Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
147
rilərkən uşaqların yaş, cinsi-fərdi xüsusiyyətləri, xeyirxah-
lıq, anlaşıqlıq, hörmət və tələbkarlıq əsasında nəzərə alın-
malıdır.
Müasir dövrdə gənclərin cinsi tərbiyəsinə zərurət artıb.
ABŞ tədqiqatçıları bu gün gənclərin kütləvi şəkildə QİÇS
xəstəliyinə düçar olmalarının, dünyanı epidemiya kimi bü-
rümüş azyaşlıların hamiləliyinin səbəbini cinsi tərbiyəsinin
çatışmamasında görürlər. Cinsi tərbiyə ilk növbədə ailə-
dən-evdən başlamalıdır.
Cinsi və əxlaqi tərbiyə vəhdət təşkil edir.
Əgər vali-
deyn-övlad ünsiyyəti olmasa,
uşaq öz valideynlərindən
cinsi və əxlaqi mövzuda təlimatlar almasa, bu onların vax-
tından əvvəl cinsi fəaliyyətə başlamalarına səbəb ola bilər.
Amerika tədqiqatçısı C.Cordonun fikrincə bu işi düz-
gün quran valideynlərin uşaqları daha sağlam seksual fəa-
liyyətdə olur, seksual məsuliyyəti daha yaxşı dərk edirlər.
Bu işi etməyən valideynlərin uşaqları isə daha çox əziyyət
çəkirlər.
Amerikada “Sadəcə yox de” proqramları mövcuddur
ki, bu proqramda yeniyetmələrə seksdən vaz keçməyin yol-
ları öyrədilir.
Dostları ilə paylaş: