Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə73/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   69   70   71   72   73   74   75   76   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
85
mütərəqqi təsir mexanizmlərinin işlənib hazırlanması üçün 
münasib zəmin yaradır. 
Son illərdə bir sıra keçmiş Sovet ölkələrində baş verən 
proseslər hakimiyyətdə qadınların daha geniş şəkildə təm-
sil olunmaları üçün şərait yaratmışdır. Məsələn, Gürcüstan, 
Ukrayna və Qırğızıstanda baş verən demokratik dəyişik-
liklər nəticəsində hakimiyyətdə daha çox qadınların təm-
sil olunduğu müşahidə olunur. Lakin cəmiyyət həyatında 
baş verən siyasi yeniləşmələr heç də bütün hallarda “xoş-
bəxt sonluqla” bitmir. Son illərin təcrübə və müşahidələri 
göstərir ki, keçid dövrlərinin siyasi kolliziyaları bəzən tək-
cə köhnə və yararsız olanları deyil, habelə təzə yarananları, 
rüşeym halında olan gərəkliləri də vurub dağıdır, məhv edir. 
Sosioloq Kristian Çinkin yazır ki, qloballaşma gender 
əlaqələrinə mürəkkəb və ziddiyyətli üsullarla təsir etmək-
dədir. Müasir texnologiya bir çox qadınlar üçün azadlıq və 
seçim üsulu olsa da, bu digər qadınların ölüm və istismarı 
ilə nəticələndi. Şərqi Avropa və postsovet məkanında de-
mokratiya və bazar iqtisadiyyatına keçid çox qadınların 
dövlət işlərində iştirakını aşağı saldı və onları bir çox iqti-
sadi hüquqlardan məhrum etdi (98).
Keçid dövrünün özü ilə gətirdiyi mənfi təzahürlər ən 
çox qadınların həyat və məişətində əks olunur. Bu cəhət-
dən Azərbaycan cəmiyyəti öz spesifik xüsusiyyətləri ilə 
fərqlənir; belə ki, Sovet İttifaqı dağıldıqdan sonra Azər-
baycan vətəndaşları, xüsusən qadınlar, ağır sınaq və məh-
rumiyyətlərlə qarşılaşmalı olmuşlar. Torpaqlarının böyük 
bir qismini itirən, ev-eşiyindən didərgin düşən, mal-mülkü 
talanan azərbaycanlı qadınların böyük əksəriyyəti iri şəhər-
lərdə, bir qismi isə “çadır şəhərciklər”də yaşamağa məh-



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin