Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə68/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   64   65   66   67   68   69   70   71   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
79
İnsan taleyinin, insan həyatının, kökündə əxlaqi dəyərlər 
dayanan prinsiplərin təbiətə münasibəti də yenidən qiy-
mətləndirilməlidir. Apel qeyd edir ki, planetar ekosfera 
bizim sərəncamımızda məhdud ölçüdə dayanan kapitaldır 
ki, onun xeyri hamıya aiddir, lakin bu, istehsalatda isteh-
sal kapitalı nəzərə alınmadan istifadə olunur. Apel göstərir 
ki, insanlığın instrumental zəkası ekspansiya prosesində öz 
sərhədlərini yarıb keçməkdədir. Əslində, təbiətin ölümü in-
sanın özünün məhvinə gətirib çıxara bilər (282: 19).
Qloballaşma prosesində beynəlxalq hüququn möhkəm-
ləndirilməsi, milli mədəniyyətlərdə universal dəyərlərin 
qərarlaşması, vətəndaş cəmiyyəti institutlarının, qeyri-hö-
kumət təşkilatlarının ön plana keçməsi kimi mütərəqqi ha-
disələrdə baş verir. Bu prosesdə bir vaxtlar Kantın dediyi, 
“dünya vətəndaşlığının hüquqi nizamı” yaranır. 
Bu gün qloballaşmanın insan həyatına nüfuzu özünün 
bir sıra cəhətləri ilə diqqəti cəlb edir. Qloballaşma müasir 
cəmiyyətin (və təbii ki, cəmiyyət üzvlərinin həyatına əsasən 
üç aspektdə “daxil olmaqdadır. Bura: a) iqtisadi; b) mədəni; 
c) siyasi amillər şamil edilə bilər”. Əlbəttə ekoloji və mənə-
vi amillərdə həmin parametrlər də nəzərdə tutulur. Qlobal-
laşmanın çağdaş mərhələsində gender problemi cəmiyyətə 
özünün bir sıra anlayışlarını gətirmişdir. Həmin anlayışlar-
dan biri də “gender iqtisadiyyatıdır”. Adətən, iqtisadiyyatın 
gender aspektlərindən söhbət açanlar üç mühüm metodoloji 
istiqamətin mövcudluğunu qeyd edir: 1) neoklassik təhlil 
pozisiyası; 2) marksist siyasi iqtisadi pozisiyası və 3) ins-
titutsional pozisiyasından yanaşma. “İqtisadi adam” (eləcə 
də “iqtisadi gender”) üçün mühüm şərtlərdən biri əhəmiy-
yətlilik prinsipidir. Neoklassik yanaşmanın əsasını təşkil 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin