Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə75/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   71   72   73   74   75   76   77   78   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
87
nin istismarı orta əsrlərdəki qaydada davam etməkdədir
xüsusilə müharibələrin, hərbi münaqişələrin baş verdiyi 
ölkələrdə qadınların həyat şəraiti nəzərə çarpacaq dərəcə-
də aşağıdır. Ölkələrarası və ölkədaxili münaqişələrin baş 
verdiyi ərazilərdə – Bosniya, Herseqovina, İraq, Albaniya, 
Əfqanıstan, habelə bir sıra keçmiş sovet ölkələrində hazır-
da milyonlarla insan qlobal ərzaq çatışmamazlığı, xəstəlik, 
infilyasiya şəraitində yaşayırlar. 
Ekoloji böhran nəticəsində təkcə təbiət deyil, habelə 
cəmiyyət ağır sınaqlara mübtəla olur. Məhz buna görə 
də demək olar ki, yeni dövrdə insan ekologiyası elminin 
yaradılması uğurlu hadisə kimi qiymətləndirilməlidir. Fi-
losof-ekoloq A.Şükürovun dediyi kimi, vaxtilə ekologi-
ya dedikdə yalnız heyvan və bitkilər nəzərdə tutulurdusa 
(bir növ insan diqqətdən kənarda qalırdı), hazırda insan 
ekologiyası, insanın nadir-ekstremal şəraitə uyğunlaşma-
sı-adaptasiyası problemi ön plana çıxmışdır. “İnsanın, 
xüsusilə, bəşəriyyətin gözəl, incə yarısı hesab olunan qa-
dının, daha dəqiq qız, bacı, ananın sağlamlığı məsələsi, 
daha çox diqqət cəlb edir. Heç kimə sirr deyildir ki, So-
vetlər birliyi dövründə qadınlar, xüsusilə kəndli qadın-
lar, olduqca çətin şəraitdə işləyirdilər. Pambıq tarlaların-
da, üzüm və tütün plantasiyalarında, qızmar günəş altında 
işləyən qadınların başına çox vaxt təyyarələrdən zəhər 
səpirdilər. Onlar hətta normal içməli su tapa bilmirdilər. 
Nəticədə, bir sıra xəstəliklər tüğyan edirdi.... Pambıqçılıq 
rayonlarında qadınların 60 faizi ağır kənd təsərrüfatı iş-
lərində işlədiyindən bu rayonlarda hamiləliyin vaxtından 
qabaq pozulması 12 faiz hüdudunda olmuşdur” (148: 27).
Müasir cəmiyyətdə texnokratiyanın həyatın bütün 
sahələrinə durmadan, sürətlə nüfuz etməsi inkarolunmaz 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin