----------------------------
Lit.az-
Azərbaycanın ədəbiyyat portalı
DOLU
II Fəsil
***
Baş qaldıran başsız qalırdı, çarpaz atəşin altında qırılırdılar. Topun-tüfəngin səsi ölən və
yaralananların bağırtısına qarışaraq tüklər ürpədirdi. Əzrayıl yuxarıdan dəhşətlə tamaşa edirdi.
İnsanların onu da dəlik-deşik edəcəyinin qorxusundan aşağı yenməyə ürək eləmirdi, bir də ki,
heç ona ehtiyac yox idi, insanlar özləri bir-birinin Əzrayılına çevrilmişdilər. Çox ağır döyüşlər
görmüşdülər, amma bu heç birinə bənzəmirdi. Və bunu təkcə Komandir yox, uşaqlar da hiss
edirdilər. Hiss edirdilər ki, bu onların son döyüşüdür. Və bu son döyüşdə hər kəs öz ölüsünü
düşmənə daha baha satmağa çalışırdı.
Hələ ki Qarqar çayı qanlarının arasına girmişdi. Düşmən minanın qorxusundan texnikanı
çayın içinə soxmağa ürək eləmirdi, əslində çayda mina-filan da yoxuydu. Yeganə körpüdə isə
düşmənin iki tankı yanırdı - birini Komandirin özü vurmuşdu və yolu kəsmişdi. Bir neçə dəfə
tankları yoldan çıxarmağa cəhd etsələr də, uşaqlar aman verməmişdi.
Düşmən bütün gücünü ortaya çıxarmışdı. Və Komandir görürdü ki, qarşılarındakı heç də
indiyədək savaşdıqları həmişəki erməni batalyonları deyil, illərin təlimini görmüş nizami bir
ordudu. Komandir də nəyi var ortaya tökmüşdü, amma başa düşürdü ki, damarlarında qan
əvəzinə qəzəb axan bu uşaqlar Əzrayıl olsalar belə bu ordunun qarşısında duruş gətirə
bilməyəcəklər.
Komandir neçə dəfə o biri batalyonlarla əlaqə saxlamaq istəmişdisə mümkün olmamışdı,
telsizlər işləmirdi. Şəhərə xəbər gətirmək üçün gedən uşaqlar da elə bir xəbər gətirə bilmirdilər.
Qarağacıya xəbər dalınca göndərdiyi Qeyrət Dağarcığı da qayıtmamışdı. Gələn xəbərlərdən bircə
46
o aydın idi ki, düşmən üç istiqamətdən hücuma keçib. Savaş başlayandan ilk dəfəydi ki, düşmən
bütün cəbhə boyu hərəkət edirdi. Niyyətləri açıq idi - şəhəri götürmək.
Əslində ermənilər bu niyyətlərini çoxdan ortaya qoymuşdular. Və batmaqda olan
Dünyanın Ən Varlı Şəhəri nə vaxtdan “SOS” siqnalı verən okeanda tənha qalmış gəmi kimi idi.
Komandir özü də şəhəri kimi tənha qalmışdı: Eldar Bağırovu günün-günorta çağı Bakıda
güllələmişdilər, Qatır Məmmədi həbsxanada öldürmüşdülər, Allahverdi Bağırovu qumbaraatanla
vurmuşdular, Şirin Mirzəyevi minaya salmışdılar, General Dəli Ərşadı “Qrad”la parçalamışdılar,
sağ və sol əlləri olan Drakonla Pələng də artıq yox idi. Və indi batmaqda olan bu gəmini
təkbaşına xilas etmək onun gücü daxilində deyildi.
Neçə vaxtıydı camaatı ruhdan salmaq üçün şəhərə bir şayiə də buraxmışdılar:
-
Şəhəri satıblar!
Komandir uşaqlara demişdi:
-
Belə sözlərə fikir verməyin. Hələ biz ölməmişik! Nə qədər biz sağıq, erməni bu şəhərə
girə bilməyəcək.
İndi deyəsən həmin sağolmanın sonuydu. Komandir də bunu görürdü.
Hələ döyüşə girməmişdən həmişə dediyi sözləri yenə demişdi:
-
Bax, deyirəm ha, kim qorxursa girməsin, döyüşdən qaçsa özüm güllələyəcəm. İndi
getsə, qınamaram.
Onsuz da çoxdan nəfə yaşayan uşaqlar bir-birinə baxmışdılar və heç kim bir şirin
canından ötəri, o canın da artıq elə bir şirinliyi qalmamışdı, min illik töhmətin altına girməmişdi.
Komandir:
-
Qardaşlar! Bura bizim Çanaqqalamızdı! Day arxa yoxdu! Arxada ana-bacılarımızdı!
Və uşaqlar arxalarındakı ana-bacılarının Tanrının eşitmədiyi və ya eşitmək istəmədiyi
dualarına söykənib sonuncu döyüşə girmişdilər. Arxadan kömək gəlməyəcəyi də gün kimi aydın
idi. Komandir son ümidin
i təyyarələrə bağlamışdı. Təyyarələr isə gəlmirdi, xəbəri gəlirdi:
-
Mingəçevirdən qalxıblar. Bu dəqiqə erməniləri şumlayacaqlar.
Xəbərlərdən iki saat çox keçmişdi, amma saat yarımlıq maşın yolunu təyyarələr bu iki
saata gəlib çıxa bilmirdilər.
Artıq əli hər yerdən, hətta Tanrıdan da üzülmüş Komandir tez-tez hayqırırdı:
-
Qardaşlar, arxada ana-bacılarımızdı!
Uşaqlar bu sözləri bütün səngər boyu bir-birlərinə ötürürdülər:
- Arxada ana-
bacılarımızdı...
- Arxada ana-
bacılarımızdı...
- Ana-
bacılarımız...
Artıq onlara ana-bacılarının Tanrıya çatmayan duaları da kömək eləmirdi - düşmən
güllələri bu duaları da dua sahibləri kimi qızıl qana boyamışdı. Torpaq oğullarının qanından
çiçək-çiçək çiçəkləyib laləzar olmuşdu. Havadan gülün-çiçəyin, bu yaşıl zəmilərin, bu torpağın
qoxusu gəlmirdi - qan qoxusu gəlirdi.
Şəhərdən xəbər gətirdilər:
-
Ermənilər Qarağacını götürdülər. Əhmədavar yanır.
- Yeddiyüzdoqquz topun-
tüfəngin götürüb qaçır.
Komandir dəli oldu:
-
Necə yəni qaçır?!
-
Qaçır də! Qaçır!
Komandir:
-
Möhkəm dayanın, mən bu dəqiqə qayıdıram.
Qarağacı yoluna çıxanda dəhşətə gəldi - qoşun qaçırdı, özü də necə gəldi. Küçəyə
tökülmüş camaat vahimə içərisində qaçan əsgərlərə baxır, kimi söyür, kimi qarğış edir, kimi
ağlayır, kimi də uşaqlarının əlindən tutub üzüaşağı qaçırdı. Bəziləri isə bağıra-bağıra qaçan
əsgərlərin qarşısını kəsməyə çalışırdılar:
-
Sizə qurban olaq, bu arvad-uşağı qoyub hara qaçırsınız?!
47
Amma nə ağlayana baxan vardı, nə yalvarana. Yolun kənarında bir neçə atılmış texnika
vardı. Tırtılı qırılmış bir tank da yolun kənarındakı evə girmişdi, həyətdə vay-şivən idi.
Maşınını öndə gələn BTR-in qabağına verdi və sıçrayıb düşdü, BTR az qalmışdı maşının
belinə qalxa. Arxadan gələn texnikalar dayandı. BTR-dəkilər töküldü:
-
Nə qayırırsan,ə?
-
Canınıza azar qayırıram! Hara qaçırsınız?
-
Görmürsən yer-göy dağılır?! Gələn erməni deyil ey, rus ordusudu.
-
Döndərin beteerləri! Döndərin dedim!
BTR-
dən düşən bir zabit onun üstünə yeridi:
-
Çəkil yoldan! Ölmək istəyirsən can sənin, cəhənnəm allahın.
Əsgərlər də onun üstünə ayaqlandılar. Onu görəndən sonra bir az ürəklənmiş camaat da
Komandirə qahmar çıxdı, tökülüb yolu bağladılar.
Komandir isə qabağına keçəni şapalaqlayıb çığırırdı:
-
Dönün köpəyuşağı! Dönün! Yoxsa hamınızı cırıq-cırıq eləyəcəm!
Əsgərlərin başı üstündən bir qatar güllə buraxdı.
Bu vaxt bir “Niva” gəlib saxladı, maşından düşən polkovnik sərxoş gözləri süzülə-süzülə
özündən razı halda dayandı Komandirin önündə:
-
Mənim əsgərlərimi niyə döyürsən?
-
Hara qaçırlar bu köpəyuşaqları?
-
Yaxşı edirlər! Canınız çıxsın, gedin şəhərinizi özünüz qoruyun!
Ağlı başından çıxmış Komandirin mübahisə etməyə nə vaxtı vardı, nə hövsələsi,
polkovniki boğazladı:
-
Qaytar əsgərlərini geri!
Polkovnik yazılması mümkün olmayan yeddimərtəbəli bir söyüş söyərək əlini silaha atdı:
-
Çəkil, ə!
Daha Komandir heç özü də bilmədi neylədi:
-
Sənin...
Tətiyi çəkdi, güllələr polkovniki bükmələyib çırpdı indicə düşdüyü maşına. Polkovnikin
vurulduğunu görən əsgərlər qorxub indi də ağzı geri qaçmağa başladılar.
Komandir sıçrayıb qalxdı BTR-ə, avtomatı dirədi sürücüyə:
- Dön geri, küçük!
Komandirin indicə gözünün qabağında polkovniki necə güllələdiyini görüb sarısını
udmuş sürücü udqundu və BTR-i geriyə çevirdi.
Komandir BTR-
in üstündə əllərini Qarağacıya tərəf yelləyə-yelləyə çığırırdı:
- Arxam
ca! Arxamca! Qardaşlar! Arxamca!
Bundan ruhlanan o biri BTR-
lər də Komandirin arxasınca tərpəndilər. Camaatın içində əli
silah tutanlar da qoşuldular geriyə qayıdan əsgərlərə.
Komandir bir az əvvəl söydüyü sürücüyə indi yalvarırdı:
-
Sür başına dönüm, sür! Sür, sənə qurban olum, tez sür!
-
Komandir, vallah, bundan bərk getmir.
-
Sür, oğul, camaat qırıldı...
Bu an sanki Komandirin kürəyindən baltanın dalıyla vurdular, səsi də çıxmadı, bircə içini
çəkə bildi...
***
Kürəsəl istilənmə bu camaat üçün vaxtından 20-25 il əvvəl gəlmişdi və göydən təpələrinə
od tökülürdü. Və təpələrinə tökülən bu odun altında bəzən az qala saatlarla növbəyə durmaq
ömürlərində növbə nə olduğunu bilməyən bu adamlar üçün əsl cəhənnəm əzabıydı.
Özlərinin də bilmədikləri, bəlkə də heç etmədikləri və ya başqalarının işlətdiyi və
bunların ayağına yazılan hansısa günahlara görə Tanrı cəhənnəmi onlara bu dünyada göstərirdi,
sadəcə olaraq qır qazanını tərsinə çevirmişdi və onları da yığmışdı bu tərsinə çevrilmiş qır
qazanının altına.
48
Göydən tökülən oddan kölgələnməyə bir yer də yox idi. Bu od çadırı necə qarsıyırdısa
alaçığa da girmək olmurdu ki, heç olmasa bir az toxtasınlar. Son zamanlar bir-iki artezian
quyusu vurulmuşdu, təzə-təzə ağac əkməyə başlasalar da bu ağaclar hələ boy verməmişdi. Bir az
imkanı olanlar bu cəhənnəm odundan az da olsa qorunmaq üçün çiy kərpicdən daxma tikib
girmişdilər altına - belə daxmalar alaçıqlara nisbətən yayda sərin, qışda da isti olurdu. Əvvəl-
əvvəl Çadır Şəhərinin yaraşığının pozulduğunu deyən sahiblər bunun əleyhinə olsalar da
sonradan fikir verməmişdilər.
İlan-çayanın içində, göydən tökülən odun qarsdığı çadırın altında birtəhər yaşamağa
öyrəşə bilsələr də - əgər buna yaşamaq demək mümkün idisə, bu növbəyə heç cür öyrəşə
bilmirdilər. Qaçqın malı yeməkdən Bordağa Bağlanmış Buğaya Dönən Məmurlar nə qədər onları
növbəyə alışdırmağa çalışsalar da xeyiri olmurdu:
-
Ay qardaşlar, ay bacılar, ay camaat, növbəyə durun da! Bizi bu xaricilərin yanında
biabır etməyin!
Amma kimə deyirsən, yenə növbə dağılır, basabas, səs-küy - həm Bordağa Bağlanmış
Buğaya Dönən Məmurların, həm də özlərinin yayın tülyanında, qışın sazağında Avropadan iş-
güclərini, arvad-uşaqlarını atıb onlara humanitar yardım gətirmiş bu humanist xaricilərin yanında
biabır edir, Şərq mədəniyyətini gözdən salırdılar. Elə bil bunlar nizamilərin, füzulilərin qohum-
əqrəbaları yox, hitlerlərin, napoleonların qohum-əqrəbalarıydılar.
Böyük Vətən Müharibəsi iştirakçıları yardım gələndə elə bilirdilər bayramdı, xeyir-şər
kostyumlarını geyir, bütün orden-medallarını da sinələrinə taxıb gəlirdilər. Amma sonra
yuxarıdan tapşırıq gəldi ki, yaxşı deyil, almanlar gələndə orden-medalları taxıb çıxmasınlar.
-
Kişilərin sizə ürəyi yanır, durub o boyda yol gəlirlər ki, sizi ac qoymasınlar. Siz də
Almaniyanı darmadağın edən o Qələbə medallarını taxıb fors edirsiniz.
Bundan sonra müharibə iştirakçıları xəcalət çəkdilər ki, nahaq o vaxt belə humanist bir
xalqın paytaxtını dağıdıblar. Hətta bir dəfə Kefli Çapay bir almanı qucaqlayıb küçük sahibini
yalayan kimi yalamışdı:
-
Sənə də qurban olum, Hitlerə də!
Yaxşı ki, tərcüməçilər onun sözünü başqa cür tərcümə eləmişdilər.
Bu basabasda birinci qoluzorlular, ikinci qolu bir az zorlular, sonra qolu zorsuzlar, lap
axırda isə əldə-ayaqda qalanlar yardım paylarını alıb dönürdülər göydən tökülən odun qarsdığı
alaçıqlarına: iki kilo qənd, iki kilo şəkər, on litr neft, beş sabun, on beş kilo un və bir də
bambalaca kağız kisələrdə beş ədəd gül-çiçək toxumu.
Bu gül-
çiçək toxumu nədən ötrü idi, Allahın deyil, insanların yaratdığı bu cəhənnəmdə
ki
mə və nəyə lazım idi, gül-çiçəyin içində böyüsələr də artıq gül-çiçəklik halları qalmamış
camaat bunu başa düşə bilmirdi. Xəbərləri yox idi ki, bu gül-çiçək toxumu Bakıda qaçqınlar və
imkansızlar üçün olmayan mağazalarda səkkiz, on, hətta on beş dollara satılırdı. Bir az gec də
olsa axır ki bundan xəbər tutdular və başa düşdülər ki, xaricilər heç də onların fikirləşdikləri kimi
o qədər də axmaq deyillər. Və bu gül-çiçək toxumu onların işinə əməlli-başlı yaramağa başladı.
Dünyanın məhvərindən çıxmayan vaxtı Bakıya qonaq gedəndə ətdən, toyuqdan, bir sözlə
kənd matahından pay aparardılar. İndi bu gül-çiçək toxumu ən yaxşı paya çevrilmişdi. Bakıdan,
Gəncədən sifariş sifariş dalınca gəlirdi. Bir az diribaşlar bu gül-çiçək toxumunun alverinə
girişərək həm əməlli-başlı qazanmağa başladılar, həm də qaçqınlar və imkansızlar üçün olmayan
mağazalarda gül-çiçək toxumunun satışına da böyük zərbə vurdular. Pullarını balta kəsməyənlər
day gül-
çiçək toxumlarını bahalı mağazalardan yox, bazarlarda qaçqınlardan almağa başladılar -
qiymətinə görə yox, qaçqın soydaşlarına ürəkləri yandığın görə.
Amma Pələngin Anası bu gül-çiçək toxumunu alverçilərə satmırdı, gedirdi Ağcabədidəki
şəhid qəbristanlığına və bu gül -çiçəyi Pələngin şəhid qardaşlarının məzarlarının ətrafında əkirdi.
Bu
toxumlardan elə qəribə, elə gözəl gül-çiçək çıxmışdı ki, ömürlərində ilk dəfə gördükləri bu
gözəllik camaatı heyrətə gətirmişdi. Bundan sonra bu şəhərin də imkanlıları daraşmışdı Çadır
Şəhərinə.
49
Hər dəfə Şəhidlər Xiyabanına gələndə Pələngin Anasını burda görən və bu gül-çiçəkləri
onun əkib-becərdiyini bilən Başçı müavinindən soruşmuşdu:
-
Bu hansı şəhidin anasıdı?
-
Heç birinin. Onun oğlunun qəbri Qarağacıdadı.
Başçı kövrəlmişdi və demişdi:
-
Ya bir ştat düzəldin, ya da cibinizdən ona maaş verin.
Amma Pələngin Anası maaşdan imtina eləmişdi:
-
Sağ olun, bala, lazım deyil. Bunlar hamısı mənim Pələnglərimdi.
Yenə göydən təpələrinə od tökülürdü. Yenə göydən təpələrinə tökülən bu odun altında
yardım maşınlarının qabağında basabas idi. Yenə Bordağa Bağlanmış Buğaya Dönən Məmurlar
yalvarırdı ki, onları xaricilərin yanında biabır etməsinlər. Amma kimə deyirsən, xeyiri yox idi ki,
yox idi! Özlərini də, bu yazıq Bordağa Bağlanmış Buğaya Dönən Məmurları da xaricilərin
yanında biabır edirdilər.
Pələngin Anası da özlərini xaricilərin yanında biabır edənlərin arasındaydı. Əvvəllər bir
neçə dəfə insanlardan hörmət və mərhəmət ümidiylə demişdi:
-
Mən şəhid anasıyam.
-
Burda kim şəhi
d anası deyil ki?!
Pələng kimi bir oğulu qurban gedən bir anaya bu qurbanlıq növbəsiz yardım almağa da
yetmirdi. İlk vaxtlar bundan çox pərişan olsa da sonralar bu keçdi, heç kəsi qınamadı, gördü ki,
yardıma möhtacların çoxunun balası onun Pələngi kimi qurban gedib.
Tanrı İbrahim peyğəmbərə oğlu İsmayılı qurban kəsməmək üçün qoç göndərmişdi,
oğulları qurbanlıq olan bu analara isə səbr və göz yaşları.
Bu yardım bir adamı xoşbəxt edəcək olmasa da çox vaxt qulağı eşidə-eşidə deyirdilər:
-
Bəxtəvər! Tək arvaddı, bir belə yardımı neyləyir?!
Və heç kim bilmirdi ki, bu bəxtəvər tək arvad aldığı yardımları Musanın Anasıgillə yarı
bölür, onsuz da günün çoxunu onlarda keçirirdi. Musanın Anasının yeməyini bişirir, suyunu
gətirir, Musanın Qardaşı evdə olmayanda altını atır, çimizdirirdi. Baş-başa verib ötən xoşbəxt
günlərini xatırlaya-xatırlaya Əzrayılı gözləyirdilər. Əzrayılın da dövlətinin gəlhagəli idi, gül kimi
sütül-
sütül oğulları qoyub hay-hayları gedib vay-vayları qalmış, heç kimə, hətta özlərinə belə
lazım olmayan bu qocaları neyləyirdi ki?! Əzrayılın yadından çoxdan çıxmışdılar. Allahın bir
ucuz ö
lümü də onlar üçün mataha dönmüşdü.
Yalnız gecə düşəndə öz alaçığına gəlirdi. Yerinə girəndə Rəşid Behbudovun Pələngə
bağışladığı papağı qoyurdu sinəsinə, ləzzətlə qoxulayırdı. Və səhərədək gözünün qabağına
gətirmək istəyirdi - Pələngi necə çimizdirir, necə əlindən tutub məktəbə aparır, necə səhər-səhər
döyüşə yola salır... Və bunları fikirləşə-fikirləşə xoşbəxt olurdu... Pələng yanındaydı, girmişdi
qucağına, saçlarının qoxusunu hiss edirdi. Bu qoxusunu hiss etdiyi saçları tumarlaya-tumarlaya
ona gözəl-gözəl nağıllar danışırdı. Gözəl-gözəl nağıllarla Pələngi yatırdıqdan sonra ona yaraşan
qız axtarırdı. Amma bu boyda Çadır Şəhərində oğluna yaraşacaq bir qız tapa bilmirdi. Bircə o
Tarix Müəlliminin qızı idi ki, onu da Musanın Anası gözaltı eləmişdi.
Kimsə Bakıdan gələn vəzifəlilərə demişdi ki, bu arvadda Rəşid Behbudovun çox qiymətli
bir xəncəri var. Onlar da adam salmışdılar ki, xəncəri satın alsınlar.
-
Nə qədər pul istəyirsən verirlər.
-
Acından ölərəm, satmaram. O Pələngimin yadigarıdı.
Və xəncəri həmişə yastığının altında saxlayırdı. Musanın Qardaşına da demişdi ki, ölüb
eləsəm bu xəncəri Komandir həbsxanadan çıxanda ona verərsən.
Gün doğanda gecənin o bütün xoşbəxtliyi qucağında yatmış Pələnglə birlikdə yox olurdu,
bir cəhənnəm sabahı açılırdı. Bu sabahlar ona görə cəhənnəm sabahları deyildi ki, göydən od
tökülürdü. Bu sabahlar ona görə cəhənnəm sabahları deyildi ki, gündə qırx dəfə
rastlaşdıqlarından bir-birlərindən iyrənməyə başlamış, eyni yardımı yeməkdən artıq bir-birlərinə
oxşayan və üzlərində bir qıça nur qalmamış insanları görürdü. Bordağa Bağlanmış Buğaya
50
Dönən Məmurları görürdü. Bu payız ev-eşiklərinə qayıdacaqları yalanları eşidirdi. Bu açılan
sabahlar ona görə cəhənnəm sabahları idi ki, bu sabahlarda bir belə insanın içində Pələng yox idi.
***
Göz
lərini yavaş-yavaş açdı, amma heç nə görə bilmədi, ətrafa qatı bir zülmət çökmüşdü.
Sonra bu zülmətin içində iynə ucu boyda işıq zərrələri göründü, zərrələr yavaş-yavaş böyüməyə
başladı. Böyüdülər-böyüdülər, sonra onun gözlərini qamaşdıran bütöv və gur bir işığa çevrildilər.
Gözlərinin bir də açılmayacağından qorxaraq bu gur işığa dözdü və kipriklərini də qırpmadı,
bəlkə də kipriklərini qırpmağa taqəti yoxuydu. Bu gur işıq seli də bir xeyli çəkdi, sonra necə
yaranmışdısa, eləcə də qeyb oldu.
İstədi başını qaldırsın, gücü çatmadı, elə bil başını yatağa mismarlamışdılar. Əvvəl-əvvəl
ağappaq tavanı gördü, sonra istədi ətrafa göz gəzdirsin, amma baxışları zilləndiyi yerdən
tərpənmədi, sanki baxışlarını da həmin nöqtəyə mismarlamışdılar. Ümumiyyətlə, heç nə hiss
eləmirdi, don vurmuş adam kimi. Amma artıq donu açılırdı, bu don açıldıqca bədəninin
giziltisini hiss eləsə də əl-ayağını hiss eləmirdi. Artıq yatağa mismarlanmış başının ağrısını da
duymağa başladı. Bu ağrını duyandan sonra tavana mismarlanmış baxışları qopdu və ətrafı
gəzməyə başladı. Yalnız indi yanında oturmuş həkimi gördü, tutmuşdu onun biləyindən. Amma
bunu hiss eləmirdi və həkimin dediklərini də eşitməyə beynindəki uğultu imkan vermirdi.
Həkimə baxdı, baxdı, sonra gözləri yoruldu və baxışları yenə qayıdıb tavandakı həmin nöqtəni
tapdı və mismarlandı ora.
Onun şokdan ayıldığını görən həkim:
-
Allah, sənə şükür, qurtuldu! - dedi və ağladı.
O isə neçə vaxtdı ayıla bilmədiyi yuxudan indicə ayılmasına baxmayaraq, günlərdi
yuxusuz qalan adamlar kimi yatmaq
istəyirdi, bütün giziltilərə, ağrılara baxmayaraq yavaş-yavaş
gözləri yenidən yumuldu. Və ayılanda yadına sala bilməyəcəyi şirin bir yuxuya getdi. Yuxu o
qədər şirin və gözəliydi ki, üz-gözündəki ağrı-acı bir anda çəkildi və yanaqlarına bir xoş
təbəssüm qondu.
Həkim gördü ki, bu yuxu bir az əvvəlki yuxudan deyil, rahat bir nəfəs aldı və qalxdı
ayağa, tibb bacısına dedi:
-
Məndən icazəsiz heç kimi yanına buraxmayın.
Tibb bacısı:
-
O müstəntiq neçə gündü kəsdirib qapının ağzını, ayılmağını gözləyir. Bayaq da zəng
eləmişdi, yəqin indi gələcək.
-
Qələt eləmişdi. Dedim yanına buraxmayın, vəssalam. Bir azdan ayılacaq, dərhal məni
çağırın. Sizdən nə soruşsa mən gələnəcən cavab verməyin. Nə badə şəhər haqqında bir söz
deyəsiniz.
***
Göydən od tökülürdü, o da bu göydən tökülən odun altında gözləyirdi ki, qoluzorlular,
sonra bir az qoluzorlular, sonra qolu zorsuzlar və ən nəhayət, əldə-ayaqda qalanlara növbə
çatanda o da öz neftini, sabununu, gül-
çiçək toxumunu alıb dönsün, Musanın Anası bayaqdan
onu gözləyirdi.
Neçə ildi eyni bozarmış kostyumu geyən Tarix Müəllimi Azərbaycana ilk dəfə gələn bu
almanlara gül kimi təmiz Azərbaycan dilində Qarabağın kimin olmasını, ermənilərin Qarabağa
neçənci əsrdə Rusiya imperiyası tərəfindən köçürüldüyünü sübut edirdi. Almanlar da başları ilə
onun dediklərini təsdiqləyirdilər, bu da Tarix Müəllimini kövrəldirdi.
Yenə Böyük Vətən Müharibəsi veteranlarından biri özünün xeyir-şər kostyumunu
geymişdi, bütün orden-medallarını da qurşağınadək taxıb gəlmişdi Yardım Bayramına. Yaxşı ki
Bordağa Bağlanmış Buğaya Dönən Məmurlardan biri onu vaxtında görüb qabağını kəsdi:
-
Ay ağsaqqal, sənə qurban olum, adama neçə dəfə deyərlər. Əşi, bu yardım almağa
gələndə bu zir-zibilləri taxıb gəlməyin də!
Bu zir-
zibilləri qazanmaqdan ötrü Mazdokdan Berlinədək piyada gedən və ayağının birini
də bu yolda itirən ağsaqqal qorxa-qorxa dedi:
51
-
Niyə, ay oğul? Bəs dedilər gələnlər yəhudilərdi?!
-
Yox, ay ağsaqqal. Yəhudilər o biri Çadır şəhərinə getdilər. Bunlar nemeslərdi.
Yəhudilər gələndə özüm sənə şəxsən xəbər edəcəm.
-
Bağışla, ay oğul.
Bu zir-
zibilləri qazanmaqdan ötrü Mazdokdan Berlinə piyada gedən və bu yolda bir
ayağını itirən ağsaqqal xəcalət içində döndü alaçığına ki, bu zir-zibilləri çıxarsın.
Nəhayət, növbə əldə-ayaqda qalanlara çatdı, Pələngin Anası da yardımını aldı və alanda
da soruşdu:
-
Bunu kimlər gətirib, ay bala?
-
Nemeslər, ay xala, nemeslər!
Pələngin Anası yaxınlaşdı həkim məntəqəsinin qabağındakı talvarın altında diqqətlə
Tarix Müəllimini dinləyən qonaqlara, onlara çatanda yaşmandı, salam verdi və sonra:
-
Ay bala, Allah eləməsin, siz nemes olasınız. Nemes budey bunlardı- dedi və Bordağa
Bağlanmış Buğaya Dönən Məmurları göstərdi.
Qonaqlar soruşdular ki, xanım nə deyir? Qızarıb-bozarmış tərcüməçi udqundu və dedi:
-
Heç, sizə təşəkkür edir!
Qonaqlar:
- Danke! Danke!
Pələngin Anası:
-
Hə, düz deyirsiniz, danqıdılar.
***
Müstəntiq hansı polisə göstəriş versə də heç biri Komandirin qoluna qandal vurmaq
istəmədi.
-
Rəis, bəlkə lazım deyil?!
-
Qandallayın!
-
Rəis, o milli qəhrəmandı!
-
Qandallayın, dedim!
Amm
a polislər yenə göstərişi yerinə yetirmədilər, biri əlindəki qandalı müstəntiqə uzatdı:
- Onda al, özün vur!
Müstəntiq:
-
Nə deyirsən?
-
Eşitdiyini.
Müstəntiq bağırdı:
-
Sənin paqonlarını sökdürərəm!
Polis:
-
Bağırma,ə! Sənin uşağın deyiləm! Bir yumruq vuraram, batırmadığın kol dibi qalmaz. -
dedi, sonra çiynindəki paqonları hirslə qoparıb qandalla birlikdə atdı müstəntiqin üstünə, - Ala!
Sox...
Və palatadan çıxdı.
Pərt olmuş müstəntiq gördü polislər üzlərinə dirəniblər, çox dərinə getmədi, əyilib yerdən
qandalı götürdü və vurdu Komandirin qollarına.
Komandir bir qollarındakı qandala baxdı, bir pərtliyindən ağarmış müstəntiqə baxdı, bir
başlarını aşağı salmış polislərə baxdı, heç nə demədi, başını buladı və düşdü utandıqlarından
başlarını aşağı salmış polislərin önünə.
Bu vaxt həkim özünü yetirib dəhlizdə qarşılarını kəsdi və əsəbi halda müstəntiqə dedi:
-
Siz neyləyirsiniz?
Pərtliyindən hələ rəngi üstünə gəlməmiş müstəntiq:
-
İşə düşmədik?! Necə yəni neyləyirəm? Sizin vəzifəniz onu sağaltmaq idi, mənim də
vəzifəm həbs eləmək. Vəzifəmi yerinə yetirirəm. Siz öz vəzifənizi yerinə yetirəndə mən sizə
mane olurdum?
52
-
Heç kim demir ki, vəzifənizi yerinə yetirməyin, amma o qandalları qolundan çıxardın.
Cavan oğlansız, siz Komandiri tanımırsız, qaçmaq istəsəydi bura bir batalyon polis də gətirsəz
qaçardı. Ayıbdı, çıxardın o qandalları.
Müstəntiq bu dəfə yazıq-yazıq:
-
Həkim, buna qanun yol vermir.
-
Nə qanun?! Bayırdan xəbəriniz var? Camaat sizi də, polisləri də tapdalayar. Çıxardın!
Mən camaata demişəm Komandiri Bakıya müalicəyə aparırlar.
Müstəntiq daha bir söz demədi, Komandirin qollarındakı qandalı açıb verdi polislərə.
Və xəstəxananı tərk etdilər.
Komandir ayağını xəstəxananın qapısından bayıra qoyan kimi iynə atsan yerə
düşməyəcəyi həyətdə alqış sədaları qopdu:
- Ko-man-dir!
- Ko-man-dir!
Komandir əlini sinəsinə qoyub onu alqışlayanlara başıyla təşəkkür elədi, sonra gözləri
həyəti nə qədər axtardısa onu qarşılayanların içində uşaqlarından birini də görmədi, bərk dilxor
oldu və mindi maşına.
Və Komandir yalnız indi, maşında onu həbsxanaya aparan polislərdən öyrənə bildi ki,
batalyonun uşaqları son nəfərədək qırılıblar, amma geri çəkilməyiblər...
- Arxada ana-
bacılarımızdı...
- Arxada ana-
bacılarımızdı...
***
-
İş tapa bildinmi, ay bala?
-
Yox, ana. Hara gedirəm, bir şey çıxmır.
-
Nə fərasətsiz uşaqsan, heç Musaya oxşamadın. A bala, bu boyda şəhərdə bir iş tapa
bilmirsən?
-
Ağlın öz şəhərimizə getməsin ey, bura balaca bir rayondu. On-onbeş idarə var, hərə də
öz qohum-
əqrəbasını yığıb başına. Deyirəm gəl çıxaq gedək Bakıya, getmirsən.
-
Bakıda nə itim azıb, a bala? Demirsən bu gün-sabah evimizə qayıdırıq?
-
Qayıdanda da qayıdacağıq da. Ya burdan qayıtdın, ya Bakıdan, nə fərqi?
-
Fərqi çoxdu, burdan heç olmasa dağlarımız görünür. Yaxşı, biz getdik, bəs Pələngin
Anası necə olsun? Tək arvaddı.
-
Onu da apararıq.
-
Getməz. O Şəhidlər Xiyabanını qoyub heç hara getməz. Yaxşı, de görüm, Musadan
xəbər tuta bildinmi?
Musa çoxdan ölmüşdü, Pircamalda vurmuşdular, uşaqlar heç meyitini də götürə
bilməmişdilər. Bunu anasından gizli saxlayırdı, demişdi ki, itkin düşüb, Qırmızı Xaç Komitəsi
axtarır. Təkcə Musanın Qardaşı yox, çoxları analarından qardaşlarının ölümünü gizli
saxlayırdılar, deyirdilər ki, itkin düşüb, beləcə analarını xoşbəxt edirdilər. Musanın Anası da
oğulları itkin düşən bütün analar kimi hər səhəri Musadan bir xəbər gələcəyi ümidi ilə açırdı.
Oğlu ölmüş bir ana neçə vaxt idi oğlunun ölümünü bilməməyin xoşbəxtliyini yaşayırdı.
-
Qızıl Xaç axtarır. Bilirsən, ay ana, üç-dörd min adam itkin düşüb, tapmaq çox çətindi.
-
Ermənistan bambalaca bir yerdi. Orda üç-dörd min adamı nə təhər gizlədiblər ki, o
dediyin komitə gör nə vaxtdandı onları tapa bilmir.
-
Nə bilim, ay ana. Taparlar da!
Bir də görürdün qəzetlərdə Qırmızı Xaçın aldığı bir əsirin şəklini veriblər. Tez həmin
qəzeti gətirirdi:
-
Bax, ay ana, bu uşaq da bir iliydi itkin düşmüşdü, indi tapıblar.
Anasının gözlərinə işıq gəlirdi. Qəzeti alıb şəkli öz balasının şəkli kimi öpürdü:
-
İnşallah, bizimki də tapılar. Ay oğul, bir söz desəm mənə gülməzsən?
-
Allah eləməsin.
53
- De
yirəm gəlib çıxsaydı evləndirərdik. O Tarix Müəlliminin qızından yaman xoşum
gəlir. Maşallah, çox ağıllı qızdı. Musanın da onda gözü vardı. Neçə dəfə görmüşdüm ki, gədə
onu görəndə rəngi dəyişir. Özünə də demişəm. Demişəm, qoy Musa gəlsin, səni alacam Musaya.
Deyəsən ürəyindəndi, mən heylə deyəndə gülümsəyir. Görən ermənilər bizim evi yandırıblar?
***
... Hakim danışırdı, prokuror danışırdı, şahidlər danışırdı, dövlətin onun üçün tutduğu
vəkil danışırdı. Üzünə duranlara yazığı gəlirdi. Ev-eşiklərindən olmuş, hardasa çadırlara qısılıb
yaşayan bu adamlar bəzən onun üzünə baxmağa utanırdılar. Gülümsəyərdi, deməli, hələ bir az
abır-həyaları qalıb. Hakimə də yazığı gəlirdi, elə bil hakimin yası düşmüşdü - hökmü o
çıxarmalıydı axı. O hökmü ki hələ məhkəmə başlamamış yazılmışdı.
Onu Cinayət Məcəlləsinin zorlamadan və Vətənə xəyanətdən başqa az qala bütün
maddələriylə ittiham edirdilər, hətta dövlət əmlakını mənimsəməkdə də.
İstintaq zamanı bu ittihamla bağlı müstəntiqə demişdi:
-
Rəis, mən kolxoz sədri olmuşam, raypo müdiri işləmişəm?! Mənim əlimdə hansı dövlət
əmlakı olub ki, mənimsəyim?
Müstəntiq:
-
Komandir, mən də bilirəm ki, heç bir dövlət əmlakı mənimsəməmisən. Amma
neyləyim, mən balaca adamam. Özün komandir olmusan. Sən döyüşçülərinə əmr edirdin ki,
gedin ölüm
ə, onlar da gedirdi?! Gedirdi! Mən də əmrə tabeyəm. Nə əmr eləyirlər, onu da yerinə
yetirməliyəm. Ya da gəlib səninlə bir kamerada oturmalıyam. İndi rəva bilərsən ki, bir sürü
uşağımı qoyub gəlim bura? Mən yazmayacam, nə çox müstəntiq.
Komandir də rəva görməmişdi ki, müstəntiq bir sürü uşağını qoyub gəlib onunla bir
kamerada yatsın. Gülüb demişdi:
-
Yaz rəis, yaz! Nə yazsan qol çəkəcəm. Kişi adamsan ki, nakişiliyini boynuna aldın.
Hakim danışırdı, prokuror danışırdı, vəkil danışırdı... O isə susurdu. Görürdü ki,
danışmağın heç bir mənası yoxdu, fatihəsi oxunub. İnkir-minkir rolu oynayan prokuror onu
cəhənnəmə göndərmək üçün dəridən-qabıqdan çıxır.
İnkir-minkiri başa düşürdü, amma onun hesabına sağ qalıb indi onun üzünə duran
şahidləri başa düşə bilmirdi. Susurdu və istehza ilə bu şahidləri süzürdü. Bu şahidlərin sağ qalıb
indi onun üzünə durmaları üçün hər şeyini qurban vermişdi. Bir-iki dəfə istəmişdi xayxırıb
üzlərinə tüpürsün, sonra fikrindən vaz keçmişdi. Üzlərinə Allahın tüpürdüyü bu adamlara
bəndənin tüpürməsinin nə mənası?
Vəkili:
-
Hər şey son sözündən asılıdır. Özündən çıxma. Denən səhv eləmişəm, etiraf elə.
Bağışlanmağını istə. Yoxsa güllə verərlər.
O da vəkilə demişdi:
-
Mən səni də, o prokuroru da, o hakimi də, o şahidləri də bağışlayıram.
Vəkil:
-
Daha özün bilərsən.
O heç son söz də deməyəcəkdi, amma bir şahidin sözləri onu yerindən oynatdı. Bir az
əvvəl atası üzünə durmuşdu ki, Komandir oğlunu döyə-döyə aparıb batalyona. Üzünə durmuşdu
ki, Komandir uşaqları zorla ölümə göndərirdi. Əslində düz deyirdi, onun uşağını bazarın
ortasında, hamının gözünün qabağında şapalağının altına salmışdı:
-
Ay oğraş, sənin tayların Naxçıvandan, Lənkərandan, dünyanın o başından gəlib burda
sənin evini-eşiyini qoruyur, sən də bazarda arvad tumanı satırsan?!
Səhərisi Uşaq özü utana-utana batalyona gəlmişdi ki, bağışla məni Komandir, məni də
batalyona yaz.
Atasından sonra danışan Uşaq:
-
Komandir, atamı bağışla! Bağışla atamı! Komandir, niyə məni ölümdən xilas elədin?!
Kaş onda öləydim, amma səni bu qəfəsdə görməyəydim. Komandir, damarımdakı qan sənin
üzünə duran atamın qanı deyil, yaralananda sənin mənə verdiyin qandı.
54
Və sonra da Uşaq ağladı. Hakim də Uşağı zaldan çıxartdı.
Uşaq çıxarkən dedi:
-
Komandir! Biz səni gözləyirik! Səninlə ölümə getməyə hazırıq!
Və neçə il hərbi intizama öyrədə bilmədiyi bu Uşaq qapıdan çıxarkən bir anlıq geri döndü
və ayaqlarını cütləyib ona hərbi salam verdi.
Bütün məhkəmə boyu yerindən tərpənməyən və bircə söz belə söyləməyən Komandir də
ayağa qalxdı, onun hərbi salamını hərbi salamla cavablandırdı.
Bu vaxt zalda oturmuş cavanlar da ayağa qalxdılar və Komandirə hərbi salam verdilər.
Vəziyyəti belə görən hakim özünü itirdi və məhkəməni düz bir həftə təxirə saldı...
***
... Komandir danışmayacaqdı, amma Uşağın o hərəkəti onu danışdırdı. Özü də çox
uzaqdan başladı.
-
Cənab hakim, prokurora sual verə bilərəmmi?
-
Buyurun, sualınızı verin.
-
Cənab prokuror, məni arvad-uşağı düşmən əlində buraxıb qaçan polkovniki
güllələməkdə ittiham edirsiniz. Adamları zorla döyüşə soxub qırdırmaqda, qanunsuz silahlı dəstə
yaratmaqda, rusların hərbi hissəsindən silah-sursat oğurlamaqda, day nə bilim nədə ittiham
edirsiniz. İndi mən sizdən soruşuram. Heç sizin qucağınızda on səkkiz yaşında bir uşaq, əmi,
qoyma ölüm, deyə can verdimi? Arvad-uşaq, dostların erməni qradından gözünün qabağında
parça-
parça oldumu? Dişinlə-dırnağınla tikdirdiyin evə qrad düşdümü? Övladı şəhid olan
anaların dırnaqlarıyla üz-gözlərində açdıqları şırımları gördünmü?..
Prokuror:
-
Cənab hakim, müttəhim məni təhqir edir.
Hakim:
-
Müttəhim, sözlərinizə fikir verin, əks halda...
-
Yoxsa nə? Prokuror mənə iki dəfə güllələnmə tələb edəcək?! Məni iki dəfə
güllələyəcəksiz?! Mən könüllü batalyon yaradıb quldurluq etməmişəm, baş kəsməmişəm, ev
yarmamışam. Bu torpağı qorumuşam. Başınızın üstündəki o bayrağı qorumuşam. Məni
güllələnmə ilə qorxutmaq olmaz. Onsuz da neçə ildi nəfə yaşayıram. Ölmək doğulduğun torpağı
düşmən tapdağı altında görməkdən min dəfə şərəflidi. Allah hansı günahıma görəsə bu şərəfi də
mənə çox gördü. Mən həqiqətən güllələnməyə layiqəm. Amma prokurorun irəli sürdüyü
ittihamlarla yox. Məni güllələmək lazımdı. Vaxtında bu torpağı satanları o polkovnik kimi
güllələmədiyimə görə. Məni güllələmək lazımdı! Bu torpağı qoruya bilmədiyimə görə. Cənab
hakim, icazə verin bir sual da verim, sözümü bitirəcəm.
Hakim:
-
Buyurun. Amma etikaya riayət eləyin.
-
Cənab prokuror, sizin Diyarbəkr valisi Rəşid paşanın məhkəməsindən xəbəriniz varmı?
... Hakim:
-
Siz doktorsunuz. Öz paranızla şəfaxanalar tikdirib insanlara təmənnasız yardımlar
göstərmisiniz. Necə oldu ki, sizin kimi humanist bir şəxs sürü-sürü erməninin qırımına yol
verdiniz?
Rəşid paşa:
-
Mən doktoram, amma öncə türkəm! Millətimin ermənilər tərəfindən qətliam edilməsinə
bir türk kimi dözəmməzdim.
Hakim:
-
Əvvəl-əvvəl göstəriş vermisiniz ki, qocalara və uşaqlara dəyməsinlər. Sonradan nədən
bu göstərişinizi pozdunuz, onların da öldürülməsini əmr etdiniz?
Rəşid paşa:
-
Bir gecə ilan vurmuş kimi yuxudan ayıldım. Axı bu uşaqlar da böyüyüb erməni
olacaqdılar və bizim balalarımızı süngüyə keçirəcəkdilər.
Hakim:
55
-
Heç vicdan əzabı çəkirsinizmi?
Rəşid paşa:
-
Qətiyyən! İndi siz mənə deyin görüm, Andronikin adamlarının Qarabağda, Şuşada
mənim ana-bacılarımın kürəyində samovar qaynatdıqlarından xəbəriniz varmı?! Hamilə
analarımızın qarnını yarıb bətnindəki körpəni çıxarıb can verməkdə olan ananın gözü qarşısında
başını üzməyindən xəbəriniz varmı?! Bacı-qardaşlarımızı bir daxmaya yığıb diri-diri
yandırdıqlarından xəbəriniz varmı?! Var! Amma onları heç kim mühakimə eləmir...
Hakim hökmü elan edir: “Diyarbəkr valisi Rəşid paşa boğazına qurşun sıkılaraq edam
edilsin!”
Gecə Rəşid paşa həbsxanadan qaçır və gəlir evinə. Kiçik bir məktub yazır, sonra
boğazına qurşun sıxaraq özünü öldürür. Məktubda nə yazılmışdı: “Mənim ölümüm qurban
olduğum Türkiyə dövlətinə lazımdırsa, mən özüm özümü öldürürəm. İstəmədim məni sizlər
güllələyəsiniz. Çünki gələcək nəsillər sizin övladlarınızın üzünüə tüpürəcəkdilər ki, bunlar Rəşid
paşanı güllələyənlərin övladlarıdır. Mən sizin gələcək nəsili o tüpürcəkdən, o töhmətdən xilas
edirəm. Onların heç bir günahı yoxdur”...
Prokurorun nəinki Rəşid paşanın məhkəməsindən xəbəri vardı və heç bilmirdi Diyarbəkr
hardadı. Və heç bunları bilməyə də borclu deyildi:
-
Nə Diyarbəkr?! Nə Rəşid paşa?! Bunun bizim məhkəmə prosesinə nə dəxli?
Komandir:
- B
əlkə doğrudan da dəxli yoxdu! Amma bu mənim son sözümüydü. Nə hökm
çıxararsınız, qəbulumudu.
... Amma Komandir səhv edirdi. İllər keçmişdi, təkcə bircə nəfər belə Rəşid paşaya
güllələnmə hökmü çıxaranların nə övladlarının, nə də nəvələrinin üzünə tüpürməmişdi. Türklər
özləri Rəşid paşanı çoxdan unutmuşdular. Tək bircə nəfər belə... Tək bircə nəfər belə... Müşfiqi
güllələyənlərin nə özlərinin, nə də nəsillərinin üzünə tüpürülmədiyi kimi!
... Onların nəsilləri də sonradan vəzifə sahibi oldular, tutdular, asdılar, kəsdilər,
tutuldular, asıldılar, kəsildilər və indi onlardan ikisi də bu məhkəmə zalında İsaq- Musaq quşları
kimi ötürdü...
***
... Şeytan Övladı əlini atdı Tanrı Övladının saqqalına və rişxəndlə dedi:
-
Budur Şərqin Şekspiri?
Ətrafdakı Şeytan Övladları qəh-qəhə çəkdilər. Tanrı Övladının isə heç tükü də ürpənmədi
-
saqqalına əl atanlardan, onu alçaldıb təhqir edənlərdən o qədər yüksəkdəydi ki! İsa peyğəmbər
onu çarmıxa çəkənlərə necə baxırdısa, o da bu Şeytan Övladlarına elə baxırdı. İsa peyğəmbər
Tanrıdan onu çarmıxa çəkənlərin bağışlanmasını istəmişdi.
O da peyğəmbər idi, amma onu bu ağılla, bu kamalla görcək babası Nəsimi kimi,
qorxdular peyğəmbər deməyə, çöndülər Şair dedilər. Və indi Şair İsa peyğəmbərdən fərqli olaraq
ona insanın ağlına gəlməyəcək bu işgəncələri verənlərin bağışlanmasını Tanrıdan istəmirdi. Bir
də, əgər Tanrı İsa peyğəmbəri çarmıxa çəkənləri peyğəmbərin xahişi ilə bağışlamamışdısa, o
niyə Tanrının işinə qarışsın?! Və bütün bu işgəncələrə baxmayaraq Tanrıdan küsmür, Tanrıya
şəkk etmirdi. Tanrı öz oğlunun çarmıxa çəkilməsinə dözmüşdüsə onun alçaldılıb təhqir olunması
İsa peyğəmbərin əzablarının yanında Tanrı üçün o qədər də böyük faciə deyildi. Tanrı
Məhəmməd peyğəmbərin daşlanmasına dözmüşdüsə, onun saqqalının yolunması o daşlanmanın
yanında heç nə idi.
İsa peyğəmbəri çarmıxa çəkənlər 2000 ildi həmin çarmıxın, Məhəmməd peyğəmbəri
daşlayanlar isə 1400 ildi “Qur’an”ın qarşısında diz üstə düşmüşdülər. Və Tanrıdan
bağışlanmalarını xahiş edirdilər.
İsa peyğəmbəri çarmıxa çəkənlər və çəkdirənlər, Məhəmməd peyğəmbəri daşlayan və
daşladanlar cəhənnəmə gedən uzun və əzablı bir yolda illərdi növbələrini gözləyirdilər. Onun
saqqalını yolanları da cəhənnəmə gedən uzun və əzablı bir yol gözləyirdi.
56
Heç Şair özü də cənnətə gedəcəyinə inanmırdı. Düzdür, həyatında heç bir günah
işlətməmişdi. Amma cənnətə getmək, İsa peyğəmbərlə, Məhəmməd peyğəmbərlə eyni havanı
udmaq, eyni sudan içmək, eyni göyün altında yaşamaq üçün həyatda heç bir günah işlətməmək
çox az idi.
Amma cəhənnəmə də getməyəcəkdi. O artıq cəhənnəmin içindəydi və Tanrı öz bəndəsinə
iki dəfə cəhənnəm əzabı göstərməz.
Cəhənnəmlik deyildi, cənnətin də yolu bağlı idi. Tanrının dərgahında doğulduğu
torpaqdakı Əshabu-Kəfə bənzər bir yer vardı, amma nə o, nə də heç kim belə bir yerin
olmasından xəbərdar deyildi. Çünki yer üzünə göndərilən müqəddəs kitabların heç birində bu yer
təsvir olunmamışdı. Bu kitablarda yalnız cənnət və cəhənnəm təsvir edilirdi. O cənnət və
cəhənnəm ki, insanlar üçün nəzərdə tutulmuşdu. O isə insan deyildi. Tanrının insan cildində Yer
üzünə göndərdiyi və artıq öz missiyasını başa vurmaqda olan bir mələyi idi. Və missiyasını başa
vurduqdan sonra babası Nəsimi kimi dönəcəkdi heç bir müqəddəs kitabda təsvir olunmayan
Tanrının dərgahındakı Əshabu-Kəfə.
İbrahim peyğəmbər özünü yox, oğlunu Tanrıya qurban demişdi. O isə məhəbbət və
sevgisi olan Tanrısına özünü qurban vermişdi. Tanrı İbrahim peyğəmbərin sədaqətini
qiymətləndirib oğlu İsmayılı qurban kəsməyə qoymamışdı, mükafatlandırmışdı. Tanrısına özünü
qurban vermiş Şair isə Tanrıdan heç bir mükafat istəmir və gözləmirdi. Amma o istədi-istəmədi,
gözlədi-gözləmədi Tanrı onu mükafatlandıracaqdı. Tanrı öz dərgahındakı Əshabu-Kəfdə, babası
Nəsiminin yanında ona əbədi bir ömür bağışlayacaqdı. Və Şair ondan neçə il sonra doğulacaq
Qədir Rüstəmovun səsini də burda görəcəkdi.
Şair bütün bunlardan xəbərsiz idi. Hələ o dərgaha çox uzun və çox ağır bir yol vardı. Hələ
Şeytan Övladları bu dörd divarın arasında ona işgəncə verirdilər. Sonra bu Şeytan Övladları onu
Sibirdəki Şeytan Övladlarının yanına göndərəcəkdilər. Sibirdəki Şeytan Övladlarının da
işgəncələrinə uzun müddət dözməli olacaqdı.
Hələ o günə vardı, hələ oturmuşdu bir vaxtlar Şeytanın özünün oturduğu və haçansa
Komandirin oturacağı dörd divarın arasında və ona işgəncə verən Şeytan Övladlarına gülürdü.
Şeytan Övladları onun bu soyuqqanlılığının qarşısında özlərindən çıxırdılar, bağırırdılar, onu
təpikləməkdən yorulub bir az istirahət edirdilər, sonra yenə təpikləyirdilər, sonra yenə
bağırırdılar və yenə yorulurdular.
Axırda başlayırdılar yalvarmağa. Yalvarırdılar ki, bu ittihama qol çək, sənin də canın
qurtarsın, bizim də...
O isə qol çəkmək əvəzinə elə gülümsəyirdi, vəssalam.
Bir dəfə onu dəhlizdə apararkən döyülməkdən yumağa dönmüş Çingiz İldırımı gördü, iki
Şeytan Övladı zorla sürüyüb aparırdı. Bütün ağrı-acıya baxmayaraq, bu dəfə onu möhkəm bir
dəli gülmək tutdu. Onu aparan və Çingiz İldırımı sürüyən Şeytan Övladları çaşıb qaldılar - bu
niyə gülür?! Onun niyə güldüyünü isə bir özü bildi, bir də Çingiz İldırım. Baxışları bir neçə an
üst-
üstə düşdü. Və gördü ki, Çingiz İldırım artıq ölməkdə olan baxışları ilə ondan bağışlanmasını
umur. Müqəddəs kitablarda yazılırdı ki, Tanrı bağışlayanları sevir, bağışlamadı. Çingiz İldırım
ölməkdə olan baxışları ilə ona yalvara-yalvara yanından keçdi - Əzrayıl da əlində çürümüş alma
onunla gedirdi -
Vətən xaini olmaya-olmaya müstəntiqin qarşısına qoyduğu ittihama, özünün
ölüm aktına qol çəkmişdi. Və cəmi iyirmi dəqiqədən sonra Şeytan Övladları onu
güllələyəcəkdilər və Əzrayıl da öz vəzifəsini yerinə yetirib gedəcəkdi.
Keçəndə Əzrayıl dilxor-dilxor Şairə baxdı, rəhmətliyin oğlu, o qolunu çək, bir də mən
sənin dalınca Sibirə getməyim!
Amma Sibirdə səbirsizliklə Əzrayılı gözləyəndə özünü yamanlayırdı ki, gərək Çingiz
İldırımı bağışlayaydı...
... Və indi üzü üzlər görməkdən bezib qaralmış bu soyuq divarlar, Şairə verilən
işgəncələrin şahidi olan divarlar onun üçün də o qədər qorxulu deyildi. O, bu soyuq divarları
əvvəllər də görmüşdü, neçə il yoldaşlıq eləmişdi. Hamı kimi o da neçə il yoldaşlıq elədiyi bu
d
ivarlarla çox dərdləşmişdi, çox söhbətlər eləmişdi. Düzdür, ilk əvvəllər o qədər asan olmamışdı,
57
bir-
birlərini başa düşməmişdilər. Amma sonra dil tapa bildilər. Dil tapa bildilər deyəndə o,
divarların dilini tapdı, bu divarlar əslində insan dilini çoxdan başa düşürdü.
Və o, başqa məhbuslar kimi heç də özünə dərd etmirdi ki, bu divarlardan cəmi bircə
addım o üzdə azadlıq adlı çox şirin bir şey var - cəmi bircə addım o üzdəki azadlıqda azadlığın
dadını çıxara bilməyənlər üçün nə fərqi! O özünü nə qədər azad görmək istəsə də başı
açılmamışdı ki, azadlığın kefini çıxara. Onu Kalımadan azadlığa daşıyan qatar gətirib odun-
alovun, ağrı-acının içinə atmışdı, qatar onu azadlığa deyil, şəhid analarının göz yaşlarına
daşımışdı, balasının meyidi düşmən əlində qalan atanın qabağında aciz qalıb dəli olmağa
daşımışdı. Bu göz yaşlarından, bu ah-vaylardan həm özünü, həm də göz yaşı tökənləri xilas
etmək üçün silaha sarılmışdı...
... Bu da sonu, yenə bu soyuq divarlar...
Dünya ilə barışmasa da, taleyi ilə barışıb oturmuşdu bu divarların arasında. Bilirdi ki, o
biri kameralarda yatanlar ruhlarının azadlığı üçün, təsəlli üçün “Qur’an” oxuyur, namaz qılırlar.
Amma o, nə “Qur’an” oxuyurdu, nə də namaz qılırdı. Çünki onun üçün nə üz tutub namaz
qılınası qiblə qalmışdı - ermənilər qibləsinə od vurub yandırmışdılar, nə də oxunacaq müqəddəs
bir kitab -
kitabını da qapatmışdılar. Və oturmuşdu bu dörd divarın arasında. Köhnə tanışı
Rəisdən xahiş eləmişdi ona bir şahmat versinlər, Rəis də özü evdən bir şahmat gətirmişdi ona.
Gününün çoxunu öz-
özüylə şahmat oynamaqla keçirirdi.
Hamı deyirdi ki, hətta qəzetlər də yazırdı ki, nə vaxtsa bura muzeyə çevriləcək. Burda
yatan məşhur adamları balaca bir millət necə yetişdirə bilmişdi, möcüzəydi. Təkcə son yüz ildə
bu divarlar neçə-neçə padşah görmüşdü - Stalini görmüşdü, Nərimanovu, Məmməd Əmini,
Bağırovu, Elçibəyi görmüşdü.
Bu divarlarla dünyanın ən məşhur şairləri, bəstəkarları, yazıçıları dərdləşmişdi. Bu
divarlara öyrəşə bilməyən, bu divarlarla dil tapmayan Salman Mümtazı, Müşfiqi, Əhməd Cavadı
e
lə bu divarların arasındaca güllələmişdilər. Azərbaycan Türk Cümhuriyyətini quranları da bu
divarların arasında edam eləmişdilər, onu dağıdanları da...
... Ayna Sultanovanın saçlarını dibdən qırxmışdılar, sir-sifətində bir sağ-islahat yox idi,
əlləri stulun arxasında bağlanmışdı, ayaqları da stulun qıçlarına. O qədər əzab vermişdilər ki,
artıq heç bir ağrını hiss etmirdi, bütün yaddaşını itirmişdi, özünün kimliyini də unutmuşdu.
Qarşısında onun kimi işgəncələrə məruz qalan, onun kimi stula bağlanan adamın da əri Həmid
Sultanov olduğunu da bilmirdi.
Prometey kimi hər gün qarğa-quzğunlar ürəyini söküb çıxarır, didim-didim
didişdirirdilər...
...Əzrayılın əlindəki alma artıq çürümüşdü, iyi-filan da qalmamışdı. Tanrının Ayna
Sultanovaya verdiyi ömürə hələ çox vardı. Əzrayıl bura Həmid Sultanovun canını almağa
gəlmişdi. Amma Tanrının yaratdığı bir yaradana verilən zülmə, işgəncəyə dözə bilmədiyindən
nəyə gəldiyini unutmuşdu, Həmid Sultanov artıq Tanrının verdiyi ömürdən çox yaşayırdı.
Əzrayıl Ayna Sultanovanı xilas etmək istəyirdi, Əzrayıl olsa da bu qadının çəkdiyi əzablara tab
gətirmirdi, Tanrının yazdığı ömürü kəsməyə cəsarət etmirdi. Sadəcə olaraq bir səlahiyyətindən
istifadə edib bu yaradılan yaradanın bütün hisslərini almışdı ki, bu işgəncələrə dözə bilsin, necə
ki, vaxtilə Prometeyə də belə bir yaxşılıq etmişdi.
Həmid Sultanov bütün işgəncələrə dözürdü, amma gözünün qabağında namusunun belə
təhqir olunmasına dözəmmirdi, ölmək istəyirdi, ölə bilmirdi. Gördüyü bu vəhşətdən dəhşətə
gəlmiş Əzrayıl Tanrının Həmid Sultanovu öldürmək haqqında əmrini təmiz yaddan çıxarmışdı.
Tanrının deyil, şeytanın qulu olmuşlar ərinin gözü qabağında xanımını zorlayırdılar,
başına min bir müsibət açırdılar. Əzrayılın mərhəmətindən xanım bunu hiss eləmirdi, amma əri
bunu görürdü, zarıyırdı, gah Tanrıya yalvarırdı, gah qarğıyırdı, gah Əzrayılı çağırırdı. Əzrayıl
yanında dayansa da nə onun yalvarışlarını eşidirdi, nə də qarğışlarını - əlində çürümüş alma,
eləcə quruyub qalmışdı. Əgər Əzrayıl o idisə, bəs bunlar kim idi?! Əgər Tanrı insanların canını
ona tapşırmışdısa, bəs onda Tanrının ona verdiyi bu səlahiyyəti mənimsəyənlər kimlər idi?! Bu
58
işgəncə verənləri nə Faraonun gününə salardı! Amma bu onun ixtiyarında deyildi - hələ onların
uzun bir yaşamları var idi. Əzrayıl ilk dəfə özünü çox aciz hiss elədi.
Tanrının yazısı ilə Ayna xanımın ömrünə 33 il 2 ay 15 gün 2 saat 11 dəqiqə qalırdı.
Deməli, bu qadın hələ 33 il 2 ay 15 gün 2 saat 11 dəqiqə bu işgəncələrlə yaşamalı idi. Daha
Əzrayıl dözə bilmirdi, əlindəki alma da təmiz çürüyüb qurtarmışdı. Və Əzrayıl...
... Çürümüş almanı Ayna xanıma iylətdi, amma o bu iyi hiss eləmədi, heç əslində almanın
iyi də qalmamışdı, əlini atıb onun sinəsindəki ürəyi qopartdı, parça-parça olmuşdu bu ürək,
qapqara qanın içindəydi. Və bunu görən Həmid Sultanovun daha Əzrayıla ehtiyacı qalmadı, çox
rahat bir nəfəs aldı və Tanrının yaratdığı bəndələrdən birincisi oldu ki, əzrayılsız-filansız canını
tapşırdı. Əzrayılın başı Ayna xanımı xilas etməyə qarışdığından Həmid bəyin canını özü ilə
götürməyi unutdu, Həmid bəyin canı eləcə qaldı bu divarların arasında.
Əzrayıl yalnız göy üzünə qalxdıqdan sonra yadına düşdü ki, Tanrının Həmid Sultanovu
öldürmək haqqında əmrini yerinə yetirməyib və cəzalanacaq, özü də ağır cəzalanacaq. Çünki
ikinci dəfəydi ki, Tanrının yazısını pozurdu. Birinci dəfə bu əmri Nəsiminin dərisi soyulanda
pozmuşdu, o böyük şairin canını bir saat əvvəl almışdı ki, Şeytanın Övladlarının verdiyi
işgəncəni hiss eləməsin...
Əzrayılın dözə bilmədiyi işgəncələri vaxtilə hər gün görən bu divarlar gördüklərini açıb
danışsaydılar millət dəhşətə gələrdi. Divarlar da milləti dəhşətə gətirməmək üçün susur və
bildiklərini bir dövlət sirri kimi qoruyub saxlayırdılar.
O da inanırdı ki, bura günlərin birində dünyanın anoloqu olmayan qeyri-adi bir muzeyinə
çevriləcək və bütün dünya da bu muzeyə tamaşa eləmək üçün Bakıya töküləcək.
İlk dəfə tutulanda əvvəl-əvvəl Şuşada yatmışdı - Xan qızı Natəvanın öz qardaşının
xatirinə tikdirdiyi həbsxanada...
... O necə Xan qızı idi ki, Xan oğlu qardaşını Nikolay tutdurmuşdu və Sibirə göndərirdi.
Xan qızı da Nikolaya ağız açmışdı:
- Zati-
aliləri, icazə verin Şuşada bir həbsxana tikdirim, qardaşım da cəzasını həmin
həbsxanada çəksin.
Zati-
aliləri Nikolay da Xan qızının sözünü yerə salmamışdı, axı o Xan qızı idi...
... Şuşa son saatlarını yaşayırdı... Generallar camaatı düşmənin qarşısında əliyalın qoyub
aradan çıxmışdılar, gedib Laçının qaşında dilxorçuluqlarından araq içirdilər. Şəhər boşalırdı.
Həbsxananın rəisi nəzarətçilərə:
-
Açın qapıları!
Bütün qapılar açıldı, məhbuslar həyətə töküldülər.
Rəis:
-
Ermənilər artıq şəhərə girirlər. Siz cinayətkar olsanız da mən sizi ölümə atıb gedə
bilmərəm. Bu əclaflıq olar. Hamınız azadsız. Kim canını qurtara bilir, qurtarsın.
Burdan qaçmağı heç vaxt ağıllarına belə gətirməyən - bu həbsxana tikildiyi 120 ildə cəmi
bircə qaçış olmuşdu - məhbuslar bir-birlərinə baxdılar.
Həbsxananın təyinatsız rəisi irəli yeridi:
-
Rəis, bir kişilik edirsən, birini də elə! Göstəriş ver, həbsxanada nə qədər silah var
paylasınlar bizə. Günahlarımızı qanımızla yuyaq!
Rəis əməliyyat üzrə müavinə baxdı:
-
Nə deyirsən?
Əməliyyat üzrə müavin:
-
Paylayın silahları!
Məhbuslar hamısı bir nəfər kimi günahlarını qanlarıyla yudular, generalların qoyub
qaçdığı şəhəri bir neçə saat qoruya bildilər ki, əliyalın şəhər əhli də bu müddətdə arvad-uşağını
ikinci Xocalı qətliamından xilas edə bildi...
... Özü də Xan qızının qardaşının yatdığı “15” nömrəli kamerada. Və bu məşhur
kamerada yatmaq üçün rəisə babat da pul vermişdi. O illərdə bu, Qarabağda ən çox fors olunası
bir şey sayılırdı:
59
-
Ə düdük, sən mənnən danışa bilməzsən ey! Mən Şuşada onbeş nömrəli kamerada
yatmışam.
... Allah, sən saxla...
Bu hörmətli kameranı fərqləndirmək üçün qapının üstündəki “15” rəqəmini də qırmızı
rənglə yazmışdılar, baxmayaraq ki, qırmızı hökumətin rəmzi olduğuna görə məhbuslar bu rəngə
nifrət edirdilər. Və heç kəs də bunun səbəbini bilmirdi ki, bu rəqəmi niyə məhz qırmızı rənglə
yazıblar. “15” nömrəli kamera rəislərə bütün həbsxana qədər xeyir verirdi. Bu kameraya yemək-
içmək Cıdır düzündəki restorandan gətirilirdi. Divarlarında xalı-xalça, ayaq altda gəbəsi vardı.
Nəfəsliyindən ləzzətlə Topxanaya tamaşa eləmək, Daşaltı çayının şırıltısına qulaq asmaq olurdu.
Və bu musiqinin sədaları altında gözlərini yumub azacıq da olsa özünü Cıdır düzündəki azad
adamlar kimi hi
ss edə bilirdin. Qısası, Şuşada yay aylarında bir mənzilin aylıq kirayəsi 100
manat idisə, bu kameranın aylıq kirayəsi 300 manat idi, özü də adam başına.
Burda isə heç bir kameranın üstündəki rəqəmi qırmızı rənglə yazmamışdılar. Hansına
yazaydılar ki?! Hər birində nəinki Xan qızının qardaşından, hətta özündən də məşhur adamlar
yatmışdılar. Hətta bir kameraya bir neçə məşhur adam şərik çıxırdı. Və bu adamlar o qədər
məşhur idilər ki, o, bu siyahıya düşmürdü.
Şuşadakı “15” nömrəli kameradan fərqli olaraq burdakı bahalı kameralarda milli pul
işləmirdi, hesab dollarla gedirdi. O da bahalı kameradaydı, amma nə puluna, nə də adına görə
yox -
Rəisi vaxtilə “15” nömrəli kameranın nəzarətçisi olmuşdu.
Və indi oturmuşdu bir vaxtlar Şairə işgəncə verilən bu bahalı kamerada və heç bilmirdi
ki, vaxtilə Məmməd Əmin dünyaya böyük bir pislik edərək Stalini məhz bu kameradan
qaçırtdırıb və sonra həmin o Stalin də Məmməd Əmini elə bu kamerada da döydürüb.
Oturmuşdu və fikirləşirdi ki, bura haçansa muzey olsa da bu muzeydə onun adı
olmayacaq, çünki o, məşhurların yanında çox balacaydı.
... Amma o da, o biriləri də, buranın muzey olacağını yazan qəzetçilər də səhv edirdilər -
bura heç vaxt muzey olmayacaqdı. Pullu oğlanlardan biri günlərin birində buranı satın alıb
özəlləşdirəcəkdi və sonra da sökdürəcək və yerində kvadratı beş min dollara göydələnlər
ucaldacaqdı. Dünyada ruhların olduğundan və bu ruhların onları rahat yaşamağa
qoymayacağından bixəbər olanlar və ya belə şeylərə inanmayanlar bu göydələnlərdən aldıqları
evlərdən xeyir-bərəkət görməyəcəkdilər. Bu ona satacaqdı, o bu birisinə, bu biri o birisinə,
nəhayət, heç kim bu binalardan ev almaq istəməyəcəkdi. Və gecələr bu binalarda indi Şəhidlər
Xiyabanının altında Çəmbərəkənd qəbristanlığının yerində tikilmiş dörd göydələn kimi işıqlar
yanmayacaqdı. Və günlərin birində Bakıda alababat bir zəlzələ olacaqdı və bu binalar həmin
alababat zəlzələdə çökəcəkdi, sonra heç kim burda yeni binalar tikməyə ürək etməyəcəkdi. Və
şəhər meri burada böyük bir park salacaqdı və bir dənə də xatirə lövhəsi qoyacaqdı...
Hələ o vaxta çox vardı. Oturmuşdu Şairə Şeytan Övladlarının işgəncə verdiyi divarların
arasında, fikirləşməkdən yorulub özüylə şahmat oynayırdı...
***
Axşam saat səkkiz xəbərlərində oxunan Prezident fərmanı Çadır Şəhərini Dolu kimi
vurdu. Bu qəfil dolunun sevinciylə hamı çadırdan bayıra atıldı. Şəhərdə bir vur-çatlasın başladı
ki, sanki camaata demişdilər sabah evinizə qayıdırsınız.
Sonuncu dəfə belə toy-bayram Türkiyə futbolda Dünya üçüncülüyünü qazanan gecə
olmuşdu. Camaat “urrey” eləyib necə çölə tökülmüşdüsə... ağlayan kim, bayraq yelləyən kim,
tonqal qalayan kim...
Qəfil səs-küyə yuxudan hövlənək qalxan Musanın Anası oğlunun üz-gözündəki sevinci
görüb soruşmuşdu:
-
Nə olub, ay oğul?
-
Türklər qələbə çaldılar.
-
Qarabağı aldılar?
-
Nə Qarabağ?! Futbolda ey, dünya çempionatında.
Musanın Anası başını bulayıb:
60
-
Allah ayıbınızı örtsün! Mən də elə bildim müharibə qurtardı.
Ayağı yer tutan da, tutmayan da Pələngin Anasına muştuluğa qaçdı:
-
Prezident Pələngə Milli Qəhrəman adı verdi!
Al
açığın qapısı açıq idi...
... Pələngin Anası çarpayıda üzü qapıya uzanmışdı, alt kipriklərinin ucunda iki damla
qurumuş yaş, ona şah damarından yaxın olan Tanrını axtaran baxışları açıq qapıdan görünən
toranlaşmış bir parça səmaya ilişib qalmışdı... Sol əli aşağı sallanmışdı. Sağ əlində isə bir papaq
vardı - Rəşid Behbudovun Pələngə bağışladığı papaq...
Və muştuluğa qaçanlardan heç biri Pələngin Anasından muştuluq ala bilmədi...
***
Dünyanın ən şirin şeyi olan azadlığın elə bir şirinliyini, dadını-tamını duymadı, bu
azadlığın heç o qədər də həsrətini çəkməmişdi. Bir azadlığın ki elə bir şirinliyi yox idi, bir
azadlıqda ki onu heç kim, heç harda gözləmirdi və o heç kimə lazım deyildi - heç belə dadsız-
duzsuz azadlıq da ona lazım deyildi.
Və dəmir qapılar arxasınca bağlanan kimi bu altı milyardlıq dünyada özünü içəridəkindən
daha tənha və daha yalqız hiss elədi. Hara getsin, kimə getsin. Hansı üzlə Dünyanın Ən Varlı
Şəhərinin çöllərə səpələnmiş camaatının üzünə çıxsın. Müharibə Allahın ona verə biləcəyi,
amma v
axt tapıb verə bilmədiyi bütün şeyləri əlindən almışdı, əvəzində ağarmış saçlar və bir də
hər an qopub düşə biləcək bir dünya ağrı-acını güc-bəla ilə daşıyan bir ürək vermişdi, bir az da
çoxdan unudularaq yalnız saralmış qəzet səhifələrində qalmış nə özünə, nə də heç kimə lazım
olmayan şöhrət. Və bu on ildə heç kim onun adını məhz onun adı olduğuna görə oğluna
qoymamışdı, hətta xilas elədiyi insanlar belə.
Qarabağ camaatının yorğan davası bitmiş və dünya qayıdıb öz əvvəlki məhvərinə
düşmüşdü və dünya yenə 24 saat öz ətrafında, 365 gün 12 saat isə Günəşin ətrafına fırlanaraq öz
kefindəydi və bir şouya çevrilmişdi. Bu şounun qəhrəmanları onun kimi müharibə
qəhrəmanlarını çoxdan unutdurmuşdu. Həm baldızı ilə, həm qaynı arvadıyla yaşayan,
qayınanasının sevgisinə isə biganə qalan Xose Antuan Rodrigesin qayınanasının iztirabları bir
tərəfdən, aşnası ilə qəzaya düşmüş Diananın ölümünün acısı bir tərəfdən, “Aşka sürgün”dəki
qızın göz yaşları bir tərəfdən - adamları elə təsirləndirib üzmüşdü ki... Adamın adamlara yazığı
gəlir, lap ürəyi ağrıyırdı...
Vaxtilə atdan salıb çayxanadan qovduqları indi yenə at belində idilər.”Yiquli” həsrətində
olanlar xarici maşınlarda, cangüdənlərin əhatəsində gəzirdilər. Şəkilləri qəzetlərdən düşmürdü.
Ən məşhur müğənnilərdən də məşhur idilər və ilboyu qastrollardaydılar. Böyük-böyük
dövlətlərin padşahları ilə oturub-dururdular, qəşəng-qəşəng şəkillər çəkdirirdilər. Tuthatut
başlayanda birinin də burnu qanamamışdı, arada onun kimi kasıblarınkı qırılmışdı.
Özünü tamamilə unudulmuş bildiyi halda...
... O adamlar ki, milyonları yediyinə görə həbs olunan, dünənədək demokratiyaya, elə
onların da üzünə tüpürən dövlət məmurlarının müdafiə komitələrini yaradırdılar, adlarını siyasi
məhbus siyahılarına salıb Avropanın qapılarını sındırırdılar, amma bu uzun illərdə bircə dəfə də
onu yadlarına salmamışdılar...
... elçi elçi dalınca düzüldü...
-
Bəy...
... Bəy sözündən heç əvvəldən xoşu gəlmirdi. Onu “bəy” deyə müraciət edəndə
əsəbləşirdi:
-
Ə, nə bəy-bəy salmısınız? Bəyin ya anası bəylə yatar, ya da atası bəy qızıyla. Mənim nə
anam bəylə yatıb, nə də atam bəy qızıyla. Kasıb itinin adını Gümüş qoyan kimi hamınız adınızı
bəy qoymusunuz. Bəylərin torpağında düşmən tank oynatmaz.
Bir dəfə Bakıdan telefon açmışdılar:
-
Bəyin köməkçisidi, Bəy deyir ki...
O da
köməkçinin sözünü ağzında qoymuşdu:
-
Dostum, bəyin köməkçisi olmur, nökəri olur! - deyib dəstəyi asmışdı...
61
... -
Bəy, bizim partiyaya gəl, bu gün-sabah iqtidarıq...
-
Bəy, bu dəqiqə ölkədə iki partiya var, biri YAP-dı, biri də bizimki, başqan müavinlik
təklif edir...
-
Bəy, Etibar bəy axşam yeməyinə dəvət edir...
-
Bəy, Rəsul bəy Nyu-Yorkdan zəng edib səni soruşurdu...
-
Bəy, başqan deyir gəlsin Qarabağ Azadlıq Təşkilatını verim ona...
... Bəy, bəy, bəy...
Ev sahibi qorxmağa başlamışdı:
-
İncimə, oğul, bəlkə başqa bir ev tapasan? Uçastkovı bütün günü məhlədən çıxmır.
Uşağın bir balaca budkası var, birtəhər başımızı saxlayırıq. Sən Allah, incimə.
-
Yaxşı, xala, bir-iki günə çıxaram.
Gecə otaq ona Şeytanın özünün yatdığı, Şeytanın əmri ilə Məmməd Əminin döyüldüyü,
Şairin işgəncə verildiyi, Avropadan gələn insan haqlarınu qoruyan deputatları şahmatda yıxıb-
sürüdüyü kameradan da soyuq, qaranlıq və dar gəldi. Heç Əzrayılın çürümüş almasını iyləmədən
canını tapşıran Ayna Sultanovaya edilən vəhşətlərə dözməyib çatlayan divarların arasında özünü
bu qədər pis hiss eləməmişdi, canı sıxıldı.
Yüzlərlə oğlanı bir işarəsi ilə ölümə aparan, ayağını yerə vuranda Dünyanın Ən Varlı
Şəhəri kimi bir şəhəri silkələyən, nazirlərin boğazından quş boğazı kimi yapışan bir oğula indi bu
boyda ölkədə - yolunda hər şeyini qurban verdiyi bu boyda ölkədə Allahın bir kirəkeş otağını da
çox görürdülər. Amma onu bundan da çox ağrıdan başqa şey idi. Yaralardan axan qanlar
qurumamış insanlar hər şeyini unutmuşdular. Sanki bu dünyada heç nə olmamışdı - nə Dünyanın
Ən Varlı Şəhəri, nə Qarabağ, nə şəhid, nə də qucaqlarda “əmi, qoyma ölüm” deyib can verən qız
görməmiş cavanlar - hər kəs öz işindəydi.
Və onu da başa düşürdü ki, qapıya gələn elçilərin təklifləri heç də onların ağalarının onun
keçmiş xidmətlərini qiymətləndirməsi deyil,yenidən ondan öz məqsədləri üçün istifadə etməkdi,
vəssalam.
Elçilərin heç birinə acı söz deyib qapıdan qovmamışdı. İstehza ilə, bu istehzanı gələn
elçilər də hiss edirdilər, amma üstün vurmurdular, qulaq asmışdı, hamısına da demişdi ki,
fikirləşərəm.
Amma biri onu hövsələdən çıxartdı. İgid oğlanıydı, vaxtilə bir şəhəri qoruyurdu,
müharibənin yorğunluğunu və havasını çıxarmaq üçün onu da Bayıldakı bahalı otelin bahalı
nömrələrinin birinə dincəlməyə göndərmişdilər. Canından müharibə havası çıxanadək
dincəlmişdi, sonra Prezident əfv eləmişdi.
-
Utanmırsan?
-
Nədən?
-
Bir şəhəri qoruyan oğlan indi bir adamı qoruyursan. Yəni bu adam o qoruduğun
şəhərdən çox bahalıdı? Özün də qəzetdə bəyanat verirsən ki, ona bir söz deyən mənim meyitimin
üstündən keçməlidir. Sənin meyitin qoruduğun şəhərdə qalmalıydı ey. İkimiz də xəcalət
çəkməliyik ki, meyidimiz oralarda qalmayıb. Başımı qaldırıb camaatın üzünə baxa bilmirəm. Elə
bilirəm üzümə tüpürəcəklər ki, şəhərin öləndə sən niyə ölmədin. İndi də ölüb yerə girmək
əvəzinə durub gəlmisən üstümə, utanıb-qızarmadan mənə də təklif edirsən ki, mən də sənin kimi
gedib iti-
qurdu qoruyum. Ayıbdı ey! Ondansa gəl gedək boğazımıza bir çatı salaq.
Bu sözlər elçiyə güllə kimi dəymişdi, başını aşağı salıb qıpqırmızı qızarmışdı və bir söz
demədən durub getmişdi. Səhər qəzetlər bəyanatını yaymışdılar ki, partiyasından istefa verib.
Səhəri beləcə heç vaxt çıxa bilmədiyi və çıxa bilməyəcəyi fikirlər burulğanında açdı.
Geyinib evdən çıxdı. Həbsxanadan çıxandan sonra neçə dəfə istəmişdi bir doğma yerlərə getsin,
ürəyi gəlməmişdi. Elçiyə dediyi kimi, qorxmuşdu, qorxmuşdu ki, camaat üzünə tüpürər.
Dünyanın Ən Varlı Şəhərinin ölümündə ən böyük günahı özündə görürdü. Neçə ildi çəkə
bilmədiyi bu yükün altında əzilirdi. Və onu da bilirdi ki, bu yük onu ömrünün axırına qədər öz
altında əzəcək və elə bu yükün altında da öləcək. Onun fikrincə, Komandir çoxdan ölmüşdü, indi
yaşayan Komandir deyildi, kimiydi heç özü də bilmirdi.
62
Çıxanda ev sahibi:
-
Hə oğul, nə deyirsən?
- N
arahat olma xala, gedirəm rayona, iki-üç günə qayıdıb şey-şüyümü aparacam.
-
İncimə, oğul! Özün başa düşürsən də.
-
İncimirəm!
Düşdü “Şamaxinka” deyilən yerə, dünya binə olandan rayonlara gedən maşınlar burda
müştəri gözləyirdi:
-
Yevlağa iki nəfər...
-
Gəncəyə, Gəncəyə...
-
Göyçaya bir nəfər...
Onu görən kimi müştəri gözləyən maşın sahibləri başına yığışdılar:
-
Hara, qardaş?
-
Dünyanın Ən Varlı Şəhərinə.
- Hara?!
-
Eşitdiyiniz yerə.
Bir-
birlərinə baxdılar:
-
Bu nə deyir, ə?!
Əynində köhnə əsgər köynəyi olan sütül bir sürücü dedi:
-
Əmi, mən o tərəfə gedirəm. Sən, budey bağın içindəki çayxanada çay iç, beş-on
dəqiqəyə bir-iki nəfər də tapım gedək.
Çayxanada sakitlik idi. Bir stolda iki ahıl adam başlarını əllərinin arasına alıb şahmat
oynayırdı, bir nəfər də sanki şahmata deyil, futbola azarkeşlik edirmiş kimi yerində otura
bilmirdi. Şahmatı dəli kimi sevdiyindən bir az onlara yaxın oturdu, gözü qalmışdı şahmatda.
Azarkeşlik edən oynayanlara aman vermirdi, gah birinə gediş göstərirdi, gah o birisinə.
Oynay
anlar da onun dediyi gedişləri etmirdilər.
O da əsəbləşirdi:
-
Ə, vallah, siz bunu bilmirsiniz.
-
Ə, qoy bu zəhrimarı oynayaq də!
Şahmat oynayanda dünyanı da unudurdu, özünü də, hətta Dünyanın Ən Varlı Şəhərini də.
Ağlı-qaralı 64 xanalı bir taxta parçasını, ağlı-qaralı 32 daşı insan ağlının hələ sonunadək gedib
çıxa bilmədiyi bir möcüzə adlandırırdı. Bu daşlardan 16-sı ona tabe idi, hətta Tanrının yerdəki
kölgəsi olan padşahı da. Həmişə deyirdi ki, şahmatı insan yaratmayıb, çünki insanda belə bir
möcüzəni kəşf edə biləcək bir ağıl yoxdu. Deyirdi ki, yeri-göyü yaratdığı kimi şahmatı da Allah
yaradıb və özü üçün yaradıb. Allah onun itaətindən çıxmış bu dünyanı yaratdığına peşman
olduğu, amma məhv eləyib məhşər ayağına çəkmək istəmədiyi insanlardan, insanların canını
almaqdan yorulub əldən düşmüş neçə milyon ildi əlində istefa ərizəsi dərgahının ağzında
dayanmış Əzrayıldan usanıb yorulanda bir anlıq özünə çəkilib hər şeyi unutmaq və
yorğunluğunu çıxarmaq üçün özü-özü ilə şahmat oynayır.
Və onu da deyirdi ki, Fişer Tanrının işinə qarışıb bu möcüzənin sonuna çıxmaq istədiyi
üçün Tanrı onun ağlını əlindən aldı ki, şahmat elə sirr olaraq qalsın. Və həmişə şahmatla bağlı
düşündüklərini deyəndə şahmatın möcüzəsindən xəbərsiz olan dostları:
-
Ə, vallah, sən xəstəsən.
Bir az kitab oxumuş dostları da deyirdi:
-
Marks deyib ki, dünyada ən səfeh oyun şahmatdı.
Və dünya Tanrının iradəsindən çıxanda dostları:
-
Deyəsən, Allahın başı şahmat oynamağa qarışıb.
Həbsxanada məhbuslar da görmüşdülər ki, o şahmat oynayanda bütün ağrısını-acısını
unudur, 6-
cı kalona xəbər göndərmişdilər və ordan da məxsusi bir şahmat düzəldib yollamışdılar
Komandirə.
63
Həbsxana rəisindən daha çox ədəbiyyat müəlliminə oxşayan, məhbuslara, xüsusilə də
cavanlara öyüd-
nəsihət verməkdən yorulmayan Rəis də şahmat xəstəsi olduğundan az-çox
şahmat bilənləri onunlar bir kameraya saldırırdı. Hərdən özü də bir bəhanə ilə gəlirdi onun
kamerasına, ləzzətlə bir-iki partiya oynayırdı, həmişə də uduzurdu. Hər dəfə uduzanda da başını
yelləyib deyirdi:
- Komandir, vallah,
sən bu şahmatın dalınca düşsəydin çoxdan dünya çempionuydun.
Rəisin Komandirlə köhnə tanışlığından və ona xüsusi hörmət bəsləməsindən hamının
xəbəri vardı, hətta yuxarıların da. Rəis bir neçə dəfə Böyük Rəisə demişdi:
-
Avropada türmələr arasında müxtəlif idman yarışları keçirilir. Bəlkə, biz də bir şahmat
yarışı keçirək?
Böyük Rəis:
-
Deyəsən başına at təpib. Bəlkə yeni ulduz müsabiqəsi keçirəsən?!
Bir dəfə Rəis Avropadan gələn hüquq müdafiəçilərini hərləyib-fırlayıb onun kamerasına
gətirmişdi ki, bəlkə onu da siyasi məhbuslar siyahısına salalar. Hüquq müdafiəçilərinə
əvvəlcədən də demişdi ki, bu ən məşhur cəbhəçilərdəndi. Ona da işarə eləmişdi ki, ürəyini
boşalt.
-
Hansısa bir şikayətiniz var?
- Xeyr.
-
Nə üstə həbs olunmusunuz?
-
Adamı nə üstə tutarlar? Cinayət eləmişəm.
-
Nə cinayət?
-
Adam öldürmüşəm.
-
Siz keçmişdə cəbhəçi olmusunuz?
- Xeyr.
-
Özünüzü siyasi məhbus sayırsınız?
-
Xeyr, mən siyasətçi deyiləm.
Rəis də dilxor-dilxor başını bulayıb yavaşca onun qulağına pıçıldamışdı:
-
Rəhmətliyin oğlu, bu boyda adamları gətirmişəm ayağına, sən də deyirsən adam
öldürmüşəm.
-
Yalan danışım?
Hüquq müdafiəçiləri stolun üstündən muzey əşyasına oxşayan qeyri-adi şahmatın
gözəlliyinə heyran qalmışdılar. Daşları götürüb çox maraqla bir-bir tamaşa edib demişdilər ki,
dünyada bu gözəllikdə şahmat görməyiblər.
Rəis də fors eləmişdi:
-
Bunu məhbuslar özləri düzəldib.
Avropalı qonaqlar inanmamışdılar:
-
Doğrudan bunu məhbuslar düzəldib?
-
Bəli.
-
Bunu kim oynayır?
Rəis Komandiri göstərmişdi.
-
Bizimlə oynayarmı?
Rəis:
-
Komandir, bu avropalılara bir dərs ver. İt uşağı elə bilirlər ki, bunlardan ağıllı insan
yoxdu.
Komandir gülümsəmişdi:
-
Sənin xətrinə.
Və Komandir bu hüquq müdafiəçilərinin ikisini də şahmat taxtasının üstünə yıxıb elədən-
elə sürümüşdü, belədən-belə.
Komandirə dalbadal bir neçə dəfə məğlub olan və bundan heyrətə gələn qonaqlardan biri
maddım-maddım Komandirə baxıb çiyinlərini çəkmişdi:
64
-
Bu ki möcüzədi! Mən professional şahmatçıyam, vaxtilə dünya çempionatlarında da
iştirak eləmişəm, belə şey görməmişəm. Bu adam Fişer kimi oynayır.
Rəis:
- Komandir, gördün, bunlar da m
ən deyəni deyir.
Qonaqlar ayrılanda öz vizit vərəqələrini ona verib xahiş etmişdilər ki, Avropaya yola
düşsə onların qonağı olsunlar, sonra da əlini möhkəm-möhkəm sıxıb demişdilər:
- Çempion!
Komandir də heç vaxt qonaq getməyəcəyi insanların vizit vərəqələrini etika xatirinə olsa
da qəbul etməmişdi, qonaqları pərt etməmək üçün vərəqləri Rəis almışdı. Amma Komandir
ayrılanda şahmatı bağışlamışdı onlara.
Qonaqlar götürmək istəməmişdilər:
-
Olmaz! Belə bahalı hədiyyə qəbul edə bilmərik.
Rəis də onları başa salmışdı ki, bu millətin özəl bir adəti var, qonağın xoşuna gələn şeyi
mütləq ona bağışlayırlar, əgər qonaq götürməsə, özlərini təhqir olunmuş sayırlar. Və çox xahiş
eləmişdi ki, millətin adətinə hörmət eləsinlər.
Və qonaqlar da millətin adətinə hörmət etməyə məcbur olub Komandirin hədiyyəsini
qəbul etmişdilər.
Gedəndən sonra həbsxana haqqında gözəl bir rapor yazmışdılar. Həmişə avropalıların
kəskin tənqidi ilə rastlaşan Böyük Rəis raporu oxuyub təəccüblənmişdi və Kiçik Rəisi
çağırmışdı:
-
Rəis, sən neyləmisən ki, bizi belə tərifləyiblər?
-
Mən eləməmişəm, Komandir edib.
Sonra hadisəni danışmışdı və yenə Böyük Rəisə demişdi:
-
Rəis, vallah, gəl bir yarış keçirək! Görürsünüz də!
Böyük Rəis:
-
Yaxşı, bir fikirləşərəm. Danışım görüm böyüklər nə deyir.
Komandir bir dəfə soruşdu:
-
Rəis, mənimlə dostluq eləməyə qorxmursan?
Rəis də yarızarafat:
-
Rəhmətliyin oğlu, mən də sizinlə bir yerdə cəza çəkirəm də, özü də düz iyirmi səkkiz
ildi. Hələ beş ilim qalıb, sən məndən tez çıxacaqsan. Fərqimiz ondadır ki, mənim kameramda
kondisioner var, bir də şoferim hər günorta mənə peredaça gətirir.
Azadlığa buraxılanda kabinetində sonuncu dəfə Komandirlə şahmat oynayan və yenə
uduzan Rəis ayrılanda dedi:
- Komandir
, mən ölüm, hərdən gəl şahmat oynayaq...
... İndi gözü qalmışdı şahmatda, çayı da soyumuşdu. Hər dəfə səhv gediş görəndə yerində
qurcalanır, həmin azarkeş kimi o da az qalırdı müdaxilə eləsin. Birdən qulağı arxa stoldan
Dünyanın Ən Varlı Şəhərinin adını çaldı.
-
Yox, ora getmədim. Hiss etdim ki, Qukasyan ora getməyimi istəmir, mən də üz
vurmadım. Həm də orda maraqlı bir şey var ki?! Daş daş üstə qalmayıb. Xocalıda oldum,
Əsgəranda oldum. Dünyanın Ən Varlı Şəhərinə girən ilk tankın üstündə şəkil çəkdirdim.
-
Bəs Şuşada?
-
Qukasyanla qalxdıq Cıdır düzünə, ordan da yendik İsa bulağına. Mənə yaxşı bir
qonaqlıq verdi.
Komandiri soyuq tər basdı, geri çevrildi, üç nəfər yaraşıqlı cavan oğlanıydı... Birini
dərhal tanıdı...
... -
Bundan yazın dana! Yoxsa axtarıb beş-altı bağlı qapı tapıb çəkirsiniz, sonra da
qəhbə-şivən salırsınız ki, camaat qaçıb. Nə demək istəyirsiniz? Ermənilərə nakolka verirsiniz ki,
şəhər boşdu, qorxmayın?!
-
Mən o xanımın çəkdiyinə cavabdeh deyiləm.
65
Soyumuş çayını götürüb atdı yerə, yeni bir çay süzdü, bir qurtum içdi, sonra sözünə
davam elədi:
-
Get də! Get o həkimi tap, o binamusdan yaz! Yaz ki, biri canını verir, biri də canını
verən oğulun anasından pul istəyir. Yox, bunları yazmazsan. Bilirsən gedib nə yazacaqsan?!
Oğullar qalacaq qıraqda, bayaq gördüklərini yazacaqsan. Yazacaqsan ki, cəbhəçilər quldurluq
edir, vəzifəliləri soyur, bir-birini qırır, çünki sənin hökumətin bunu istəyir.
Yurnalist başını buladı:
-
Komandir, mən hökumət jurnalisti deyiləm. Hökumət jurnalisti olsaydım, hökumətin
ya
nına gedərdim, bura gəlməzdim.
-
Götür çayını iç. İncimə, həqiqət budur. Oturmusunuz Bakıda, burdan xəbəriniz
yoxdu.İnsanlar dəli kimidilər, hər sözdən havalanırlar. Qəzetdəki adi bir yalan adama erməni
gülləsindən pis dəyir. Dünən o verilişdən sonra bütün şəhər bir-birinə dəymişdi. Mən olmasam
uşaqlar gedib onu studiyanın qabağında sürüyəcəkdilər. Qaldı müsahibəyə... Bilirsən , dostum,
müharibədə üç cür adam var. Döyüşənlər, tank belində şəkil çəkdirənlər, bir də müsahibə
verənlər. Bu boyda şəhərdə iki tank var, birini camaat pul yığıb alıb, Qarağacı qəbristanlığında
ermənilərin qabağını kəsib. O birini də Mütəllibov göndərib özününkülərə, guya biz nemesik. Ağ
evin qabağındadı, ordakıları qoruyur. Şəkil çəkdirənlər üçündü, istəyirsən get birini də sən
çəkdir. Bizim batalyondakılar döyüşənlərdi, şəkil yerini də göstərdim. Müsahibə verənlər də Ağ
evdədirlər, bilyard oynayırlar. Gecə düşən kimi də qaçırlar Bərdəyə, hələ biri qrad səsi
eşitməyib. Elələri var ki, heç Bərdədən bu tərəfə keçməyib, sürücüləri gəlib ezamiyyət
vərəqlərini möhürləyib gedir.
-
Bunlardan xəbərim var.
-
Xəbərin var get yaz da, niyə yazmırsan?..
... -
Qukasyan çox maraqlı adamdı. Yaxşı bir müsahibə götürmüşəm. Bir-iki günə çap
edəcəm.
... -
Nə qədər ruhla yaşamaq olar? Ruhu topa qoyub atmaq olmur ey! Lənkərandan beş-
altı könüllü gəlib, cavan uşaqlardı, od-alovdular. Srağagün ikisini vurdular. Biri lap uşağıydı,
qucağımda öldü. Can verəndə deyirdi, dayı, qoyma ölüm...
... -
Yerevanda da Köçəryanla görüşdük.
... Drakonu basmışdı bağrına, balası vurulmuş pələng kimi sinəsindəki hələ qanı
qurumamış yaraları yalayırdı...
... Yerindən qalxdı və qalxmağı ilə bayaqdan Qukasyandan danışanı necə vurdusa oğlan
arxadakı stola dəyib stolqarışıq düşdü yerə - bütün çayxana səksəndi. Əlini atıb onu təzədən
q
aldırdı və təkrar vurdu, yıxılısını təpikləməyə başladı. Dostlarına kömək etmək istəyənlərə:
-
Sizin də...
Hansını vurdusa yerdə qaldı. Üçünü də bir-birinə qatmışdı. Heç kim yaxın durmaq
istəmirdi. Kimsə bağırırdı:
-
Polis! Polis! Polis çağırın!
Hay-
küyə yüyürüb gələn bayaqkı Əsgər Köynəkli Sürücü onun qolundan tutub
çayxanadan çıxarmağa çalışırdı:
-
Əmi,bu dəqiqə polislər töküləcək. Gəl səni aradan çıxarım. Gəl dana!
Döydüklərinin üçü də yerdə zarıyırdı, hirsi bir balaca soyumuşdu, gözünə stolun
üstündəki fotoaparat sataşdı, götürüb çırpdı yerə.
Əsgər Köynəkli Sürücü isə qolundan dartaraq yalvarırdı:
-
Di gəl dana! Gəl aradan çıxaq!
Elə yalvarırdı ki, sanki polislər gəlsələr onu da tutacaqdılar.
Döydükləri hələ özlərinə gələ bilmirdilər. Çoxdandı belə ürəkdən heç kimi döyməmişdi,
özünə ləzzət elədi, qolunu Əsgər Köynəkli Sürücünün əlindən çıxartdı, sonra dəsmalla əlinin
qanını sildi, üst-başını çırpdı və heç nə olmamış kimi qayıtdı öz stoluna. Çayxanadakılar
təəccüblə gah yerdə zarıyanlara, gah da ona baxırdı. Şahmat oynayanlar da dayanmışdılar.
Çayını içmək istədi, gördü soyuyub, çayçını çağırdı:
66
-
Dostum, ordan bir çay gətir.
Əsgər Köynəkli Sürücü:
-
Bu nə təhər adamdı, ə?!
***
-
Rəis, uşaqlar bir nəfər tutub gətiriblər.
-
Nə üstə?
-
Şamaxinkadakı çayxanada üç jurnalisti döyüb.
- Kimi döyüb?
- Üç jurnalisti.
Rəis yerindən qalxdı, əllərini bir-birinə vurub şaqqanaq çəkdi:
-
Nə bir edib! Bizi yığıblar boğaza! Hara jurnalistləridi?
-
Rəis, bilmirəm. Amma çox şər adama oxşayırlar. Bayaqdan bəri zəng eləmədikləri yer
qalmayıb. Qolos Amerika, Bibisi, Azadlıq, nə bilim ey, day hara. Bir qəhbə-şüvən salıblar ki!
Hamısına da deyirlər ki, bizi iqtidar döydürüb.
-
Qələt edirlər. Döyən kimdi?
-
İki sudumisti var, üst-üstə iyirmi il yatıb.
-
Neçə il?
-
İyirmi il! Lap təzə çıxıbmış.
-
Dava nə üstə olub?
- Bilmirik.
-
Şahid var?
- Xeyr.
-
Ə, o boyda çayxanada heç kim yox idi?
-
Niyə yox idi, amma heç kim şahid durmaq istəməyib.
-
Yaxşı. Əvvəl o jurnalistləri çağır.
Yurnalistlər sir-sifətləri dağılmış, üst-başları cırılmış halda hay-küylə girdilər içəri. Rəis
birini o dəqiqə tanıdı, Avropanı suyoluna döndərən məşhur qəzetçilərdən idi, “zibilə düşdük”
deyə bərk dilxor oldu. Yalançı bir hörmət göstərərək yerindən qalxdı. Biri hələ telefonla
danışırdı:
-
Bəli, bizi möhkəm döyüblər, fotoaparatımızı qırıblar...
Rəis:
-
Ay yoldaş, o telefonu söndür. Söndür! Burdan çıxandan sonra nə qədər istəyirsən
danışarsan. İndi əyləşin görüm nə baş verib.
Sir-
sifəti Lap İt Gününə düşmüş:
- Heç özümüz bilirik ki?! Çayxanada oturub çay
içirdik, o da qonşu stolda oturmuşdu.
Özü də arxası bizə tərəf. Birdən yerindən qalxıb cumdu mənim üstümə, başladı döyməyə.
Uşaqlar istədi mane olsunlar, onları da qatdı mənə. Sonra da sizin işçilər gəldi.
-
Elə durduğunuz yerdə sizi döydü? Heç bir səbəb olmadan?
Üz-
gözü İt Gününə düşmüş:
-
Nə səbəb? Bəy dedi də. Biz öz aramızda iş söhbəti edirdik. O da şahmat oynayanlara
baxırdı. Qəflətən söyə-söyə qalxdı cumdu bizə.
Üz-
gözü Lap İt Gününə düşmüş:
-
Rəis, mən bilirəm, bu iqtidarın işidir. Bu mənim həyatıma sui-qəsddir.
Rəis:
-
Yaxşı, ağ eləmə. Nə iqtidar, nə sui-qəsd! Evdə arvadla dalaşanda da günahı iqtidarda
görürsünüz. Üç kişi bir adama cavab verə bilməmisiniz! İqtidar qolunuzdan tutmuşdu?!
Üz-
gözü Bir Az İt Gününə düşmüş:
-
Kor deyilik ha! Görürük də! Bayaqdan oturdublar müavinin kabinetində. Biri çay
gətirir, biri şokolad gətirir. Bir azdan kabab-zad da gətirəcəklər. İşçiləriniz də qulağımız eşidə-
eşidə deyirlər ki, yaxşı eləyib bunları əzişdirmisən.
Üz-
gözü İt Gününə düşmüş:
67
-
Hələ yolda deyirdilər ki, rəhmətliyin oğlu, döymüsən qaç çıx get də. Deyirik bizi
ekspertə aparın, aparmırlar.
Üz-
gözü Lap İt Gününə düşmüş:
-
Mən bunu belə qoymayacam, bütün Avropanı bura tökəcəm.
Rəis hövsələsini zorla basdı:
-
Yaxşı, yekə-yekə danışma. İqtidarın işi-gücü yoxdu, elə düşüb sizin dalınıza. Avropa,
yox bir BMT?! Biz Qrossun sözüylə işləmirik ey, qanunlarla işləyirik, - deyə stolun üstündəki
məcəllələri göstərdi, - Bu dəqiqə hər şeyi ayırd edərik. Sizi döyüb, qanun necə tələb edirsə, elə
də cəzasını alacaq. İndi ifadələrinizi alarlar, sonra sizi həkimə apararlar.
Rəis müstəntiqi çağırdı:
-
Hələlik bunların ifadəsini al, denən onu da gətirsinlər. Siz də əl-üzünüzü yuyun,
özünüzü bir səliqəyə salın. Kişi dalaşar də. Döyər də, döyülər də.
Üz-
gözü İt Gününə düşmüş:
-
Rəis, bəs həkim?
-
Dedim də, eşitdiniz, indi çağırarlar. Siz hələ gedin ifadələrinizi verin.
Baş İdarədən zəng elədilər.
-
Deyir səndə çepe olub?
-
Elə bir şey deyil, adi davadı. Çayxanada bir nəfər üç adamı döyüb, uşaqlar da tutub
gətiriblər.
-
Ə, nə adam?! Yurnalistdilər ey! Biri də Avropanı suyoluna döndərəndi. Bir az əvvəl
Ombudsman zəng eləmişdi. Ciddi məşğul ol. Özləri ilə də yumşaq danış. O Avropanı suyoluna
döndərəndən də lap ehtiyatlı ol, yoxsa bütün Avropanı ayağa qaldıracaq, zəhləmizi tökəcəklər.
-
Onu mən də tanıyıram. Bütün günü
Yerevanda, Xankəndində sülənir. Təpəsinin gülləsi əskikdi.
-
Nə yeyib, özü bilər. Sənə deyirəm diqqətli ol.
-
Baş üstə! Narahat olmayın, yoluna qoyacam.
Yurnalistləri döyəni gətirdilər, ortaboylu, caydağ bir adamıydı, ilan kimi soyuq baxışları
vardı, üz-gözündən bir etinasızlıq tökülürdü, elə bil dünya vecinə deyildi. Hiss olunurdu ki, çox
bərkə-boşa düşüb.
Rəis:
-
Əyləşin. Çay gətirsinlər?
-
Sağ olun. Müavininizin otağında içmişəm,- gülümsədi,- mən polisi bu qədər mehriban
bilmirdim.
-
İndi danışın görüm nə baş verib, dava nə üstə olub?
-
Rəis, heç nə üstə. Xoşuma gəlmədilər, mən də döydüm.
-
Kim xoşunuza gəlməsə döyürsüz?
-
Hərdən olur.
-
Bəlkə bir az ciddi danışaq?
-
Rəis, mən həmişə ciddi danışıram. Çox danışmağı da sevmirəm. Yenə deyirəm, xoşuma
gəlmədilər, mən də döydüm.
-
Bilirsiz ki, buna görə sizi azı yeddi il iş gözləyir?
-
Bilirəm. Üstümdə resedivist adı var. Lap on il də verə bilərlər. Nə olar gedib çəkərik.
-
Ola bilməz ki, siz bunu bilə-bilə, adi bir şey üstə dava salıb gedib yeddi-səkkiz il
yatmağa razı olasınız.
-
Rəis, mən müstəntiqə verdiyim ifadədə də beləcə demişəm. Ayrı bir deyəcəyim yoxdu.
-
Qulaq asın, siz cavan adam deyilsiniz, qətiyyən boş yerdən dava salan adama da
oxşamırsınız. Görüb-götürmüş, ağır adama oxşayırsınız. Mütləq bir səbəbi var.Bir də mənim
üçün çox maraqlıdı, qaça biləcəyiniz halda qaçmamısınız. Niyə? Koroğlu deyib igidlik ondu,
doqquzu qaçmaqlıqdı.
-
Mən qaçmağı igidlik sayan koroğluların nəvəsi deyiləm.
-
İyirmi il nə üstə yatmısınız?
68
-
Rəis, görürəm yaxşı oğlana oxşayırsız. Nə özünüzü yorun, nə məni. Hamısı qarşınızdakı
sənəddə yazılıb.
Rəis müstəntiqin aldığı ifadəni yaxına çəkib oxumağa başladı. Ad-familinə, doğum
yerinə gözləri sataşanda duruxdu, başını qaldırıb diqqətlə qarşısındakına baxdı, sonra bir də
oxudu...
... Bir şəhərdə doğulmuşdular, bir məktəbdə oxumuşdular. Onun idman çantasını daşımaq
üstündə sinif yoldaşlarıyla o qədər tutaşmışdı ki. Bu çantanı daşımaq kimin bəxtinə düşsə
yaşıdlarına fors edərdi. O da bu çantanı çox daşımışdı və o da bu çantanı daşımaqla yaşıdlarına
çox fors etmişdi. İmarətdəki stadionda dostlarıyla qapının dalında durub onun vurduğu topların
dalınca çox qaçmışdı.
... Aradan uzun illər keçmişdi. Vaxtilə çantasını daşımaqla fors etdiyi, qızların dərdindən
dəli olduğu o mehriban, o gülərüz oğlandan əsər-əlamət qalmamışdı. Və bu uzun illər onun üz-
gözünə, saçlarına, alnının qırışlarına əməlli-başlı əl gəzdirmişdi, amma təkcə onun gözlərinə
gücü çatmamışdı, gözlərindən tanıdı.
Rəisin sir-sifəti dəyişdi, doluxsunmuş halda protokolu kənara itələdi, kreslosundan qalxıb
ona yaxınlaşdı və qucaqladı:
- Komandir!
Quruyub qaldı:
-
Nə?
-
Sən Komandirsən! Tanıdım səni, Komandir! Bağışla, gec tanıdım. Bağışla, Komandir!
Çaşqın-çaşqın soruşdu:
-
Sən kimsən?
-
Yadınıza düşmərəm. Bir məktəb
də oxumuşuq. Siz bizdən dörd-beş sinif yuxarı oxuyurdunuz. Onda sizə Kapitan deyirdilər,
müharibədə Komandir oldunuz. Futbola gedəndə o qədər sizin idman çantanızı daşımışamkı!
Məktəbdə hamı sizdən qorxurdu. Bir dəfə bizim məktəbin qızlarına söz atdıqlarına görə bazarın
qabağında iki oğlanı möhkəm döydüyünüz də yadımdadı. Siz tutulanda məktəbdəki qızların
hamısı ağlayırdı, elə müəllimlər də.
Rəis o qədər doğma danışırdı ki! Orta məktəbi gözünün qabağına gətirdi, amma nə illah
elədi Rəisi yadına sala bilmədi.
-
Kimin oğlusuz?
-
At Belində Olan Adamın.
... At Belində Olan Adamı başdan-ayağa deyil, ayaqdan-başa süzdü, sonra xayxırdı,
özünü onun sifətinə tüpürməkdən zorla saxladı və tüpürdü yerə:
-
Ə, sən nə cındır adamsan, ə! Bakıdan gələnlərin dalın yuyursan, özününkünə beş manat
qıymırsan?!
Drakonun əlindən zorla qurtulmuş At Belində Olan Adam indi yenidən qırx arşın
quyunun dibinə düşdü, özünə bəraət qazandırmaq istədi:
- Komandir
! Seyid Lazım ağanın cəddi haqqı bilməmişəm. Hər gün o gəlir pul ver, bu
gəlir pul ver. Mən köpəyoğlu nə bilim kim kimdi. Mənə demədilər ki, siz istəyirsiniz.
Komandir gördü ki, əsəbləri onu dalınca sürükləyir və belə getsə əlindən xəta çıxa bilər,
onsuz d
a adları bədnam idi, hökumət haqlarında gündə yüz şayiə buraxırdı.
İndi Drakon yenə hökumətin əlinə dəstəvuz vermişdi. Hökumət birinin üstünə beşini
qoyub bütün şəhərə yayacaqdı ki, At Belində Olan Adamı aparıb batalyonda döyüblər, pulunu
əlindən alıblar, day nə bilim nə. İndi Komandirin gözünün qabağına bu gəlirdi, yoxsa elə
məmnuniyyətlə özü onun şalvarını çıxartdırıb başına geyindirərdi. Hövsələsini basdı:
-
Atın bunu bayıra!
Uşaqlar bir andaca At Belində Olan Adamı itbusdu eləyib darvazadan bayıra tulladılar...
...Və Komandir indi gördü ki, bir az əvvəl kövrələrək onu bağrına basan elə At Belində
Olan Adamdı, amma çox cavandı.
Rəis Komandiri bir də bağrına basdı:
69
-
Haqqınızda qəzetlərdə çox oxumuşam. Məhkəmənizdən də çox yazdılar. Atam da sizin
haqqınızda çox danışıb. Hətta bir dəfə atamı ölümdən qurtarmısınız.
-
Yadımda deyil. Həm də onlar keçmişdə qalıb.
-
Yox, yox, heç nə keçmişdə qalmayıb. Siz deməsəz də mən indi bildim ki, o erməni
yengəsini niyə döymüsüz. Görürsüz də, Komandir. Sovet hökuməti vaxtı belələrini ya
güllələyərdilər, ya da Sibirdə çürüdərdilər. Amma biz qıllarına belə toxuna bilmirik. Avropa
tumanını keçirir başına. Bayaqdan Avropada yer qalmayıb zəng eləməsinlər. Nə isə. Avropa da
qələt edir, onlar da.
Rəis yerinə qayıdıb telefonu götürdü:
-
Hadisəni kitaba vurmusunuz? Lap yaxşı. Hələ vurmayın, vurmaq lazım olsa deyərəm.
Maşını da çəkin qapıya, çıxıram. Müavin gəlsin içəri.
At Belində Olan Adamın at belindəki oğlunun bu gözlənilməz hərəkətləri Komandiri
necə çaşdırmışdısa bilmirdi nə desin, nə etsin, işin sonunu gözləyirdi.
Müavin girdi içəri:
-
Eşidirəm, Rəis.
-
Ala bu açarları,o seyfi aç, on min dollar götür, ver o dəyyuslara. Aparatlarını da alsınlar,
qalanını da öz aralarında bölsünlər. Denən şikayətlərini geri götürsünlər. Razı olmasalar, həkim
çağır, yazsınlar ki, içkilidirlər, ağsaqqal bir adamı da döyüblər. Onsuz da şahid yoxdu. Qoy
getsinlər nə bilirlər eləsinlər. Strasburqa yox ey, lap Buşa şikayət etsinlər.
Eşitdiklərinə inanmadı, bu doğrudanmı At Belində Olan Adamın oğludu?! Doğrudanmı
vaxtilə Musanın ayaqları kəsilmiş anasına min manat qıymayan bir adamın oğlu indi onu
həbsdən qurtarmaq üçün on min dollarından keçirdi?!
Amma Komandir Rəisin son sözlərini qəbul eləmədi:
-
Rəis, sağ olun. Sizi başa düşürəm, mənə kömək eləmək istəyirsiz. Amma on il də
yataram, döyülmək sözünü üstümə götürmərəm. Mən onları döymüşəm.
-
Komandir, döymüsüz, lap yaxşı eləmisiz. Mən də sizi buraxıram. Mən sizi tuta
bilmərəm. Camaat mənə nə deyər? Hələ atam! Üzümə tüpürər. İndi durun. Durun görüm.
- Hara?
-
Necə yəni hara? Bizə! Heç bilirsiz atam sizi görəndə nə qədər sevinəcək!
Amma Komandir getmədi:
-
Sağ olun, Rəis. Atanıza salam deyərsiz. Gecdi. Ayrı vaxt görüşərik. Mən rayona
getməliydim, bu hadisə oldu, qaldım.
-
Xahiş edirəm!
-
Söz verirəm, ayrı vaxt gedərik. İndi icazə versəz mən gedərdim.
Rəis cibindən bir kart çıxartdı:
-
Onda bunu götürün. Burda mənim telefonlarım yazılıb. Nə lazım olsa, nə vaxt istəsəz,
lap gecə saat iki olsun, zəng eləyin. Elə bilin balaca qardaşınıza zəng edirsiz.
Komandir kart
ı aldı:
-
Eləyərəm.
-
Gözləyəcəm ha. Atam da gözləyəcək. İndi doğrudan rayona gedirsiz?
-
Doğrudan.
Endilər aşağı. Rəis bir nəfəri çağırdı.
-
Eşidirəm, Rəis.
-
Sən belə elə, Komandiri aparırsan rayona. Onun ixtiyarındasan.
-
Baş üstə, Rəis!
Komandir etiraz
elədi:
-
Lazım deyil, Rəis. Özüm bir maşına oturub gedəcəm.
Rəis az qala yalvardı:
-
Komandir, məni sındırma.
Rəislə idarədən çıxdılar.
70
Komandir gördü ki, bayaq onu rayona aparacaq Əsgər Köynəkli Sürücü idarənin
qabağında var-gəl edir, təəccüblə soruşdu:
-
Sən burda nə gəzirsən?
-
Necə yəni nə gəzirsən?! Səni gözləyirəm!
-
Məni?
-
Bəs kimi? Demirdin rayona gedəcəyik. Belə kişilik olar ki, səni qoyum gedim?!
Komandir güldü:
-
Rəis, görürsüz də maşınım da hazırdı.
Rəis:
-
Nə deyirəm ki, yaxşı yol. Amma qayıdanda mütləq məni tapın ha, gözləyəcəm.
Maşına oturub şüşəni yendirdi və soruşdu:
-
Rəis, siz doğrudan At Belində Olan Adamın oğlusuz?!
Rəis elə sadəlövcəsinə and içdi ki:
-
Vallah, hə!
***
Gecə yuxusuz qaldığından bütün yolboyu maşında yatdı. Əsgər Köynəkli Sürücü yolun
belini qırmaq üçün söhbətdən ötrü ölsə də onu oyatmağa qıymadı. Nəhayət, mənzil başına
çatdılar, burdan o yana yol yox idi, burdan o yana yolun belini həqiqətən qırmışdılar...
Əsgər Köynəkli Sürücü onu oyatmağa məcbur oldu:
-
Əmi, ay əmi!
-
Deyəsən bərk yatmışdım.
-
Hə, elə şirin yatmışdız, oyatmağa ürəyim gəlmədi. Yol qurtarmasaydı heç
oyatmayacaqdım.
Maşından düşdülər.
-
Yaxşı, dostum, sən burdan qayıt.
-
Bəs sən?
-
Mən burda qalacam, hələ işim var.
-
Bəlkə gözləyim? Sonra gedək bizə. Evimiz burda, yaxındadı, Çadır Şəhərində.
-
Yox, sağ ol. Onsuz da bu gün sənə çox əziyyət verdim,- dedi Komandir və əlini cibinə
salıb pul çıxartdı, - Mən qiyməti bilmirəm, nə qədər lazımdı götür.
-
Nə danışırsan, əmi, pul nədi?! Sən içəridə olanda şöbənin qabağında polislər səndən
danışırdılar. Mən də sənin adını eşitmişəm. Böyüklər çayxanada sənin haqqında çox danışırdılar,
elə indi də danışırlar. Mənim atam da şəhid olub, bəlkə tanıyırdız, adı Cəmil idi.
Komandir ha fikirləşdi, belə bir adamı yadına sala bilmədi, amma bu cavanın könlünü də
sındırmaq istəmədi:
-
Tanıyırdım. Çox qeyrətli döyüşçüydü.
Əsgər Köynəkli Sürücü elə sevindi ki, Komandir öz şirin yalanıyla bu cavanı
sevindirməyindən çox xoş oldu.
-
Əmi, mənim atam doğrudan özünü tankın altına atıb?
-
Hə, oğul.
-
Deyirdilər inanmırdım, indi inandım.
Əsgər Köynəkli Sürücü o qədər xoşbəxt oldu ki - atası özünü tankın altına atmışdı.
-
Nə deyirsən, əmi, gözləyim gedək bizə?
-
Yox, sən get.
Əsgər Köynəkli Sürücü bir kağıza telefon nömrəsi yazıb verdi Komandirə:
-
Əmi, bu mənim telefonumdu. Nə vaxt maşın lazım olsa, zəng elə. Atamın adı haqqı,
pul-
zad lazım deyil.
-
Zəng eləyərəm.
Əsgər Köynəkli Sürücü Komandiri atasını bağrına basırmış kimi bağrına basdı, öpdü və
sağollaşıb getdi.
71
Dünyanın Ən Varlı Şəhərinin beş addımlığında yolun ortasına dərin bir xəndək
atmışdılar. Əgər bu xəndək son idisə - bəs niyə xəndəkdən o üzdə qoyun otaranlar, yer əkənlər,
ot daşıyanlar heç nə olmamış kimi öz işindəydilər.
Və bir zamanlar dünyanın ən işlək yolunun xəndəkdən o üzünü ot basmışdı. Əlini uzatsa
şəhərə çatardı. Amma heç kəs əl uzatsa əlləri çatacaq bu şəhərə bu neçə ildə əl uzatmaq fikrinə
düşməmişdi. Neçə iliydi bu şəhərin bir əl məsafəsindəki alaçıqlarda, kərpic daxmalarda vaxtilə
paytaxtlarına bayraq sancdıqları nemeslərdən yardım gözləyə-gözləyə, axşamlar da
televizorlarda Rodrigesin qayınanasının iztirablarını özlərinə dərd edə-edə, arada da bir qoyun əti
yeyə-yeyə yaşamağa alışmışdılar. Və bu alışqanlıq onları elə mütiləşdirmişdi ki, ağıllarına
gəlmirdi ki, bir səhər yerlərindən qalxıb heç əl-üzlərini yumadan bu xəndəyi atlayıb əl boyda
məsafəni keçə bilərlər, ev-eşiklərinə, qəbristanlıqlarına gedə bilərlər.
Vaxtilə əliyalın ölümə gedən oğulların hamısı qırılıb qurtarıbmı?! Atalar day Drakon
əkmirlərmi?! Analar day Pələng doğmurlarmı?!
Atlanıb xəndəyi keçdi. Ot basmış yolla üz tutdu Dünyanın Ən Varlı Şəhərinə. Əlini-
qolunu sallayıb gedirdi.
Bir az aralıda qoyun-quzu otaran 13-14 yaşlı bir uşaq onu səslədi:
-
Əmi, ay əmi!
- ...
-
Əmi! Ay əmi! Əmi!
Dayandı:
-
Nədi, ay oğul?
-
Əmi, o tərəfə getmə!
-
Niyə, oğul?
-
Oralar ermənilərindi!
Oralar ermənilərindi! Oralar ermənilərindi! Söz onu qəfil it kimi tutdu. Bu uşağa evdə
böyükləri deyiblər ki, oralara getmə, oralar ermənilərindi. Və uşaq da elə bilir ki, oralar
doğrudan da ermənilərindi.
-
Qorxma, oğul!
-
Getmə, əmi. Srağagün orda bir əsgərimizi vurdular.
-
Başa düşdüm, oğul.
Yenə əlini-qolunu sallayıb düzəldi yola. Qarşısına bir xəndək də çıxdı. Gördü ki, bu
xəndək o xəndəkdən deyil, səngərdi. Başa düşdü ki, day onun üçün də yol qurtardı. Gördü ürəyi
istəsə də ayaqları getmir. Özünü bu qədər alçalmış və təhqir olunmuş hiss etməmişdi. Özü
özündən utandı, xəcalət çəkdi, əlləri ilə başını tutub oturdu xəndəyin üstündə.
İnsanı hər an öldürə biləcək bu ağrılarla əl uzatsa çatacaq Dünyanın Ən Varlı Şəhərinin əl
boyda məsafəsində dayanmışdı. Bu şəhərin minlərlə şəhidindən - ölüb canlarını qurban
verdikləri şəhərin öldüyündən xəbərsiz xoşbəxtlərdən biri ola bilməməsi onu yandırdı. Tanrı
hansı günahına görəsə bu xoşbəxtliyi də ona çox görmüşdü. İndi o qədər aciz idi ki, əl uzatsa
çatacaq şəhərə Çadır şəhərlərində yaşayanlar kimi əl uzatmağa qüdrəti çatmırdı. Elə beləcə
əzizinin cəsədi ortalıqda qalıb qurd-quşun yeminə çevrilən adamlar kimi əl uzatsa çatacaq şəhərə
xeyli tamaşa etdi.
Etdi, etdi...
Döndü Bayata, Azər Hüseynin kababxanasına.
Adamlar əl uzatsalar çatacaq şəhərin əl boyda məsafəsində heç nə olmamış kimi öz
keflərindəydilər, yeyib-içirdilər. Hardansa başlarında ikibaşlıq papaq gəzdirən aşıqlar da tökülüb
gəlmişdilər, hər süfrənin başında biri oxuyurdu.
-
Bəlkə bu yerlərə bir də gəlmədim...
-
Meşəbəyi, meşəbəyi, meşəbəyi...
-
Çal oynasın Əjdər əmi...
-
Ağdam bir gözümdü, Bərdə bir gözüm...
72
Biri Məmməd Arazdan, biri Hüseyn Arifdən, biri Dədə Şəmşirdən oxuyan aşıqların
dediyi sözlər heç kimin tükünü də ürpətmirdi, çünki qulaq asmırdılar. Hərdən səndərləyə-
səndərləyə “Bəlkə bu yerlərə bir də gəlmədim” oxuyan aşıqların cibinə pul basır, lap keflilər isə
aşığı qucaqlayıb o üzündən- bu üzündən öpürdülər:
-
Ə, o Meşəbəyini bir də oxu. Can, Meşəbəyi, can xala...
Bir də bu yerlərə gələ biləcəyinə inanmayan şairdən, Meşəbəyinin göz vurduğu xaladan,
bir gözü Ağdam, bir gözü Bərdə olan boşboğazdan uzaq olmaq üçün kababxananın lap
aşağısındakı çinarın altında dayanıb xörəkpaylayanı çağırdı:
-
Oğul, ordan bir stol tap gətir.
Dərhal stol-stul gətirdilər, stolun üstünə səliqəylə süfrə saldılar.
-
Nə yeyəcəksiz?
-
Hələ bir stəkan çay gətir.
Onun çaydan başqa heç nə sifariş verməməsindən Xörəkpaylayan bərk dilxor oldu, amma
diqqətlə ona baxdı.
O isə bu baxışlardan xoşlanmadı:
-
Nədi ay oğul, xoşuna gəlmədim?
-
Allah eləməsin, dayı. Sizi bir nəfərə oxşatdım.
-
Hər kimə oxşadırsansa səhv eləyirsən.
-
Bağışlayın.
-
Bağışladım.
Xörəkpaylayan getdi, tez də qayıtdı, stolun üstünə çay qoydu, mürəbbə qoydu, limon
qoydu və yenə ehtiyatla dedi:
-
Dayı, inciməsən bir söz soruşardım.
-
Ay oğul, sən nə zircih adamsan, get işinlə məşğul ol.
Aşıqlar özlərini öldürürdülər:
-
Bəlkə bu yerlərə bir də gəlmədim...
-
Ağdam bir gözümdü, Bərdə bir gözüm...
- Qara
bağ, can Qarabağ...
Sağlıq deyənlər özlərini öldürürdülər:
-
Gün o gün olsun Şuşada, Cıdır düzündə yeyib-içək...
-
Yaxşı dostların sağlığına...
Bir nəfər aşığa ən çox pul verəni duz kimi yalayırdı:
-
Sənin sağlığına, Qarabağda səndən qeyrətli oğlan yoxdu...
O da xoşhallanır, forsla o biri stollara baxırdı.
Komandir gördü özünü çox pis hiss edir, çayı itələdi bir kənara, qalxdı ayağa və yendi
kababxananın altındakı kəhrizə. Çəkib torpağın ciyərini çıxaran artezian quyuları bütün
kəhrizləri qurutsa da Həmidə xanımın vurdurduğu bu kəhrizi quruda bilməmişdi. İmkanlı
adamlar artezian quyularının quruda bilmədiyi bu kəhrizdən su daşıtdırırdılar.
Əvvəl-əvvəl ağzını kəhrizin gözünə dayayıb neçə il həsrətini çəkdiyi, az qala dadını
unutmaqda olduğu bal kimi sudan içdi. Sonra əl-üzünü möhkəm-möhkəm yudu, amma bu o
qədər də ləzzət eləmədi. Soyunub girdi kəhrizin göz yaşı kimi təmiz, bumbuz suyuna. Gözlərini
yumdu və xoşbəxt uşaqlığını xatırlamaq istədi...
... Tez-
tez qaçıb gəlirdilər bura. Bu göz yaşı kimi təmiz, bu bumbuz suda çimişməkdən
doymazdılar. Onda onların özləri də göz yaşı kimiydilər, amma bumbuz deyildilər, od-
alovuydular, təzə-təzə qızların ürəklərini yandırıb-yaxan vaxtlarıydı. Kəhrizin dərinliklərinə
üzməkdən xüsusi ləzzət alardılar. Dərinliyə üzdükcə su daha şirinləşər, daha durular və bir az da
buzlaşardı. Və kəhrizin dərinlikləri göyərçin yuvalarıyla dolu olardı, əlini at, tut. Amma bu
göyərçinlərə toxunmazdılar, nənələri həmişə deyərdi ki, göyərçinlər imam qanından yaranıblar.
Ən çox sevdikləri isə kəhrizdəki balaca, pırıl-pırıl balıqları əllə tutmaq idi. Bəzən bu
balıqları tutmaq üçün saatlarla yarışırdılar. Amma heç biri bu yarışda qalib gələ bilmirdi. O,
uduzmağı sevməsə də və heç vaxt uduzmasa da bu pırıl-pırıl balıqlara həmişə uduzurdu.
73
Kin
olarda qartalların şığıyıb özlərini suya çırparaq balıq çalmalarını çox görmüşdü. O da çox
istəyirdi qartal kimi şığıyıb özünü çırpsın suya və heç olmazsa bircə dəfə bu pırıl-pırıl
balıqlardan bircəciyini çalsın. Amma çala bilmirdi. Bu kəhrizdə çimə-çimə, balıqlara uduza-
uduza böyüdülər...
... Gözlərini yummuşdu, onunla bu kəhrizdə çimə-çimə, pırıl-pırıl balıqlara uduza-uduza
böyüyən dostlarını xatırlayırdı. Hamısı müharibədə qırılmışdı, tək ondan başqa. Sonra Drakonu
gördü, Pələngi gördü, Gülablı yolunda bağırsaqları ağacın budağına dolaşmış və hələ nə baş
verdiyini anlamadan bağıran adamı gördü, od tutub yanan şəhəri gördü - gözünü açdı, hər şey
yox oldu, bir kəhrizin suyuydu, bir özüydü, bir də yanında qorxusuz-ürküsüz üzüşən balaca,
pırıl-pırıl balıqlar...
... Göy üzü göy üzütək təmiz, dünya yamyaşıl, hardasa quzu otaran bir uşaq Qədir
Rüstəmovu yamsılayırdı:
-
Qoyubdur intizarında, neyçün gəlməz, neyçün gəlməz...
Səsi aləmi götürmüşdü başına. Onlar da yamyaşıl dünyada, göy üzütək təmiz göy üzünün
altında, quzu otaran uşağın şipşirin səsinin içində balaca, pırıl-pırıl balıqları tutmaq üçün özlərini
öldürürdülər...
... Uşaqlıqda olduğu kimi əlini atdı və bu balaca, pırıl-pırıl balıqlardan birini tutsun, tutdu
da. Balıq əlinin içində elə çırpınırdı ki, elə bil əlinin içində çırpınan balıq yox, ürək idi. Çəkib
sudan çıxarmaq istədi, nə illah elədi bu balaca, bu pırıl-pırıl balığa gücü çatmadı. Balıq kəhrizin
dərinliyinə doğru üzməyə başladı, balıq üzürdü və onu da özüylə çəkib aparırdı. Balıq onu
dərinliyə çəkdikcə su daha şirinləşir, daha durulur, bir az da soyuyurdu. Neçə iliydi bu şirinliyin,
bu duruluğun həsrətini çəkdiyindən indi ləzzətlə balığın arxasınca üzürdü. Və heç fərqində də
deyildi ki, bu balaca, bu pırıl-pırıl balıq necə onu öz arxasınca dartıb aparır.
Birdən hiss elədi ki, böyür-başında da kimlərsə üzür, çevrildi - Drakonu gördü, bir balaca,
pırıl-pırıl balıq da onu ardınca aparırdı. Pələngi gördü - bir balaca, pırıl-pırıl balıq da onu ardınca
aparırdı. Batalyonun bütün uşaqlarını gördü, hərəsi bir balıq tutmuşdu və tutduqları balıqlar da
onları öz arxalarınca dartıb aparırdılar.
Hamısının üz-gözündə sevinc vardı, hamısı arzusuna çatmışdı - hamısı balıq tutmuşdu.
Və Komandir də, uşaqlar da bir səs eşidirdilər... Uzaqdan, lap uzaqdan, eyy lap uzaqdan
Qədir Rüstəmovun səsi gəlirdi:
-
Bu dərənin uzunu, Tanrı qaytar...
Və balıqlar da onları dartıb bu səsə doğru aparırdı!
... Qəflətən minlərlə at ağız-ağıza verib necə kişnədisə və göylər necə şaqqıldadısa çöllər
diksindi, ağaclar diksindi, çaylar diksindi, dağlar diksindi. Şimşəklər göy üzünü parça-parça
elədilər. Və göy üzündən də yuxarıdan necə bir Dolu başladısa... camaat dik atıldı və sevinclə
özünü atdı bayıra...
1988-2007
Dünyanın Ən Varlı Şəhəri.
74
Document Outline - DOLU
- I FƏSİL
- ----------------------------
- Lit.az-Azərbaycanın ədəbiyyat portalı
Dostları ilə paylaş: |