Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə83/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   79   80   81   82   83   84   85   86   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
97
məlum identifikasiyalara və həyat tərzinə hansı miqyasda 
təsir etdiyini lazımi səviyyədə qiymətləndirə bilmirlər. Bu 
da onunla bağlıdır ki, genderin sosial konstruksiyası ailədə 
və qadın valideynliyi institutlarında çox möhkəm yer tutur 
(316: 18-19). Cəmiyyətdə ədalət prinsipinin özünün forma-
laşması bu prinsipin ilkin rüşeymlərinin yarandığı ailələrdə 
və sonrakı mərhələdə cəmiyyətdə baş verir. 
Adətən insanlarda ədalət hissi lap uşaqlıqdan yaranır. 
Bu mənada göz açdığı mühit, xüsusən ailə, uşaqların zeh-
ninə və dünyagörüşünə güclü təsir göstərir. Öz vətəndaşının 
təlim-tərbiyəsini öhdəsinə götürmüş cəmiyyətdə ədalət his-
si mənəviyyatın tərkib hissəsinə çevrilir, qanun səviyyəsin-
də qəbul edilir. Lakin qanunların işləmədiyi cəmiyyətlər-
də, mühitdə ədalət hissi arxa plana keçir. Belə bir şəraitdə 
uşaqlar təlim-tərbiyədən uzaq düşür, necə deyərlər, onların 
gələcək taleyi qəzavü-qədərin öhdəsinə tapşırılır. Adətən 
atasız böyüyən uşaqların bütün yükü anaların üstünə düşür. 
Nəticədə, tək ana öz övladını yetkin, ədalətli bir şəxsiyyət 
kimi böyütməkdə çətinlik çəkir. Bu cür uşaqlarda çox vaxt 
ətraf aləmə qəzəb və nifrət hissi üzə çıxır. Adətən, nifrət - 
nifrət hissi, ədalət - ədalət hissi doğurur. Halbuki normal 
şəxsiyyətin formalaşdırılması real tərbiyə müstəvisində hə-
yata keçə bilər. 
Fəlsəfi antropologiyanın banisi Maks Şeler “insan 
obrazı” yaratmağa təşəbbüs edərkən 5 “ideal tip” müəy-
yənləşdirir: Birinci ideal tip, insan mövcudluğu haqqında 
dini inamdır. Burada “medokosmik” anlam insanı təbiətin 
fövqündə təqdim edir (Xristianlıqda). 2-ci ideal tip-homo 
sabiens insanı ağıl (zəka) daşıyıcısı kimi təsvir edir. Ağıl, 
idrak ən mühüm olan kimi qəbul edilir. 3-cü tip insan ide-



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin