Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇ 78 transfer olunur. Bu zaman dünyanın “birinci” və “üçüncü”
yerlərə (məs; “üçüncü dünya ölkələri” və s.) bölünməsinə
də ehtiyac qalmır. Qlobal birliklərin formalaşmasının əsas
xüsusiyyətlərindən biri onun bütün üzvlərinin maraqlarının
bərabər və ədalətli prinsiplərə söykənməsidir. Yeni siyasi
və iqtisadi qayda-qanunların etik imperativləri beynəlxalq
ədalətin tələbi əsasında formalaşır. Universallıq və partikul-
yarlıq konflikti (yəni ədalət problemi) dünya iqtisadi düzə-
nində bölgü və iştirak problemi kimi, siyasətdə - dünya si-
yasi düzəninin demokratikliyi və bərabərliyi problemi kimi,
mədəniyyətdə - milli mədəniyyətin universal humanitar və
özgürlüyünün mühafizə edilib qorunmasının təsdiqi proble-
mi kimi ifadə olunur (221: 244-245).
“Əxlaqi və iqtisadi nəzəriyyələr arasındakı məsafə süni
hesab olunmalıdır; xatırlatmaq kifayətdir ki, hətta Adam
Smit belə sözün ciddi mənasında qətiyyən iqtisadçı deyil,
filosof-moralist (əxlaq nəzəriyyəçisi) olmuşdur. İqtisad el-
minə verilən resurslar çatışmazlığı səpkisində insan fəaliy-
yətinin tərəqqiyə yönəldilməsini öyrənən kimi sadə, lakin
sanballı tərifi xatırlatmaqla, əxlaqi nəzəriyyə onunla təmas
nöqtəsini çox asan tapır (245: 44).
Alman filosofu Karl-Otto Apel öz əsərlərində qlobal-
laşmanın mahiyyəti haqqında dəyərli fikirlər söyləyir. O ya-
zır ki, müasir dövrün ekoloji krizisini nəzərdən keçirərkən
adamda belə bir təəssürat yaranır ki, hər bir ölkə hətta özü-
nün çöküşünə cəmi 10 dəqiqə qaldığını bilsə belə, yenə də
təbiəti istismar etməklə məşğul olacaq (283: 22).
Apel belə hesab edir ki, digər alman filosofu Yonasın
“bəşəriyyət olmalıdır!” formulası qlobal kəskinlikləri əks
etdirsə də, həmin mövcud böhrandan çıxış yolunu göstərir.