Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇ 84 larında təmsil olunan qadınların sayı 14 %-ə bərabərdir.
Ölkədə partiya üzvlərinin sayının az qala yarısının qa-
dınlardan ibarət olması da elə ürəkaçan nəticələrə dəlalət
etmir, çünki qadınlar bu qurumlarda ikinci dərəcəli işləri
yerinə yetirirlər (42: 35).
Yeri gəlmişkən qeyd edək ki, dünyanın əksər siyasi
qurum və parlamentlərində qadınların “sıxışdırılması” mü-
şahidə olunur. Statistika göstərir ki, qadınların parlament-
də ən çox təmsil olunduğu region Şərqi Avropa ölkələri-
dir (35,9 %). Qərbi Avropa və Amerika parlamentlərində
qadınlar ümumi kəmiyyətin 13,2 faizini təşkil edirlər. Son
seçkilər zamanı Rusiya Dövlət Dumasında 445 deputatın
cəmi 45 nəfəri (10 faizdən çoxu) qadınlar olmuşdur. Özlü-
yündə belə bir fakt da maraqlıdır ki, Avropa Şurasina daxil
olan 45 ölkənin 9-unda hakimiyyətdə bir qadın belə təmsil
olunmur; 10 ölkədə 10 %-ə yaxın, yalnız 7 ölkədə 30 %
qadın təmsil olunur. Avropa Şurasına daxil olan ölkələrin
milli parlamentlərində qadınların sayı cəmi 17, 2 %-i təşkil
edir (198: 75).
Son illərdə postsovet məkanında gedən demokratik-
ləşmə prosesində bir sıra diqqəti cəlb edən proseslər baş
vermişdir. Əvvəla qeyd etmək lazımdır ki, demokratikləş-
mə, adətən, cəmiyyətin bütün “qatlarına” nüfuz edir. Ro-
bert Dahl özünün “Demokratiya haqqında” kitabında yazır:
“Demokratiyanın faydalı nəticələrinə aşağıdakılar daxildir:
istibdaddan qurtulma, əsas hüquq və azadlıqlara riayət olun-
ma, şəxsiyyət azadlığı, müqəddəratı təyinetmə, mənəvi av-
tonomiya, şəxsiyyətin inkişaf imkanları, şəxsiyyətin təməl
maraqlarının qorunması, siyasi bərabərlik, sülhə canatma,
tərəqqi” (183: 48). Bu deyilənlərə onu da əlavə etmək olar
ki, demokratiya həm də cəmiyyətin idarə olunmasında,