Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə76/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   72   73   74   75   76   77   78   79   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
88
faktdır. İndi iqtisadi-sosial-mədəni həyatın elə bir “avto-
nom” hissəsi yoxdur ki, kompüter, oraya tətbiq edilməsin. 
Texnikratik tərəqqinin bu cür geniş miqyasda yayılması 
vaxtilə təqdir edilsə də, hazırda cəmiyyətin müxtəlif tə-
bəqələri tərəfindən birmənalı qarşılanmır, çünki texnika in-
san həyatına bir növ “öz prinsipləri” ilə daxil olur. Elə bu 
səbəbdən də insanların, xüsusən gənclərin həyat tərzində, 
mənəviyyatında mənfi meyllər qabarıq şəkildə üzə çıxır. 
Görkəmli rus alimi R.V. Xoxlov vaxtilə “Literaturnaya qa-
zeta”nın səhifələrində çıxış edərək ali məktəblərdə təbiət-
şünaslıq (dəqiq) elmlər sahəsində təhsil alan tələbələrə hu-
manitar elmlərin daha dərin öyrənilməsinə diqqət artırmağı 
tələb edirdi. Özü “dəqiq elmlər” sahəsində çalışan MDU-
nun mərhum rektorunun dediklərində böyük bir həqiqət 
vardır. Yalnız bir elm sahəsinin “çərçivəsində” fəaliyyət 
göstərmək heç də bütün hallarda uğur gətirmir. 
Digər bir rus aliminin, akademik ədəbiyyatşünas P.A.Ni-
kolayevin dediyi kimi, bu gün kompüter texnologiyası insan 
həyat fəaliyyətinin bütün sferalarına daxil olaraq sosial-mənə-
vi hadisəyə çevrilir. Hətta kompüterlərin köməyi ilə cinayətlər 
də törədilir. Elə buna görə də kompüter fəaliyyəti ilə bağlı olan 
hər şey insan zəkasının, insan şüurunun, insan etikasının nə-
zarəti altında olmalıdır (233: 149-150).
XX əsrin 80-ci illərindən etibarən İ.Vallerstayn əsə-
rində müasir qloballaşmanın sosial aspektdən öyrənməyin 
əhəmiyyətindən yazırdı. Qloballaşma 4 aspektdə: iqtisadi, 
sosial, siyasi və mədəni sferalarda dərin inkişaf etmişdir. 
Bəzən qeyd olunduğu kimi bu gün qloballaşma daha çox 
amerikanlaşmada (və yaxud çinliləşmədə, yaponlaşma-
da) üzə çıxır. Bu prosesin simvolları “pepsi”, “kola-kola”, 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin