Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇ 81 İnstitusional yanaşmanın tərəfdarları, xüsusən onun ba-
nilərindən biri olan Torsteyn Veblen qadının tarixdəki iqti-
sadi rolunun evolyusiyasını izləyərkən belə qərara gəlir ki,
qadınların ev işləri, öz mahiyyətinə görə əslində istehsal
fəaliyyəti kimi qiymətləndirilməlidir (173: 330).
Qadınların siyasi həyatda kişilərlə eyni “ranqda” təm-
sil olunmaması, şübhəsiz ki, bütün postsovet məkanına xas
olan haldır. Təkcə bir faktı xatırlatmaq lazımdır ki, 2003-
2004-cü illərdə postsovet ölkələrindən yalnız bir ölkənin
dövlət başçısı (Latviya) və parlament rəhbəri (Gürcüstan)
qadın olmuşdur.
2002-ci ildə Rusiya Dumasının üzvləri sekçi hüququnun
əsas təminatları haqda qanunun yeni redaksiya layihəsinə
düzəlişləri müzakirə edərkən belə bir təkliflə çıxış etmiş-
dilər ki, partiya siyahısı tərtib edilərkən orada hər hansı bir
genderi təmsil edən adamların kəmiyyəti 70 %-i ötməməli-
dir. Beləliklə, deputatlar qadınların parlamentdə heç olmasa,
mövcud yerlərin üçdə birini tuta bilməsini qanuniləşdirmək
istəyirdilər. Hətta Rusiya Mərkəzi Seçki Komissiyasının səd-
ri A.Veşnyakov bunun beynəlxalq normalara uyğun olduğu-
nu, qüvvədə olan Konstitusiya ilə ziddiyyət təşkil etmədiyini
qeyd etmişdir. Lakin həmin layihəyə deputatların yarıdan azı
– cəmi 167 nəfəri lehinə səs vermişdir. Parlamentdə “Rusiya
qadınları” fraksiyasını təmsil edən fəallardan biri, Y.Laxo-
va Türkiyə, Norveç, Fransa, hətta Pakistan kimi ölkələrdə
qadınların hakimiyyətin yüksək eşalonunda təmsil olunduğu
halda, Rusiyada “kişi şovinizminin” üstünlük təşkil etdiyini
vurğulamış, bunu obrazlı şəkildə “milli” təhlükəsizliyin gizli
təhlükəsi kimi qiymətləndirmişdir (185: 35).
Müşahidə və tədqiqatlar göstərir ki, ictimai-siyasi hə-
yatda “qadın faktoruna” müraciət, dalğavari səciyyə daşı-