«İxtisasa giriş»



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə1/22
tarix23.11.2022
ölçüsü1,12 Mb.
#69987
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   22
M.Sunay-İxtisasa-giriş



 
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİNİN NƏZDİNDƏ 
SUMQAYIT DÖVLƏT TEXNİKİ KOLLECİ 
 
 
«İxtisasa giriş»
fənnindən mühazirələr 
Orta ixtisas təhsili müəssisələrində 
fənnin tədrisi üçün nəzərdə tutulub 
 
 
 
 
 
Tərtib edən: Mütəllimova Sunay Fərrux qızı 
 
 
 
 
 
 
 
SUMQAYIT-2020 
 


1.Biosfer v
ə onun quruluşu 
Biosfer Yer kürəsinin həyati varlığı olan və həyati proseslər gedən hissəsidir. Biosfer - 
Yer t
əbəqəsinin bir hissəsi olub, tərkibi, quruluşu və energetikası canlı orqanizmlərin 
keçmiş və müasir fəaliyyəti ilə şərtlənir. Biosfer Yerin, atmosferin və litosferin canlı 
t
əbəqəsidir. Onun hüdudlarında hər birimizin və bütövlükdə bəşəriyyətin həyatı cərəyan 
edir. Qlobal ekosistem olan biosferin s
ərhədləri vardırmı? Yoxsa o, hüdudsuz olub 
bütün planeti əhatə edir? Biosfer canlı (biotik) və cansız (abiotik) komponentlərdən 
ibar
ətdir. Ona görə də onun sərhədləri canlı varlıqların, ekosistemin biotik 
komponentl
ərinin yayılma hüdudları ilə məhdudlanır. Aktiv biokütlənin həyat fəaliyyətinin 
davam etdiyi Yer qabığı müasir biosfer və ya ekosfer adlanır. Biosfer dedikdə canlı 
al
əmin yaşaması üçün mümkün fərdi olan su, torpaq və hava mühiti nəzərdə tutulur. 
Biosfera (yunan sözü olub, bio - həyat və sphaire - dairə, mühit deməkdir) Yer kürəsinin, 
s
əthini, həmçinin atmosferin aşağı təbəqəsini, bütün hidrosferi və litosferin yuxan 
t
əbəqəsini təşkil edərək, canlı orqanizmlərin yaşaması üçün lazım olan strukturu, tərkibi 
v
ə eneıjini özündə cəmləşdirmişdir (şəkil 1). Biosferanın «həyat mənbəyi» və yerin xarici 
özəyi olması haqda ilk təsəvvürlər J.B.Lamarka aiddir. «Biosfera» termininə ilk dəfə 
olaraq 1875-ci ild
ə Avstriya geoloqu E.Zyuss, canlı həyat təbəqəsi və yerin üst səthi 
kimi anlayış vermişdir. Onun fikrincə, «biosfera» «yerin siması» mənasını verir. Biosfer - 
Yer kürəsinin həyati varlığı olan və həyati proseslər gedən hissəsidir. Yer kürəsinin 
planet xass
əli olduğuna işara edərək o, yazırdı: «Bu böyük sferlərdən ibarət göy 
cismind
ə hər şey yad görünür, o da üzvi həyatdır. Materiklər üzərində sərbəst biosferi 
ayırmaq mümkündür. Beləliklə, E.Zyuss biosferi sitropoloji mənada - həyatla dolu olan 
m
əkan kimi görürdü (şəkil 2). İlk dəfə olaraq biosferi Yerin canlı fəal sahəsi kimi 
m
əqsədəuyğun şəkildə V.İ.Vernadski tədqiq etmişdir. V.V.Dokuçayevin torpağın təbii - 
tarixi bütöv canlı bir orqanizm kimi qəbul etdiyi nəzəriyyələri onun biosfer haqqındakı 
t
ədqiqatlarına böyük təsir göstərmişdir. Biosfer canlı orqanizmlərin yaşadığı sahədir. Bu 
sah
ədə canlı orqanizmlər bir-birləri ilə sıx qarşılıqlı üzvü əlaqədə olaraq ekosistemin 
qlobal s
əviyyədə bütöv dinamikasını yaratmışdır. V.İ.Vemadskinin fikrinə görə, 
biosferanın sərhədləri bilavasitə «canlı orqanizmlərin yaşaya bildiyi sahə» ilə ölçülür. Bu 
canlı həyatm mövcud olduğu sahə, əsasən də, fəal həyat sahəsi hesab edilir və yeni 
m
əlumata göra, dəniz səthindən 6 km hündürlüyə qədər olan sahəni təşkil edir. Bu 
hündürlüyə atmosferin, ancaq müsbət qənaətbəxş temperatura malik və xlorofilli 
bitkil
ərin (produsentlər) yaşaya bildiyi sahə aiddir. Fəal həyatm ənənəvi olaraq son 
m
ərhələsi okean səviyyəsinin 10-11 km dərinliyinə qədər və litosferin 100°C izotermində 
qeyd
ə alınmışdır (biosferanm sahəsi Kolsk yarımadasında aparılan quyu qazma işlərinə 
əsasən 6 km dərinlikdə qeydə almıb, ümumiyyətlə isə canlı həyatm litosferdə 3-4 km 
d
ərinliyə qədər olduğunu bilirik). Beləliklə də, biosferin okean səthindən şaquli uzunluğu 
17 km, quru s
əthindən isə uzunluğu 12 km təşkil edir. Parabiosfera deyilən təbəqə 
biosferanı tamamlayır və atmosferin 6-7 km-liyindən ozon ekranına qədər (20-24 km) 
olan m
əsafəni təşkil edir, həmin təbəqəyə təsadüfən düşmüş canlı orqanizm orada çox 
az müddətdə müvəqqəti yaşaya bilər, amma sərbəst fəaliyyət və çoxalma qabiliyyətinə 
malik olmur. Lakin canlı həyatın ən qalm təbəqəsi sayılan meqabiosferada vaxtaşırı və 
ya daimi olaraq t
əsadüfən düşə- rəkdən fəaliyyət göstərən canlı orqanizmə «ağ 
biosferin» (metabiosfera) bilavasitə təsiri olmuşdur. Metabiosferanın sərhəddi materikin 
torpaq qatının axırıncı çöküntüsünə qədər olan 11 km-lik məsafəni (buradakı temperatur 


200°C-ə çatır) və hündürlüyü ən qatı ozon təbəqəsinə qədər olan 25 km məsafəni təşkil 
edir. Bel
əilklə də meqabiosferanın maksimum gücü 33-35 km-ə çatır. Buna 
baxmayaraq, kosmik ölçülərə görə biosferin gücü Yer kürəsinin radiusundan 200 dəfə 
kiçikdir (şəkil 3). Yer kürəsinin quru təbəqəsinin başqa sahələrindən fərqli olaraq onun 
bi
osferinin özünəməxsus spesifik xüsusiyyətləri vardır. Onun tərkibində canlılar üçfazalı 
halda olur, 
ən yüksək kimyəvi çevrilişlər müşahidə olunur ki, bu da xlorofilli canlıların 
günəş enerjisindən istifadəsi nəticəsində baş verir. V.İ.Vemadskinin biosfer haqqındakı 
konsepsiyasının əsasını canlı orqanizmlər haqqında təsəvvürlər təşkil edir. Biosferin 
hazırda canlı orqanizmlər mövcud olan sahələri neobiosfer, qədim zamanlarda canlı 
orqanizml
ərin yaşadığı sahələr isə palebiosfer və ya ağ biosfer adlandırılır. Neobiosfer 
atmosferin ozon qatına qədər olan sahəsi (qütblərdə 8-10 km, ekvatorda 17-18 km, Yer 
s
əthinin qalan hissələrində 20-25 km) aid edilir. Litosferin yalnız münbit torpaq hissəsi 
neobisofer
ə aid edilir. Pale- biosferin neobiosferlə atmosferdə olan sərhədləri üst-üstə 
düşür. Hidrosferin dib hissəsində olan çöküntü süxurlar palebiosferə aid olunur. 
Bel
əliklə, biosfer canlı orqanizmin özünün və ya izinin mövcud olduğu sahə adlanır 
(şəkil 4). Biosfer özü müəyyən spesifik xüsusiyyətlərə aiddir. Bunlardan başlıcası 
m
ərkəzləşdirilmiş sistemdir. Yəni V.I.Vernad- skiyə görə sistemin mərkəzini canlı 
orqanizml
ər təşkil edir. Bu xüsusiyyətə görə biosferin və ya onun əsas bölməsinin 
m
ərkəzində ancaq insan qoyulur (antroposentrizim). 
Biosferin ikinci xüsusiyyəti onun açıq sistem olmasıdır. Biosferə kənardan enerji daxil 
olur v
ə o, özü həm də kosmik təsirə məruz qalır. Bu təsirləri əsasən Günəşin fəallığı 
t
əşkil edir və Yer kürəsində, o cümlədən biosferdə baş verən hadisələrin əksəriyyəti 
Günəşin fəallığı ilə əlaqədardır. Günəş fəallığı bir çox geoloji proseslərin (kataklizm, 
q
əzaların) yaranmasına səbəb olur. Biosferin üçüncü bir xüsusiyyəti onun 
özünütənzimləmə sisteminin (homeostazm) olmasıdır. Özünütənzimləmə sistemi baş 
vermiş hər hansı bir həyəcan vo ya çaxnaşmanın qarşısını müəyyən mexanizm 
vasit
əsilə alır. Yaranmış dəyişikliyi öz əvvəlki vəziyyətinə qaytarır. Biosferdə belə hallar 
çox baş vermişdir. Bunlara misal vulkan püskürməsini, astcroidlərlo qarşılaşma, zəlzələ, 
dağəmələgəlmə və s. göstərmək olar. Biosferin əsas xassələrindən biri də onda olan 
ayrı-ayn maddələrin dövretməsini yaradan mexanizmin olmasıdır. Canlı orqanizmlərin 
yaşaması üçün həyat sahəsinin varlığını aşağıdakı beş şərt müəyyən edir. Birinci şərt. 
Oksigen v
ə karbon qazının kifayət qədər olması. Belə ki, canlı varlıqlar atmosferin indiki 
t
ərkibinə və təzyiqinə uyğunlaşmışlar. Dəniz səthi səviyyəsində oksigenin həcmcə 
qatılığı 299 q/m3, 20 km yüksəklikdə 15 q/m3 olub, həmin səviyyələrdə parsial təzyiq 
is
ə uyğun olaraq 160 mm və 8,7 mm-dir. Buna görə də 20 km yüksəklik üçün normal 
olan bu cür aşağı parsial təzyiqdə həyat mümkün deyildir, halbuki oksigenin miqdarı 
h
əcmcə bu səviyyədə də 20,95%-dir, yəni dəniz səthi səviyyəsində olduğu kimi 
qalmışdır. Böyük yüksəkliklərdə (6000 m-dən çox) karbon qazının parsial təzyiqi həyat 
üçün tələb olunduğundan azdır. İkinci şərt. Suyun kifayət qədər olması. Bizim planeti 
Yer yox, okean adlandırsaq daha doğru olardı. Su planetimizdə kifayət qədərdir. Suyun 
çatışma- ması üzündən həyatın məhdud olduğu yerlərə planetimizdə, demək olar ki, 
olduqca az t
əsadüf edilir. Yaranan problemlər isə içməli su ilə əlaqədardır. Üçüncü şərt. 
Əlverişli temperatur şəraitinin olması: çox yüksək (100°C-dən yüksək temperaturda 
zülal pıxtalaşır, öz xassələrini itirir), çox da aşağı olmasın ki, biokimyəvi reaksiyaların 
sürətləndiriciləri - fermentlər normal işləsin. Dördüncü şərt. Canlı varlığa yaşamaq üçün 


minimum mineral madd
ələr vacibdir. Mineral maddələrin çatışmazlığı okeanların böyük 
sah
ələrində müşahidə edilsə də, bu səbəbdən həyatın olmaması çox nadir hallarda 
müşahidə olunur. Beşinci şərt. Mühitin duzluluğu. Duzların konsentrasiyasının dəniz su- 
yundakından 10 dəfə çox olduğu yerlədə həyat yoxdur. Duzlu su buxarlandırılan süni 
m
ənbələrdə həyat yoxdur. Duzun qatılığı 270 q/l-dən yüksək olan yeraltı sularda da 
h
əyat yoxdur. Göstərilən amillər Yer kürəsinin çox kiçik sahələrində həyatı 
m
əhdudlaşdırır. Son dövrlərə kimi belə hesab edirdilər ki, okean dərinlikləri cansızdır. 
Lakin 1960-
cı ildə batiskafın köməkliyi ilə Mariana çökəkliyinin (dərinlik 10919 m, suyun 
temperaturu 2-4, t
əzyiq isə 1100 atm. idi) dibində həyat əlamətlərinin olduğu aşkar 
edildi. Şimal Buzlu okeanının ən yüksək enliklərində də həyat mövcuddur. Əsrimizin 70-
ci ill
ərində Rossa (Antarktida) dənizində buzun altında, 420 m dərinlikdə canlıların 
olması müəyyən edilmişdir. Beləliklə, bütün quru səthi (bəzi kiçik sahələri çıxmaq şərti 
il
ə) və okean dərinlikləri «həyat sahəsi» anlayışına uyğun gəlir. Lakin bütün atmosfer bu 
anlayışa cavab vermir və «dayanıqlı həyat sahəsi» yaradır. Atmosferin yuxan qatlannda 
77 knı-dək yüksəklikdə həyat qabiliyyətli orqanizmlərin tapılmasına baxmayaraq, əksər 
mikroorqanizml
ər alçaq yüksəklikdə məhv olur. Ona görə də biosferin yuxan sərhədi 
12,5 km hündürlükdə (quşlann uçuşunun rekord yüksəkliyi) müəyyən edilmişdir. 
Qit
ələrdə biosferin aşağı sərhədi sulann temperaturu, onlann dövran rejimi və onlarda 
mineral duzların qatılığı ilə müəyyən edilir. Canlı bakteriyalar temperaturu 100°C-yə 
q
ədər olan yeraltı sularda yaşayır, bu isə müxtəlif sahələrdə 500 m-dən 3 km-ə qədər 
d
ərinliklərə uyğundur. Həyatın aşağı sərhədi Dünya Okeanının dib çöküntüləri ilə 
əlaqədardır və dəniz dibinin səthindən 5 sm-dən 114 m-ə qədər aşağı olur. Geoloji 
baxımdan Yerdə həyat həmişə müxtəlif orqanizmlərin (biosenozların) mürəkkəb 
kompleksi formasında mövcud olmuşdur. Bununla belə, canlı orqanizmlər və onları 
əhatə edən mühit sıx bağlı olub, bir-biri ilə qarşılıqlı təsirdə olaraq, bütöv dinamik 
sistemi - bioqeosenozu 
əmələ gətirir. «Özünütəminetmə» sözünə ideal olaraq daha çox 
yaxın olan söz bioloji sistem xarakterli biosferadır. Biosfera özündə saysız-hesabsız 
biogeosenoz hiss
əciklərini birləşdirən «mozaika»ya bənzəyir. Bu hissəciklər bir-birləri ilə 
kort
əbii şəkildə birləşməyib, bir-birləri ilə inteqrasiya edib, biosfer təbəqəsində yeni 
unikal özünəməxsusluğun yaranmasını təmin edir. Bunlardan başlıcası biosferanın 
sabitliyinin uzun müddət saxlaya bilmək imkanına malik olmasıdır. Bu sabitliyi məkan və 
zaman t
əcrübəsində, müxtəlif dərəcəli ekosistemlərin təşkilində - biogeosenozdan 
tutmuş biosferə qədər - cisimlərin dairəvi olaraq bir-birini əvəz etməsi təmin etmişdir. Bu 
dair
əvi əvəzetmə ekosistemin bütün canlı komponentlərinin sıx fəaliyyəti ilə bağlıdır: 
yaşıl bitkilər (avtotroflar üzvi cisimlərin ilkin törəmələri), heyvanlar (konsu- mentlər və ya 
bitkiyey
ən heterotroflar birinci (bitki ilə qidalananlar), ikinci (vəhşi ət yeyənlər) və sonrakı 
ardıcıllıq), redusentlər (strukturu dəyişdirənlər, ölmüş heyvan və bitkinin üzvi 
hiss
əciklərini parçalayanlar, bitkilər tərəfindən mənimsənilən və dairəvi bir-birinə 
çevrilməni təmin edən sadə mineral birləşmələrinə qədər). Cisimlərin məhvi 
ekosistemd
ə və biosferdə tamamilə minimaldır; eneıji cərəyanı biryönlü xarakterdə 
olaraq pro- dusentd
ən redusentə qədər tropik səviyyəni keçərək azalır. İtirilmiş enerjini 
v
ə bununla da cisimlərin fasiləsiz dairəvi əvəzetməsini günəş şüalan təmin edir. Quru və 
d
əniz bitkiləri fotosintez üçün, Yer səthinin üzərinə düşmüş Günəş radiasiyasının cəmi 
0,5-1 %-ni istifad
ə edir. Halbuki, yerdə üzvi maddələrin əsas hissəsini bitki örtüyü əmələ 
g
ətirir, o, heyvan çəkisindən 100 dəfə çoxdur. Onun birillik məhsulu 100 mlrd, t2 təşkil 
edir. Biosferd
ə gündəlik olaraq əks istiqamətli proseslər də baş verir: həmin müddət 


ərzində, demək olar ki, eyni kütlədə canlı cisimlər oksigenləşərək, karbon-oksidə və ya 
süya çevrilir. Bu, yaranmış proseslər və canlı cisimlərin yığıntısı, ölmüş toxumlann sadə 
birl
əşmələrə çevrilməsi, bitkilər tərəfindən mənimsənilməsi, elementlərin bioloji və ya 
kiçik dövrləri ilə bir-birinə birləşirlər. Sintez və parçalanma prosesinin balansı heç də 
ideal deyildir. Geoloji zamanın böyük bir axarında istehsal olunmuş üzvi maddələrin 
xeyli hiss
əsi istifadə olunmamış və parçalanmamış, ya hissə-hissə anaerob (oksigen- 
siz) çöküntüdə saxlanmış, ya da bütövlüklə basdırılmışdır. Saxlanılmış üzvi maddələrin 
böyük bir toplantısı 300 mln. il əvvəl yığılmışdır, bu da böyük qazıntı materialının 
yaranmasına səbəb olmuş, bunun sayəsində isə insanlar sonralar sənaye inqilabını 
etmişdilər. Bitkilər üzvü maddələri qeyri-üzvi maddələrdən alır. Heyvanlar isə yalnız üzvi 
madd
ələr ilə qidalanırlar ki, onu da bitkilər istehsal edir. Heyvanlar bitkilərdən çox 
olarsa, ac qalardılar. Okeanda isə əksinə olaraq, heyvan kütləsi bitki kütləsindən 28 
d
əfə artıqdır. Bu da fıtoplanktonlann yüksək istehsalı ilə əlaqədardır. 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin