Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə81/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   77   78   79   80   81   82   83   84   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
95
edirdi. O, həzz almanın yaxşı hal olmasını vurğulasa da, 
bunun müəyyən əxlaq narahatlığı yaratmasına məhdudiy-
yətlər qoyulmasına da münasibətini bildirirdi.
Başqa bir filosof Tomas Ter qeyd edir ki, seksual əx-
laqi münasibətlərdə insanlardan istifadə etmirik, əksinə, biz 
onlarla hörmətlə davranırıq və biz əxlaq daşıyıcısı kimi on-
lardan ləyaqətlə istifadə etməliyik. Seksual davranışda əsas 
kardinal prinsip “insanlardan istifadə etmə” olmalıdır. Bu 
prinsipdə azadlığa daha çox önəm verilir. O, ənənəvi əxlaqi 
qəbul etmir, aldatmaqdan tutmuş zorlamaya qədər hər cür 
zorakılığın əleyhinədir. 
Rocer Skruton isə ənənəvi seksual əxlaqa bəraət qazan-
dırır. O, Kant nəzəriyyəsini tənqid edir, qeyd edir ki, insan 
münasibətlərinin perspektivinə yalnız Aristotelin etik xarak-
terə olan yanaşması təkan verə bilər. Skrutona görə, seksual 
ləyaqət bakirəlikdir. Bu seksual davranışdan imtina etmək 
deyil, erotik məhəbbətə olan qadağadır. Məhəbbətin əsas 
meyarı ləyaqətdir ki, bu da insanı daha da çiçəkləndirir. 
Genderəsaslı bərabərsizlik çox təəssüflər ki, cəmiyyə-
timizdə hələ də mövcuddur. Hələ də iqtisadi şərtlər qadın və 
kişilər üçün kəskin fərqlənir. Hələ də valideynlərdən asılı 
uşaqlar, “xroniki xəstə” ailə üzvləri əsasən anaların, qadın-
ların himayəsindədir. Yaşlı qadınlar arasında olan yoxsul-
luq həddi həddən çox yüksəkdir. Bu, siyasi cəbhədə özünü 
daha qabarıq göstərir (parlamentdəki qeyri-mütənasiblik), 
evdə ödənilməyən ev işlərinin bölgüsü bu məsələlərdən ən 
ağrılısıdır (316).
Ailə məsuliyyətlərinin genderlər arasında bərabər bö-
lünmə məsələsi, xüsusilə uşaq qayğısı baş tutmayan nadir 
inqilabdır. Bugünkü uşaqlı işləyən anaların işi, işləməyən 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin