Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇ 99 aparılmışdır. Bir çox tədqiqatçılar (K.Millett, A.Dvorkin,
K.Delfi, M.Deyli və b.) belə hesab edirlər ki, ümumiyyət-
lə, kişilərin qadınlar üzərində hökmranlığını təmin edən bir
sistem (patriarxal sistem) mövcuddur.
Müasir dövrdə qadınların cəmiyyətdə mövqeyini
müəy yənləşdirməyə çalışan hərəkat, cərəyan və tədqiqat-
ların istiqamətləri rəngarəngdir. Bunlardan biri “mədəni
feminizm” adlanır. Həmin istiqamətin tərəfdarları “qa-
dın mədəniyyəti” fenomenini qabardır, daha çox mənəvi
amillərin, dilin, analıq hissinin rolunu diqqətə çatdırırlar.
Həmin cərəyana nisbətən yaxın olan psixoanalitik femi-
nistlərin (K.Millet, J.Qrier, K.Xorni və b.) nəzəriyyəsinin
əsasını qorxu təşkil edir (171: 31).
Fransada çox geniş yayılmış post-modernist feminiz-
min tədqiqatçıları (D.Batler, X.Sike, Y.Kristev və b.) dil,
hakimiyyət, nüfuz və s. kimi amilləri daha çox qabardırlar.
Ötən əsrin ikinci yarısından etibarən Qərbdə gender
diskriminasıyasına yeni sosiomədəni bucaq altında nəzər
salınmağa başlanıldı. Fransız filosofu (ekzistensialist Si-
mone de Bovuarın “İkinci cins” (1949), Betti Fridanın
“Qadın mistikası” (1963), S.Fayerstonun “Cins dialektika-
sı” (1970) və s. əsərlərində kişi və qadın münasibətlərinin
formalaşmasında əmək bölgüsü, dəyərlər, simvolların rolu
və s. məsələlərə toxunulmuşdur. Bu əsərlərin əsas qayəsi
vətəndaş cəmiyyəti qurmaq olmuşdur. Elə bir cəmiyyət ki,
orada söz azadlığı təmin olunur, aşkarlıqdır, müxtəlif sə-
ciyyəli informasiyalarla tanışlıq mümkündür, xaricə azad
gediş-gəliş var, xarici ölkələrlə elmi və mədəni əlaqələr
təmin edilir. Mürəkkəb sistemli plüralist cəmiyyətdə şəx-
siyyət-cəmiyyət, şəxsiyyət-hakimiyyət məsələsi demok-