«İxtisasa giriş»


 Az ərbaycanda litosferin ekoloji vəziyyəti və problemləri



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə8/22
tarix23.11.2022
ölçüsü1,12 Mb.
#69987
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   22
M.Sunay-İxtisasa-giriş

8. Az
ərbaycanda litosferin ekoloji vəziyyəti və problemləri 
Torpaq xüsusi üzvi-mineral tərkibli, təbii-tarixi törəmə olub, litosferin təbii təbəqələrinin 
atmosfer, hidrosfer, canlı və ölmiiş orqanizmlərin müxtəlif relyef vo iqlim şəraitində 
qarşılıqlı əlaqəsi nəticəsində yaranmışdır. Bütün canlı orqanizmlər məhz onun 
m
əhsulları ilə qidalanır və canlı maddələrin təbiətdə dövranı mövcud olur. Hətta 
torpaqda humusun azacıq çatış- maması onun ekoloji funksiyalarının normal yerinə 
yetirilm
əsinə maneə olur, xassələri zəifləyir, deqradasiyaya uğrayır - məhsuldarlığı 
azalır. Lakin torpağın ekoloji deqradasiyasının ən vacibi antropogen xarakterli təsirlərdir. 
Torpaqlar k
ənd təsərrüfatı məhsulları istehsalının və aqro-ekosistemlərin əsas obyekti 
hesab olunur. B
əşəriyyət bütün yeyinti məhsullarının 95%-ni torpaqdan alır. Əkinçilik 
üçün yararlı torpaqlardan alınan qida məhsulları insanın qida ehtiyatının 88%-ni təşkil 
edir. Torpaq, h
əmçinin bütün canlı orqanizmlərin qidalanma mənbəyi olmaqla onların 
yaşayışını təmin edən amildir. Torpaq orqanizmlərin, xüsusilə ilkin produsentlərin, 
suyun, qida v
ə enerji maddələrinin və məhsuldarlığın akkumlyatoru sayılır. O həm də 
bütün canlı orqanizmlərdə mövcud olan fcmıcntlərin (pcroksidazlar, nitro- genazlar, 
nitrorcdııktazlar vo katalazların) mənbəyidir. Bu fermentlər torpağın azot, hidrotcmıiki, 
temperatur v
ə nəmlik rejiminin saxlanmasını təmin edir. Torpaq sanitar funksiyasını 
yerin
ə yetirir. Belə ki, yaz aylarında torpağın temperaturu +50°C olduqda N, P və K-un 
aktivl
əşməsinə, hərəkətinin artmasına səbəb olur və vegetativ dövrün başlanmasını 
x
əbər verir, uzun müddət ərazinin ekoloji vəziyyəti haqqında informasiyanı özündə 
saxlayır. Bunun isə torpağın monitorinqi və proqnozlaşdırılmasında müstəsna 
əhəmiyyəti vardır. Torpağın əsas funksiyalarından biri də onun enerji mənbəyi 
olmasıdır. Yer qabığında spesifik üzvi maddə olan humusun toplanması kimyəvi 
enerjinin yaranmasında xüsusi rol oynayır. Günəşdən Yerə daxil olan biogen eneıji 
torpaqda toplanaraq transformasiya olunur v
ə paylanır. Həmin potensial bio- gen enerji 
eht
iyatı əsasən bitkilərin kökündə mikroorqaniznılərin biokütləsində və humusda 
toplanaraq h
əyati vacib proseslərin icrasına sərf olunur. Torpaq litosferi ekzogen 
amill
ərin təsirindən qoruyur, həmçinin geoloji funksiyaları tənzimləyir. Torpaq - biosferin 
mövcudluğu və biotoplann yaşayışını təmin edən xüsusi təbii-tarixi prioritet ekoloji 
amill
ərdən biri olmaqla suyun, havanın və canlı orqanizmlərin qarşılıqlı təsiri zamanı 
litosferin üst qatının dəyişilməsi nəticəsində ana süxur adlanan kütlədən əmələ gəlir. 
Torpaq tarix
ən bütün canlıların yaşayış uğrunda mübarizə obyekti, həmçinin dövlətlər, 
q
əbilələr və tayfalar arasında baş verən müharibələrin əsas səbəbi olmuşdur. O, həm 
d
ə bütün canlıların yaşayışının mənbəyidir. Torpaq xarici mühitin mühüm amillərindən 
bi
ri olmaqla, böyük əhəmiyyətə malikdir və təbiətin başlıca nemətidir. Torpaq Günəş 
şüasını, kimyəvi maddələri, qazları, təsərrüfat, sənaye və məişət tullantılarım, bitki 


qalıqlarını, heyvan cəsədlərini udub özündə cəmləşdirir. Torpaq habelə müxtəlif 
mikroor
qaniznılərin və mikrofaunalarm mənbəyidir. Müxtəlif kimyəvi, bioloji proseslər, 
h
əmçinin mürəkkəb üzvi maddələrin bitkilər tərəfindən mənimsənilə biləcək sadə 
mineral birl
əşmələrə parçalanması torpaqda gedir. Biosferin tərkib hissəsi kimi litosferin 
çirklənməsinin qarşısının alınması və mühafizə edilməsi günün əsas məsələlərindən 
biridir. T
əbii hadisələr və antropogen təsirlər nəticəsində Yerin kimyəvi tərkibi daim 
d
əyişir. Antropogen mənşəli ağır metallar torpağa bərk və ya maye çöküntülər şəklində 
düşür. Mineral gübrələr bitkiləri, bitki məhsullarını və onlardan istifadə edən 
orqanizml
ərə mənfi təsir göstərir. Ətraf mühitə yad olan kimyəvi məhsullar litosferə 
insanın fəaliyyəti nəticəsində düşürlər və ekosistemin abiotik tərkibinə, canlılara və 
xüsusən də insanın özünə zərərli olurlar. Kimyəvi maddələrin ətraf mühitə zərərli təsiri 
k
əskin və xroniki xarakter daşıyır və bu maddələr torpaqda toplandıqdan sonra özünü 
göstərə bilir. Yalnız kimyəvi sintez nəticəsində kimyəvi məhsul ətraf mühitə yad olan 
kscnobio
tik quruluşlarına və bioloji xassələrinə görə bəşər üçün təhlükəlidir. Biokimyəvi 
madd
ələr bioradioaktiv maddələrdir ki, onların parçalanması zamanı şüalanma 
m
ənbəyinə çevrilir. Bu şüalanma güclü bioloji təsirə malik olur. Torpağın turşularla 
çirklənməsi həm təbii və həm də antropogen amillər vasitəsilə həyata keçir. Antropogen 
v
ə təbii turşu çirklənmələri torpaqda bitkilərin qidalanması üçün əhəmiyyətli olan ionların 
yuyulmasına gətirib çıxarır. Nəticədə həmin ionlar dərin qatlara miqrasiya edir ki, bu da 
ağacların kökləri üçün əlçatmaz olur. Torpağın ağır metallarla kəskin formada 
çirklənməsi onun özünə, bitki və heyvanların yaşayış səviyyəsinə kəskin təsir göstərir. 
K
ənd təsərrüfatında mineral gübrələrdən istifadənin bitkilərin məhsuldarlığının 
artırılmasında, dünyada insanların qidaya olan tələbatının ödənilməsində faydası 
əvəzsizdir. Dünyada hər adam başına 90 kq hesabı ilə mineral gübrə istehsal 
olunmalıdır. İstehsal olunmuş mineral gübrələrin tətbiqinə ekoloji nəzərdən 3 mövqedən: 
gübrənin ekosistemə, torpağa və atmosferə yerli təsiri və gübrələrin torpağın 
m
əhsullarının keyfiyyətinə və insanın sağlamlığının təsiri baxımından yanaşmaq 
lazımdır. Torpağın kimyəvi çirklənməsi həm bitkilərin və bitki məhsullarının, həm də bu 
m
əhsulları istifadə edən orqanizmlərə mənfi təsir göstərmək qabiliyyətinə malikdirlər. 
9.

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin