Planlı iqtisadi sistem
Plan:
İqtisadi sistem nədir?
İqtisadi sistemin neçə növü var və hansılardır?
Planlı iqtisadi sistem nədir?
Planlı iqtisadi sistemin əhəmiyyətləri nələrdir?
İqtisadi sistemlər özlərinin maddi-texniki bazasma, mülkiyyətin formaları və mülkiyyət münasibətlərinin xarakterinə, təsərrüfat mexanizminə və idarəetmə sistemlərinə görə və başhca sosial-iqtisadi problemlərin həllinin təşkili və həlli üsullarma görə fərqlənirlər. İqtisadi sistemlər özlərinin inkişaf səviyyələri, yetkinlik dərəcələri və həll etməli olduqları vəzifələrin (problemlərin) müxtəlif olma- sma baxmayaraq, bütün iqtisadi sistemlərin hamısı üçün eyni olan problemlər də mövcuddur. Bunlar: 1) nə istehsal etmək; 2) necə istehsal etmək; 3) kim üçün istehsal etməkdir. Bu problemlərin həlli üsulları da müxtəlifdir. İqtisadi sistemlərin fərqləndirilməsinə yanaşma üsulları eyni deyildir. Müasir ədəbiyyatda aşağıdakı yanaşma üsulları mövcuddur: 1) formasiyalı; 2) sivilizasiyalı; 3) mərhələli; 4) informasiyalı və s. Formasiyalı yanaşma K.Marks təliminə aiddir. Bu təlimə görə, cəmiyyət öz tarixi inkişafında beş mərhələdən keçir və bu mərhələlərin hər biri digərindən köklü fərqli olan istehsal üsullarıdır, iqtisadi sistemlərdir. K.Marks tarixin inkişaf mərhələlərini: ibtidai icma, quldarlıq, feodalizm, kapitalizm, kommunizm (sosializm) kimi adlandırır və onların hər birini ayrıca ictimai-iqtisadi formasiya hesab edir. K.Marksa görə insan cəmiyyəti ardıcıl olaraq bu mərhələlərdən keçərək, kommunizm adlandırılan cəmiyyətə çatacaq. O, bu cəmiyyətə yüksək dərəcədə inkişaf etmiş və insanlarm bütün əsas tələbatlarmı ödəməyə qadir olan iqtisadi sistem kimi baxırdı. Mərhələli yanaşma. Amerikalı alim Uolter Rostou da hesab edir ki, cəmiyyətin inkişafı beş mərhələdən keçir: 1) ənənəvi cəmiyyət, 2) keçid cəmiyyəti (mərkəzləşmiş dövlət yaranır, sahibkarlıq inkişaf edir), 3) irəliyə hərəkət mərhələsi (sənaye inqilabı), 4) yetkinlik mərhələsi (ETİ, şəhər əhalisinin hökmranhğı), 5) kütləvi istehlak mərhələsi (istehlak şeyləri istehsalı artır, xidmət sferası üstünlük təşkil edir). Sivilizasiyalı yanaşma. Bu yanaşmada, cəmiyyətin tarixi inkişafı sivilizasiyanın müxtəlif mərhələləri kimi səciyyələndirilir və ictimai inkişafda yeddi sivilizasiya dövrü göstərilir:
1. Neolit sivilizasiyası - 30-35 əsr;
2. Şərq sivilizasiyası - 20-30 əsr;
3. Antik sivilizasiya - 12-13 əsr;
4. İlkin feodal sivilizasiyası - 7 əsr;
5. Sənayeləşmənin əvvəli - 4,5 əsr;
6. Sənaye dövrü - 2,3 əsr;
7. Sənayeləşmədən sonrakı dövr - 1,3 əsr.
Müasir dövrü isə informasiya əsri kimi səciyyələndirilir. Cəmiyyətin inkişafının bu cür dövrlərə bölünməsinin özü şərtidir və belə bölgü iqtisadi sistemləri fərqləndirməyi şərtləndirmir. Mövcud ədəbiyyatda iqtisadi sistemləri fərqləndirmək üçün dörd meyar əsas götürülür: 1. İstehsal amilləri üzərində mülkiyyətin forması; 2. Əsas iqtisadi qərarların necə qəbul edilməsi; 3. İqtisadi fəaliyyətin əlaqələndirilməsi üsulu; 4. İqtisadi fəaliyyətin həyata keçirilməsində maraqlandırmamn motivləri. Bu meyarlara uyğun olaraq sxemdəki iqtisadi sistemləri fərqləndirmək olar.
İqtisadi sistemlərin aşağıdakı növləri göstərilir: 1. ənənəvi iqtisadi sistem; 2. bazar iqtisadi sistemi; 3. planlı iqtisadi sistem; 4. qarışıq iqtisadi sistem; 5. keçid iqtisadi sistemi. I. Ənənəvi iqtisadi sistem. Bu sistem adət-ənənələrə əsaslanmaqla istehsalı təşkil etdiyinə, istehsal zamanı uzun dövr ərzində eyni üsul və vasitələrdən istifadə edildiyinə görə belə adlandırılır. Bu iqtisadi sistemdə: çoxukladlıq mövcuddur - müxtəlif mülkiyyət formalarına əsaslanır; bir çox ölkələrdə icma mülkiyyət forması saxlanılır və bunun əsasında natural təsərrüfat mövcuddur; xırda xüsusi mülkiyyət və bu əsasda xırda əmtəə istehsalı mövcuddur; bu iqtisadi sistemə xas olan təsərrüfat forması kənd təsərrüfatı və sənətkarlıqdır. Bu sistemdə iqtisadi qərarlar hər bir uklad səviyyəsində, icmalar olduğu halda icmada, icma başçısı səviyyəsində qəbul olunur. İstehsalm məqsədi minimum tələbatları ödəməkdir. Bu iqtisadi sistem geridə qalmış, ən sadə texnikaya və əl əməyinə əsaslamr. Adət- ənənələr qabaqcıl texnikanın və texnologiyaların tətbiqinə mane olur. Buna görə də əmək məhsuldarlığının səviyyəsi çox aşağıdır. II. Bazar iqtisadi sistemi. Bu əmtəə-pul münasibətlərinə və xüsusi mülkiyyətə əsaslanan, bazar qanunları və bazar mexanizmi ilə tənzim olunan, istehsalçı və istehlakçıların azad rəqabəti və azad seçiminin hökm sürdüyü iqtisadi sistemdir. Bu sistemdə istehsalçı və istehlakçılar bazar qiymətləri vasitəsilə lazrnı olan informasiyanı alır: nə, necə və kim üçün istehsal etmək haqqında müstəqil qərar qəbul edirlər. Bu sistemdə bazar qiymətləri tələb və təklif əsasında formalaşır. Əsas məqsəd - yüksək mənfəət əldə etməkdir. Bir iqtisadi sistem kimi bazar iqtisadiyyatı XVI - XVIII əsrlər ərzində formalaşmışdır. Və öz inkişafında iki əsas mərhələdən keçmişdir: 1. azad rəqabətə əsaslanan bazar iqtisadiyyatı; 2. müasir bazar iqtisadiyyatı. Azad rəqabətin hakim olduğu mərhələdə əsas tənzimləyici mexanizm bazarın öz mexanizmidir, dövlət iqtisadi proseslərə əsasən müdaxüə etmir. Müasir bazar iqtisadiyyatı şəraitində bazarın öz me temə keçməklə bağlı olaraq yaranır və müəyyən bir dövr ərzində mövcud olur. Hal-hazırda keçmiş sosialist ölkələrindəki, o cümlədən də Azərbaycanın müasir iqtisadiyyatı keçid iqtisadiyyatıdır. Burada mərkəzdən idarə olunan iqtisadi sistemdən bazar iqtisadiyyatı sisteminə keçid prosesi gedir. Bu proses müəyyən dövr ərzində baş verdiyinə görə ona keçid dövrü iqtisadiyyatı da deyilir. Keçid iqtisadiyyatı aşağıdakı cəhətlərlə səciyyəvidir:
1. Burada eyni zamanda həm keçmiş sistemin iqtisadi münasibətləri və həm də yeni meydana gələn sistemin münasibətləri mövcuddur.
2. Keçid dövrü iqtisadiyyatı çoxukladlıdır, müxtəlif təsərrüfat formaları fəaliyyət göstərir.
3. Bu iqtisadiyyatın özünəməxsus təsərrüfatçılıq mexanizmi və idarəetmə sistemi vardır.
4. Keçid iqtisadiyyatı şəraitində sosial-iqtisadi ziddiyyətlər çox və kəskin xarakterdə olur.
5. Keçilməsi nəzərdə tutulan yeni iqtisadi sistem keçid dövrü şəraitində formalaşır.
Ədəbiyyat
http://lib.bbu.edu.az/files/book/224.pdf
https://az.wikipedia.org/wiki/%C4%B0qtisadi_sistem
http://anl.az/el/Kitab/2015/Azf-286883.pdf
Dostları ilə paylaş: |