirdi: “Di, qırın bir-birinizi köpəyuşağı”.
Komandir daha da sərtləşdi:
-
Həbs eləyin bunu!
Drakon:
-
Məni? Qıraram hamınızı!- dedi və üz tutdu darvazaya tərəf. - Tüpürüm hamınıza! Mən
getdim! Pələng, sən yoxsan! Sən ölüsən!
Batalyonun ağsaqqallarından biri:
-
Komandir, qoy getsin. Bir azdan hirsi soyuyar. Onu da başa düşmək lazımdı. Gözünün
qabağında o boyda qardaşını vurublar.
Bir xeyli uşaq da Drakonun ardınca getdi, bunlar onun xətrinə batalyona gələn döyüşçülər
idi. Bunu görən Drakon geri çevrildi və qəzəblə bağırdı:
-
Siz hara,ə! Küçüklər! Qayıdın geri!
Drakon ge
tdi, darvazadan çıxanda da havaya bir qatar güllə buraxdı.
Komandir hirsindən yaşarmış gözlərini sildi. Nəfəsi çatmırdı, təngənəfəs olmuşdu. Son
zamanlar hər dəfə əsəbləşəndə belə olurdu. Bir xeyli öskürdü, sanki nəfəs yollarını açırdı, bir az
sakitləşdi, sonra Pələngdən soruşdu:
-
Nə üstə boğuşurdunuz?
Pələng başı ilə At Belində Olan Adamı göstərdi və Komandir onu indi gördü,
ətrafdakılardan soruşdu:
-
Bu burda nə gəzir?
Uşaqlar:
-
Drakon dedi ki, gedin basın baqaja gətirin. Biz də gətirdik. Amma yazığımız gəldi
baqaja basmadıq.
-
Nədən ötrü?
Pələng:
-
Şalvarını çıxartdırmaq istəyirdi, mən də qoymadım.
Komandir qulaqlarına inanmadı. Drakonun ilan kimi xəzinəsinin üstündə qıvrılıb yatan,
ev-
eşiyi dağılanlara əl uzatmayan vəzifəli adamlardan xoşlanmadığını, tez-tez onları sancdığını,
hətta bəzilərinə lifçik də göndərdiyini bilirdi. Və onu da bilirdi ki, bu vəzifəli adamların bəziləri
batalyonlara könüllü kömək eləsələr də, bəziləri bunu Drakonun qorxusundan edir. Amma
8
Komandir onu da bilmirdi ki, mindiyi UAZ-
ı kolxoz sədri ona öz xoşu ilə bağışlamayıb,
Drakonun qorxusundan gətirib vermişdi. Belə şeylərin üstə bir neçə dəfə Drakonu bərk
danlamışdı. Demişdi ki, heç kimi məcbur eləmək lazım deyil, camaat bizə pis baxır.
Drakonun da cavabı həmişə belə olmuşdu:
-
Komandir, bu pulları özləri kəsməyib ha! Bu camaatdan qazanıblar! Vuruşmağa
qeyrətləri çatmır, qoy heç olmazsa canları çıxsın indi bir az millətə xərcləsinlər.
Drakondan belə şeylər gözləmək olardı, kimisə döyə bilərdi, kimisə cəzalandıra, kimisə
maşının baqajına da basa bilərdi, uf demədən kimisə öldürmək də onun əlində su içmək kimi bir
şey idi, amma kiminsə şalvarını çıxartmaq... Buna onun qəbul etdiyi yazılmamış oğru qanunları
yol vermirdi. Ona görə də Komandir çox təəccübləndi:
-
Niyə?
-
Pul istəyib, verməyib...
Uşaqlardan biri Pələngin üstünə bozardı:
-
Sən də bilmədiyin şeyi danışma. Elə deyil, Komandir. Dünən Musagilə qrad düşüb,
anasını götürdülər Bakıya, arvadın qılçalarını kəsiblər. Səhər-səhər Musa zəng eləmişdi,
həkimlər min manat istəyiblər. Drakon da göndərdi ki, gedin bundan alın. Biz də getdik vermədi.
Drakon da hirsləndi, arxasını da özünüz eşitdiniz.
Komandir At Belində Olan Adamı başdan ayağa deyil, ayaqdan başa süzdü, sonra
xayxırdı, özünü onun sifətinə tüpürməkdən zorla saxladı və tüpürdü yerə:
-
Ə, sən nə cındır adamsan, ə! Bakıdan gələnlərin dalın yuyursan, özününkünə beş manat
qıymırsan?!
Drakonun əlindən zorla qurtulmuş At Belində Olan Adam indi yenidən qırx arşın
quyunun dibinə düşdü, özünə bəraət qazandırmaq istədi:
- Komandir! Seyi
d Lazım ağanın cəddi haqqı bilməmişəm. Hər gün o gəlir pul ver, bu
gəlir pul ver. Mən köpəyoğlu nə bilim kim kimdi. Mənə demədilərki siz istəyirsiz.
Komandir gördü ki, əsəbləri onu dalınca sürükləyir və belə getsə əlindən xəta çıxa bilər,
onsuz da adları bədnam idi. Onları ermənilərə deyil, özlərinə düşmən sayan hökumət bu könüllü
batalyonları gözdən salmaq üçün dəridən-qabıqdan çıxırdı, haqlarında gündə yüz şayiə buraxırdı.
Gecə Dolu başlayanda balalarını götürüb canlarını qurtarmaq istəyənlər heç qapılarının
cəftəsini də vurmağa macal tapmırdılar. Yiyəsiz, ağzı günə qalmış dopdolu evlər demək olar ki,
hər gecə yağmalanırdı. Səhər qayıdıb evlərini talanmış görənlər heç şikayət də eləmirdilər,
şikayət eləməyə yer də yox idi, milis səngərdə, rəis səngərdə, kimə şikayət eləsinlər. Hökumət də
şəhərdə nə oğurluq, nə quldurluq olurdu hamısını batalyonun uşaqlarının üstünə atırdı. Onların
isə “Qur’an” götürüb nə qapı-qapı düşməyə vaxtları vardı, nə də buna həvəsləri - başları
müharibəyə qarışmışdı.
Belə söz-söhbətlərdən təngə gəlmiş Komandir bir gün Rəisin qabağını kəsib dedi:
-
Rəis, gəlmə oğrular bu şəhərdə ev qoymadı. Hökumət də bunu bizim üstümüzə atır.
Bunların qabağını al, yoxsa axırı yaxşı olmayacaq!
-
Komandir, vallah, gücüm çatmır. Bilmirəm erməniylə vuruşum, yoxsa bu binamuslarla.
Birdilər, ikidilər, böyük bir şaykadılar. Oturublar qonşu rayonlarda, gəlib buranı şimon eləyib
aradan çıxırlar. Həmin rayonun rəislərinə deyirəm, deyirlər ki, oğurluq sənin ərazində olur, canın
çıxsın özün tap. İndi mən erməniylə vuruşum, oğru axtarım, nə bilim nə qələt eləyim?!
Komandir görmüşdü doğrudan Rəisin gücü çatmır, bu qarışıqlıqdan, başlı-başınalıqdan
əli-qolu açılan oğrulara xəbər göndərmişdi ki, adam kişi olar... Amma oğrular onu eşitməmişdi.
Komandir bir də xəbərdarlıq etmişdi:
-
Məni hövsələdən çıxarmayın!
Oğrubaşının ona göndərdiyi cavab qısa olmuşdu:
-
Əlindən gələni beş qaba çək!
Bu cavabdan on-
on beş gün sonra ağzından vurulmuş oğrubaşının cəsədi Lenin
meydanının ortasına atılmışdı, biləyini də kəsib qoymuşdular sinəsinə. Camaat yığılmışdı
meydana.
9
-
Səni vuranın əlinə qurban olum!
-
Arvad tumanı oğurlayan oğraş!
-
Di gəbər!
Komandir də bir az aralıda Drakonla dayanıb tamaşa edirdi.
Rəis ona yaxınlaşıb yavaşca dedi:
-
Komandir, heç olmasa bu oğraşın meyidini ataydın ermənilər tərəfə.
-
Onda başqalarına görk olmazdı. Qoy camaat da bilsin kim kimdi.
-
Komandir, açılmayacaq bir iş qoydun boynumuza, zəhləmi tökəcəklər.
İndi Drakon yenə hökumətin əlinə dəstəvuz vermişdi. Hökumət birinin üstünə beşini
qoyub bütün şəhərə yayacaqdı ki, At Belində Olan Adamı aparıb batalyonda döyüblər, pulunu
əlindən alıblar, day nə bilim nə. İndi Komandirin gözünün qabağına bu gəlirdi, yoxsa elə
məmnuniyyətlə özü bunun şalvarını çıxartdırıb başına geyindirərdi. Hövsələsini basdı:
-
Atın bunu bayıra!
Uşaqlar bir andaca At Belində Olan Adamı itqusdu eləyib darvazadan bayıra tulladılar.
Ömrü boyu başqalarını alçaldan və təhqir eləyən indi özü alçaldılmış və təhqir olunmuş
halda “qalsın qulluğunuzda” deyib qayıtdı kabinetinə.
Komandiri yenə öskürək tutdu, hirsindən başı partlayırdı. Həmişə əsəblərini
sakitləşdirmək üçün iki stəkan tünd çay içərdi. Və bu iki stəkan tünd çay təkcə onun ağrılarının
səmmini almırdı, həm də yorğunluğunu çıxarırdı. Üzünü çayxana tərəfə çevirəndə gözü qoz
ağacının altında dayanan və bayaqdan bəri baş verənləri çaşqınlıqla izləyən yad bir adama
sataşdı, yenə özündən çıxdı...
... Olmurdu, nə qədər əlləşsə də göydən tökülən odun-alovun içində bu dəli-dolu uşaqları
əsl əsgərə çevirmək, onlara hərbi nizam-intizamı aşılamaq mümkün deyildi. Buna vaxt da yox
idi. Bir tərəfdən də dəfələrlə Müdafiə Nazirliyinə müraciət etsə də, uşaqlara təlim keçmək üçün
batalyona peşəkar zabitlər vermirdilər. O da gedib orta məktəbdəki hərbi dərs deyən müəllimləri
yalvarıb gətirmişdi batalyona. Əslində onların da çoxu mütəxəssis deyildi, sadəcə olaraq orduda
olmuş adamlardı. Yenə sağ olsunlar, uşaqlara az-çox silahı söküb-yığmağı, təmizləməyi, güllə
atmağı öyrədə bilirdilər.
Əvvəllər həyətə iynə atsan yerə düşməzdi. Bura özünü göstərməyə, “mən də varam” deyə
özünü gözə soxmağa, uşaqlardan eşitdikləri döyüş səhnələrinin üstünə beşini də qoyub gedib
orda-
burda öz adlarına çıxmağa gələnlərin sayı döyüşənlərin sayından qat-qat çox olardı.
İmarət adlanan bu yer savaş başlayanadək “Qarabağ” komandasının stadionu olduğundan
adamlar elə bil bir azdan başlayacaq futbola baxmağa gəlirdilər. Komandir bunun qarşısını
almaq üçün çox əziyyət çəkmişdi, hətta üç-dörd dəfə bir-ikisini qapaz altına da salmışdı, yenə
öht olmurdu. Darvazaya növbətçilər də qoydurmuşdu ki, heç kəsi içəri buraxmasınlar. Amma
yenə görürdün çəpərdən, hasardan aşıb gələnlər var...
-
Növbətçi!
Növbətçi yüyürüb gəldi:
-
Eşidirəm, Komandir!
-
Bunu bura kim buraxıb?!
Növbətçi qorxa-qorxa dedi:
-
Bakıdan gəlib. Yurnalistdi, sizi görmək istəyir.
- N
övbətçinin vəzifəsi nədi?
-
Batalyonun həyətinə kənar şəxsləri buraxmamaq!
-
Di get öz komandirinə de ki, səni bir sutka qubbağa salsın.
Növbətçi:
- Oldu, Komandir!
Komandir:
-
Bu jurnalistlər də elə bilir bura yel əsib qoz tökülüb. Ay qardaş, bura qoz tökülmür ey,
bomba tökülür, bomba. Yaxşı, gəl görüm.
10
Getdi çayxanaya tərəf, Yurnalist də onun ardınca. Çayxanadakılar dərhal qalxdılar,
Komandir əli ilə işarə elədi ki, əyləşin, stolların birinin üstündə dominonu görüb:
-
Onu yığışdırın! Kim domino oynamaq istəyirsə, getsin xarabasında oynasın. - sonra
üzünü tutdu Yurnalistə;- Otur də, qolundan tutub oturadacam?
Bəlkə də həyatında ilk dəfə belə sərt qarşılanan Yurnalist özünü itirmişdi, ehtiyatla
oturdu. İki çaynik çay gətirdilər, birini məxsusi Komandir üçün, birini də qonağa. Komandir
əvvəl qonağa, sonra özünə çay süzdü:
-
Çayını iç. Bağışla dana, limonumuz yoxdu, çölçülükdü, - dərhal da hiss elədi ki, yaxşı iş
görmədi, hər halda qonaqdı və bir də bu yazığın nə günahı, gülümsəməyə çalışdı; - Fikir vermə.
G
ünümüz belədi. Milləti əli yalın qoyublar ermənilərin qabağında aciz. Heç kimdə hövsələ
qalmayıb. Xoş gəlmisən. Eşidirəm.
Yurnalistin qıvrığı bir az açıldı:
-
Sizdən müsahibə almaq istəyirəm.
-
Dostum, o gün bir qəhbə gəlibmiş. Qırılan oğullar qalıb bir tərəfdə, düşüb bu şəhərin
küçələrinə, axtarıb harda bağlı qapı var, onu çəkib. Dünən baxırdım, deyirdi camaat qaçıb.
Saçından tutub başını soxasan təzəyin içinə ki, bəs bu ermənilərin qabağını kim kəsib?
Hökumət? Yoxsa sənin dədən? Kim qaçıb, ay qəhbə, hara qaçıb?! O tində gördüyün məktəbdəki
uşaqları Amerikadan gətiriblər?! Olmadı də dostum, qoyun öldüyümüz yerdə ölək. Erməni bir
tərəfdən, hökumət bir tərəfdən, siz də bir tərəfdən. Ə, ordan Qeyrət Dağarcığını çağırın.
Hökumət yoxdu. Var ey, özləri üçündü. Hökumət hökumət olsaydı çoxdan arvad-uşağı burdan
köçürərdi ki, rahat vuruşa bilək. Adam qeyrətə nə qədər boğular?! Gecə səngərdəsən, səhər gəlib
görürsən qrad gəlib düşüb ev-eşiyini dağıdıb, ailəni parça-parça eləyib. Sizi ana doğub, bizi
inək?! Sizinkilər uşaqdı, bizimkilər əcinnə?! Mən özüm ha məcbur eləyirəm ki, uşaqlar arvad-
uşağı şəhərdən çıxarsınlar, çıxartmırlar, utanırlar. Deyirlər ayıbdı. Qrad ayıba baxmır ey! Gecə
burdaydın?
-
Burdaydım.
-
Qradı gördün?
- Gördüm.
-
Şalvarını batırmadın?
Gecə Dolu başlayanda ilk zərbədən ev necə silkələndisə, elə bildi zəlzələ oldu. Yatdığı
yerdən dik atıldı, tumanpaça özünü pəncərədən bayıra tulladı. Ev sahibi isə heç nə olmamış kimi
sakitcə onun özünü pəncərədən necə atmasına baxıb güldü. Əvvəlcə uşaqlarını zirzəmiyə endirdi,
sonra qayıdıb onun şalvarını götürdü, düşdü həyətə və atdı üstünə:
-
Ala geyin, ə! Ayıbdı. Ermənilər qəfil gələrlər, biabır olarıq!
O da titrəyə-titrəyə soruşdu:
-
Bu nədi?
-
Kanfetdi, ermənilər atır.
Ev sahibinin özünü belə sakit aparması da onun titrəməsini kəsə bilmədi. Ev sahibi gördü
ki, yox, qonağı çox pis qorxub, havalanmaq dərəcəsindədi. Gedib bir çabba stəkan araq gətirdi:
-
Ala iç! Ala, utanma. Biz də əvvəllər belə olurduq.
Arağı birbaşa çəkdi başına, soğanı da alma kimi gəmirdi. Arağın havası onu bir az
toxtatdı. Amma Dolu kəsəndən sonra yenidən qayıdıb evə girməyə qorxdu, oturdu həyətdəki
kötüklərin birinin üstündə:
-
Bəlkə bir stəkan da...
Ev sahibi gedib bir stəkan da araq gətirdi və gülə-gülə dedi:
-
Köpəyoğlunun arağı qradın dərmanıdı.
İkinci stəkandan sonra özünə gəlib soruşdu:
-
Bəs bu uşaqlardan qorxmursan?
-
Niyə qorxmuram? Adam deyiləm? Arvada deyirəm get kəndə, getmir, deyir səni qoyum
hara gedim. Uşaqlar da deyir anamız getmirsə, biz də getmirik. İndi görürsən bu camaat nə
ç
əkir?!
11
Gecəni yenidən xatırlayan Yurnalist dedi:
-
Sözün düzü, bərk qorxdum.
Bu vaxt hərbi formanın içində itib-batan, əlində tutduğu tüfəngdən iki-üç qarış böyük
qarayanız bir uşaq yaxınlaşıb əsgər salamı verdi:
-
Yoldaş Komandir! Sıravi əsgər Qeyrət Dağarcığı sizin əmrinizlə gəlib!
-
Yaxın gəl! Bilirsən bunun neçə yaşı var? On beş. Səngərdən çıxara bilmirəm. On dəfə
qovmuşam, gedib görmüşəm səngərdədi. Day indi qovmuram. Gedə bilərsən.
- Oldu!-
deyə Qeyrət Dağarcığı yenə əsgər salamı verib çevrilib getdi.
-
Bundan yazın dana! Yoxsa, axtarıb beş-altı bağlı qapı tapıb çəkirsiniz, sonra da
qəhbəşivən salırsınız ki, camaat qaçıb. Nə demək istəyirsiniz? Ermənilərə nakolka verirsiniz ki,
şəhər boşdu, qorxmayın?!
-
Mən o xanımın çəkdiyinə cavabdeh deyiləm.
Ko
mandir soyumuş çayını götürüb atdı yerə, yeni bir çay süzdü, bir qurtum içdi, sonra
sözünə davam elədi:
-
Get də! Get o həkimi tap, o binamusdan yaz. Yaz ki, biri canını ver, biri də canını verən
oğulun anasından pul istəyir. Yox, bunları yazmassan. Bilirsən gedib nə yazacaqsan?! Oğullar
qalacaq qıraqda, bayaq gördüklərini yazacaqsan. Yazacaqsan ki, cəbhəçilər quldurluq edir,
vəzifəliləri soyur, bir-birini qırır, çünki sənin hökumətin bunu istəyir.
Yurnalist başını buladı:
-
Komandir, mən hökumət jurnalisti deyiləm. Hökumət jurnalisti olsaydım, hökumətin
yanına gedərdim, bura gəlməzdim.
-
Götür çayını iç. İncimə, həqiqət budu. Oturmusunuz Bakıda, burdan xəbəriniz yoxdu.
İnsanlar dəli kimidilər, hər sözdən havalanırlar. Qəzetdəki adi bir yalan adama erməni
gü
lləsindən pis dəyir. Dünən o verilişdən sonra bütün şəhər bir-birinə dəymişdi. Mən olmasam
uşaqlar gedib onu studiyanın qabağında sürüyəcəkdilər. Qaldı müsahibəyə... Bilirsən dostum,
müharibədə üç cürə adam var. Döyüşənlər, tank belində şəkil çəkdirənlər, bir də müsahibə
verənlər. Bu boyda rayonda iki tank var, birini camaat pul yığıb alıb, Qarağacıda
qəbristanlığında ermənilərin qabağın kəsib. O birini də Mütəllibov göndərib özününkülərə, guya
biz nemesik. Ağ Evin qabağındadı, ordakıları qoruyur. Şəkil çəkdirənlər üçündü, istəyirsən get
birini də sən çəkdir. Bizim batalyondakılar döyüşənlərdi, şəkil yerini də göstərdim. Müsahibə
verənlər də Ağ Evdədilər, bilyard oynayırlar. Gecə düşən kimi də qaçırlar Bərdəyə, hələ biri qrad
səsi eşitməyib. Elələri var heç Bərdədən bu tərəfə keçmir, sürücüləri gəlib ezamiyyət vərəqlərini
möhürləyib gedir.
-
Bunlardan xəbərim var.
-
Xəbərin var, get yaz də, niyə yazmırsan? Dostum, Nitşe deyir ki...
Nitsşenin adını eşidən Yurnalist - heç özü Nitsşeni oxumamışdı, sadəcə adını eşitmişdi və
bir də onu bilirdi ki, Hitlerin ən çox sevdiyi filosof olub - təəccübünü gizlədə bilmədi:
-
Siz Nitşeni oxumusuz? Axı mənə dedilər sizin ali təhsiliniz yoxdu.
-
Ali məktəblərdə Nitşe keçirlər ki?! Bir də sənə kim deyib ki, mənim ali təhsilim yoxdu?
Var. Özü də bilirsən müəllimim kim olub?! Bəy!
-
Universitetdə oxumusuz?
-
Hə! Altıncı kalonda, düz il yarım Bəy mənə dərs deyib. Sonra biri Bəyin xətrinə
dəydiyinə görə başını soxdum tualetə, qovdular, getdim diplomu Kalımada aldım. Nə deyirdim,
hə. Qulaq as, Nitşe deyir ki, öləcəm, məni bu torpağa basdıracaqsız, sonra bu torpağı mənə görə
daha çox sevəcəksiz. İndi biz nə qədər ölürük, sizlərə bu torpağı sevdirə bilmirik ki, bilmirik!
Gərək bu millətin yarısı qırıla ki, bu torpağı sevəsiniz. Hələ onu da Allah bilir sevəcəksiz, ya
yox! Nə isə... Bağışla, dostum, həm başım ağrıyır, həm də işim çoxdu.
Komandir soyuduğundan bir az da tündləşmiş qapqara çayı bu dəfə yerə atmadı, götürüb
su kimi çəkdi başına və qalxdı ayağa.
-
İndi mənə müsahibə verməyəcəksiz?
-
Niyə verməyəcəm, verəcəm, dostum.
12
-
Bəs nə vaxt?
-
İnşallah. Xankəndində!- dedi Komandir və üzünü tutdu çayçıya;- O Şairi tapın, səhər
buralarda sülənirdi. Qonağı təhvil verin ona.
Kənarda dayanmış Şair bir az irəli çıxdı:
- Burdayam, Komandir.
-
Ayıqsan?
-
Komandir, bir baş ki sərxoş deyil, kəs tulla dibindən. Zarafat eləyirəm, sənin qanununu
pozub bura sərxoş gəlmək olar?
-
Deyəsən, ağıllanmısan. Yaxşı, qonağı sənə tapşırıram.
-
Baş üstə, Komandir. Gecə elə bizdə qalmışdı.
-
Day denən taylı tayını tapıb ki! Dostum, sənə bir söz də deyim, bilməmiş olmazsan,
müharibə başlayanda Səməd Vurğun yazırdı ki, bilsin ana torpaq, eşitsin Vətən, müsəlləh
əsgərəm mən də bu gündən. Bəs hanı bu günün səmədvurğunları? Hanı? Hanı rəsulrzalar,
süleymanrüstəmlər, qırılıblar?! Niyə gəlmirlər? O Lenin meydanında millət, Vətən deyib nənəm
də bağırar! Bura gəlsinlər ey, bura! Demirəm ha gəlib silah götürüb bizə qoşulsunlar. Gəlsinlər
görsünlər ölmüşük, qalmışıq. Gəlsinlər bu kəfən geyinən uşaqlarla görüşsünlər, onlara bir ürək-
dirək versinlər...
Şair:
-
Niyə, Komandir, gəlirlər.- dedi
və üç-dörd nəfərin adını da çəkdi.
-
Aydın Məmmədovu deyirsənsə, o mənim xətrimə gəlir. Türmədə bir yerdə yatmışıq.
Sağ olsun, hərdən gəlib bu uşaqların, elə də mənim başıma bir az ağıl qoyur. Qaldı o biri
saydıqların, onlar buralıdılar. Bilmirəm ürəkləri yanır gəlirlər, yoxsa gəlirlər görsünlər hələ
evlərinə bomba düşüb, ya yox. Yaxşı, Allah amanında, sonra görüşərik. Şair, gedin Bayatda
Azərhüseynin pavilyonunda bir tikə çörək yeyin. Qoy gecə də oralarda qalsın, havayı bombaya
qurban olmasın.
Şair:
-
Baş üstə.
Yurnalist:
-
Komandir, icazə ver, bir dəfə sizinlə döyüşə gedim.
-
Yox! Sən get qələminlə vuruş, dostum! Get bu uşaqlardan yaz. Get nə istəyirsən yaz,
amma kişi kimi yaz, həqiqəti yaz. O qəhbəni də görsən denən bir də buralarda fırlanmasın, yoxsa
verərəm bu qız görməmiş uşaqların əlinə, çeynəyərlər.
Gedə-gedə Yurnalist Şairə deyirdi:
-
Heyf, Bakıdan basa-basa bura gəldim, müsahibə vermədi.
Şair:
-
Ə, sən nə tupoy adamsan,ə. Bundan da gözəl müsahibə olar?!
Pələng Komandirin bir az yumşaldığını görüb getdi ardınca:
- Komandir!
Komandir ayaq saxlamadan:
-
Eşidirəm.
-
Komandir! Bir qələtdi eləmişəm. Denən silahımı qaytarsınlar. Mənim də maşınım
yoxdu ki, satıb silah alım.
Komandir dayandı, üz-gözündən peşmançılıq tökülən Pələngə baxdı - bu uşaqlar nə tez
qocaldılar. Müharibə bu cavanları günbəgün yox, aybaay qocaldırdı. Bəxtləri gətirib onlara
dəyməyən güllələr ruhlarına, sevgilərinə dəyirdi, arzularına dəyirdi. Və özləri də bilmədən
sevgiləri də ölmüşdü, arzuları da, ruhları da. Bircə sabaha olan ümidləri ölməmişdi, o ümidli
sabahları ölümdən qurtarmaq uğrunda vuruşurdular. Hər döyüşdən salamat çıxmalarını qənimət
bilirdilər. Deyirdilər, nə yaşayırıq, nəfə yaşayırıq. Hər gün nəfə yaşayan, dünyada sabaha
ümidindən və əlindəki silahdan başqa heç nəyi qalmayan bu cavanın silahını əlindən almaq çox
13
ağır idi. Bu qocalmış cavan gecələr qız qucaqlayıb yatmırdı, silahını qucaqlayıb yatırdı. Könlünü
almaq üçün əlini atıb Pələngin saçından yapışdı və mehribancasına dedi:
-
Yaxşı! Sabah baxarıq! İndi ayrı bir məsələni həll elə. Həkim nə qədər pul istəmişdi?
- Min manat.
Komandir cibindəki pulları çıxarıb saydı, altmış beş manat idi, on beşini qaytarıb qoydu
cibinə, əllisini verdi Pələngə:
- Ala bunu, özüm
üzünkülərə də de, kimdə nə var yığsınlar, göndərin. Elə verin o jurnalist
aparsın.
Komandir özümüzünkülər deyəndə şəhər uşaqlarını nəzərdə tuturdu. Şəhər uşaqları
müharibə başlayanadək heç də at belində olanlardan pis yaşamırdılar. Evləri-eşikləri, maşınları.
Kiminin çayxanası vardı, kiminin mağazası, kiminin də restoranı. Çayxanası, dükanı
olmayanların da hardan, necə qazandığı ilə maraqlanmaq da ayıb sayılırdı. Özlərini oda-közə
vurub qəşəng qazanmağı da bacarırdılar, qəşəng yaşamağı da. Çoxu alver ilə məşğul idi.
Moskvadan vurub Kiyevdən çıxırdılar, Kiyevdən vurub Riqadan. Son zamanlar əllərini Polşaya
da uzatmışdılar. Dünyanın malını daşıyırdılar bu şəhərə. Hətta Moskvada tapılmayan şeylər də
bu şəhərin bazarında tapılardı. Söz gəzirdi ki, Dünyanın Bu Ən Varlı Şəhərinin bazarında atom
bombası da satılır.
Uşaqlar da zarafatla deyirdilər:
-
Bombamız var ey, müştərisi olmadığından üzə çıxarmırıq.
Amma müharibə hər şeyi alt-üst elədi. Day pul qazanmaq haqqında düşünən yox idi, day
restoranlarda şampan partlatmırdılar, day kimsə Moskvadan gətirdiyi “Mersedes”lə forslanmırdı.
Day dünyanın malı bu şəhərə daşınmırdı. Moskvadan vurub Kiyevdən, Kiyevdən vurub Riqadan
çıxan uşaqlar əllərindəkini-ovuclarındakını silah-sursata verib iki il idi oturmuşdular səngərlərdə.
Kisədən yeyirdilər. Bu kisə də dibsiz deyildi.
Hökumətin bütün hədələrinə baxmayaraq, şəhərin imkanlı adamları bu könüllü
batalyonlara kömək edirdilər. Amma bu qədər könüllünü yedirdib-içirtmək, silah-sursatla təmin
eləmək bir şəhərin gücündə deyildi, dünyanın nə qədər varlı şəhəri olur-olsun. Əllərində ovuc-
ovuc qızıl Gəncədə Şerbakın qapısında növbəyə dururdular ki, BTR cəhənnəm, bəlkə heç olmasa
bir şilka ala bildilər. Dünyanın bu Ən Varlı Şəhəri Şerbakı dünyanın ən varlı generalına
çevirmişdi. Qızıl su qiymətinəydi, bir pulemyota bir ovuc qızıl verirdilər. Bu şəhərə bir avtomat
gətirib bir maşın aparmaq olardı. Evlərdə gəbə-xəli qalmamışdı - bir ov tüfəngini, lap təklülə
olsun, bir xalçaya dəyişirdilər. Bir kisə patron ver, bir gəbəni götür get. Bu bostanı uralamaq
üçün hər yerdən tökülüb gəlirdilər, hətta Gürcüstandan belə. Maşın-maşın, özü də insafsızcasına
daşıyırdılar. Daşıyırdılar Dünyanın Ən Varlı Şəhərinin var-dövlətini Tanrı bilmirdilər,
peyğəmbər bilmirdilər, soğan kimi soyurdular Dünyanın Ən Varlı Şəhərini.
Bu camaat həm soyulurdu, həm qırılırdı, həm də lağ yeriydi:
-
Nə oldu, ə! Yekə-yekə danışırdız?! İndi ermənilərlə bacarmırsız!
Soyulmağa, qırılmağa birtəhər dözmək olurdu, amma bu lağa yox. Bu lağ camaata erməni
gülləsindən pis dəyirdi.
Başqa bölgələrdən qeyrətə boğulub gələn könüllülərdən savayı, xalqın çoxu bu
müharibəyə Ermənistanın Azərbaycana müharibəsi kimi deyil, Ermənistanın Dünyanın Ən Varlı
Şəhəri ilə müharibəsi kimi baxırdı.
Və indi Komandir çox gözəl bilirdi ki, özününkülər də daha əvvəlki kimi deyil, çoxu quru
yurdda qalıb, şillə ilə üz qızardırlar, amma başqa çarəsi də yoxuydu. Gəlmə könüllülərdən pul
istəmək ayıb olardı, onsuz da kasıb-kusub uşaqlarıydılar. Onlara da kimsə silah bağışlamamışdı.
Onlar da əllərindəkini-ovuclarındakını satıb almışdılar bu silahları. Vəziyyəti yaxşı
bildiklərindən hətta son zamanlar yemək-içməklərini də özləri ilə gətirirdilər ki, yerli camaatın
boğazına şərik çıxmasınlar.
Komandir də buna çox pərt olurdu:
-
Adam xəcalət çəkir. Həm gəl burda vuruş öl, həm də yeməyini özünlə gətir.
14
Komandir gəlmə könüllülərin çoxunu bir az imkanlı ailələrə qonaq vermişdi. Onlar da bu
könüllüləri öz balalarından ayırmırdılar:
-
Qeyrətinizə qurban olaq!
Komandir pulu Pələngə verəndən sonra aralandı. Amma üç-dörd addım atandan sonra nə
fikirləşdisə dayandı:
-
Bura gəl! - barmağındakı nişan üzüyünü də çıxarıb verdi Pələngə. - Birdən çatmaz,
bunu da qoy üstünə.
***
At Belində Olan Adam kabinetinə girən kimi gördü Katibin telefonu yaxasını cırır,
yüyürüb dəstəyi qaldırdı:
-
Eşidirəm, yoldaş Katib!
-
O nədi, ə?! Eşitdim cəbhəçilər şalvarını çıxarırmış...
-
Yoldaş Katib...
-
Gərək çıxaraydılar. Boğazına bir çatı sal də! Min manat puldu, ə?! Camaat canını qoyur.
Gəlib bu şəhərdən milyonlar qazanmısan, indi o milyonlardan bu camaata beş manat xərcləməyə
canın çıxır. O qurumsaq Polyaniçko istəyəndə yüyürə-yüyürə aparırsan.
-
Yoldaş Katib, vallah...
-
Sözümü kəsmə. Deyəsən qulağına səs dəyib, mən hələ bu rayonun katibiyəm. Hah
eləyib məni çıxardanacan səni elə günə qoyaram itə də əppək borcun qalar. Yüz min pul götür
get Gəncəyə, o Şerbak oğraşdı, nədi, onun adamlarına ver, özüylə danışmışam, şey-şüy
verəcəklər, gətir payla batalyonlara. O goreşən buxalterin var ey, ona da tapşır aparsın hər
batalyona on-
on beş min pul versin. Kolbasa-çörək yeməkdən bağırsaqları quruyub.
-
Baş üstə, yoldaş Katib! Baş üstə...
Katib dəstəyi asmışdı.
Düşdü kresloya, elə bil üstündən tank keçmişdi, əzik-əzik olmuşdu, bütün bədəni
ağrıyırdı. İnkir-minkirin dəyənəyini sağlığında dadmışdı, gedib o dünyada cəhənnəmi görüb
gəlmişdi. Düzdür, Drakonun uşaqları ondan əvvəl də at belində olan adamları çarmıxa
çəkmişdilər, amma day belə təhqir eləməmişdilər. Bu təhqiri yemək mümkün deyildi. Necə olur-
olsun ya qisas almalıydı, ya da baş götürüb bu şəhərdən getməliydi. Amma baş götürüb bu
şəhərdən getmək də məsələni çürütmürdü. Qisasını almasa bir kişi kimi ömrünün sonunadək bu
dərd onu əzəcəkdi, bəlkə də üzəcəkdi. Özü cəhənnəm, onu qorxudan Bakıda yaşayan oğluydu.
Uşaq bir-iki dəfə atasına demişdi:
-
Ata, ayıbıma gəlir, istəyirəm nazirin adına bir raport yazıb iş yerimi dəyişib gəlim
sizdəki milis batalyonuna.
O da bərk hirslənmişdi:
-
Qələt eləmə, otur yerində. Mən burdayam, bəsdi!
İndi uşaq xəbər tutanadək bu məsələni yoluna qoymalıydı. Yoxsa oğlu atasının belə
alçaldılmasına dözməzdi, bu işə qarışardı. Bu da At Belində Olan Adama lap baha başa gələrdi.
Fikirləşə də bilmirdi, başı şişmişdi. Qalxdı soyuducudan bir araq çıxartdı, nə illah elədi
butulkanın ağzını aça bilmədi, baş barmağını zədələdi və hirsindən butulkanı çırpdı yerə, qayıdıb
yayxandı kresloya, düyməni basıb Baş Mühasibi çağırdı.
Baş Mühasib ayaq altındakı butulka qırıqlarına təəccüblə baxıb soruşdu:
-
Müdir, nə olub?
-
Canına azar olub. Ordan bir araq çıxart.
Baş mühasib soyuducudan bir araq çıxartdı, səliqəylə ağzını açdı və stolun üstündəki
stəkanlardan birinə süzüb qoydu onun qarşısına:
-
Evdən yaxşı kotlet gətirmişəm.
-
Heç nə lazım deyil. - dedi və stəkanı götürüb çəkdi başına, bir siqaret çıxartdı. Qoymadı
Baş Mühasib yandırsın, özü yandırdı. - Bura bax, ordan yüz min pul gətir. Öyrən gör bu
xarabada neçə könüllü batalyon var. Apar onların hərəsinə də bir on beş min pul ver. Bir də o
15
cəbhəçi oğlan var ey, adını bilmirəm. Dədəsi də bizdə işləyirdi, Pələng deyirlər, nə deyirlər, mən
bilən o siznən qonşudu...
-
Bəli.
-
Xətrini-zadı istəyir, ya yox?
-
İstəyir.Cəbhəçi olduğuna baxma, pis uşaq deyil. Nə lazımdı ki?
-
Gecə gələcəm sizə, onu çağırarsan. Bir balaca söhbətim var. Amma onların
batalyonlarına pul aparma. Dilxorçuluq edərlər. Sonra özüm bir şey göndərərəm. Di get işlərlə
məşğul ol.
Baş mühasib çıxdı.
At Belində Olan Adam bir yüz də süzüb çəkdi başına və dedi:
-
Eybi yox, sən Drakon ol, mən də mən!
***
Komandir bölük başçılarını yığıb bütün göstərişlərini verəndən sonra postları yoxlamaq
üçün qərargahdan çıxdı. Pələng dayanmışdı qapının ağzında.
-
Bir şey yığa bildin?
-
Üzüyü də hesablasaq yeddi yüz manat.
-
Get Rəisin yanına, denən mən göndərmişəm, qalanın da ondan al, qoy üstünə, göndərin
getsin.
- Komandir...
-
Pələng, pulu göndər, get yat. Sabah danışarıq.
- Oldu, Komandir!
***
Pələng evə girəndə onun əzilmiş sir-sifətini görən anası çaşdı.
Hər səhər döyüşə yolladığın övladı evə dönənədək ürəyi səksəkədə yol gözləmək əvvəllər
çox ağır idi. Uşaqlar salamat qayıdanadək bağır-övkələri ağızlarına gəlirdi, gedib o dünyanı
görüb qayıdırdılar. Gün ərzində o qədər nəzir-niyaz deyirdilər ki, ev-eşiklərini satsalar da
Tanrıya borclarını ödəyə bilməzdilər. Amma sonralar bu adiləşdi və analar Doluya öyrəşdikləri
kimi buna da öyrəşdilər. Hətta o qədər öyrəşdilər ki, elə bil övladlarını səhər-səhər güllə ağzına
deyil, keçmişdə olduğu kimi işə göndərirdilər. Üzlərini də məcbur qırxdırırdılar ki, belə əsgər
olmaz.
Bu şəhərdə hər şey adiləşmişdi, hətta ölüm də. Ölüm bir olardı, beş olardı, yüz olardı...
Məsciddə tabut düzəltməyə taxta çatmırdı. Çoxdanıydı dəm-dəsgahlı - bəli-bəli, Dünyanın Ən
Varlı Şəhərinin yas mərasimləri də dəm-dəsgahlı keçirilirdi - yas mərasimləri də yox idi.
Ölənləri məsciddə yuduzdurub, bəzən heç yuduzdurmaq da mümkün olmurdu, elə paltarlı-
paltarlı kəfənləyirdilər, ordan birbaşa aparırdılar şəhid qəbristanlıqlarından birinə, dəfn eləyib
qayıdırdılar. Nə üç verilirdi, nə yeddi, nə qırx - bircə günlük qurulmuş mağarda bir stəkan çay
içib ölü sahibinə, ölənin silah dostlarına başsağlığı verib dağılırdılar. Nə ehsan verməyə vaxt
vardı, nə də mağarda oturub mollaya qulaq asmağa. Çox vaxt heç molla da çatışmırdı. Bu şəhər
də məhvərindən çıxmış dünya kimi öz məhvərindən çıxmışdı.
Və mollası çatışmayan bu şəhərdə hər gün səhər-səhər güllə ağzına işə göndərdiyi oğlunu
bu sir-
sifətdə görən ana hürkümüş halda soruşdu:
-
Buy! Allah məni öldürsün, bu nə sir-sifətdi, ay bala?
-
Maşından yıxılmışam.
-
Qoy yaralarına dərman sürtüm.
-
Lazım deyil, boş şeydi.
-
Çörək gətirimmi?
-
Yemirəm, it kimi yorulmuşam. Qoy bir az yatım, bir-iki saatdan sonra oyadarsan
yeyərəm.
-
Onda bir stəkan çay iç, sonra yat,- dedi anası və gedib çay gətirdi; - Deyirlər Musanın
anasının ayaqlarını kəsiblər, düzdü?
-
Hə, düzdü.
16
-
Yazıqlar. Arvad belə, özləri də ilin-günün bu vaxtı evsiz-eşiksiz qaldı. Evin dağılsın, ay
camaatı bu günə salan. Deyirlər, Qarağacıya da bomba düşüb, elədi?
Hər axşam evə gələndə anası sualı sualın dalına calayırdı. Və elə suallar verirdi ki, bu
sualların cavabını heç ölkənin başçısı da bilmirdi. Reyqandan başlayıb gedib çıxırdı Turqut
Özala, Mütəllibovdan başlayıb Elçibəydə qurtarırdı. Lap axırda da kirvələri Vartanın ölənlərinin
goruna söyü
rdü, görüm bu evdə yediyin çörək burnundan gəlsin.
-
Bala, bəs bu türklər niyə gəlmirlər?
-
Gəliblər, ay ana, gəliblər!
-
Allah, sənə şükür. Bəs qurban olduqlarım hardadı?
-
Bakıda dönərxana tikirlər.
-
Dönərxana nədi, a bala?
-
Dönərxana?! Avtomat zavodu.
-
Ayaqlarının altında ölüm! Onlar olmasa, ermənilər çoxdan bizi qırıb qurtarmışdı.
-
Mütəllibovnan Elçibəy yenə yola getmir?
-
Getmirlər, ay ana, getmirlər. Mütəllibov uruslara işləyir.
-
Etibarı buraxdılar?
-
Çoxdan buraxıblar.
-
Xəlil Rzanı da?
- Onu da
buraxıblar.
-
Allaha şükür. Camaat danışır ki, bizim katibi çıxarırlar, düzdü?
-
Camaatdı da, danışır.
- ...
- ...
Yenə suallar başlamışdı.
-
Axı demədin Qarağacıya qrad düşüb, ya yox?
Son günlər Dolu dalbadal bir neçə dəfə Qarağacını döymüşdü, xeyli qəbir dağılmışdı.
Tərs kimi də Dolulardan biri də gəlib düz atasının qəbrinə düşmüşdü. Uşaqlarla gedib qəbirləri
birtəhər abıra salmışdılar.
-
Düşüb.
Anası əllərini dizinə vurub, oturdu çarpayıda:
-
Qancıq uşağı, qancıq. Ölüləri də rahat buraxmırlar. Harasına düşüb?
-
Qorxma, kənara düşüb.
-
Kişinin qəbri salamatdı?
-
Salamatdı.
Anası yalvardı:
-
Sənə qurban olum, sabah məni apar qəbir üstünə.
-
Rəhmətliyin qızı, indi qəbirüstü vaxtıdı?! Deyirəm yorulmuşam, qoy yatım.
Anası yenə əl çəkmədi.
-
Görən bu gecə qrad atacaqlar?
-
Sənə dedim get kəndə də.
- Sizi bu odun-
alovun içində qoyub nə təhər gedim, a bala?
-
Onda nəyinə lazım, atacaqlar, ya yox?
Özünü atdı çarpayıya, heç paltarını da çıxarmadı, əynini çox az hallarda soyunurdu,
bilmək olmurdu gecə nə baş verəcək. Özü demiş, it kimi yorulduğundan yatağa da daş təki
düşdü.
Anası xeyli oğluna tamaşa elədi, oğlunun böyüdüyünü görüb ürəyi atlandı, əlini atıb
uşağın yanını qaşıdı:
-
Maşallah! Kişi olub, saqqalı çıxır!
***
Drakon özünə gələ bilmirdi. Pələng yumruğu onun üzünə vurmamışdı, düz ürəyinin
başına vurmuşdu, özü də bıçaq kimi. Əlinin altında böyüyən bir uşaq - özünü güllə qabağına
17
verib odun-
alovun içindən salamat çıxartdığı, şəhid qardaşının yerində bildiyi bir uşaq - ona,
Drakona, əl qaldırmışdı! Özü də millətin gözünün qabağında! Dəfələrlə erməni gülləsindən
qoruduğunu indi özü məmnuniyyətlə güllələmək istəyirdi, güllələyəcəkdi də - söz ağzından
çıxmışdı.
Dünyanın Ən Varlı Şəhərində hərəni bir şeyə görə tanıyırdılar - kimini vəzifəsinə, kimini
puluna, kimi
ni nəslinə-nəcabətinə - onu da Sözünə görə. Hərə bir şeyin ağasıydı, o da Sözünün.
Kim nəyin ağasıydı, xeyirin görmüşdü. Amma o, ağası olduğu Sözə görə gedib Maqadanda ağ
ayıları görüb gəlmişdi. Və o Maqadanda da söz sahiblərinin içində Söz sahibi olmuşdu.
Hər yerdə olduğu kimi Dünyanın Ən Varlı Şəhərinin də katibi, ispalkomu, prokuroru,
rəisi vardı. Amma başqa şəhərlərdən fərqli olaraq bu şəhərin dövlət tərəfindən təyin olunmayan,
lakin hamı üçün qəbul olunan öz katibi, ispalkomu, prokuroru, rəisi vardı. Dövlət tərəfindən
təyin olunanlar təyin olunmayanlarla hesablaşırdılar. Bura gələn vəzifəlilər Sovet qanunları ilə
deyil, bu şəhərin qanunları ilə yaşamalıydılar. Bu şəhərin qanunları ilə yaşamaq istəməyənlər,
sinəsinə döyüb “bu şəhərdə qayda-qanun yaradacam” deyənlər də olmuşdu. Amma belələri
günlərin birində ya kabinetində ağzından vurulmuşdu, ya camaatın gur yerində mal kimi
döyülmüşdü, ya da evi yandırılmışdı.
Ümumiyyətlə, bu şəhərdə Sovet hökuməti yox idi. Və yetmiş ili idi qura da bilmirdilər.
Hələ otuzuncu illərdə bu şəhərdə Sovet hökuməti qurmaq istəyən məşhur bir inqilabçını
kabinetində asmışdılar. Üstündən otuz il keçəndən sonra atasının intiqamını almaq eşqiylə bu
şəhərə vəzifəyə gələn oğlunun meyidini də heç bir ay keçməmiş Qarqardan tapmışdılar.
Bu şəhərin öz Fantoması vardı, Zorrosu, Şakası, Caqası, Ştirlitsi də, hələ də dağlarda
yaşayan qaçaq nəbiləri də. Bu nəbilər hərdən Arana da yenib dostlarının toyuna, əzizlərinin
yaslarına gəlirdilər. Milis də bilirdi ki, hansı qaçaq bu dəqiqə hansı toydadı, ya hansı yasdadı. Nə
işinə qalmışdı, isti aşına niyə soyuq su qatmalı idi ki, meyidi də Qarqardan tapılsın.
Dünyanın Ən Varlı Şəhərinə təyinat almaq üçün - “Gedib orda qayda-qanun yaradacam,
qaçaq-
qulduru əlibağlı Bayıla göndərəcəm” deyə gələn rəislərdən biri bir qaçağın evinə getmişdi.
Oğlunun yerini deməyən anasını söyüb-döymüşdü.
Rəisinə heç cür mane ola bilməyən müavin başını bulayıb demişdi:
-
Rəis, özüyün də evini yıxdın, bizim də.
Rəis qəzəblə:
-
Ə, o paqonundan, tapançandan utan! Belə qorxaqsınız deyin sizi adam yerinə qoymurlar
ey!
-
Rəis, qoca arvadı döymək igidlik deyil. Sən bu şəhəri yaxşı tanımırsan, bu camaata
bələd deyilsən. Bunun altından çıxa bilməyəcəyik.
-
Elə qorxursansa get raportunu yaz.
-
Raportla qurtara bilsəydik nə vardı ki!
Səhərisi rəisin günortayadək işə çıxmadığını görüb evinə gedən işçilər onun meyidini
həyətin ortasında gördülər, ağzına da yaylıq basmışdılar.
Şəhərin bir saytal ağsaqqalını iclasda təhqir eləyən təyinatlı katibin qalstukunu təyinatsız
katibin göstərişi ilə Fazil Müəllimin Kinoteatrının qabağında qayçı ilə kəsib döş cibinə
qoymuşdular. Və təyinatlı katib də həmin gün bu şəhərdən getmişdi və bir daha onu bu şəhərdə
görən olmamışdı. Təyinatsızların təyinatlılara bir sözü vardı: “Ya bu şəhərin qanunlarıyla
yaşayacaqsınız, ya da bu şəhərdə yaşamayacaqsınız!”
Müharibə başlayanda bu şəhərin təyinatlıları Xədim ölkənin Xədim rəhbərinin günahı
ucbatından ermənilərin topunun-tüfənginin qabağında aciz qalıb bu şəhəri qoruya bilməyəndə
təyinatsızlar bu şəhərin ağırlığını öz üzərlərinə götürmüşdülər və şəhər onların əlindəydi.
Drakon da Maqadandan dönəndən bu şəhərin təyinatsız rəisi idi. Sadəcə heç kəsdən
çəkinmədən açıq-aşkar gəzdirdiyi silahı qanunsuz idi, bir də dövlətdən maaş almırdı. Təyinatlı
rəislərdən bir fərqi də ondaydı ki, dükan-bazardan haqq almırdı, onunku böyüklər idi.
Xırda-para mal-heyvan oğurluğunu nəzərə almasaq, bu şəhərdə oğurluq nadir hadisə idi.
Təyinatlı rəislər bunu öz adlarına çıxıb yuxarıların qabağında sinələrinə döyərdilər. Amma hamı
18
bilirdi ki, o
ğrular Drakonun qorxusundan bu şəhərə əl bulamırlar. Ən böyük davaları da Drakon
kəsərdi. Rəisin, prokurorun yoluna qoya bilmədiyini o yoluna qoyardı. Bəzən elə olurdu rəisin,
prokurorun da ona işi düşürdü:
-
Drakon, amandı...
... Şəhərdə bir xəbər bomba kimi partladı - qastrol konsertləri verən Rəşid Behbudovun
papağını və xəncərini günün-günorta çağı qapısında milis, içəridə beş-altı xidmətçisi olan Qonaq
evindən oğurlamışdılar. Bütün şəhər ayağa qalxmışdı. Bakıdan gələn zənglər böyüklərin
telefonlarını bağrıcan eləmişdi.
Rəşid Behbudov konsertləri saxlamışdı:
-
O boyda Amerikada məni soymadılar...
... Onda Amerikada oğurluq, quldurluq baş alıb gedirdi. Adam ölümünün biri bir
qəpikiydi. Adamları küçənin ortasında soyurdular. Belə şeylərə görə Çarlz Xeyder aclıq
eləməkdən əldən düşmüşdü. SİTA hər gün Xeyderin yüz qram arıqladığını Xeyderin xətrinə əlini
çörəyə uzatmağa ayıb bilən Sovet xalqına çatdırırdı:
-
SİTA-nın məlumatı. Çarlz Xeyder 45-ci gündür ki, aclığı davam etdirir. Dünyanın
tərəqqipərvər xalqları...
Dünyanın tərəqqipərvər xalqlarının kapitanı da biz idik.
İndi o boyda cinayət yuvası Amerikada Rəşid Behbudovu soymadıqları halda bu boyda
tərəqqipərvər xalq dünyanın ən məşhur xanəndəsinin papağını və xəncərini oğurlamışdı...
... -
Öz doğma şəhərimdə soydular.
Doğrudan da ayıb olan bir şey idi. Ağsaqqallar yığışıb getmişdilər Rəşid Behbudovun
yanına üzr istəməyə:
-
Sənə ondan da gözəl papaq tikdirərik. Xəncərini qızıldan düzəltdirərik.
Rəşid Behbudov:
-
Mən itən şeylərin qiymətinin davasını eləmirəm. Mən şərəfimin davasını eləyirəm. Bu
oğurluq deyil, mənə sataşmaqdı. Özü də dəhşətli budur ki, mənə özümünkülər sataşır.
Haqqı da var idi. Çünki nə puluna dəymişdilər, nə qızıl saatına, nə də bir avtomobilin
qiyməti olan brilyant üzüyünə, təkcə papağını və xəncərini götürmüşdülər, vəssalam.
Rəis əvvəl xidmətçilərin hamısını doldurdu KPZ-yə. Babat da döydürdü.
-
Rəis, balalarımız sənə qurban! Seyid Lazım ağanın cəddi haqqı, bizlik deyil.
-
Rəis, götürsək bahalı şeyləri götürərik də. O xəncərin heç yüz manat qiyməti yoxdu.
Ondan da gözəl papağı bizim öz ustalarımız yüz-yüz əlli manata tikirlər.
Rəis də görmüşdü yazıqlar düz deyir, buraxmışdı. Nə rəis indiyə qədər belə qəribə
oğurluqla rastlaşmışdı, nə də Dünyanın Ən Varlı Şəhəri.
Hərə bir söz deyirdi.
-
Yəqin dədə-baba düşmənlərinin işidi.
-
Ə, belə də biabırçılıq olar? Dünyada bihörmət olduq. Ə, bu Rəşid Behbudova yox ey,
Pənah xana sataşmaqdı.
Rəşid Behbudovun doğulduğu Bayat kəndinin camaatı da yığılıb gəlib tökülmüşdülər
Qonaq evinin qabağına:
- Ya papaqla
xəncər tapılacaq, ya da ortaya qan düşəcək.
Rəis çıxmışdı qarşılarına:
-
Əşi, çıxın gedin xarabanıza, siz hardan çıxdınız?! Qoyun görək başımıza haranın daşını
salırıq!
Amma camaat getməmişdi:
-
Onda bəyimizi verin özümüzə. Siz qoruya bilmədiniz, aparıb özümüz qoruyarıq.
Tüstüsü təpəsindən çıxan rəis bağırmışdı:
-
Ə, sizin də, sizin qonağınızın da... Bu dəqiqə hamınızı soxacam kepezeyə.
Bundan xəbər tutan Katib dərhal rəisə xəbər göndərmişdi:
-
Ə, avara, bir çepe azdı, birini də eləmək istəyirsən?! Camaatla işin yoxdu. Get itən
şeyləri tap, yoxsa partbiletini alıb verəcəm Rəşid Behbudova.
19
Rəis görmüşdü vəziyyət ağırdı, camaat da getmir, içəri keçib Rəşid Behbudova
yalvarmışdı:
-
Sənə qurban olum, iki-üç saata tapacam. Kişi sözü! Sən çıx bu camaatı başa sal,
dağılsınlar. Yoxsa şəhər camaatı da bunlara qoşulacaq, vallah, onda məni Sibirə göndərəcəklər.
Rəşid Behbudov da rəisin Sibirə göndərilməsini istəməmişdi, çıxmışdı həmkəndlilərinin
qabağına və xahiş eləmişdi ki, dağılsınlar. Söz də vermişdi ki, mütləq gələcək kəndə, onlarla
ayrıca görüşəcək, hələ bir konsert də verəcək.
Kövrələn kim, ağlayan kim, Rəşid Behbudovu duz kimi yalayan həmkəndliləri bundan
sonra dağılmışdılar. Amma kəndə qayıtmamışdılar, gedib oturmuşdular Qonaq evi ilə üzbəüz
çayxanadakı görsünlər axırı nə olur.
Əli hər yerdən üzülən rəis prokuroru da götürüb getmişdi Bayata, Azər Hüseynin
yeməkxanasına, Drakonu da çağırtdırmışdı ora.
Rəis:
-
Drakon, bilirsən ki, ikimiz də sənin xətrini çox istəyirik. Sən bizim qardaşımızsan.
-
Xətriniz xoş olsun.
Rəis:
-
Ölmüşük, bizi yerdən götür.
-
Vallah, mən bilən, ölüləri yerdən götürmək işi ilə Molla Rəşid məşğul olur.
Prokuror:
-
Zarafat vaxtı deyil. Doğrudan vəziyyət ağırdı. Sənin köməyin lazımdı. Kömək elə, itən
şeyləri tapaq.
Drakon:
-
Düzü, mənə də pis təsir edib, şəhərimizə ləkədi. Sizsiz də axtarıram. Bu, oğru işi deyil.
Oğru işi olsaydı o biri şeyləri də aparardı. Sataşmaq, nə bilim dədə-baba düşmənçiliyi, bunlar da
boş şeylərdi. Kimin Rəşidlə nə işi? Bu nəsə başqa məsələdi. Uşaqlara tapşırmışam məşğuldurlar.
Özümün də ağlımda bir şey var. Tapacam. Amma bir şərtim var.
Prokuror:
- Buyur!
-
Mən söz verirəm ki, itən şeyləri tapacam. Amma siz də söz verin ki, oğrunu
tutmayacaqsınız.
Prokuror:
-
Kişi kimi söz verdim.
Sevdikləri qızlara özlərini yetişmiş göstərmək üçün təzə-təzə siqaret çəkməyə başlayan
və məktəblərin qabağında dava salmağı özlərinə peşə edən cüvəllağı uşaqlar məsələlərini ayırd
eləmək üçün Fazil Müəllimin Kinoteatrının arxasındakı bulvara yığışırdılar. Drakon da vaxtilə
bu bulvarda çox məsələləri ayırd etmişdi, çox dalaşmışdı.
Bulvara adam göndərdi ki, bu cüvəllağı uşaqların avtoritetlərini onun yanına gətirsinlər.
Bu cüvəllağılar nə qədər özlərindən razı olsalar da dərhal çağırışa gəldilər.
Drakon məsələni çox kəskin qoydu:
-
Rəşid Behbudovun şeylərini kim aparıb, bir saatdan sonra burda olmalıdır. Kim aparıb,
niyə aparıb, məni maraqlandırmır. Heç kim də cəzalanmayacaq. Amma şeylər bir saata qədər
burda olmasa, sizin hər biriniz məktəblərinizin qabağında, özü də dalına düşdüyünüz qızların
gözü önündə eşşək kimi döyüləcəksiniz. Aydın oldu?! Di durun!
Yarım saat keçməmiş cüvəllağı uşaqlar özləri kimi bir cüvəllağıyla qayıtdılar, papaq və
xəncərlə bir yerdə.
-
Ə, lotu, bunları neyləyirsən?
-
Drakon əmi, bir dostumla qız üstə mərc gəlmişdik.
-
Yaxşı, bəs bunları necə götürə bildin?
-
Sinif yoldaşımızın nənəsi Qonaq evində xadimədi. Ondan öyrənmişdim ki, Rəşid
Behbudov neçədə gəlir, neçədə yatır. Mən də küçədəki palıd ağacından keçdim dama, ordan da
düşdüm içəri. Gördüm yatıb, sakitcə götürüb gəldiyim kimi də qayıtdım.
20
-
Adın nədi?
-
Pələng.
-
Ə, lotu, sən əjdahasan ki?! İndi dur get. Amma yadında qalsın, kişi baş kəsər, adam
öldürər, oğurluq etməz. Oldu?
-
Oldu, Drakon əmi.
Rəislə prokuror təzədən doğulmuşdular, amma Rəşid bəy onların sevincini gözlərində
qoydu:
-
Yox, bunları aparan gəlməlidi! Görüm mənə niyə sataşıb?
-
Rəşid müəllim, Allah haqqı, bir uşaqdı, heç cinayət işi də düşmür. Dostlarının yanında
lotuluq eləmək üçün aparıb.
Rəşid Behbudov:
-
Gəlməsə, konsert yoxdu!
Drakon Pələngi götürüb gəldi Qonaq evinə.
Pələng:
-
Rəşid əmi, Seyid Lazım ağanın cəddi haqqı, mən də sizin kimi məşhur olmaq istəyirəm.
Özümün də səsi var, istəyirsən oxuyum. Xoşum gəldi, bir də uşaqlarla mərc çəkdim. Məni
bağışla.
Rəşid Behbudov xeyli güldü, sonra dedi:
-
Oxu, xoşuma gəlsə, səni bağışlayacam.
Pələng də əlini qoydu qulağının dibinə, qaldırdı ey.
Rəşid Behbudov onu qucaqlayıb basdı bağrına:
-
Oğul, sən əməlli-başlı xanəndəsən ki! Bax, mən də bu papağı da, bu xəncəri də
bağışladım sənə.
Şəhər bir-birinə dəydi. Pələng o xəncəri belinə bağlayıb şəhərə çıxa bilməsə də, papağı
başına qoyub Dünyanın Ən Varlı Şəhərində fors elədi. Və həmin axşam konsertdə Rəşid
Behbudovla birlikdə “Lalələr”i oxudu - papaq başında, xəncər də belində.
Səhərisi günü Dünyanın Ən Varlı Şəhərinin özündəndeyən pullu kişiləri Pələngdən bu
xəncəri almaq üçün elçini elçi dalınca göndərdilər. Hətta maşın təklif eləyənlər də oldu.
Pələng:
-
Bunu mənə Rəşid əmi bağışlayıb, heç nəyə dəyişmərəm.
İndi Rəşid Behbudovun papağını başına qoyan, xəncərini belinə qurşayan Pələng həmin
xəncərlə Drakonu vursaydı, bu onu o qədər yandırmazdı, nəinki onu yumruqla vurması. İçində
vulkan püskürürdü. Möhkəm ağlamaq istəyirdi, boşalanadək, əlləri yanına düşənədək, bəlkə
onda içindəki vulkanı söndürə bilərdi.
Gözünü
n qabağında ən yaxın dostları qırılmışdılar, parça-parça olmuşdular, ağlamamışdı.
Səngərdə qucağında keçinən qardaşını torpağa tapşıranda da ağlamamışdı, ağlaya bilməmişdi,
göz yaşı qurumuşdu. Ona görə də içində bircə damla göz yaşı da tapılmadı ki, ağlaya. Gözlərini
yumub xeyli özünü ələ almağa çalışdı, bir şey çıxmadı. Alnını üç-dörd dəfə maşının sükanına
vurdu, bu onun başının ağrısını bir az sakitləşdirdi. Harasa getmək, burdan uzaqlaşmaq istəyirdi,
amma getməyə bir yer də yoxuydu. Son qərarını verdi - bu gecə Pələngə atacaq. Bu qərardan
sonra Pələngə atmış kimi bir az toxtadı. Vaxtını keçirmək üçün maşını sürdü şəhərdə bir az
aralıda yerləşən Qozlu bağa - Familin yeməkxanasına. Dünyanın öz məhvərindən çıxmayan
vaxtı şəhər uşaqlarının mətəsi sayılan, həmişə qonaq-qaralı olan yeməkxanada indi boşluq idi.
Bircə stolun arxasında altı-yeddi alayarımçıq əsgər geyimli adam oturmuşdu - könüllülər idi.
Ləhcələrindən hiss elədi ki, yerli deyillər, salam verdi. Cavanlar gəlmə olsalar da onu tanıdılar və
hörmət əlaməti olaraq qalxdılar, süfrəyə dəvət etdilər.
Təşəkkürünü bildirdi:
-
Nuş olsun!- dedi və bağın lap aşağısındakı stolların birinə getdi.
Bufetçi tez yüyürüb gəldi, əlindəki dəsmalla stolu təmizləyə-təmizləyə dedi:
-
Rəis, xoş gəlmisən! Nəyünüz belə təksən?
-
Müdiriniz hanı?
21
-
Bir az əvvəl Katib yuxarı keçirdi, dedi ki, Abdaldakı postun uşaqları iki gündü acdı. O
da yemək-içmək götürüb getdi Katibin dalınca. Nə istəyirsən, nə gətirim? Haramıdakı uşaqlar bir
az dombalan göndərib, nübardı, deyim bişirsinlər?
-
Yox, lazım deyil. Bir dənə araq. O qonaqların da pulunu mənim hesabıma yaz.
-
Narahat olma. Müdir tapşırıb, gəlmə könüllülərdən pul almırıq. Bəlkə bir az pendirdən,
göy-
göyərtidən...
- Olar.
Amma nə qədər elədi araq getmədi.
***
Komandir postları gəzdi. Lap axırda da çıxdı Abdala. Uşaqlar gileyləndilər ki, iki gündü
ac-
susuzdular. Yaxşı ki, bir az əvvəl Famil bir az şey-şüy gətirdi, yoxsa bu gecə də ac
qalacaqdılar.
Komandir zarafata saldı:
-
Ə, müsəlman deyilsiniz? Elə bilin Orucluq ayıdı. - sonra soruşdu; - Drakon buralara
gəlməmişdi?
-
Yox. Dünən burdaydı.
Komandir bərk dilxor oldu, deməli, Drakon gedib, belə bir vaxtda onları tək qoyub.
Döndü şəhərə. Qarqarın üstündə Şelli Eldarla rastlaşdı.
-
Vəziyyət nə təhərdi?
-
Ağırdı, Komandir! Çox ağırdı! Beş-altı avtomatla nə qayırmaq olar? Dayandoldurumla
qalmışıq tankın, beteerin qabağında əsir-yesir. Elə söz verirlər. O gün ermənilər az qalmışdılar
kəndi götürələr. Rəis özünü yetirməsəydi çox pis olacaqdı. Yabayla, baltayla çıxartdıq it uşağını.
Allahın patronunu da cirəylə verirlər. Mal-heyvanın hamısı satıb vermişik patrona, bilmirəm
mal-
heyvan qurtarandan sonra neyləyəcəyik. Bizimki lap Molla Nəsrəddinin anekdotuna dönüb.
Döyüşə əliyalın gedirik, deyirik, bəlkə bir erməni öldürüb silahını götürdük. Silah götürəndə də
üstündə qırğın düşür, bilmirsən kimə verəsən, kimin xətrinə dəyəsən.
Komandir güldü, zarafatla çiyninə bir dürtmə vurub dedi:
-
Bizimki də elə Molla Nəsrəddinin anekdotudu, amma babatından. Srağagün boyda
babat trafey götürmüşük. Uşaqları göndər üç-dörd avtomat verim, bir dənə də yağın içində
pulemyot.
-
Mən ölüm?!
Komandir:
-
Sən niyə ölürsən, ə, ölsün səni istəməyənlər. Bəs Ağ Evdə nə deyirlər?
Başqa yerlərdə Ağ Ev partiya komitələrinin binalarına deyirdilər - bu şəhərdə isə Qonaq
evinə. Bakıdan ermənilərin qabağını almaq üçün yox, camaatın başının altına yastıq qoymaq
məqsədilə göndərilən bütün yüksək vəzifəlilər də, yaxın, ya uzaq rayonlardan kömək adıyla,
əslində yüksək vəzifəlilərə yarınmağa gələn rəhbərlər də bura yığışırdı. Bu Ağ Ev ikinci Mərkəzi
Komitəyə çevrilmişdi. Sadəcə olaraq bu ikinci Mərkəzi Komitəni ölkənin Birincisi yox, elə
İkincisi idarə eləyirdi. “05” nömrəli maşınların biri girirdi, biri çıxırdı. Alabəzək telefonlar
susmurdu. Həyət də həmişə sabahkı toya hazırlaşan bəy evinə oxşayırdı.
Ağ Evin Eşikağası da əlində bir topa açar oturmuşdu pilləkanın yanında, qabağında da
pürrəngi çay, elə yorğun-arğın bir görkəmi vardı ki, sanki ölkənin bütün problemlərindən bu
sorumluydu.
-
Ağcabədidən turac göndəriblər, neyləyək?
- Verin
aşağıda arvadlar təmizləsinlər.
-
Şəmkirdən konyak göndəriblər.
-
Ay uşaq, qoyun zirzəmiyə.
-
Salyandan gəlmişəm, katib ikra göndərib.
-
Qalxın, qoyun soyuducuya.
22
-
Bu cəmdəkləri neyləyək?
-
Ə, nə bilim neynəyəsiniz, verin aşpaza da.
Eşikağası da hərdən bir vaxt tapıb təzə “06”-sında çayxanaya da gəlirdi, topa açar da
əlindən düşməzdi:
-
Vallah, yorulmuşam. Billah, yorulmuşam. Hər şey tökülüb mənim üstümə, mən yetim
neyləyim? O gün Polyaniçkoya da deyirəm, Viktor Petroviç, Allahınız olsun, heç olmazsa mənə
bir həftə vaxt verin dincəlim. Deyir nə danışırsan, sən olmasan biz batarıq.
Lotular da sözlərindən qalmırdılar:
-
Doğrudan da, sənin işin çox çətindi. Biri vedrə istəyir, biri qorşok, biri sabun.
Həyət qazan kimi qaynayırdı. Kənardan baxana elə gəlirdi ki, hökumətin başbilənləri bu
qaynar qazanda Qarabağ məsələsini həll edirlər.
Bura həm də dünyada nə baş verdiyindən xəbərsiz camaatın dünyadan xəbər tutma
yeriydi. Darvazanın ağzı dolu olurdu. Şikayətə gələnlər, qaçqını, qaçqın olmayanı, uşağı əsir
düşən, evini Dolu vuran, yardım istəyən. Bir də şəhərə yolu düşmüşkən kəndə xoş bir xəbər
aparmaq istəyənlər - kimi axtarsan burda tapardın. Qapıdakı növbətçilər də eşitdiklərinin üstünə
beşini də qoyurdu:
-
Polyaniçko gecə burdaydı. Kişi adamdı. Dedi az qalıb, bu gün-sabahlıqdı, Moskva
bizim tərəfimizdədi.
-
Gecə yoldaş Mütəllibov selektirni müşavirə keçirirdi. Bayaviklərin anasını ağladacaqlar.
-
Müdafiə naziri deyir təzə tanklar almışıq. Budey bundan.
Darvazanın ağzındakı tankı göstərirdilər.
- Qorbaçov Aqambekyana deyib, von atsuda...
-
Raisa ermənilərin üzüyünü çırpıb təpələrinə...
- ...
Kənddən gələnlər də burda eşitdiklərinin üstünə beşini qoyub danışmaq üçün sevinə-
sevinə dönürdülər kəndə, şəhərdən gələnlər də çayxanalara.
-
Polyaniçko gecə gəlibmiş. Deyib ki, az qalıb. Moskva bizim tərəfimizdədi.
-
Mütəllibov gecə selektirni müşavirə keçirib. On-on beş günə bayaviklərin şalvarını
çıxaracaqlar.
-Qorbaçov Aqambekyana var-
yox söyüşü edib.
-
Şerbakdan təzə tanklar almışıq.
-
Əlisaab müəllim Təşkilat Komitəsində Paqosyanı eşşək kimi döyüb.
-
Polyaniçko Zori Balayanı Stepanakertdən it kimi qovub.
Bir mərəkə də Ağ Evlə üzbəüz Çayxanaydı. Bura da Bakıdan gələnlərlə - gələcək
mərkəzikomitəçilərlə dolu olurdu. Anadilçilər, çənlibelçilər, yurdçular, cəbhəçilər, bozqurdlar,
demokratlar, sosial demokratlar.
Hər tirə də şəhərin say-saytal oğullarından birini yanlayırdı. Hərdən də boş-bekar, işə-
gücə yaramayan adamları Lenin meydanına yığıb mikrofon üstə dalaşa-dalaşa bir az Bakıdakı
hökumətə, bir az yerli hökumətə, bir az da ermənilərə söyür, axırda da yumruqlarını havaya
qaldırıb:
-
Bərk durun, biz burdayıq! - deyib dağılışırdılar.
Komandir hər dəfə bu Çayxananın önündən keçəndə əsəbləşirdi:
-
Bu şəhəri Sovet hökuməti dağıda bilmədi, amma Bakıdan gələn bu uşaqlar dağıdacaq.
Bir dəfə maşından düşüb girmişdi çayxanaya:
-
Ə, burda nə sülənirsiniz?! Ya silah götürün qoşulun bu camaata, ya da ... gedin, qoyun
öldüyümüz yerdə ölək. Yoxsa bir gün sizi maşına basıb aparıb tökəcəm Qarqarda erməninin
qabağına.
Elçibəyə də zəng eləmişdi:
-
Bəy!
Bu uşaqları burdan yığışdır! Gəlib bu şəhərdə oyun oynayırlar, camaatı parçalayırlar.
23
Amma bu Bəylik də deyildi. Bəy yaxasını cırsa da xeyiri yox idi. Çünki Bəyin də xəbəri
olmayan ssenaridə belə yazılmışdı.
Bakıdan gələn vəzifəsizlər Çayxanada öz keflərindəydilər, Bakıdan gələn vəzifəlilər də
Ağ Evdə.
Saunada yorğunluqlarını çıxarıb dincələndən sonra, Şəmkir konyakından bala-bala vurub,
bilyard masasının arxasında gözəl-gözəl qeybət eləməklə məşğul idilər. Kimini vəzifəyə gətirir,
kimini vəzifədən götürür, kiminə də torba tikirdilər. Babat vurandan sonra hətta bəziləri
özlərində cəsarət tapıb hökuməti də, partiyanı da söyürdü. Çünki bu hökumət, bu partiya elə bu
bədbəxtləri də bədbəxt günə qoymuşdu. Əllərinə heç bir səlahiyyət verməyib basmışdılar
millətin bu söyüş-qarğış yerinə, üzü tüpürcəkli eləmişdilər.
Ən çox söyən də Səhiyyə Nazirinin Müaviniydi:
-
Belə getsə, bu xalq bizi paza keçirəcək.
Birincinin Daimi Nümayəndəsi:
-
Sizi bilmirəm, mən day bu camaata yalan danışmaqdan yorulmuşam. Xəcalət çəkirəm.
Öz aralarında belə danışsalar da mitinqlərdə cəbhəçilərə də aman vermirdilər - birini
cəbhəçilər deyəndə, beşini də onlar deyirdi. Elə çıxışlar eləyirdilər ki, sanki hökumət Xankəndini
azad etmişdi, indi də Zəngəzuru təmizləyirdi.
Bu Bakıdan tökülüb gələn və bir yaralı barmağa da işəməyə qabiliyyətləri və
səlahiyyətləri olmayanlar Katibi də boğaza yığmışdılar.
-
Ay qardaşlar! Ay mənim canım-gözüm, əzizlərim! Bura niyə yığılmısınız? Bir yaralı
barmağa da işəmirsiniz!
-
Niyə?! Bəs bu yardımlar nədi?!
Katibin ən zəhləsi gedən şey vardısa elə bu yardımlar idi. Yardım gələndə az qala
havalanırdı. Bir də görürdün qabaqlarına Birincinin Hollivudun kino ulduzlarına oxşayan,
qırmızı qalstuklu şəkli vurulmuş dörd-beş maşın zurna-qavalla girdi hər küçədə bir sütül oğlanın
yası olan şəhərə. Gəlib dayanırdılar Lenin meydanında. Yardım gətirənlər Leninin çoxdan
yuyulmadığından kir-pas basmış heykəlinin altında bir-iki nitq irad edib, Birincini o ki var öyür,
salamını da camaata çatdırandan sonra yardımpaylama mərasimi başlanırdı - undan, kartof-
soğandan, yemiş-qarpızdan. Ermənilərin yandırdığı kəndlərdən qaçıb bu şəhərə pənah gətirənlər,
artıq Dünyanın Ən Varlı Şəhərindən ən kasıb şəhərinə çevrilməkdə olan bu şəhərin öz
imkansızları tökülürdü meydana. Bir mərəkə qopurdu, insanlar insanlıqlarını itirirdilər. Lap
yaxın günlərədək mal-mülk sahibi olmuş adamlar bir kisə unun üstə yumruq davasına çıxırdı.
Dünənədək adi bir söyüşə görə adam öldürülən şəhərdə söyüşün biri bir qəpik, nə ağsaqqala
baxan olurdu, nə arvad-uşağa.
Katib insanların bu qədər alçaldılmasına və alçalmasına dözə bilmirdi. Pəncərədən bu
müdhiş səhnəni seyr edəndə bəzən gördüyü mənzərənin təsirindən özünü saxlaya bilməyib uşaq
kimi ağlayırdı. Axırda yardımın meydanda paylanmasına qadağa qoydu. Tapşırdı ki, o zurna-
qavalı yığışdırsınlar, gələn yardımları şəhər ticarət idarəsinin anbarına təhvil versinlər, ordan da
birbaşa göndərsinlər erməni mühasirəsində olan kəndlərə:
-
Mənə heç kəsin yardımı lazım deyil. Bu şəhər hələ ölməyib.
Amma şəhər ölürdü.
Bu da həm Bakıdakıların, həm də Ağ Evdəki vəzifəlilərin xoşuna getmədi, mübahisə
düşdü.
Amma Katib geri çəkilmədi:
-
Camaatı dilənçi kökünə salmısınız, indi də qarpız paylamaqla öyünürsünüz. Bu camaata
qarpız lazım deyil, bu camaata patron lazımdı, avtomat lazımdı, arvad-uşağı qorusun.
Və Katib o qədər boğaza yığılmışdı ki, hətta bir neçə dəfə yuxarıya zəng edib ağzına
gələni demişdi:
-
Mən bilmirəm bu bədbəxt camaatı yola verim, ermənilərlə vuruşum, yoxsa
göndərdiyiniz bu nazirlərə qulluq eləyim.
Yuxarıdan da demişdilər:
24
-
Cəbhəçilər kimi danışırsan. Səni orda oturdublar ki, sekanın sözünü deyəsən,
cəbhəçilərin yox.
-
Burda cəbhəçi yoxdu. Burda yalın əllə torpağını qoruyan camaat var. Heç bilmirlər Xalq
Cəbhəsi nə deməkdi, özləri də bombanın altında yaşayırlar.
-
Bilirik, səni o Naxçıvandakı danışdırır, onun kadrısan. Şükür elə ki, hələ səni vəzifədə
saxlayırıq.
-
Onun çörəyini siz məndən çox yemisiniz. Darıxmayın, gildir-gildir burnunuzdan
gələcək. Özü də məni vəzifəylə hədələməyin. Bura mənim şəhərimdi, bu qırılan camaat da
mənim camaatımdı. Tabut düzəltməyə taxta da tapmıram. Tüpürüm sizin vəzifənizə. İşdən
çıxararsınız, əlimə bir avtomat götürüb gedib oturaram camaatımın içində. Siz qorxun!
Darıxmayın, belə getsə bu millət sizi dənizə tökəcək!
Bütün bunla
r haqqında Birinciyə məlumat vermişdilər, üstünə də bir az qoymuşdular.
-
Yoldaş Mütəllibov, O heç kimi saymır. Həftə səkkiz-mən doqquz Naxçıvandadı. Öz
camaatı çörək tapmır, Naxçıvana un göndərir.
Birinci:
-
Arı pətəyinə çöp uzatmayın. Onsuz da o şəhər qaynayır, daşsa çətin olacaq. Qoyun hələ
işləsin. Sonra bir şey fikirləşərik...
-
Əlində neçə dənə könüllü batalyon var, özünü general kimi aparır.
-
Viktor Petroviç adam yerinə qoymur.
-
Elə danışır elə bil şəhər ona dədəsindən qalıb.
-
Zəng eləyirik ya telefonu götürmür, götürəndə də, gözünü yumub ağzını açır.
Birinci:
-
Camaatı qalıdırın üstünə.
-
Öz camaatıdı.
-
Boş-boş danışmayın, öz camaatı, özgə camaatı. Bir az maaşlarını gecikdirin,
yanağacağın azaldın, görün öz camaatı onun başına nə oyun açır. Bəs ora it ilxısı qədər adam
göndərmişəm, nə ilə məşğuldurlar? Gəlmə-yerli davası salın, nə qələt eləyirsiniz eləyin.
Sonra DTK-
nın sədrini çağırmışdı:
-
Sənin bu cəbhəçilərin içində agentlərin yoxdu?!
- Var Ayaz Niyazoviç.
-
Bəs niyə göndərmirsən o şəhərə? Bu boyda respublika qalıb bir şəhərin əlində. Göndər,
qoy canları çıxsın, o şəhəri dağıtsınlar.
-
Baş üstə! Böyüklərindən birini vurduraram.
-
Yox, elə olmaz. Sən necə keqebeşniksən?! İşi elə qur ki, özləri bir-birin vursunlar.
-
O da baş üstə!
... Birincinin
tapşırığı elə həmin gecə yerinə yetirildi. Ali Sovetin iclasından çıxıb
Dünyanın Ən Varlı Şəhərinə qayıtmaq istəyən xalq deputatı Eldar Bağırovu 9-cu mikrorayonda
maşınında vurdular.
Hadisədən beşcə dəqiqə keçməmiş Respublika Prokurorluğu rəsmi məlumat yayımladı ki,
deputat Eldar Bağırovu Dünyanın Ən Varlı Şəhərinin könüllü batalyonlarından birinin komandiri
Yavər vurub...
... Şelli Eldar Ağ Evdə olmuşdu və həmişə eşitdiyi sözləri yenə eşitmişdi:
- Bir az da dözün...
... -
Boş şeydi, Komandir. Orda adam yoxdu, bircə o Səhiyyə Nazirinin Müavinindən
başqa. O gün gəlmişdi kəndə. Məni çəkdi bir kənara, on min manat pul çıxartdı ki, bunu payla
uşaqlara. Almırdım, yalvardı, dedi ki, ay qardaş, mənim də gücüm buna çatır, bizdən də bir şey
gözləməyin, özünüz başınıza bir çarə qılın. Bir az da dava-dərman gətirmişdi. Bu gün yenə
getmişdim, deyirəm camaat qırılır, deyirlər ki, Mütəllibov Maskvayla danışıb, bu gün-sabah
ruslar Yerevanı bombalayacaq. Bunlar elə bilir biz qoyunuq. Bərk dirənəndə də deyirlər ki, get
Katib
dən istə. Deyirəm Katibin topu var, tüfəngi var, tankı var? Katib müdafiə naziridi? Az-çox
yenə nə əl tutursa, sağ olsun.
25
Komandir bir siqaret yandırdı, birini də ona uzatdı.
-
Çəkmirəm, dərd qoyur ki, ayrı şey çəkək.
-
Müdafiə naziri orda yox idi?
-
Ondan nazir olar?! Alkaşın biridi, hələ onu ayıq görən olmayıb. Gör o gün başımıza nə
gəlib. Bu yaxınlarda Goranboyun katibi bir az yardım gətirmişdi. Dedim, əmoğlu, bizə ərzaq
lazım deyil, patron lazımdı. Dedi, qardaş, vallah, elə biz də siz gündəyik, amma çalışaram bir şey
tapım. Sağ olsun, kişi adammış, gedən kimi bir buluddağıdan top göndərmişdi. Əsgəranda
ermənilərin bir beteeri var, bizi yığıb boğaza. Sənin dediyin o nazir özü gəlmişdi, iki nəfər də
topçu gətirmişdi, guya beteeri vuracaqdılar. Bizim Qarağacıdakı su qülləsini vurdular. Camaat
boğurdu, əllərindən zorla aldım. Bunlar bu ölkəni dağıdacaqlar, bizi də boş yerə qırdırırlar,
körpə-körpə uşaqlar hayıf olur. Elə bil bu millətin qəsdinə durublar.
-
Möhkəm ol. Sənki ruhdan düşən oğlan deyilsən.
-
Nə qədər ruhla yaşamaq olar? Ruhu topa qoyub atmaq olmur ey! Lənkərandan beş-altı
könüllü gəlib, cavan uşaqlardı, od-alovdular. Srağagün ikisini vurdular. Biri lap uşağıydı,
qucağımda öldü. Can verəndə deyirdi, dayı, qoyma ölüm. Buna hansı köpəyoğlu dözər?! Atası
kişi adammış. Meyidi aparmadı. Dedi, şəhid harda ölübsə, orda da dəfn olunmalıdı, oğlum bu
şəhərdə ölüb, burda da dəfn eləyin. Dünən basdırdıq. Heç yas vermək üçün rayona da qayıtmadı,
oğlunun tüfəngini götürüb oturub səngərdə. Nə isə! Səni də yordum. Sənin günün mənimkindən
yaxşı deyil ha. Bəlkə gedək kəndə, uşaqlar səni görüb bir az ürəklənsinlər.
-
Qalsın ayrı vaxta. Drakonu axtarıram, görməmisən?
-
Mən bayaq şəhərə gedəndə Qozlu bağ tərəfə keçdi. Nahaq o namərdə görə Drakonun
xətrinə dəymisən. Gərək qoyaydın şalvarını çıxarıb keçirəydi başına. Namərd oğlu namərd. O
gün bizim uşaqlar gedib qarajından bir az pulsuz benzin götürmüşdülər, zavqarı döyüb
öldürürmüş. İstədim gedib idarənin ortasında salım təpiyin altına, dedim, lənət şeytana, onsuz da
adımıza yüz söz çıxarırlar.
Qucaqlaşıb ayrıldılar. Komandir maşına minəndə dedi:
-
Sabah uşaqları göndər, dediklərimi verim.
Komandir getdi Qozlu bağa, amma Drakonu tapa bilmədi.
Bufetçi:
-
Komandir, heç çörək də yemədi. Odur ey, arağı da qalıb stolun üstə. Burda ermənistanlı
uşaqlar çörək yeyirdilər, onlarla getdi. Amma hara getdilər, onu bilmirəm.
***
At Belində Olan Adam telefonu götürüb Rəisi yığdı. Xoş-beşdən, hal-əhvaldan sonra
dedi:
-
Rəis, sənə indiyədək bir ətək pul vermişəm?
Söz Rəisin xətrinə dəydi:
-
Dədəyin pulunu vermisən?
-
Yaxşı, yaxşı, hirslənmə, qulaq as. Yəqin ki, bugünki hadisəni eşitmisən.
Rəis özünü bilməməzliyə vurdu:
-
Gündə yüz hadisə olur, hansını deyirsən?
-
Sənin agenturan keqebenkindən yaxşı işləyir. Bilirsən nəyi deyirəm.
-
Eşitmişəm.
-
Onu soxdur kepezeyə, eşşək kimi döydür. Özüm ölüm, sənə Bakıda üçotaqlı ev almayan
kişi deyil.
-
Ə, başına at təpib, Drakonu kepezeyə soxmaq olar? İstəyirsən mənim şalvarımı
çıxarsınlar?! Hələ sağ olsunlar ki, onlar bizi kepezeyə salmayıblar.
-
Onda gəl başqa cür danışaq.
- Buyur.
-
Rəis, Ətağa cəddi, günü sabah səni Gəncəyə rəis göndərtməyən alçaq oğlu alçaqdı.
Bakıda da üçotaqlı ev öz yerində. Ürəyindən ayrı nə keçir, ona da hazıram.
-
Nə belə səxavətli olmusan, ə? Sonra?
26
-
Rəis, heç kim bilməsə də mən sənin gücünə bələdəm. Əlinin altında üç-dörd yüz
milisionerin var. Pristupnu mir də səni yaxşı tanıyır.
- Sözünü de.
-
Bax, yenə deyirəm. Bakıda üçotaqlı ev, Gəncəyə rəis, bir diplomat da pul.
-
Bunu demisən, sözünü de.
-
Onu atdır!
Elə bil rəisi ildırım vurdu:
-
Oğrac özünsən! Bütün nəslindi! Binamus oğlu binamus!- dedi və telefonun dəstəyini
necə yerinə çırpdısa, dəstək ortadan qırıldı, əlini də yaraladı; - Göpəyoğlu! Ona görə erməni
anamızı...
Dalbadal üçüncü zərbəni alan At Belində Olan Adam da dəstəyi tulladı:
-
Buna bax ey, qudurub. Elə bil kisəynən pul verdiyim adam deyil. Eybi yox, altda
qalanın canı çıxsın. Səni uvolit elətdirib bu rayondan it kimi qovdurmasam mən də mən deyiləm!
***
İkinci saunada yayxınmışdı, əlində də bir bardaq “Əsgəran” pivəsi:
-
Bu erməni it uşaqları pivə bişirməyi bacarır də. Çex pivəsinin adı var, bizim pivələrin
dadı , - dedi və pivədən bir az tökdü daşların üstə, bir anda içərini pivənin dadlı qoxusu bürüdü, -
Bəh, bəh, bəh! Hə, indi de görüm işlər necə gedir?
-
Viktor Petroviç, şəhərdə vəziyyət çox pisdi, başlı başını saxlasındı. Katib cəbhəçilərlə
oturub-
durur, əl altdan onları silahlandırır. Bir ayağı da Naxçıvandadı. Elə bu gün mənə
Şerbakdan yüz min manatlıq silah aldırıb gətirdib. Rəis də cinayətkarların hamısını yığıb
qoltuğunun altına. Keqebe də onlara işləyir. Bakıdan, Şəkidən hardan oldu erməni tapdırıb
gətirir, verir cəbhəçilərə. Bu dəqiqə cəbhəçilərin zirzəmisinidə altı-yeddi erməni var. Özü də
deyəsən biri də Şaumyankəndin ya katibidi, ya da qardaşı.
İkinci süpürgəni verdi ona:
- Döy görüm.
At Belində Olan Adam süpürgəni saldı soyuq suya, sudan bir az çilədi İkincinin kürəyinə,
başladı döyəcləməyə.
Süpürgənin ləzzətindən İkinci bir az da xoşallandı:
-
Bir az bərk vur. Ayaqlarımın altına döy. Hə, bax belə. Bir az da bərk. Az qalıb, bu gün-
sabah katibi o məsələ. Birinciylə danışmışam. Amma deyir elə edin ki, cəbhəçilər özləri
qovsunlar.
-
Dedim axı, cəbhəçilər onu qovmaz. Yerli adamdı, qohum-əqrəbası da çoxdu, böyük
nəsildilər.
-
O daşların üstünə bir az da pivə at. Hə, yaxşıdı. Şantaj eləyin. İndi nazirlərlə də ayrı-ayrı
danışacam. İşləmək lazımdı, işləmək. Onların silahı var, sizin də pulunuz. Pul silahdan yüz dəfə
güclüdü. Puldan tökün, özlərini özlərinə qırdırın.
At Belində Olan Adamın əlinə Rəisin torbasını tikmək üçün yaxşı fürsət düşmüşdü:
-
Bu gün bir cəbhəçi üstümə avtomat çəkib məni öldürürdü. Rəisə dedim, tədbir görmək
əvəzinə məni küçə söyüşləriylə təhqir elədi. Milisin avtomatlarının yarısı cəbhəçilərin əlindədi.
Bu müharibə başlayandan qoşulub onlara. Cəbhəçiləri yığıb doldurub milis batalyonuna. Nə
qədər o burdadı, bu cəbhəçilər meydan sulayacaq, Allah hələ axırını xeyir eləsin.
-
Yaxşı, indi məşğul olaram.
İkinci girdi hovuza, bütün yorğunluğunu tökdü hovuzun biz kimi suyuna, təzədən
doğuldu, hovuzdan çıxıb qurulandı, keçdi salona. Süfrə hazır idi. Nazirlər, nazir müavinləri onu
gözləyirdilər, heç kim əlini süfrəyə uzatmamışdı. Saunanın havasından pörtmüş sifətindən qan
damırdı. Dəsmalla alnında puçurlamış tər damlalarını sildi, məclisə bir nəzər saldı, Katibi
görməyib soruşdu:
-
Katib hanı?
Səhiyyə Nazirinin Müavini:
-
Getdi Gülablıya. Deyirlər ermənilər orda yaman fəallaşıblar.
27
-
Bilmirdi gələcəm?
-
Demişdik.
İkinci hirsləndi:
-
Bu lap qudurub! Sukinsın!
Süfrəyə mürəbbə düzən Çayçı əl saxladı, bunu bütün şəhər üçün söyüş bildi - bu camaatın
bir xasiyyəti vardı, hətta sevmədikləri bir həmyerlilərini də başqası söyərdisə qəbul etməzdilər,
bunu özlərinə sığışdırmazdılar:
-
Xahiş edirəm, bizim Katibi təhqir eləməyin.
Hələ indiyədək ağzından bir dəfə də olsun “bəli”, “xeyr”dən başqa ayrı bir kəlmə
eşitmədikləri Çayçının bu sözləri məclisdəkilərin hamısını şaşırtdı,təəccüblə bir-birlərinə
baxdılar.
Elə İkincinin özü də gözləmədiyi bu sözlərdən hirslənməkdən daha çox təəccübləndi:
-
Nə dedin?
- Heç.
Dedim ki, xahiş edirəm bizim Katibi təhqir eləməyin.
İkinci necə bağırdısa, bayırdakılar da bu bağırtını eşitdilər və elə bildilər içəridə nə isə
oldu.
-
Rədd oool!
Çayçı indicə İkincinin qabağına qoyduğu çayı götürdü:
-
Baş üstə! Onda çayınızı özünüz tökərsiniz. - dedi və salondan çıxdı, çıxarkən də
əlindəki stəkanı qapının ağzında dayanmış At Belində Olan Adama verdi; - Ala!
İkincini elə bil ilan vurmuşdu, yerində qıvrılırdı:
-
Allahın çayçısı da qudurub. Tək bu yox ey, bütün şəhər qudurub. Hamısını da o katib
qudurdub. Mən onu yerində oturdaram. - üzünü tutdu Müdafiə Nazirinə; - Bu sukinsının əlinə bir
qundağı qırıq təklülə ver, bas səngərə. Burda artıq-urtuq yeməkdən porsuğa dönüb. Deyin o
Rəisi bura çağırsınlar.
Heç kəs əlini çörəyə uzatmırdı, hamının iştahı küsmüşdü. İkinci də qarşısındakı yeməyi
kənara itələdi:
-
Nu davay, indi məlumat verin görək vəziyyət necədi?
Səhiyyə Nazirinin Müavini:
-
Yaxşı deyil, Viktor Petroviç. O boyda Təşkilat Komitəsi Stepanakertdə niyə oturub?
Ermənilər gündə bir kənd yandırır. Bu şəhərdə salamat ev qalmayıb. Hər gün Ermənistandan
maşın-maşın bayavik göndərirlər. Deyirlər hələ aralarında zəncilər də var.
-
Mən ordakı vəziyyəti soruşmadım. Siz mənə burdan danışın.
-
Mən də elə burdakı vəziyyəti deyirəm. Burdakı vəziyyət ordan asılıdı. Oranı düzəltmək
lazımdı...
İkinci onun sözünü kəsdi:
-
Dedim ki, burdan danışın. Bu boyda hökumət oturmusunuz burda, əlinizdə milis, ordu,
prokuror. Şəhəri oğrular, quldurlar idarə edir. Hakimiyyəti əldən vermisiniz. Sizi bura nəyə
göndəriblər?
Səhiyyə Nazirinin Müavini gördü ki, heç kəs başını ağrıtmaq istəmir, yenə özünü verdi
İkincinin gülləsinin qabağına:
-
Viktor Petroviç, burda oğru-quldur yoxdu, arvad-uşağını, ev-eşiyini qorumaq istəyən
camaat var, hər gün də qırılırlar. Ermənilərin tankı, topu, qradı, bəs bu camaatın nəyi var?!
Berdenkayla vuruşurlar. Yaralılara dərman da çatdırmaq olmur. Camaat adamın üzünə tüpürür.
Elə gecə olmur ki, şəhəri qrada tutmasınlar.
-
Bir az çox şişirdirsən. Neçə saatdı burdayam, hanı qrad, hanı top?
- Sizin
xətrinizə atmırlar. Siz Əsgəranı üzü yuxarı keçən kimi başlayacaqlar.
Söz İkincini tərs şapalaq kimi tutdu:
-
İkibaşlı danışma.
Səhiyyə Nazirinin Müavini geri çəkilmədi:
-
Siz soruşdunuz, mən də olanı dedim.
28
İkinci gördü nazir müavini üzə dirənib, daha dərinə getmədi, üzünü tutdu Müdafiə
Nazirinə:
-
Hanı sənin qoşunun?
Müdafiə Naziri qalxdı ayağa:
-
Mənim qoşunum var? O burnu fırtılıqlı uşaqları deyirsiniz? Onlardan qoşun olar?
Qoşunu yığıblar Bakıya. Heç bilmirəm mənim vəzifəm torpağı qorumaqdı, yoxsa Mərkəzi
Komitəni?! Səhiyyə Nazirinin Müavini düz deyir, camaat üzümüzə tüpürür. Yer yarılsa, yerə
girərəm.
-
Niyə girmirsən? Gir də!
-
Yarılmır axı.
-
Mən yararam.
-
Necə məsləhətinizdi.
Bu hadisələrin hansı sonluqla bitə biləcəyindən heç özlərinin də xəbəri olmayan bu
vəzifəlilər də bezmişdilər hər şeydən, axı bu millətə nə qədər yalan danışmaq olar? Axı bu
milləti nə qədər aldatmaq olar? Camaat üzlərinə deyirdi ki, siz ermənidən pissiniz.
Bu yazıqlar ermənidən pis deyildilər, onları ermənidən pis eləyən əllərindən buraxmağa
qorxduqları vəzifələriydi. Onları yığmışdılar bir vəzifə torbasının içinə, ağzını da bağlamışdılar,
çıxa bilmirdilər bu torbadan. Partlaya-partlaya qalmışdılar bu torbanın içində. Və dözməyib bu
torbadan çıxmaq istəyənlər olurdu. Amma bu torbadan çıxmaq istəyənlərə elə bir başqa torba
tikirdilər ki, bu torba o torbanın yanında muştuluq olurdu. Bu torba Bayılın divarları kimi çox
möhkəm idi, sökmək mümkün deyildi. Amma hərdən Bayıldakı torbanı gözləri altına almayıb
belə yığcam iclaslarda ürəklərini boşaldanlar da olurdu. Və bəzən də bu ürəkboşaltmalar onlara
baha-
başa gəlirdi. Belə iclasların birində İkincinin üzünə ağ olub ürəyini boşaldan bir prokuror
səhərisi günü Xankəndinə Təşkilat Komitəsinə çağırılmışdı və Komitənin qabağındaca ermənilər
onu girov götürmüşdülər.
Hökumət bütün torpedaları işə salsa da bir xeyri olmamışdı. Katib görmüşdü hökumətin
əlindən bir şey gəlmir, Komandirdən xahiş eləmişdi ki, bu işə qarışsın. Komandir elə həmin gün
Drakonla Pələngi göndərmişdi Xankəndinə. Onlar da ermənilərin liderlərindən birini gecə
evindən oğurlayıb gətirmişdilər, soxmuşdular zirzəmiyə. İkinci nə qədər çığırıb-bağırsa da xeyri
olmamışdı.
Komandir xəbər göndərmişdi:
-
Ona deyin, proletariatın inqilabda itirəcəyi bircə zənciridi, onu da biz çoxdan itirmişik.
Bağırmasın, yoxsa onun özünü də oğurlayarıq.
İkinci görmüşdü bu həna o hənadan d
eyil barışmalı olmuşdu. Bundan sonra Komandir gətirdikləri ermənini prokurorla dəyişmişdi.
İkinci də hökumətin şər maşınını işə salmışdı.
-
Cəbhəçilər prokuroru Salatın Əsgərovanın qatili ilə dəyişiblər.
-
Deyirlər prokurorun oğlundan kalan pul alıblar.
-
Ay namərdlər!
İkincinin tapşırığı ilə qəzetlər bu şayiəni bütün ölkəyə yaymışdı.
Amma Komandir “Qur’an” götürüb camaatın üstünə getməmişdi: “Kimin nə danışdığı
mənə maraqlı deyil, özüm ki bilirəm nə var, nə yox”. Heç qəzetlərə də cavab verməmişdi, bilirdi
ki, onsuz da cavabını çap etməyəcəklər. Bircə Salatının anasına xəbər göndərmişdi ki, ay ana,
belə şeylərə inanma. Salatının anası da demişdi ki, ay oğul, mən heç əvvəldən inanmamışdım.
İkinci Müdafiə Nazirinin ağzından vurdu:
-
Sənin araqdan başın açılır ki, yerə girəsən, yoxsa göyə çıxasan?!
-
Mənim içməyim hökumətə sərf edir. Yoxsa elə bu burnufırtılıqlı uşaqlarla Stepanakerti
şumlayaram. İnanmırsınız, çəkilin kənara, görün şumlayıram, ya yox.
İkinci:
-
Səhər nə yemisiniz belə? Hamınız bülbül kimi ötürsünüz.
Bir nəfər içəri daxil olub dedi:
29
-
Viktor Petroviç, rəis gəlib.
-
Gəlsin içəri.
Salona girən Rəis qapının ağzında dayanmış At Belində Olan Adamı görəndə dalağı
sancdı, amma özünü onda qoymadı, istehzayla dedi:
-
Sən də burdasan? Bəs deyirlər sənin şalvarını çıxarıblar, əynindədi ki! - sonra irəli
yeriyib dayandı İkincinin önündə, əlini qulağının dibinə atıb özünü təqdim etdi: - Yoldaş
Polyaniçko, şəhər milis idarəsinin rəisi sizin əmrinizlə gəlib.
İkinci:
-
Rəis, məndə məlumat var ki, sən cinayətkarları himayə edirsən?
-
Yalan məlumatdır, yoldaş Polyaniçko. Mənim ermənilərlə heç bir əlaqəm yoxdur.
Buyurub keqebedən öyrənə bilərsiniz.
-
Mən erməniləri demirəm.
-
Mən də ayrı cinayətkar tanımıram.
İkinci yerindən qalxıb var-gəl eləməyə başladı:
-
Deyəsən söz güləşdirirsən, özün yaxşı bilirsən mən nə deyirəm. Günün-günorta çağı
cəbhəçilər şəhərin mötəbər bir şəxsinin evinə soxulub pul istəyirlər, üstünə avtomat çəkirlər,
döyürlər, məşğul olmursan. Hələ məlumat almışam ki, üstəlik onları işə də götürmüsən, rəsmi
silah vermisən.
-
Yoldaş Polyaniçko, biz fakt əsasında cinayət işi qaldırırıq. Həmin şəxs bizə rəsmi
müraciət eləməyib. Buyursun, rəsmi müraciət eləsin, biz də araşdıraq. Qaldı ikinci məsələyə,
vəziyyətlə əlaqədar nazirlik bizə bir rota formalaşdırmaq əmri göndərib. Əmrdə də göstərilib ki,
rota yerli gənclərdən formalaşdırılsın. Mən də sağlam, qabiliyyətli gəncləri rotaya götürmüşəm.
İkinci gəldi durdu Rəisin qarşısında:
-
Sənə əmr eləyirəm, elə indi get o quldurları həbs elə.
-
Yoldaş Polyaniçko, mən bu əmri yerinə yetirə bilmərəm.
-
Niyə?
-
Onları həbs eləsəm bayaviklərlə kim vuruşacaq, burda oturanlar?
-
Görünür babat pullarını almısan.
Rəis gördü geriyə yol yoxdu, onsuz da yuxarıların alçaldıcı əmrlərindən, aşağıların
söyüşlərindən boğaza yığılmışdı, bu rəislik deyildi, it əzabıydı, çəkirdi. Hər gecə Dolunun
altında kabinetdə yatmaqdan da bezmişdi, məsciddə şəhid yudurtmaqdan da, qulağı eşidə-eşidə o
şəhidlərin ata-analarının onun və onun kimilərinin ölənlərinin goruna söyüşlərini eşitməkdən də.
Ömrü b
oyu gözəl-gözəl istirahət evlərində, buz bulaqların başında yeyib-içdikləri müharibə
başlayandan gildir-gildir burnundan gəlirdi. Çoxdan tüpürüb gedərdi. Amma dünyanın düz vaxtı
Dünyanın Ən Varlı Şəhərindən qazandığı pullarla özü də, balaları da dünyanın kefini görmüşdü.
Nəyi vardı Dünyanın Ən Varlı Şəhərinə borcluydu. Bu şəhərdə qazanmaq üçün başqa yerlərdə
olduğu təki kimisə asıb-kəsmək, tutub içəri basmaq, oboxeyislə qorxutmaq lazım deyildi.
Bu şəhərdə camaat pul qazanmağı da gözəl bilirdi və qazandıqları pulları ürəklə
xərcləməyi də. Bu şəhərdə vəzifəli adamlara pulu az qala zorla verirdilər, özü də işi düşən də pul
verirdi, işi düşməyən də. Bir əlin verdiyi pulu o biri əl bilmirdi. Qaynayıb-qarışmışdı bu
camaata, olmuşdu bu camaatdan biri, oğrusuyla da dil tapmışdı, doğrusuyla da. Və indi dünya
məhvərindən çıxanda, onu gözü üstə saxlayan, onu özününkü sayan bu camaatı dar ayaqda əsir-
yesir kökündə qoyub qaçmağı özünə ar bilmişdi, kişiliyinə sığışdırmamışdı. Və bu camaatla bir
səngərdə yatırdı, nə gecəsi vardı, nə də gündüzü.
Qorbaçov silahları yığmaq əmrini verəndə Ermənistan bu əmrlə gündöyməzini silib
atmışdı tualetə. Bizdə isə rəislər daha artıq silah təhvil vermək üçün özlərini öldürürdülər, elə bil
pambıq planı doldururdular. Amma o, yuxarıdan nə qədər sıxsalar da bir adamın evinə də milis
göndərmədi.
Nazirlikdən:
-
Sən o boyda şəhərdən silah tapa bilmirsən?
-
Yoxdu! Neyləyim, özümü silah eləyim?!
30
-
Nə nağıl danışırsan?! Bazarında avtomat satılan şəhərdə silah tapmırsan?
-
Bilirsiniz nə var? Əvvəl ermənilərdən silahları yığın, sonra mən sizə bir vaqon silah
təhvil verim. Mən bu camaatı topun-tüfəngin qabağında əliyalın qoya bilmərəm.
Hələ altdan-altdan başqa şəhərlərə adam salıb silah aldırırdı və bu silahların da çoxunu
ermənilərin mühasirəsindəki kəndlərə göndərirdi.
Camaat da dünyanın düz vaxtı onun bu şəhərdən qazandıqlarının hamısını halal eləmişdi:
-
Ə, bu Rəis kişi oğlu kişiymiş!
Artıq geriyə yol yox idi, vardı ey, amma bu yol kişi oğlu kişilik deyildi.
-
Yoldaş Polyaniçko, mən də burda oturan bütün vəzifəlilər kimi rüşvət almışam, özü də
pis almamışam. Sizin özünüzün də rüşvət almaq stajınızdan sizə yaxşı məlumdur ki, hamımızın
bir vəzifəsi də rüşvət almaq və aldığımız rüşvəti də yuxarılarla bölməkdi. Amma mən
başqalarından fərqli olaraq həmişə pulluların pulunu almışam, yetim-yesirin yox. Sizin o
dedikləriniz yetim-yesirlərdi, pulları yoxdu. Olub-qalanlarını da satıb tüfəngdən-zaddan alıb
hökumətin əvəzinə bu şəhəri qoruyurlar.
İkinciyə bəlkə də həyatında indiyədək belə bir sərt söz deyilməmişdi. Ona görə də bu
gözlənilməz cavabdan özünü itirdi:
-
Sən kiminlə danışdığının fərqindəsənmi?
-
Yoldaş Polyaniçko, əvvəla, sən yox, siz! Mən sizə siz deyə müraciət edirəm. Mən bir
milis polkovnikiyəm, kimin qarşısında olduğumu da çox gözəl bilirəm.
Otura
nların hamısını soyuq tər basmışdı. Rəisin az-çox köntöy olduğunu bilsələr də, hər
halda ondan ölkənin ikinci şəxsinə bu qədər sərt bir cavab gözləmirdilər. Rəis taleyini ortaya
qoymuşdu və yəqin ki, artıq uduzmuşdu.
Bayaq saunanın kefindən, indi isə hirsindən pörtmüş İkinci yenə alnının tərini sildi və
dəsmalı hirslə stola çırpdı, stolda nəsə qırıldı:
-
Mən səni tutduğun vəzifədən azad edirəm.
Müdafiə Naziri nə vaxtdan bəri bir yerdə çörək yediyi Rəisi düşdüyü uçurumdan xilas
etmək üçün İkincini sakitləşdirməyə çalışdı:
-
Viktor Petroviç, rəis yaxşı oğlandı, şəhərdə böyük hörməti var, camaat onu eşidir. Gecə-
gündüz səngərlərdədi, güllənin altındadı. Heç ailəsini də şəhərdən çıxarmayıb...
Səhiyyə Nazirinin Müavini də Müdafiə Nazirinin sözünə qüvvət verdi:
-
Dünən idarəsinə qrad düşüb, gözünün qabağında iki milis işçisi ölüb. Çox böyük
sarsıntı keçirib. Bütün gecə özüm onun yanında olmuşam. Hələ heç özünə gəlməyib, bu dəfə
bağışlayın. Ağsaqqalsınız! Qul xətasız, ağa kərəmsiz olmaz.
Amma hirindən-hikkəsindən boğazının damarları çıxmış İkincini sakitləşdirə bilmədilər:
-
Eşitmədin? Gedə bilərsən! Mən səni tutduğun vəzifədən azad elədim!
Rəis təmkinini pozmadı:
-
Yoldaş Polyaniçko, siz partiya işini yaxşı bilə bilərsiniz. Amma görünür hərbi işi yaxşı
bilmirsiniz.
Mən hərbçiyəm.Məni bu vəzifəyə daxili işlər naziri təyin edir və daxili işlər naziri də
vəzifədən götürür. Mən nazirə tabeyəm, sizə yox. Nazir əmr verər, mən də vəzifəmi əmrdə
göstərilən şəxsə təhvil verərəm.
-
Eybi yox, mən elə indi nazirlə danışaram. Çiyninə bir avtomat verib səni göndərər
Stepanakertə, gedib Kərkicahanda uçastkovı işləyərsən.
Rəis:
-
Dedim ki, mən hərbçiyəm. Nazir əmr eləsə sıravi milis işçisi kimi də bu dövlətə qulluq
eləməyə borcluyam və hazıram. İndi gedə bilərəm?
-
Gedə bilərsən!
Rəis bu dəfə hərbi salam vermədi, üzünü bir az əvvəl onu müdafiə edənlərə dedi:
-
İkinizə də təşəkkür edirəm. Məni müdafiə etdiyinizə görə yox, belə nakişilərin arasında
kişiliyinizi qoruya bildiyinizə görə.
Və çevrilib otaqdan çıxdı, çıxanda da qapının ağzında əmrə müntəzir dayanmış At
Belində Olan Adama dedi:
31
-
Sənin bu şəhərdən qazandıqlarını burnunun iki deşiyindən tökmək mənə borc olsun.
***
Anası Pələngi oyatmaq üçün əlini bir balaca ona toxundurmuşdu ki, uşaq yerindən necə
dik atıldısa, yazıq arvad qorxdu:
- Bissimillah! Bissimillah!
Hövlnak qalxan Pələng:
-
Nə oldu? Qrad başladı?
-
Yox, ay bala, səni çöldə çağırırlar.
Ağlına birinci o gəldi ki, yəqin Drakondu, haqq-hesab çəkməyə gəlib, rəngi qaçdı.
-
A bala, sənnən deyiləm?!
- Kimdi?
-
Rəhmətlik dədəngilin buxaltiridi.
Toxtadı, keçdi yan otağa, hər ehtimala qarşı Rəşid Behbudovun bağışladığı xəncəri
pencəyinin altından qurşadı belinə və çıxdı darvazaya.
-
Qonşu, gecə vaxtı xeyir ola?
-
Xeyir olar, inşallah.Bir gedək bizə, sözüm var.
-
Burda deyə bilməzsən?
-
Hər halda ev yaxşıdı.
-
Gedək deyirsən gedək də.
İçəri girəndə gördü ki, At Belində Olan Adam yayxanıb divana, qarşısında da bir stəkan
çay, televizora baxır, televizorda vurhavur konsert gedirdi.
Uşaq vaxtı televiziyada Livanı göstərəndə dəli olurdu: bir tərəfdə kəndlər, şəhərlər yanır,
millət qırılır, bir tərəfdə də restoranlar, barlar, göbək rəqsləri. Uşaq ağlıyla fikirləşirdi ki, bu necə
dövlətdi, bu necə millətdi, belə də müharibə eləmək olar?
Onun üçün, elə hamı üçün müharibə deyilən şey Böyük Vətən Müharibəsi idi - kinolarda
gördükləri, kitablarda oxuduqları, atalarının-babalarının vuruşduqları, qırıldıqları müharibə.
Uşaqlı-böyüklü hamının ayağa qalxıb düşmənlə döyüşdüyü müharibə. Bütün ölkənin “Hər şey
cəbhə üçün, hər şey Vətən üçün” dediyi müharibə. Və uşaq ağlıyla fikirləşirdi ki, bəs bu
livanlılar niyə demirlər: “Hər şey Vətən üçün! Hər şey cəbhə üçün!” Və heç cür nə onun, nə də
kimsənin ağlına gələ bilməzdi, heç yatsalar yuxularına da girməzdi ki, bu televiziyada
gördüklərini haçansa həyatda da görəcəklər və yaşadıqları ölkə elə Livan kimi olacaq. Millətin
bir parası qırılacaq, millətin o biri parası isə öz kefində, öz damağında! Və uşaq vaxtı televizorda
gördüyü Livan hətta bu ölkənin yanında muştuluq olacaq.
İndi At Belində Olan Adam yayxanmışdı divana, qarşısında bir stəkan çay və ləzzətlə bu
millətin olmayan televiziyasında bu millətdən olmayanların vur-çatlasınına tamaşa edirdi.
İstədi elə qapıdan geri qayıtsın, çevrilib qonşuya baxdı, gördü qonşu əlini atıb boğazına,
qayıtmadı.
A
t Belində Olan Adam dərhal hiss elədi ki, Pələng bu görüşdən xoşlanmadı. Qalxdı
ayağa, televizoru söndürdü, amma Pələngə yaxınlaşıb əl uzatmağa qorxdu, əli göydə qala bilərdi,
bu da işləri korlayardı:
-
Axşamın xeyir. Gəl otur, qardaş.
Amma Pələng oturmadı:
- Xeyirdimi?
-
Gəl, gəl otur. Kişisən, kişi oğlusan. Rəhmətlik atanın da xətrini çox istəyirdim. Gözəl
insanıydı. Neçə il bir yerdə işlədik, çox çörək yemişdik. Gəl, gəl otur.
Pələng atasının adını eşidəndə bir az yumşaldı və könülsüz-könülsüz keçib oturdu.
At Belində Olan Adam Baş Mühasibə dedi:
-
Bizi tək burax.
Otaqda ikisi qaldı.
32
-
Əvvəla, sənə təşəkkür edirəm, məni böyük bir biabırçılıqdan qurtardın. Ömrü boyu
özüm də, balalarım da sənə borcludu.
-
Nə sən, nə də balaların mənə heç nə borclu deyil.
-
Yox, borcluyuq! Mənə görə özünü Drakon kimi bir əjdahanın ağzına atdın.
Pələngin söhbətə qulaq asmağa heç həvəsi yox idi. Həm də postda qaldığı iki günün
yuxusu gözündən tökülürdü:
-
Rəis, - bu şəhərdə vəzifəlilərə rəis deyirdilər, - sözünün canını de, mən hələ posta
gedəcəm.
-
Yaxşı, sözümün canın deyirsən, mən də sözümün canın deyirəm.- deyə o, əlini atıb
divanın altından bir çanta çıxartdı və qoydu stolun üstünə: - Qulaq as, burda ürəyin istədiyin
qədər pul var. Bu pulla Bakıdan ev ala bilərsən, maşın ala bilərsən, evlənə bilərsən. Bunu sənə
gətirmişəm.
Səhər-səhər Musanın anası üçün min manat qıymayan nədən belə səxavətli olmuşdu,
nədən onun ayağına gəlmişdi? Düzdür, yaxşılıq eləməyinə Pələng ona çox böyük bir yaxşılıq
eləmişdi, biabırçılıqdan, özü də dəhşətli bir biabırçılıqdan qurtarmışdı. Amma Pələngə görə hər
qəpiyinin qədrini bilən bu adam həmin yaxşılığı bu qədər pulla qiymətləndirmək qabiliyyətində
deyildi, qəpiyinin qədrini bilən bir belə pulu buna görə çölə atmazdı. Görünür burda nə isə başqa
bir
əmma vardı.
-
Rəis, səni yaxşı tanıyıram, bilirəm pulun da çoxdu, amma sən bu qədər pulu havayı çölə
atanlardan deyilsən.
-
Havayı niyə, həyatımı qurtarmısan.
-
Rəis, açıq danış, de görüm məndən nə istəyirsən?
Sözü bir başa demək çətin idi, özü də çox çətin idi. Məsələ çox pis sonuclana, onun üçün
daha ağır qurtara bilərdi. Hərçənd ki, ona olan olmuşdu, qaradan artıq rəng yoxuydu. Tutar-tutar,
tutmaz da... Amma necə olur-olsun tutdurmaq lazımıydı, daha uzaqdan gəzişməkdən vaz keçdi,
birbaşa gəldi mətləbin üstünə.
-
Yaxşı, lap açıq danışıram, amma cavab verməyə tələsmə. Mənə diqqətlə qulaq as.
Drakonu məndən də yaxşı tanıyırsan. Yaxşı bilirsən ki, anasına qəhbə deyibsə, səni atacaq. Eldar
Bağırovu vurdular, kimə nə dedilər ki, səni də vursalar kimə nə deyələr?! Müharibədi, kim
kimədi? Qorxma, döyüşlərin birində işini gör, arxanda mən durmuşam.
Pələng gözlərini qıyıb qarşısındakı adamın anlaya bilməyəcəyi bir baxışla onu süzdü.
Qarşısındakı adam bu gün səhər şalvarını batıran adama oxşamırdı. Yenə səhər-səhər
düşürüldüyü atın belinə qalxmışdı. Və bu atı daşlı-kəsəkli yolda səyirtmək istəyirdi. Bu adam
pulla hər şeyi almağı öyrənmişdi və hər şeyi də həmişə ala bilmişdi - diplomu da, vəzifəni də, ad-
sanı, xətir-hörməti də, toylarda, yaslarda məclisin yuxarı başını da. Hər şeyi satın ala bilmişdi -
katibləri də, rəisləri də, prokurorları da, özündən yuxarıları da, özündən aşağıları da. Onun üçün
bu dünyada hər şey satılırdı, hər şey alınırdı. İndi də onu almaq istəyirdi, qiyməti də özü
müəyyənləşdirmişdi, xəsislik də eləməmişdi. Əjdahaları satın almağı bacaran bir adam üçün o
çox kiçik bir əşya olsa da, ortaya çox böyük pul qoymuşdu.
-
Hə, nə deyirsən?
Pələng xeyli bir çanta pula baxdı, bu bir namərdə öz qardaşına güllə atdıracaq qədər pul
idi, sonra yenə baxışlarını qaldırıb qarşısındakını süzdü. Onun təzə-təzə dərk elədiyi, təzə-təzə
qədəm qoyduğu bir duyğunu - kişiliyini satın almaq istəyən bu adamın sinəsində qəşəng bir
xəncər yeri vardı. Amma o, Rəşid Behbudovun bağışladığı xəncərə əl atmadı. Gözlərinin
qabağına Musanın ayaqları kəsilmiş anası gəldi, həkimə verilmək üçün qəpik-qəpik yığdıqları
pul gəldi, Komandirin barmağından çıxartdığı nişan üzüyü gəldi, ətsiz yedikləri borş gəldi...
Daha çox şeylər, çox şeylər gəldi gözlərinin qabağına. Amma o çox şeylərin içərisində nə ev
vardı, nə maşın, nə də toy. O heç qız sevməyə macal tapmamışdı ki! Və indi qabağına çox şeylər
gələn gözlərinin önündə bir çanta pul vardı, ağlına gəlməyəcək, yuxusuna girməyəcək, bütün
nəslini xoşbəxt edə biləcək qədər pul. Acı-acı güldü.
-
Hə, nə deyirsən? Bunu Allahdan başqa bir kimsə bilməyəcək.
33
Pələng yenə At Belində Olan Adama baxdı, çantadakı pula baxdı, qalxdı ayağa, çantanın
ağzını örtüb götürdü:
-
Nə deyirəm ki! - dedi və otaqdan çıxdı.
At Belində Olan Adam dərindən nəfəs aldı:
- Di
get, köpəyoğlu! Görək kim kimi şalvarsız qoyur.
***
Pələng həyətə girəndə gördü anası artırmada əli qoynunda dayanıb intizarla onu gözləyir
-
gecənin bu çağında bu qəfil çağırış arvadı qorxutmuşdu.
-
Bu gecə vaxtı xeyiriydimi, ay bala?
- Xeyiriydi.
Girdi
lər evə. Pələng çantanı stolun üstünə qoyub açdı. Anası pulları görəndə matı-qutu
qurudu, əli üzündə qaldı:
-
Bu nədi, ay bala? Oğurluq eləmisən?- dedi və halsız düşdü çarpayıya.
-
Oğurluq nədi, ay ana?! Bakıdan göndəriblər, batalyonun puludu.- amma gördü anası
inanmadı, and içdi;- Seyid Lazım ağanın cəddi, batalyonun puludu.
Anası yenə inanmadı:
-
Denən Həzrət Abbas haqqı!
-
Həzrət Abbas haqqı! İndi inandın? - Sonra “türk” adı gələndə çiçəyi çırtlayan anasını
həm rahatlatmaq, həm də sevindirmək üçün dedi; - Türklər göndərib.
Anasının gözləri alacalanıb işıqlandı:
-
Buy, onlara qurban olum! Buy, onların başına dolanım!
-
Sən mənə bir stəkan çay gətir, işim var.
Türklərin adını eşidəndən sonra rəngi üstünə gələn anası getdi çay gətirməyə.
“Mənə bir belə verirsə, gör namərdin nə qədər pulu var ey” deyə fikirləşən Pələng əlinin
arxasıyla pulları sığalladı, elə bil qayçının ağzından indicə çıxmışdı. İlk dəfə hiss elədi ki, heç
demə gül kimi, çiçək kimi pulun da öz qoxusu varmış. Və gülün, çiçəyin qoxusu kimi pulun da
qoxusu ləzzətliymiş. Və gül-çiçək qoxusu verən puldan iki dəst götürüb qoydu qoltuq cibinə.
Əlində çay otağa girən anası bunu gördü:
-
Onları niyə götürürsən?
-
Lazımdı, -dedi, sonra iki-üç dəstini də götürüb bir qəzetə bükdü verdi anası; - Ala bunu,
bərk yerə qoy. Müharibədi birdən məni vurub-eləyərlər, lazım olar.
-
Allah eləməsin, ay bala.
-
Biz Allahın yadından çoxdan çıxmışıq.
-Axmaq-
axmaq danışma, ağzın əyilər.
Pələngin əli havada qalmışdı:
-
Di ala dana, qoy bərk yerə.
Anası yenə əlini pula uzatmadı:
-
Bəs deyirdin batalyonundu?
-
Həzrət Abbas haqqı batalyonundu. Tezdən aparıb verəcəm Komandirə. Bunlar da
mənim payımdı. Mən indiyədək heç sənə yalan danışmışam?!
Anası pulları alıb qoynuna soxdu, Pələngi də gülmək tutdu:
-
Amma yaman bərk yerə qoydun, ha!- dedi sonra çantanı atdı çarpayının altına, tələm-
tələsik bir-iki qurtum çay içdi və evdən çıxdı;- Sən yat, mən Musanın qardaşına bir söz deyib
gəlirəm.
Getdi Musanın xalasıgilə. Evə Dolu düşəndən sonra Musanın qardaş-bacılarını xalası əri
yığıb aparmışdı öz evlərinə. Darvazanı xeyli döydü:
-
Ay dədəm vay, bunlar nə bərk yatıblar, ə!
Nəhayət, Musanın Xalası Ərinin yuxulu səsi gəldi:
-
Ay kimsən?!
34
-
Mənəm, Pələngdi.
Darvaza açıldı, Musanın Xalası Əri gecənin bu gözü Pələngi görəndə elə bildi Bakıdan
bəd xəbər gəlib, salamsız-kəlamsız soruşdu:
- Arvad keçinib?
-
Yox, salamatdı. Musa qardaşına xəbər göndərib, ona görə gəlmişəm.
-
Gəl içəri.
-
Sağ ol, tələsirəm. Zəhmət olmasa çağır.
Səsə Musanın Qardaşı da artırmaya çıxmışdı, Pələngi görüb düşdü darvazaya tərəf, çatan
kimi o da soruşdu:
- Arvad keçindi?
Pələng girdi onun qoluna:
-
Ə, loxəbər özünüzsünüz. Bir bəri dur görüm. Dayı, sən bizi bağışla.
Musanın Xalasının Əri:
-
Allah bağışlasın!- deyib girdi həyətə.
Pələng cibindən iki dəstə pul çıxartdı və uzatdı Musanın Qardaşına:
-
Ala bunları.
O da Pələngin anası kimi ömründə ilk dəfəydi bu qədər pul görürdü, təəccüblə soruşdu:
-
Bunlar nədi, ə?
-
Korsan? Görmürsən puldu?!
-
Görürəm ey puldu, deyirəm nədi?
-
Bakıdan Musanın dostları göndərib.
-
Ə, nə səfeh-səfeh danışırsan. Musa dünən o boyda Bakıda dərman almağa əlli manat pul
tapmayıb. Nə dost, hansı dost?! Musanın dostunun biri sənsən, acından günorta durursan.
Pələng əsəbləşdi:
-
Ə, nə zəhləmi tökürsən?! Dostları olmasın, yaxşı oğlanlar olsun. Götür get evinizi tikdir,
arvaddan da narahat olma. Bu gün Musaya pul göndərmişik. Nə gözünü döyürsən, ala dana!-
dedi və pulları basdı onun cibinə.
-
Nə deyirəm, vallah, kim göndəribsə, Allah balasını saxlasın. Pələng, eşitdim bu gün
Drakonla dalaşmısan?
-
Boş şeydi, bir balaca dilləşmişik.
Musanın Qardaşı başını buladı:
-
Necə dilləşməyiniz üz-gözündən görünür. Boş şey deyil, söz Drakonun ağzından
çıxıbsa, səni atacaq. Deyirəm, bəlkə sabah gedək Seyid Lazım Ağanın yanına.
Bu camaat üçün Seyid Lazım Ağanın sözü “Qur’an” ayəsi kimiydi, heç kim keçə
bilməzdi. Camaat Ağanın şəkillərini ciblərində gəzdirir, maşınlarının ön şüşəsinə yapışdırır,
evlərinin ən görkəmli yerlərindən asırdı. Üzündən nur yağan Ağa adətən çox vaxt bazarda
Drakonun mağazasının qarşısında, onun üçün qoz ağacından xüsusi hazırlanmış taxtda otururdu.
Bazara gələnlərin çoxu onun əlindən öpməmiş, xeyir-duasını almamış bazardan çıxmazdı. Nəzir-
niyazı olanlar da onu elə burda tapardı. Dükanın ağzında bir qutu vardı, bu qutu axşamadək
nəzir-niyazla dolardı. Amma Ağa əlini o nəzir-niyaza vurmazdı, bu nəzir-niyaz kasıb-kusuba
paylanırdı. Təzə işə başlayanlar, ya bir vəzifəyə gedənlər Ağadan bir-iki manat pul alardı -
bərəkət olsun deyə.
Bu günlərdə bir Dolu gəlib ağanın on-on beş addımlığında torpağa sancılmışdı, amma
partlamamışdı. Gördükləri möcüzədən əlləri üzlərində qalan camaat Dolu düşərkən heç tükü də
ürpənməyən Ağanın əlinə-ayağına düşmüşdü:
-
Cəddinə qurban olaq, Ağa!
Bir an da bütün Qarabağa səs yayılmışdı, hətta xəbər gedib Bakıya da çatmışdı - Ağanın
cəddi camaatı ölümdən qurtarıb. Müharibə başlayandan bəri Dolu döyməkdən xeyli öləziyən
Dünyanın Ən Varlı Şəhərinin bu ən varlı bazarı yenidən qaynamağa başlamışdı - Ağa nə qədər
bazardadı, cəddi camaatı qoruyacaq.
35
Və indi Musanın Qardaşı çox gözəl bilirdi ki, Drakon nəyə and içir-içsin, Ağanın bir
kəlmə sifarişi bəsdi.
-
Hə, nə deyirsən, səhər gedək? Sən utanırsansa mən gedim.
Musanın Qardaşı Pələngin ürəyindən xəbər vermişdi, amma özünü sındırmadı:
-
O məni atmaz! Bir sözdü də deyib. Özü də mənim əlimi pişik yeyib?!
-
Yaxşı da, gopa basma. Səhər gedirik, ya yox?
Pələng gülümsədi:
-
Nə deyirəm, gedək deyirsən, gedərik.
***
Bayaqdan yatmaqdan ötrü ölən Pələngin gözünə səhərədək yuxu getmədi. Və heç bilmədi
ki, onu yatmağa qoymayan çarpayının altındakı gül-çiçək qoxusu verən bir çanta puldu. Dan yeri
onun gözlərində söküləndə düşdü həyətə, qurşaqdan yuxarı yuyundu. Sonra evə qalxıb ağzına
bir-
iki tikə pendir-çörək qoydu. Anası daş kimi yatmışdı, oyatmağa heyfi gəldi, əyilib sümükləri
çıxmış qupquru əlindən öpdü və evdən çıxdı.
Batalyonun həyətində ağız deyəni qulaq eşitmirdi, vurhavuruydu, maşınlara doluşurdular.
- Hara?
-
Deyirlər ermənilər Gülablıya girib.
Yüyürdü Komandirin maşınına tərəf. Əlini atıb yerindən tərpənməkdə olan maşının
qapısını açdı:
-
Komandir, bəs mən?!
Komandir:
-
Arujeynikə de, silahını versinlər!
***
Yüksəkliyi ələ keçirən ermənilər ovucları içində qalan kəndi güllə yağışına tutmuşdular.
Göydən ucuz ölüm tökülürdü. Və göydən tökülən bu ucuz ölümdən canlarını qurtarmaq üçün
arvad-
uşaq, ağsaqqal-qarasaqqal ayaqyalın, başıaçıq üzümlüklərin arasıyla üzüaşağı qaçırdı.
Körpələrin çığırtısı, qadınların fəryadı tük ürpədirdi.
Bir yük maşını yolun ortasında yanırdı, ətraf parçalanmış meyidlərlə dolu idi. Yolun
kənarındakı şah tutun budaqlarından bağırsaqları çölə tökülmüş bir adam sallanırdı və hələ nə
baş verdiyini anlamadan bağırırdı.
Sürücü öyüdü, maşını saxlayıb düşmək istədi, Komandir hirslə boynunun dalına bir
şapalaq vurdu:
-
Sür, köpəyoğlu! Camaat qırıldı!
İdarənin qabağında xeyli silahlı əsgər vardı, Direktor birinin yaxasından yapışıb
şapalaqlaya-şapalaqlaya bağırırdı:
-
Hara qaçırsınız, ay qəhbə uşağı qəhbə?!
Komandir:
- Saxla!-
deyib çığırdı və heç maşının dayanmağını gözləmədən qapını açıb özünü atdı
yerə, əli ilə də arxadan gələnlərə işarə elədi ki, dayanmayın, qalxın yuxarı.
Komandiri görən Direktor bir az da ürəkləndi:
-
Ə, binamuslar...
Komandir əsgəri Direktorun əlindən alıb kənara itələdi:
-
Müəllim, bir dayan görüm. Nə olub?
-
Görmürsən bu binamusları, postu qoyub qaçırlar.
Komandir qorxudan ciyərləri ağızlarından gələn, tozun-torpağın içində, tökülüb-itən bu
burnu fırtılıqlı əsgərlərə baxdı.
Onların çoxunu Bakıda küçələrdən tutub milisə gətirir, pulluları buraxır, imkansızları isə
Müdafiə Nazirliyinin adamlarına təhvil verirdilər. Bəzilərinin üstündə heç sənədi də olmurdu.
Bir də görürdün ağlayırdılar ki, vallah, biz uşağıq, orta məktəbdə oxuyuruq. Kim idi baxan? Və
Müdafiə Nazirliyi də ömründə bircə dəfə də silah görməyən bu burnufırtılıqlı uşaqlara heç bir
təlim keçmədən, döyüşə hazırlamadan, hətta əyinlərinin ölçüsünə-filanına baxmadan əsgər
36
paltarı geyindirib doldururdular avtobusa və göndərirdilər ermənilərin ət maşınının ağzına, elə
bil millətin qəsdinə durmuşdular. Belələrinin çoxu birinci döyüşdəcə güllənin səsindən şoka
düşürdü.
İmkan düşən kimi bu əsgərlərə baş çəkən Komandir belələrinə az qala yüz dəfə deyirdi:
-
Ay oğul, güllənin səsindən qorxma, güllənin səsini eşitdinsə, deməli,sənlik deyil. Sənə
dəyən gülləni eşitməyəcəksən.
Amma nə fayda? Ömürlərində kinolardan başqa bircə dəfə də güllə səsi eşitməyən bu
uşaqların bəziləri döyüş başlayan kimi silahlarını atıb qaçır, bəziləri də səngərin içində
qulaqlarını tutub uşaq kimi ağlayırdılar. Özlərini batıranlar da olurdu. Qınamaq da mümkün
deyildi, ana uşaqları idi, çoxunun üzünə heç ülgüc də dəyməmişdi.
Gözlərinin qabağında cavan-cavan oğlanların havayıdan qırılmasına, qırılmayanların da
minbir xəstəlik tapmasına dözə bilməyən zabitlər xəlvətcə Komandirin yanına gəlmişdilər:
-
Komandir, bizi eşidən yoxdu. Etiraz edənləri də tutub soxurlar içəriyə ki, provakatorsan.
Yenə səndən çəkinirlər. Qoyma, uşaqlar havayıdan qırılır.
Komandir:
-
Vallah, sizin hökumət elə bilir düşmən erməni deyil, mənəm. Amma çalışaram.
Durub getmişdi Katibin yanına:
-
Katib, sən bu şəhərin yiyəsisən, niyə qoyursan hökumət bu xalqın uşaqların qırdırsın?
-
Rəhmətliyin oğlu, nə şəhər, nə rayon, nə yiyə?! İndi heç bu ölkənin yiyəsi yoxdu. Elə
bilirsən məni eşidirlər? Dəfələrlə demişəm, dava da eləmişəm. Sekada söymədiyim adam
qalmayıb, heç filan yerlərinə də deyil. Deyirəm heç olmasa bu yazıqları paylayın bizim
batalyonlara, qoyun bir az təlim keçsinlər. Deyirlər, cəbhəçiləriyin sayın artırmaq istəyirsən?
Guya cəbhəçilər mənimdi. Deyirəm, bizim batalyonlara vermirsiniz, yaxşı, onda verin Şirin
Mi
rzəyevin batalyonuna, o ki cəbhəçi deyil, nazirliyin batalyonudu. Ona da razı olmurlar. Çünki
yuxarıların axmaq göstərişlərini yerinə yetirmədiyinə görə Şirindən də zəhlələri gedir. O gün
Kolanıda bir kapitan Müdafiə Nazirinin boğazını üzürdü. Deyirdi ki, tüfəng tuta bilməyən bu
uşaqlarla erməninin qabağına necə çıxım? Düzü, zəhləm getsə də, Nazirə yazığım gəldi, oturub
zülüm-
zülüm ağladı. Dedi elə bilirsiniz mən insan deyiləm, elə bilirsiniz mənim balalarım
yoxdu?! Neyləyim?! Ali Baş Komandan nə əmr eləyir, mən də onu yerinə yetirirəm.
-
Heç olmazsa o uşaqlara verdikləri silahları bizə versinlər, bu camaata versinlər, biz də
işimizi bilək.
Katib acı-acı güldü:
-
Komandir, bayaqdan ağzımda bir “Qur’an”lıq söz danışıram, sən də deyirsən silahları
bizə versinlər. Bir nəfərə deyirlər Əzrayıl bala paylayır, o da deyir ki, balama dəyməsin, onun
balası mənə lazım deyil. Şükür elə ki, əlimizdəkini almayıblar. Çalışaram heç olmasa onları ön
cəbhədən çıxarsınlar.
Ayrılarkən Komandir dedi:
-
Katib, ağsaqqalımızsan, səndən keçə bilmirəm. İcazə ver, o ağevdəkilərin hərəsinin
əlinə bir qoşa lülə verib soxum səngərə, ağılları başlarına gəlsin.
-
Onlar peşkadılar, Komandir. İşin olmasın. Özü də içlərində bizi istəyənlər də var.
Amma neyləsinlər, nəyin nəyidilər ki!
Ko
mandir qorxudan sapsarı saralmış bu əsgərlərə baxdı, gördü ki, onları təzədən döyüşə
soxub qırdırmağın heç bir mənası yoxdu, soruşdu:
-
Komandiriniz hanı?
-
Vurdular! Uşaqların yarısı dağda qırıldı!
Komandir:
-
Müəllim, işin yoxdu, qoy getsinlər. Günah bunlarda deyil ey, bunları bura göndərən
namərdlərdədi.- dedi, sonra üzünü tutdu əsgərlərə:- Silahlarınızı buraxın, gedin. Müəllim, sən də
silahları payla öz camaatına, göndər yuxarı, Abdalın üstünə. Oranı möhkəmlədin, ordan da girə
bilsələr, qabaqlarını kəsmək mümkün olmayacaq. Di siz də buraxın silahlarınızı.
37
Əsgərlər əvvəl-əvvəl bir-birlərinə baxdılar, sonra başlarını saldılar aşağı, xəcalətindən heç
kim silahını birinci atmağa ürək eləmədi.
Komandir:
-
Ə, vaxt yoxdu, buraxın silahlarınızı dedim. Çıxın kənddən! Özü də üzümlüklərin içiylə
gedin ki, sizi qırmasınlar.
Bəziləri utana-utana silahını gətirib Komandirin önünə buraxdı və çəkildilər bir tərəfə.
Bəziləri isə hələ də dayanıb çəkinə-çəkinə Komandirə baxırdı.
-
Siz nəyi gözləyirsiniz? Gedin, utanmayın!
-
Biz döyüşə qayıtmaq istəyirik.
Komandir daha gözləmədi:
-
Müəllim, silahları payla camaata, bunları da götür özünlə! Çıxın Abdala! Dağ bizlikdi. -
dedi və cavab gözləmədən mindi maşına:- Sür! Namərd uşağı, namərdlər! Xalqın burnufırtılıqlı
uşaqlarını küçələrdən yığıb göndərirlər ki, gedin ölün. Vuruşa bilənlər də Mütəllibovu qoruyur.
Eybi yox, qoy bu ermənilərlə qurtaraq, onun da məsələsinə baxarıq.
Batalyon döyüşə hazır vəziyyətdə meşənin içində Komandiri gözləyirdi. Çatan kimi
qərargah rəisi məlumat verdi:
-
Sol tərəfdə bir beempeləri var. Çıxır yolu vurur, tez də gizlənir. Deyəsən pulemyotları
çoxdu. Yaxşı möhkəmləniblər. Beempe olmasaydı dərd yarıydı. Çətin olacaq. Artilleriyasız heç
nə edə bilməyəcəyik. Oğraşlar bu boyda postu uşaq-muşağa tapşırıblar.
Kimsə tövşəyə-tövşəyə kəsə yolla aşağıdan yuxarı dırmanırdı, hamının çiçəyi çırtladı:
-
Komandir! Baxın!
Komandir geri çevrildi - Drakon idi -
ciyər dolusu bir nəfəs aldı, bəlkə də heç vaxt bu
qədər sevinməmişdi, gözləri doldu. Bunu uşaqlar da hiss elədi.
Drakon gəlib çatdı. Dayandı Komandirin önündə, nəfəsini dərmədən ağır-ağır dedi:
-
Komandir! İcazə ver məlumat verim!
- Buyur!
-
Döyüş başlayanda Ağbulaqda postdaydım. Özümü çatdıra bilmədim, yoxsa postu
verməyə qoymazdım. Yazıqlar lap uşaqdılar. Amma komandirləri əjdaha oğlanıydı, snayperlə
vurublar. Komandirləri vurulan kimi də qorxularından düşüblər. Bir beempeləri var, rusdu
köpəyoğlu, tanıyıram. Çox yaxşı işləyir. Bir dənə qranatamyotları var, iki dənə də erpeka
pulemyotları. Çox deyillər, otuz-otuz beş nəfər ola-olmaya.
Drakon əsgərlikdə olmamışdı, elə bu uşaqların çoxu da! Əsgərlikdə olanlar da vardı ki,
iki ildə heç avtomat da görməmişdilər. Ya tikinti batalyonunda qulluq eləmişdilər, ya da özlərini
vermişdilər yeməkxanaya, anbara. Ya da generalların bağlarını qorumağa. Hamısı da qayıdandan
sonra gopa basırdı ki, generalın qızıyla gəzirdi, amma indiyədək əsgərlikdən bir general qızı, heç
mayor qızı da alıb gətirən olmamışdı. Alıb gətirdikləri qızların ataları ya elektrik idi, ya sürücü,
çox qudursa ti
carətçi qızı. Bir də əsgərlikdən gələnlərin hamısı bığlı olardı, bununla fors
eləyirdilər ki, komandir nə qədər elədi bığımı qırxdıra bilmədi:
-
Dedim, komandir, biz azərbaycanlılar kişiyik ey! Kişinin də bığı olar.
Bığsız komandirlər kişi deyildilər, amma bığsız komandirlərin bağında qulluq eləyən,
axşamlar itlərini gəzməyə çıxaran bığlı bizimkilər kişiydilər.
Və belə yerlərə, general qızları ilə kef eləmək üçün general bağlarına düşməyin xatirinə
də yalvara-yalvara ruslara nə qədər rüşvət verirdilər. Və heç bilmirdilər ki, pul verməsələr də
bizimkilərin yeri elə tikinti batalyonudu, yeməkxanadı, çayxanadı. Lap pulluları da uzağı general
bağlarına göndərilirdi, general qızları ilə kef eləməyə yox, general qızlarına nökərçilik eləməyə.
Ölmüşdü rus, bizimkiləri aparıb raket qurğuları öyrədəydi, təyyarə, tank sürməyi, top atmağı
öyrədəydi. Hələ fəxr də eləyirdik ki, Hacı Zeynalabdin Tağıyev Çara hər il külli miqdarda pul
verirmiş ki, bizimkiləri əsgər aparmasın, guya aparacaqmış.
Amma indi bu müharibə çox qısa zamanda, bu əsgərlikdə olmayan, ya da əsgərlikdə olub
general qızlarıyla gəzdiklərini gopa basan bu uşaqlara çox şeyi öyrətmişdi. Hətta elə şeylər
öyrətmişdi ki, iyirmi ilin zabiti də o şeyləri bilmirdi. Güllələrin səsindən silahın növünü təyin
38
edirdilər, mərminin səsindən topun. Səsindən Amerika istehsalı silahları da tanıyırdılar. Adətən
bu silahlardan xaricdən gətirilən muzdlular istifadə etdiyindən hətta onu da bilirdilər ki, qarşıda
nə qədər muzdlu var.
Döyüşlərin birində bir ölü zənci ələ keçirmişdilər. Ermənilər bu zəncinin meyidini bir
neçə diri azərbaycanlıyla dəyişdilər. Və uşaqlar heç bilmədilər ki, ermənilər bu sahibsiz zəncinin
meyidini niyə belə çox istəyir.
Drakon da bu işdə ustaların ustasıydı, onun kimi silah səsi tanıyan yoxuydu.
Bu vaxt BM
P yenə çıxdı və yoldakı maşınlardan birini də vurdu.
Komandir:
-
Nu, davay! Üç yerdən qalxırıq. Özünüzü havayı gülləyə verməyin. Snayper, sən çıx
sağdakı yala, ordan işləyərsən. Güllə atan kimi də yerini dəyiş. Drakon, sən öz uşaqlarını götür
sağdan çıxart. Mən mərkəzdə olacam. İndi Qatırdan Vanyanı istəyərəm. Versə, işimiz asan
olacaq. Bəd ayaqda tarana gedəcəyik ha. Bəri başdan deyirəm, kim qorxur getsin, qınamarıq.
Amma döyüşdən qaçsa, özüm öldürəcəm! Ya Allah!
Drakon:
-
Komandir, icazə ver, bir söz deyim.
-
Tez elə.
-
Komandir, bilirsən ki, mən buraları beş barmağım kimi tanıyıram. Sovet hökuməti üç il
məni bu meşələrdə tuta bilmədi. Sən mənə icazə ver, o beempeni aşırım. Onların gücü
beempedədi. Siz yerinizi möhkəmlədin, hücuma keçməyin, çox demirəm, yarım saat məni
gözləyin.
Pələng çıxdı qabağa:
-
Komandir, mənə də icazə ver. Biz həmişə kəşfiyyata bir getmişik.
Komandir:
-
Yox! Sən mənə burda lazımsan.
Pələng baxışlarıyla Drakona yalvardı və Drakon bu baxışları tutdu:
-
Qoy gəlsin. Qorxma, mən onu bulvarda vuracam.
Komandir yenə razı olmadı:
-
Yox, ona görə demirəm, Pələng mənə burda lazımdı. İstəyirsən başqa adam götür.
Drakon:
-
Yaxşı, onda heç kim lazım deyil, mən getdim.
Komandir sonuncu tapşırıqlarını da verdi, uşaqlar mövqelərini tutub girdilər döyüşə.
Komandir telsizi götürdü:
-
Qartal! Qartal! Mən Komandirəm! Qartal! Qartal!
Telsizdən Rəisin səsi gəldi:
-
Qartal eşidir! Qartal eşidir!
-
Qartal! Ermənilər Gülablının üstündəki postu götürüblər. Camaat qırılır. Döyüşə
girmişəm. Bizə kömək ver. Qartal! Eşidirsən?
-
Eşidirəm, Komandir! Eşidirəm! Milis batalyonu sənə köməyə gəlir, özüm də gəlirəm.
Möhkəm ol!
-
Kişisən, Rəis!
-
Day mən rəis deyiləm. Gecə işdən çıxartdılar. Yaz batalyonuna.
-
Zarafat edirsən?
-
İndi zarafat vaxtıdı? Gəlirəm! Möhkəm ol!
Bu vaxt telsizdən Qatırın səsi gəldi:
-
Komandir! Eşidirsən? Komandir!
Komandirin ürəyi atlandı:
-
Səsinə quzu kəsim!
-
Komandir! Mənimkilər gəlir. Bildin də kimi deyirəm?
- Bildim! Bildim!
-
Möhkəm ol!
39
-
Möhkəməm!- dedi Komandir, sonra üzünü tutdu uşaqlara:- Qatır tankı göndərib.
Uşaqlara deyin, ürəklənsinlər.
-
Qatır tankı göndərib...
-
Qatır tankı göndərib...
-
Vanya gəlir...
Drakon özünün tanıdığı cığırlarla ermənilərin arxasına keçirdi. Yuxarı dırmaşdıqca nəfəsi
çatmırdı. Hər dəfə döyüşə girəndə özünə söyürdü: “Nə bilim bu oğraş müharibə düşəcək, yoxsa
nə içərdim, nə də çəkərdim”. Cavanların əlində siqaret görən kimi alıb atardı:
-
Mən çəkib ağ günə çıxmışam!
Yenə özünə söyə-söyə üzüyuxarı dırmaşırdı. Birdən hiss elədi ki, arxadan kimsə gəlir,
girdi ağacların birinin arxasına, bıçağına çıxartdı - bu vaxt Pələng ləhləyə-ləhləyə cığırda
göründü, çiynində də qumbaraatan, Drakon duruxdu.
-
Ə, sən hara gəlirsən?
Pələng:
-
Səni tək buraxa bilərdim?! Beempeni qranatla partlatmaq çox çətindi. Bunu görürən?-
deyə çiynindəki qumbaraatanı göstərdi.
-
Bunu hardan aldın?
-
Almadım, meşədən tapdım. Bizimkilər qaçanda atıbmış. Heyf ki, bir atımlıqdı.
-
Qorxmursan səni ataram?
- Yox.
-
Niyə?
-
Əlin qalxmaz!
-
Yaxşı, getdik. Bunu sonra ayırd eləyərik.
Döyüş çox ağır gedirdi. Komandir tez-tez uşaqlara xəbər göndərirdi:
-
Qeyrətinizə qurban olum! Möhkəm dayanın! Arxamızda ana-bacılarımızdı!
Amma Qeyrət bədbəxt oğlu bədbəxt neyləsin! Qeyrətin gücü pulemyotun, avtomatın
güllələri qarşısında çox aciz idi. Qeyrət nə qədər özünü öldürürdü, gücü BMP-nin gücünə
çatmırdı. Qeyrətin gücü sinəsi ilə o güllənin, o mərminin qarşısına sipər olmağa çatırdı, bu
torpağın yolund ölməyə çatırdı və ölürdü. Və qeyrət sinəsini gərmişdi düşmən gülləsinin
qabağına.
Adətən kinolarda “ura” eləyib alman pulemyotunun qabağına atılmaq olurdu, amma bu
Kinoda “ura” eləyib erməni pulemyotunun qabağına atılmaq olmurdu. Çünki o kinolarda
rejissorlar “ura” eləyənin tərəfindəydilər, bu Kinoda pulemyot atanların. Yüksəkliyə yaxın
düşmək mümkün deyildi. Yerdən baş qaldıran yerində vurulurdu. Beempe də öz işindəydi, qəfil
çıxır, köməyə gələn texnikalardan birini vurur və yenə gizlənirdi. O biri texnikalar da
qorxusundan üzümlüyün içindən çıxa bilmirdi. Milislərin gətirdiyi minamyotun da elə bir
köməyi çatmırdı, atanlar çox təcrübəsiz idilər.
Komandir:
-
Pələngi çağırın! Onun minamyotdan yaxşı başı çıxır.
Amma Pələngi gördüm deyən olmadı.
-
Komandir, Pələng yoxdu.
-
Necə yəni yoxdu?
-
Yoxdu də. Bəlkə qaçıb?
- Axmaq-
axmaq danışmayın.
-
Vallah, yoxdu. Ya qaçıb, ya da vurublar.
Elə bil Komandirə güllə dəydi. Döyüşdən qorxulu şey kiminsə qaçması idi. Hətta bircəcə
nəfərin qaçışı bir neçə nəfərin ölümündən betər idi. Əslində bütün döyüşlərdə qəhrəmanlar iyirmi
faiz olurdu, bu iyirmicə faiz bəs idi qələbə üçün. Qırx faiz isə bu iyirmi faizə baxıb döyüşür.
Yerdə qalan qırx faiz isə önlərində olan o altmış faizin hesabına qeyrətə gəlirdi. Amma bircə
nəfər qaçdımı, bütün düzən dağılırdı. İndi Pələng qaçmışdısa, düzən dağıla bilərdi. Ona görə də
Komandir dedi:
40
-
Yaxşı, elə eləyin uşaqlar bilməsin.
Komandir yenə telsizi götürdü:
-
Qatır! Qatır! Eşidirsən?
Telsizdən Tankçı Vanyanın səsi gəldi:
-
Slışu Komandir! Slışu!
-
Vanya, qırıldıq!
-
Slış, Komandir, jdi! Qırdırma! Çatmışam!
Komandir məlumat istədi.
-
Ölənlər də var, yaralananlar da.
-
Yaralıları görün ortadan çıxara bilirsinizmi? Medbrat hardadı?
-
Bakılılardan biri həkimiymiş, medbratla işləyir. Amma uşaqların birinin vəziyyəti çox
ağırdı.
-
Yaralıları mənim maşınımla yollayın şəhərə.
***
BMP-
nin gizləndiyi yerin yüz-yüz əlli addımlığındaydılar, burdan belə meşə qurtarırdı,
yaxınlaşmaq çətin idi. BMP-dəkilər çox arxayınıydılar, yaxşı da yer seçmişdilər. Bir nəfər
buferin üstündə oturub siqaret çəkirdi. BMP-nin üstündə xaç nişanı da yox idi. Bunların hamısı
Xankəndindəki 366-cı polkun texnikalarıydı. Verirdilər ermənilərə. Yoxlama gələndə də
yığırdılar polkun həyətinə ki, buyurun, hamısı burdadı.
Drakon:
- Dörd-
beş belə beempemiz olsa Əsgəranı çoxdan şumlamışdıq.
Pələng:
-
Şerbak birini iki yüz əlli m
inə satır, gedib alsınlar dana.
-
Bizə min manat qıymayan, iki yüz əli minə beempe alacaq?! Davay, işində ol. Vura
biləssənmi?
-
Anasın ağladacam.
Pələng bir ağacın arxasında yerini rahatladı. Məsafəni gözəyarı ölçüb-biçdi, səhv etmək
olmazdı. Qumbaraatanı sığallayıb öpdü. Adəti idi, həmişə döyüşə girəndə silahını oxşayıb
öpərdi.
Bir dəfə bir BPM-ni vurandan sonra sevindiyindən çaşıb qumbaraatanı öpmüşdü.
Dodaqları necə yanmışdısa, ağız-burnu xeyli sarıqlı qalmışdı.
İndi onun qumbaraatanı öpdüyünü görən Drakon zarafatla dedi:
-
Ə, o qız deyil ey, dəmirdi. Gözlə, birdən sonra yenə öpərsən. Onda gərək sənə təzə ağız,
burun alaq.
Lazım olan anı gözləməyə başladı. Bircəcik mərmisi vardı. Və hər şey bu bircəcik
mərmidən asılı idi. Bircəcik mərmi, bircəcik sərrast atəş...
Drakon h
iss elədi ki, Pələng çox həyəcanlanır:
-
Özünü toparla! Bax ha, vura bilməsən, səni doğrudan öldürəcəm. Tələsmə. Birinci dəfə
deyil ki? Mən də getdim bir az yuxarı, o daşı görürsən, onun arxasına. Mənim işarəmi gözlə.
Yenə deyirəm, qorxma. Vura bilməsən mən həll edərəm. Sən də məni qoruyarsan ki, qumbara
məsafəsinədək yüyürə bilim, yaxşı?
Pələng başı ilə işarə elədi ki, yaxşı.
Drakon kol-
kosun içiylə göstərdiyi qaya parçasına tərəf sürünməyə başladı.
Drakonun qaya parçasına çatanadək keçən beş dəqiqə Pələngə bir saat kimi gəldi. Drakon
qaya parçasına çatdı, avtomatı qoydu yerə, sonra çantasından iki qumbara çıxarıb taxdı
kəmərinə. Məsafəni ölçdü, qumbaranı atmaq üçün azı otuz-qırx addım qaçmalı idi. Hər anı bir il
çəkəcək qədər böyük məsafəydi. Gərək bu otuz-qırx addımda vurulmayaydı. Özünü sakitləşdirdi,
gücünü tamam yığdı, özünə tam arxayın olandan sonra Pələngə işarə elədi.
BMP-
ni Pələngin gözü yesə də, onu soyuq tər basmışdı. Əlindəkinə çox güvənmirdi. Bu
biratımlıq qumbaraatanlar o qədər də etibarlı deyildi, dəfələrlə onları pis vəziyyətdə qoymuşdu.
41
Əlinin arxası ilə alnının tərini sildi, barmağını qoydu tətiyə, BMP-ni götürdü nişana, amma
atmadı. Hiss elədi ki, hazır deyil. Yenə də üz-gözünün tərini sildi, yenə barmağını qoydu tətiyə,
dərindən bir nəfəs aldı, sonra bütün nəfəsini buraxıb bir anlıq dondu və...
... BMP alovlandı.
BMP-
nin vurulduğunu görən Komandir sevinclə bağırdı:
- Drakon beempeni vurdu!
Drakon geri sürünməyə başladı. Pələng isə ağaca söykənib gözünün yaşını silirdi.
Sürünə-sürünə gəlib Pələngin dörd-beş addımlığına çatan Drakon baş barmağını qaldırıb dedi:
-
Kişisən ey!
Bu vaxt yanan BMP-
nin arxasından əli karabinli bir erməni çıxdı, dərhal da Drakonun
kürəyini nişan aldı. Hər şey bircə anda oldu - erməninin yanan BMP-nin arxasından çıxması da,
Drakonu nişan alması da, Pələngin çığırması və özünü işığa atılan ilan kimi Drakona uçan
gülləyə atması da, güllə dəymiş Pələngin Drakonun üstünə düşməsi də. Hər şey bircə anda oldu,
bircə anda... milyard illik tarixin bircə anında, bircə göz qırpımında...
Drakon güllə səsinə geri çevriləndə erməni ikinci gülləni lüləyə verirdi, macal tapmadı,
Drakon erməniyə tərəf bir qatar güllə yolladı...
Tələm-tələsik Pələngi meşənin dərinliyinə sürüməyə başladı.
Pələng xırıltılı səslə soruşdu:
-
Oğraş məni vurdu?
-
Qorxma, qorxma, boş şeydi.
BMP-
nin gözlənilmədən vurulması erməniləri çaş-baş salmışdı. Bir neçəsi yüyürüb
gəlmişdi yanan BMP-nin yanına, çaşqın halda ətrafa baxırdılar, amma atəşin hardan açıldığını
dəqiqləşdirə bilmirdilər. Meşəni atəşə tutmağa başladılar. Amma Drakon cavab vermədi, Pələngi
bir az da dərinliyə sürüdü.
Ermənilər bir-iki daraq boşaltdıqdan sonra gördülər cavab gəlmir, dayandılar, meşəyə
girməyə ürək eləmədilər, qayıtdılar əvvəlki mövqelərinə.
Drakon ermənilərin onların ardınca gəlmədiyinə əmin olduqdan sonra dayandı.
Pələng yenə zarıdı:
-
Oğraş məni vurdu?
-
Ə, dedim ki, qorxma dana! Boş şeydi!
Pələngi soyundurdu. Güllə sağ döşündən girmişdi.
Yaranın ağzını bağlamaq üçün patronun birinin mərmisini çıxartdı. Barıtından bir azca
tökdü
yaraya və yandırdı. Pələng fınxırdı, sonra bədəni titrədi, titrədi və sakitləşdi. Özü də
soyundu, köynəyini çıxartdı yaranın üstünə basıb kəməri ilə möhkəm-möhkəm sarıdı, aldı
çiyninə. Amma bir az gedəndən sonra yoruldu, gördü gücü çatmır, qoydu yerə ki, bir az nəfəsini
dərsin.
Pələng zəif səslə yenə soruşdu:
-
Denən qardaşımın goru haqqı boş şeydi?!
-
Qardaşımın goru haqqı boş şeydi.- dedi Drakon, sonra bir siqaret yandırıb qoydu
Pələngin dodaqlarına.
Pələng siqaretin bal kimi acı tüstüsünü zorla çəkdi ciyərlərinə, bu bal kimi acı tüstü
ağrılarının üstünə bir sığal çəkdi, bir qurtum da aldı.
Yara nə qədər bərk sarınsa da qan dayanmırdı, gözləmək olmazdı, birtəhər gücünü
toplayıb yenidən onu belinə aldı, amma Pələng yalvardı:
-
Qurban olum, qoy yerə, sinəm deşilir. Qoy, qoy yerə.
Qaytarıb ehtiyatla uzatdı yerə və başını da qoydu dizinin üstünə.
-
Qoyma ölüm, qardaş, qoyma. Ölmək istəmirəm.
Drakonu qəhər boğdu, udqunaraq içindən fınxırıb çıxmaq istəyən hıçqırtının qarşısını
zorla kəsdi:
-
Dedim ki, qardaşımın goru haqqı boş şeydi. Ə, mən səni heç belə qorxaq bilmirdim.
-
Ölümdən qorxmuram ey!
42
-
Bəs onda nə sarsaq-sarsaq danışırsan?
-
Arvadın ürəyi partlayacaq.
-
Ə, sarsaq-sarsaq danışma. Bir az da döz ki, səni həkimə çatdıra bilim.
Drakon onu yenidən çiyninə qaldırmaq istədi, amma Pələng yenə qoymadı.
-
Dəymə! Qurban olum, dəymə! Deyəsən ölürəm, qoy rahat ölüm. İncitmə!
Drakon:
-
Qorxma, qoymaram öləsən. Səni Əzrayıla vermərəm.- dedi sonra onu toxtatmaq üçün
zarafata salmaq istədi; - İnşallah, səni özüm öldürəcəm. Özü də bilirsən harda?
- Bulvarda?
-
Yox, Şuşada, Cıdır düzündə.
-
Şuşada ölsəydim, uf da deməzdim.- Bir az susdu, yenidən nəfəsini toplayıb dilləndi; -
Görən uşaqlar postu götürdü?
-
Hə, götürdülər. Eşitmirsən bizim avtomatların səsini?
- Drakon!
- Haycan!
-
Sən qardaşıyın goru, məni vuracaqdın?
Qəhərdən boğulan Drakon onun yarasından öpdü:
-
Mənim sənə əlim qalxar?! Özümü atardım, səni yox!
-
Mən də! Yaman soyuqdu. Üşüyürəm, üstümü ört.
Drakon pencəyini çıxarıb saldı onun üstünə.
Pələngin bədəni soyuqdan tir-tir titrəsə də dodaqları od tutub yanırdı. Bu od tutub yanan
dodaqlarını diliylə islatmaq istədi, amma dili yanırdı:
-
Su istəyirəm.
Yaxınlıqda bulaq vardı və şəhərdə istidən təntiyəndə pendir-çörəkdən, yemiş-qarpızdan
götürüb özlərini verirdilər bu bulağın başına. Yemiş-qarpızı, arağı doldurardılar bu bulağın buz
kimi suyuna. Babat vurandan sonra bulağın gözündən beş daş götürməyə mərc çəkərdilər, hələ
ki, o mərci hər oğul udammırdı, əlləri necə keyiyirdisə...
Bir də görürdün kiminsə maşınının mühərriki qızdırıb yolda qalıb. Belələrinə zarafatla
deyərdilər:
-
Ə, qardaş, özünü ver Gülablıya, Soyuqbulağın suyundan doldur, canın qurtarsın. Bax
biz doldurmuşuq, neçə ildi maşınımız qızdırmır.
-
Bu saat gətirirəm. - deyə Drakon getdi bulağa.
Ağzını bulağın gözünə dirəyib doyunca içdi, başının tükü də, ayaq barmaqları da suyu
hiss elədi. Sonra papağını su ilə doldurub qayıtdı. Pələngin sifətində qan qalmamışdı. Sudan
onun sir-
sifətinə, sinəsinə çilədi, dodaqlarını islatdı, amma içməyə vermədi.
Pələng yalvardı:
-
Ver içim, onsuz da ölürəm.
Drakon artıq onun üz-gözünə qonmuş ölümü görürdü. Və onu da görürdü ki, Pələngi
ölümün pəncəsindən qopara bilməyəcək. Pələngin başını bir az qaldırdı və suyu ehtiyatla ona
içirtməyə başladı:
-
İç!
Pələng suyu qurtum-qurtum içdi, sonra get-gedə sönən bir səslə dedi:
-
Qalanını da tök başıma.
Drakon qalan suyu da tökdü onun başına, əslində elə bir şey də qalmamışdı.
-
Həəə... Məni bağışla, Drakon, sənə əl qaldırdım. Drakon, anama deyərsən Rəşid
Behbudovun papağını da, xəncərini də versin sənə. Sən də onu mənim adımdan oğluna
bağışlayarsan.
-
İnşallah, sən özün bağışlayarsan.
- Drakon,-
udqundu, sanki dilçəyində ilişib qalmış son sözləri dartıb çıxarırdı;- Heyf...
Drakon...
43
- Can Drakon!
-
Mən qız görmədim ey...
Drakon
onun başını bərk-bərk sıxdı sinəsinə, amma bu dəfə dözə bilmədi, bayaq
boğazından qaytardığı fınxırtını bu dəfə saxlamağa gücü yetmədi, hönkürdü...
Və elə hönkürdü ki, göz yaşından bütün heyfini aldı.
Amma Pələng nə bu fınxırtını eşitdi, nə də Drakonun göz yaşlarını gördü...
... Pələng Şuşadaydı...
Drakon Pələngi uzatdı otların üstünə. Gözləri açıq qalmışdı və ağacların başı üzərindən
görünən bir parça aydın və işıqlı göyə baxırdı - Drakon onun gözlərini örtməyə ürək eləmədi,
başını bağrına basıb saçlarından öpməyə başladı. Xeyli belə oturdu. Pələngin bir az əvvəl bir
damla qan qalmayan və Drakonun dünən əzişdirdiyi üzü nura boyanmışdı, işıq saçırdı - bu
dəqiqə Dünyanın Ən Gözəl Ölüsü onun qucağındaydı. O da Dünyanın Bu Ən Gözəl Ölüsünü
bağrına basıb ağlayırdı, amma bəbəklərindən göz yaşı axmırdı, qan axırdı, qıpqırmızı qan.
Amma Pələng nə onun hönkürtüsünü eşidirdi, nə də yanaqlarından axan qıpqırmızı qanı
görürdü -
baxışları ağacların başı üstündə görünən bir parça göy üzünə zillənmişdi və o bir parça
göy ü
zündə Tanrını axtarırdı... Kipriklərində də iki damla qurumuş göz yaşı vardı...
Nəhayət, Drakon Pələngi qucağından yerə qoydu, sonra pencəyini onun üstündən götürüb
bükdü və qoydu başının altına. Əyilib son dəfə onun yarasından öpdü, avtomatı tulladı bir
k
ənara. Qumbaraları yenidən kəmərinə taxıb yuxarı dırmaşmağa başladı.
BMP hələ tüstülənirdi. Sürünə-sürünə gəlib çatdı BMP-yə, bir az yorğunluğunu aldı.
Burdan səngərə qumbara çatdıra bilməzdi, həm məsafə uzaq idi, həm də qollarında güc
qalmamışdı, bir az da yaxınlaşmaq lazım idi. Ehtiyatla səngərə tərəf sürünməyə başladı.
Ermənilər güclü atəş altında olduqlarından başlarını səngərdən çıxara bilmirdilər, Vanyanın tankı
işləyirdi.
Bütün gücünü yığdı, qalxdı ayağa və:
-
Alın, sizin bajınızı...
Var gücüylə qumbaranı səngərə qolazladı və ikincini də elə bir sürətlə göndərdi ki, elə bil
bu iki qumbara birdən atıldı.
Eyni andaca partlayan iki qumbaranın vahiməsindən - elə bildilər səngərə mərmi düşdü -
sağ qalan ermənilər cəsədlərin havada uçduğu səngərdən çıxıb geri qaçmağa başladılar. Və
qarşılarında gözlərindən qıpqırmızı qan axan Drakonu gördülər. Avtomatlar işlədi. Drakon isə
yalnız əlləriylə qana boyanmış üzünü güllələrdən qorumağa çalışdı və:
- Ay...
Drakonun çiynindəki mələklər gördü ki, güllələr onu son anda anasını çağırmağa
qoymayacaqlar, özlərini atdılar güllələrin qabağına. Güllələr mələkləri deşik-deşik elədi, amma
bu bir an kifayət elədi ki, Drakon anasını çağırsın...
... ana...
Yaratdığı dünyanı onun iradəsi əleyhinə məhvərindən çıxarmış insanlara qəzəblənən
Tanrı yorulmuşdu. Müharibədə qırılan bu günahsız cavanlar kimi o da vaxtından əvvəl
qocalmışdı. Qibləsini azmış insanların üzünü yenidən qibləyə çevirmək üçün bir peyğəmbərə
ehtiyac olduğunu görmüşdü. Və bu peyğəmbəri tapmaq ümidiylə yer üzünə göndərdiyi mələklər
dünyanın altını üstünə çevirsələr də Tanrının istədiyini tapa bilməmişdilər. Tanrının da yanına
əliboş qayıtmağa qorxurdular. Birdən göy üzü kimi təmiz, Zəmzəm suyu kimi saf, göz yaşı kimi
dupduru bir səs eşitmişdilər. Bu səsi sahibinin qanından, ruhundan soyub Tanrıya hədiyyə
gətirmişdilər. Və artıq öz yaratdıqları ilə bacara bilməyən Tanrı qəzəbini soyutmaq, bir az
yorğunluğunu çıxarmaq istəyəndə Qədir Rüstəmovun səsinə qulaq asırdı. Bu səs onu qoymurdu
ki, insanları məhşərə çəkib qiyami-qiyamət gününü qursun, şeytan bayram eləsin. Və Qədir
Rüstəmovun səsi ruhuna necə işləmişdisə Yiyəsiz Övladların yalvarışlarını eşitmirdi. İndi də
eşitməyəcəkdi...
Qədir Rüstəmovun səsi “ay ana” fəryadından diksindi və susdu. Və bu an Tanrı da
Drakonun fəryadını eşitdi. Və yaratdığı bu şah əsərin son arzusunu ürəyində qoymadı...
44
... “Ay ana” sədası bir anda cənnəti silkələdi...
Drakonun anası bu səsə dik atıldı:
- Can ana!
... Bu vaxt Pələngin bir parça göy üzündə Tanrını axtaran gözləri güclü bir işıq gördü, bir
nur gördü -
Tanrı Dünyanın bu Ən Gözəl Ölüsünə bir nur kimi, bir işıq kimi göründü - və Pələng
rahat-
rahat gözlərini qapadı...
... Drakon isə girdi anasının qucağına:
-
Yaman yorulmuşam, ay ana. Qoy bir az yatım.
- Yat, bala, yat! Laylay balam, a
laylay. Laylay dedim yatasan, qızılgülün içində şirin
yuxu tapasan. Laylay balam, a laylay...
... Drakon qızıl qanın içində şirin bir yuxu tapmışdı...
... Batalyon zirvəni götürmüşdü, bayrağı da sancmışdı.
Komandir Drakonu basmışdı bağrına, balası vurulmuş pələng kimi onun sinəsindəki hələ
qanı qurumamış yaraları yalayırdı.
Qələbə sevincini bir andaca itirən uşaqlar başlarını aşağı salıb sakitcə gözləyirdilər.
Gözləyirdilər ki, bu illərdə ilk dəfə göz yaşlarını gördükləri Komandir ürəyini təmiz boşaltsın.
Nəhayət, Komandiri Drakonun üstündən qaldırdılar və...
... qızıl qanın içində şirin yuxu tapmış Drakonu qaldırdılar çiyinlərinə...
Komandir isə min ilin yorğunu kimi arxalarından gəlirdi. Girdilər meşəyə. Cığırla bir az
getmişdilər ki, dayandılar.
Komandir səsləndi:
-
Nə oldu? Niyə dayandınız?
- Komandir, bir ora bax! -
deyə uşaqlar ağacların birinin altında uzanmış Pələngi
göstərdilər və Drakonu yerə qoyub ona tərəf yüyürdülər.
Dünyanın Ən Gözəl Ölüsü - sanki sinəsində lalələr açmışdı - ağrıdan-acıdan uzaq, üz-
gözündə Tanrı nuru, xoşbəxtcəsinə uyumuşdu, Drakonun pencəyi də başının altında.
Komandir heç nə deyə bilmədi, sadəcə olaraq üç-dörd saat öncə qorxub qaçdığını zənn
edərək söydüyü Pələngin - Dünyanın Bu Ən Gözəl Ölüsünün- ayaqları altında dizi üstə düşdü...
***
... Mağarı batalyonun həyətində qurmuşdular. Başdakı gəbənin üstündə də bir az əvvəl
torpağa tapşırdıqları qırılan oğulların qırmızı lentlər bağlanmış şəkilləri asılmışdı - ortada da
Drakonla Pələngin.
Bütün şəhər burdaydı. Ağ Evin möhtərəm qonaqları da təşrif gətirmişdilər. Uşaqlar
əvvəlcə onları yasa buraxmaq istəməmişdilər, Komandir qarşılarını kəsmişdi:
-
Dəyməyin! Günahdı! Yasdan heç düşməni də qovmazlar.
Komandir yas sahibi kimi oturmuşdu mağarın ağzında, Rəis də yanında.
Məclisdəkilər o qədər pıçıltıyla danışırdılar ki, elə bil bu boyda mağar bomboş idi, arada
yalnız çaxmaqların çaqqıltısı gəlirdi, bir də mollanın “Fatihə”si eşidilirdi. Molladan başqa
süfrədəki çaylara əl uzadan da yox idi. Çaylar buğlanıb-buğlanıb soyuyurdu. Çayçı soyumuş
çayları dəyişirdi, amma yenə buğlanıb-buğlanıb soyuyurdular.
Sükutu Komandirin qəfil hönkürtüsü pozdu:
-
Rəis! Belim qırıldı, Rəis! Bu niyə belə oldu, ay Allah! Niyə belə elədin?!
Rəis onu sakitləşdirməyə çalışdı:
-
Ə, yaxşı, yaxşı! Özünü ələ al, yekə kişisən! Dost var, düşmən var!
-
Rəis, nə dost, nə düşmən! Ə, mən cəhənnəm ey, bu şəhərin beli qırıldı.
Bu vaxt mağara qarayaylıqlı bir qadın daxil oldu, kişi məclisinə heç vaxt qadın
girmədiyindən hamı çaşdı - Pələngin anası idi, əlində də bir çanta. Dayandı Komandirin
qarşısında.
Komandir hönkürtüsünü kəsib yerindən dik qalxdı, bütün mağar qalxdı. Qadın
Komandirin qızarmış gözlərinə baxıb doluxsundu, yaylığının ucuyla yaşarmış gözlərini sildi,
sonra əlindəki çantanı qoydu stolun üstünə.
45
-
Komandir, uşaq bunu dünən gecə gətirmişdi. Deyirdi ki, türklər göndəriblər.
Komandir duruxdu:
-
Kimlər göndərib?
-
Türklər. Batalyona göndəriblər dedi. Dedi, sabah verəcəm Komandirə. Belə oldu. Götür.
Komandir çantanın ağzını açdı, təəccüblə gah çantadakı pullara baxdı, gah Pələngin
anasına, gah mağardakılara - çiyinlərini çəkdi.
Pələngin anası sonra əlini qoynuna salıb bir bükülü də çıxartdı, onu da qoydu stolun
üstünə:
-
Bunu da mənə verib demişdi ki, ölüb-eləsəm lazımın olar. Nəyimə lazımdı? Ala, bunu
da götür! Gönd
ər bu ölən oğulların analarına. - sonra üzünü tutdu mağardakılara: - Hamınıza
qurban olum! Təki siz salamat olun!
Və mağardan çıxdı.
Mağara yenə də bir qəbiristanlıq sükutu çökdü, heç kim bu sükutu pozmağa ürək
eləmirdi. Çaylar yenə soyumuşdu və Çayçının bu soyumuş çayları dəyişməyə cəsarəti çatmırdı,
çiynində dəsmal boynunu büküb dayanmışdı mağarın ağzında.
Və bir anda bütün şəhərə səs yayıldı:
-
Türklər uşaqlara pul göndəriblər...
-
Deyirlər özləri də gəlir...
-
Di gedin, erməni köpəyuşağı! Elə bilirdiniz qardaşlarımız bizi tək qoyacaqlar...
Və İkinciyə xəbər çatdı ki...
... Batalyonun həyətində Türkiyənin bayrağın qaldırıblar!
... Batalyonun həyətində qaldırılan isə Türkiyənin bayrağı deyildi, Drakonun Pələngin
qanına hopmuş köynəyiydi...
Dostları ilə paylaş: |