«İxtisasa giriş»



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə3/22
tarix23.11.2022
ölçüsü1,12 Mb.
#69987
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   22
M.Sunay-İxtisasa-giriş

3. Atmosferin 
əmələ gəlməsi və inkişafı 
Planetimizi 
əhatə edən vahid hava okeanı Yer üzərində həyatı qoruyur və 
saxlayır.Dünyanın dövlətləri qurunu öz aralarında bölüşə bilər, lakin daim hərəkətdə 
olan atmosfer b
əşəriyyətin ümumi mülkü, ümumi var-dövləti sayılır. Təbii mühitin bir 
komponenti kim
i atmosfer Kosmosla , dünya okeanı ilə, qurunun suları və təbii 
ekosisteml
ərlə qarşılıqlı əlaqədədir. Müasir dövrdə atmosferin çirklənməsi bəşəriyyətin , 
c
əmiyyətin «bəlasına», «xəstəliyinə» çevrilmişdir.Bu «bəla» əsasən insanın sənaye 
f
əaliyyətinin aktivləşməsi nəticəsində baş verir və insanın özünə , bütün canlılara, 
bitkil
ərə və bütövlüklə Biosferə mənfi təsir göstərir.Atmosferin çirklənməsi ən çox 
s
ənayenin inkişafı ilə əlaqədar olub fabrik, zavod, nəqliyyat vasitələri, məişət 
müəssisələri cəmləşən, həyat tərzi yüksək səviyyəyə çatan, yüksək milli gəlirə malik 
olan , enerjid
ən yüksək dərəcədə istifadə edən ölkələrdə baş verir.Bu ölkələrdə havaya 
çoxlu miqdarda karbon qazı, müxtəlif sənaye qazları və tozları artır. Atmosferin 
çirklənməsi həmçinin qlobal problem olub təbii və dövlət sərhədlərini tanımır, onlarala 
m
əhdudlaşmır və havası intensiv çirklənmiş sıx yerləşən yaşayış məntəqələrindən və 
s
ənaye cəhətdən inkişaf etmiş rayonlardan daha uzaqlara - əhalisi az, havası təmiz olan 
yaşayış məntəqələrinə yayılır.Odur ki, atmosferin çirklənməsi problemi bütün bəşəriyyəti 
narahat edir, bütün dövlətlər və xalqlar onun təmizliyinin qayğısına qalmalıdır. 8.1. 
Atmosferin quruluşu Dəniz səviyyəsindən yüksəkliyə qalxdıqca temperaturun dəyişmə 
xarakterin
ə görə atmosfer 5 əsas təbəqəyə bölünür : troposfer, strotosfer, mezosfer, 
termosfer v
ə ekzosfer . Troposfer atmosferin ən aşağı hissəsi olub qütblərdə qalınlığı 8-
10 km, ekvator zonasında isə 15-18 km – ə çatır. Troposferdə havanın t0 – ru 
(temperaturu) yüksəklikliyə qalxdıqca hər 100 m – də orta hesabla 0,5-0,6 0 aşağı 
düşür. Odur ki, hətta ekvatorda troposferin üst sərhədində temperatur ( - 700 ) təşkil 
edir. Troposferd
ə havanın 80 % - ə qədəri, yəni 8/10 hissəsi cəmləşir. Burada mühüm 
atmosfer prosesl
əri gedir ki, o da insanın həyat və fəalliyətinə təsir göstərir: Bu 
prosesl
ər istilik və rütubətlik mübadiləsi, buludların əmələ gəlməsi, yağıntılar, şimşək, 
tozlu tufanlar, quru küləklər və s. məhz troposferdə baş verir. Strotosfer - troposferdən 
üstdə yerləşərək 50-55 km-ə qədər çatır. Bu qatın aşağı hissəsində temperatur 
yüksəkliyə görə dəyişmir. Yuxarı hissəsində 35 km – dən sonra yüksəklik artdıqca 
temperatur çoxalır. Buna səbəb strotosferin yuxarı hissəsində günəş radiyasiyasının 
ozon qatı tərəfindən intensiv udulmasıdır. Belə ki, bu qatda ozon ekranı yaranır. 
Hündürlükdən asılı olaraq en dairəsi ilə əlaqədar ozonun miqdarı dəyişir. Ən sıx ozon 
t
əbəqəsi 30 km hündürlükdə qeyd olunur. Qütblərdə isə ozon təbəqəsi 18-20 km – də 


yerl
əşir. Strotosferdə troposferdəki kimi havanın hərəkəti müşahidə olunmur. Odur ki, bir 
qayda olaraq strotosferd
ə bulud yaranmır. Mezosfer - strotosferdən yuxarıda yerləşir. 
Onun yuxarı sərhədi 80-90 km hündürlükdən keçir.Mezosferdə t 0 - r –70, -800 -yə 
q
ədər enir. Termosfer - mezosferdən üstdə yerləşərək 800 km – ə qədər çatır. 
Termosferd
ə hava güclü ionlaşmışdır, ona görə burada elektrik keçirmə troposferə 
nisb
ətən milyardlarla yüksəkdir. Termosferdə yüksəkliyə doğru t0 -r qalxaraq onun 
yuxarı sərhədində təxminən 2000 0 - yə qədər çatır. Qeyd etmək lazımdır ki, belə 
yüksək t0 – r qaz malekullarının hərəkətinin kinetik enerjisini səciyyələndirir . Kosmik 
g
əmilər termosferdə olduqda , burada havanın olduqca seyrək olması ilə əlaqədar belə 
yüksək t 0 - run mənfi təsirinə məruz qalmır. Ekzosfer və ya səpələnmə sferi – 
atmosferin xarici qatı. Buradan yüngül atmosfer qazları sayılan hidrogen və helium 
planetl
ərarası fəzaya keçə bilər. Bu qat 2000-3000 km – ə qədər yayılır və tədricən 
kosmosa keçir. Yuxarıda göstərilən sferalar arasında keçid aralıq qatlar yerləşir. Onlara 
tropopauza, stratopauza v
ə s. deyilir. Məs. Trapopauza troposferi strotosferdən ayırır. 
8.2. Atmosferin t
ərkibi və onun həyatın mövcudluğunda rolu Atmosferin 10 9 hissəsi 
troposferd
ə yerləşir. Strotosferdə isə atmosfer kütləsinin cəmi 1000 1 hissəsi yerləşir. 
Göründüyü kimi canlı aləmə daha zəruri sayılan hava təbəqəsi əsasən troposferdədir. 
Atmosfer havası – müxtəlif qazların qarışığından ibarətdir. Onun tərkibinin 78,08 % - i 
azot, 20,95 % - i oksigen , 093 % arqon , 0,03 % 
– i karbon qazından ibarətdir.Qalan 
qazların payına (neon, helium,metan, ksenon, rodon və b.) təxminən 0,01 % düşür. 
Atmosfer oksigenl
ə nəfəsalmanın əsas mənbəyidir . İnsan bir dəqiqə ərzində 5 l – dən 
100 litr
ə qədər hava udaraq sutka ərzində 12-15 kq hava qəbul edir. Yəni insanın sutka 
ərzində qida və suya olan tələbatından artıq hava qəbul edir. Atmosfer insanı 
kosmosdan t
əhlükə yaradan bir sıra hadisələrdən xilas edərək meteoiritləri yerə daxil 
olmağa qoymur. Yalnız il ərzində Moskva şəhəri üzərində 200 – ə qədər meteoritin 
yanması müşahidə olunur. Atmosfer Yerin həddindən çox qızmasının qarşısını alır. Belə 
ki, atmosfer olmasa gündüzlər Yer səthi günəşdən + 100o – yə qədər qızar, gecələr isə 
əksinə - 100o – yə qədər soyuyardı və planetimiz də Ay kimi həyatsız olardı. Atmosfer 
olduğuna görə Yerdə to – r təxminən 15o təşkil edir. 111 Təbiətdə havanın əsas 
istehlakçıları (sərf ediciləri) flora və fauna sayılır. Hava Yer üzərindəki bütün canlılar 
üçün lazımdır. İnsan qidasız 5 həftə, susuz 5 gün, havasız isə 5 dəqiqə yaşaya bilər. 
Lakin insanların normal həyat fəaliyyəti üçün yalnız havanın mövcudluğu deyil, həm də 
havanın müəyyən dərəcədə təmizliyi vacibdir. İnsanın sağlamlığı havanın 
keyfiyy
ətindən, bitki örtüyü və heyvanat aləminin vəziyyətindən, istənilən evin, həmçinin 
qurğuların konstruksiyasından asılıdır. Çirklənmiş hava su, quru, dəniz, torpaq insan 
üçün zərərlidir. Atmosferin qaz örtüyü Yerdə yaşayan bütün canlıları ultrabənövşəyi
rentgen v
ə kosmik şüaların məhvedici təsirindən qoruyur. Atmosferin yuxarı qatları bu 
şüaları qismən udur, qimən isə səpələyir. Atmosfer bizi «ulduz qırıntılarından» qoruyur. 
Bel
ə ki, xırda meteoritlər Yerin cazibə qüvvəsi nəticəsində böyük sürətlə (11/64 km/san) 
planenitin atmosferin
ə girdikcə, orada hava ilə sürtünərək parçalanır, təxminən 60-70 
km yüksəklikdə onların çoxu yanır. Atmosfer, Yeri həmçinin iri kosmik qırıntılarından 
mühafizə edir. İşığın paylanmasında (yayılmasında) da atmosferin böyük əhəmiyyəti 
vardır. Atmosfer havası günəş şüalarını milyonlarla xırda şüalara parçalayır, bu şüaları 
s
əpələyir və bizə vərdiş etdiyimiz qədər bərabər ölçüdə işıqlanma yaradır. Hava 
örtüyünün mövcudluğu göyə mavi rəng verir, belə ki, havanın əsas elementlərinin 
molekulları və onda olan müxtəlif qarışıqlar əsasən qısa dalğalı şüalar, yəni bənövşəyi, 


göy və mavi şüalar yayır (saçır). Yerdən uzaqlaşdıqca havanın sıxlığı və çirklənməsi 
azaldığından göyün rəngi tündləşir, hava örtüyü sıx göy rəng, strotosferdə isə qara 
b
ənövşəyi rəng alır. Atmosfer səsin yayıldığı mühitdir. Yer üzərində hava olmasaydı 
orada s
əssizlik hökm sürərdi, insan danışığı olmazdı (eşidilməzdi). 
Qeyd etdiyimiz kimi havanın tərkibi müxtəlif qazların qarışığından ibarətdir. ( azot, 
oksigen, karbon qazı, arqon, hidrogen, ksenon , rodon və s ). Lakin təbiətdə belə 
t
ərkibdə təmiz havaya rast gəlmək qeyri mümkündür. Həqiqətdə isə havanın qaz 
mühitində çoxlu xırda bərk və maye hissəciklər mövcuddur . Beləliklə, hava areozol və 
ya dispers sistem halında olur . Bu çirkləndiricilər havaya biosferdən daxil olur. Ona 
görə ki, hər şeydən əvvəl hava biosferin bir hissəsidir, orada rast gəlinən bərk və maye 
hiss
əciklər havanın biosferin digər komponentləri, yəni su, torpaq və canlı orqanizimlərlə 
qarşılıqlı əlaqəsinin nəticəsidir (təzahürüdür). Təbiətdə baş verən təbii proseslər dispers 
hiss
əciklərlə havanın təchiz ediciləridir .Güclü vulkan püskürmələri zamanı xırda bərk və 
maye hiss
əciklərin böyük kütləsi havaya qalxır. Qazlarla birlikdə bu hissəciklər 20 km - 
d
ən də çox yüksəkliyə qalxaraq həftələrlə havada qala bilir. Məsələn, 1883- cü ildə 
İndoneziyada Krakatau vulkanı püskürən zaman vulkan tozu 24 km hündürlüyə qədər 
qalxaraq 5 il
ə yaxın havada qalmışdır . Havada qalan hissəciklər un və süd tozundan da 
xırda olub diametri orta hesabla 0,002 mm olmuşdur . 1912- ci ildə Alyaskada Katmay 
vul
kanı püskürən zaman 20 miliyard m3 toz 50 km yüksəkliyə qədər qalxmışdır. 1975 – 
ci ilin iyul 
– sentyabrında Kamçatkada püskürən Tolbaçik vulkanının məhsullarından biri 
olan tozun gün ərzində miqdarı antropogen toz tullantılarının 30 % - ə yaxınını təşkil 
edirdi. Vulkan püskürmələri zamanı havaya CO 2 –dən başqa CO , H2, SO 2 , H 2S , 
karbohidrogen qazları və s. buraxılır . Akad . V.İ.Vernadski göstərirdi ki , atmosfer tozu 
planetin kimyasında olduqca böyük rol oynayır . Hər il Amerika , Afrika , Avstraliya və 
dünyanın başqa ölkələrində yüzlərlə baş verən meşə yanğınları nəticəsində tüstünün 
xırda bərk hissəcikləri 10 və 100 km – lə ərazilərdə yayılır . Bozqır və torf yanğınları da 
mineral tozların əmələ gəlməsinə səbəb olur. Dağ süxurlarının aşınması və dağılması , 
torpaq eroziyası və onunla əlaqədar baş verən qum tufanları zamanı da hava xeyli 
miqdarda xırda hissəciklərlə dolur . Xüsusən karbonatlı süxurların aşınması zamanı 
onun t
ərkibindən CO 2 ayrılır və atmosferə daxil olur. Sahili çırpan dalğalar zamanı 
d
əniz «tozları» bir neçə km – lərlə havaya qaxır, havada quruyaraq orada dəniz duzları 
qalır. Hətta dənizlər arasında qalan Tasmaniya adalarında atmosferdə dəniz səthindən 
2000 m yüksəkliyə qədər xırda hissəciklərə təsadüf olunur. Onların tərkibində müxtəlif 
elementl
ər, o cümlədən mis müşahidə olunmuşdur . Sutka ərzində Yer səthinə 10 min 
tonlarla kosmik tozlar düşür. Kosmosdan gələn bu tozların mənşəyi hələ o qədər məlum 
deyil. Ola bil
ər ki , Günəşin fəalliyyəti nəticəsində əmələ gəlmişdir. Bu tozlar 
meteoritl
ərin yanmış qalıqları da ola bilər. Havada üzvi tozlara da rast gəlinir. Bu tozlar 
atmosferd
ə yaşayan aeroplanktonlardan , bakteriyalardan , göbələklərin sporlarından , 
bitkil
ərin tozcuqlarından , bitki və heyvanların çürümə, qıcqırma və parçalanması 
m
əhsullarından ibarətdir . Bitkilərin böyüməsi, çiçəkləməsi zamanı da havaya tozcuqlar 
buraxılır. 112 Dəniz səthindən 1600 m yüksəklikdə havada göbələk və ayıdöşəyilərin 
sporlarına təsadüf edilir . Nəhayət duman , bulud və yağışlar da aerozol sayılır, onları 
«su aerozolları» adlandırmaq olar . Bu təbii aerozollardan başqa havaya küllü miqdarda 
süni aerozollar da qarışır . Bunlar əsasən sənaye və nəqliyyatın fəaliyyəti zamanı əmələ 
g
əlir. 



Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin