«İxtisasa giriş»


M a d d ə 1 1 . Təbiətdən istifadə sahəsində lisenziya və icazə



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə14/22
tarix23.11.2022
ölçüsü1,12 Mb.
#69987
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   22
M.Sunay-İxtisasa-giriş

 
M a d d ə 1 1 . Təbiətdən istifadə sahəsində lisenziya və icazə
[11]
 
 
11.1. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 
təbiətdən istifadə sahəsində lisenziya və ya icazə tələb olunan müvafiq fəaliyyət növləri və ya hərəkətlər 
belə lisenziya və ya icazə alındıqdan sonra həyata keçirilir.
11.2. Təbiətdən istifadə sahəsində lisenziya və icazə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan 
Respublikasının Qanununa uyğun olaraq “bir pəncərə” prinsipi əsasında verilir. 
 
M a d d ə 1 2 .  Təbiətdən istifadənin dövlət tənzimlənməsi
 
Dövlət təbii resursların istifadəsini, bərpasını və mühafizəsini tənzimləyir. Bu məqsədlə 
dövlət proqramları tərtib edilir, təbii resursların kadastrı, monitorinqi və uçotu aparılır. 
M a d d ə 1 3 .  Təbiətdən istifadəçilərin vəzifələri və hüquqları
 
1. Təbiətdən istifadəçilərin vəzifələri: 
1.1. təsərrüfat və digər fəaliyyətlər üçün müəyyən edilmiş ekoloji və texnoloji tələblərə, 
qüvvədə olan standartlara və ətraf mühitin kəmiyyət, keyfiyyət normativlərinə riayət etmək; 
1.2. ətraf mühitin mühafizəsi və təbii resursların bərpası üzrə tədbirləri müəyyən edilmiş 
qaydada həyata keçirmək; 
1.3. təbii resurslardan istifadəyə, ətraf mühitin çirkləndirilməsinə görə müəyyən edilmiş 
ödəniş və cərimələri vaxtında ödəmək; 
1.4. ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən orqanların tələbi ilə 
lazımi məlumatı təqdim etmək. 
2. Təbiətdən istifadəçilərin hüquqları: 
2.1. təbii resurslardan məqsədli, təyinatı üzrə istifadə etmək; 
2.2. ətraf mühitə zərər vurmadan ayrılmış təbii resurslardan qənaətlə istifadə etmək. 
3. Təbiətdən istifadəçilərin hüquqları qanunla qorunur. Təbiətdən istifadəçilərin pozulmuş 
hüquqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada bərpa 
edilməlidir. 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin