Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə79/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   75   76   77   78   79   80   81   82   ...   149
Etika və gender

2.2. Gender və ədalət.
Bərabərlik problemləri
Mahiyyət etibari ilə bütün mövcud dini təlimlərdə
müqəddəs kitablarda və etik-fəlsəfi baxışlarda qadın və ki-
şinin bərabərliyi təsbit olunur, hüquqi və dövləti təsisatlar-


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
92
da isə hər cür gender diskriminasiyası qadağan olunur. Bəs 
real həyatda vəziyyət necədir?
Yer kürəsində və bütün dövlətlərdə hər iki genderin 
nümayəndələri təxminən bərabər sayda olsalar da, real hə-
yatda onların tutduğu ictimai-siyasi mövqe və onlara bəslə-
nilən münasibət eyni deyildir. Qadınlar “ənənəvi qaydada” 
hakimiyyət strukturlarında, parlamentlərdə az təmsil olu-
nurlar. Bütün bunların ənənəvi-psixoloji səbəbləri vardır. 
Adətən (bu demək olar ki, bütün dünyada qəbul olunmuş 
aksiomadır) lap uşaq vaxtlarından oğlanları diribaş, cəsur, 
hökmlü, qızları isə zərif, sözəbaxan, təmkinli olmaq ruhun-
da böyüdürlər. Psixoloqların qənaətinə görə, əslində mütləq 
mənada “anadangəlmə” güclü və zəif cinslər olmur; yal-
nız həyatın inkişafı prosesində qadın və kişi gücünün tən-
zimlənməsi baş verir. Belə ki, zərif və zəif olması tərbiyə 
vasitəsilə təlqin olunan qadınlar istər-istəməz öz mövqelə-
rini əldən verir, kişi gücünün təsiri altına düşürlər. Elə bu 
səbəbdəndir ki, təbiətən fiziki gücü az olan kişi güclü qa-
dınları özünə tabe edir. Adətən qadınlar ev-ailə təsərrüfat-
larında daha yaxından və fəal iştirak edirlər. Uşaq böyüdüb 
tərbiyə etmək missiyası da qadınlara həvalə edilir. Elə bu 
səbəblərdəndir ki, çox vaxt qadınların öz ərləri onları hə-
mişə mətbəxdə görməyə adət etdiklərini söyləyirlər. Hətta 
klassiklərdən birinin dediyi “kişinin ürəyinə yol mədədən 
başlayır” fikrini xatırladanlar da olur. 
Əvəzində nə baş verir? Sanki yüzillərdir ki, bəşəriyyət 
iki qütbə parçalanıb: kişi və qadın. Kişilərə daha çox döyüş-
kənlik hissi aşılandığı üçün qəddar, qadınlara ədalət hissi 
aşılandığı üçün ürəyiyumşaq olurlar. 
Ölkəmizin ictimai-siyasi həyatı son illərdə qadınların 
fəallığının artması ilə müşayiət olunur. Son illərin prezi-



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin