Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇ 80 edən həmin anlayış elmi ədəbiyyata ingilis filosofu İ.Ben-
tam tərəfindən gətirilmişdir. İqtisadçılar həmin termindən
bu və ya digər rifahın üstünlüyünü ifadə etmək üçün inter-
pretasiya edirlər (178: 313).
Necə deyərlər, marksizmə istinad edən feministlər qa-
dınların istismarının əsas mənbəyi kimi kapitalizm və pat-
riarxal qayda-qanunları götürürlər. Əksər hallarda isə, belə
bir mülahizə əsas götürülür ki, patriarxallıq və kapitalizm
kişilərin nəzarəti altında olduğuna görə qadınlar istismara
məhkumdurlar.
Neoklassik yanaşmanın əsas nümayəndələrindən biri
Henri Bekker “iqtisadi gender” barədə geniş tədqiqat apar-
mışdır. H.Bekker ailə daxilində gender bölgüsünə xüsusi
diqqət yetirərək yeni anlayış “insan kapitalı” anlayışını gə-
tirmişdir (173: 330). Məhdud mənada bu anlayışa - təhsil və
professional kvalifikasiya daxildir. Bekker belə hesab edir
ki, qadın və kişi nikaha girməklə bir növ yeni bazar müna-
sibətləri yaradırlar. Nikah nəticəsində spesifik ailə kapitalı
yaranır ki, buraya da uşaqlar, ətrafdakı adamların nəzərində
reputasiya, anlaşma, sağlamlıq və s. daxildir. Bu cür kapita-
lın əsas hissəsi təzədən (təkrar) yaranan nikah ittifaqına av-
tomatik ötürülə bilməz. Məhz buna görə də yeni bağlanan
nikahların pozulması ehtimalı çox olsa da, zaman keçdikcə
bu cür ehtimal azalır.
H.Bekker genderə görə bazar diskriminasiyası məsələ-
sinə də toxunaraq qeyd edir ki, bütün iş sahibləri (sahibkarlar)
adətən diskriminasiyaya meyilli olurlar; onlar öz şəxsi maraq
və zövqlərindən asılı olaraq, bu və ya digər qrupların iş şə-
raitini yaxşılaşdıra, maaşlarını yüksəldə bilərlər. İş sahibinin
genderə görə diskriminasiyaya meyilliyi nəticəsində qadın və
kişilərin maaşları arasında fərqlər də artır (173: 330).