Mövzu 15 ZƏHƏRSİZLƏŞDİRMƏNİn nöVLƏRİ Deqazasiya



Yüklə 0,96 Mb.
səhifə1/11
tarix26.04.2022
ölçüsü0,96 Mb.
#56433
  1   2   3   4   5   6   7   8   9   10   11
referat 6137


MÖVZU 15
ZƏHƏRSİZLƏŞDİRMƏNİN NÖVLƏRİ
Deqazasiya
Zəhərləyici və güclü təsirli zəhərli maddələrlə kimyəvi reaksiyaya girən, onları zəhərsizləşdirən, qeyri-toksik və zəif toksik birləşmələrə çevirən kimyəvi birləşmələrə və yaxud qarışıqlara deqazasiya maddələri deyilir.

Zirehli avtomobilin deqazasiyası


Deqazasiya maddələri özlərinin təbiətinə və hər hansı bir zəhərləyici və ya güclü təsirli maddə ilə qarşılıqlı əlaqəyə girməsi xassələrinə görə iki əsas qrupa təsnif olunurlar:

  • Oksidləşdirici və xlorlaşdırıcı təsirli deqazasiya maddələri;

  • Əsas xarakterik (hidroliz təsirli) deqazasiya maddələri.

Belə ki, iprit tipli zəhərləyici maddələrin (ZM) deqazasiyası üçün oksidləşmə və xlorlaşma reaksiyalarından, zoman tipli ZM-in deqazasiyası üçün qələvi hidroliz reaksiyalarından, qazların deqazasiyası üçün isə oksidləşmə reaksiyalarından geniş istifadə olunur.

Qeyd etmək lazımdır ki, deqazasiya maddələrinin bu təsnifatı şərtidir, çünki oksidləşdirici və xlorlaşdırıcı təsirli qrupa aid bir sıra maddələr əsas xassələrə də malik ola bilər.

Oksidləşdirici və xlorlaşdırıcı deqazasiya maddələrinə aşağıdakılar aiddir:


  • Kalsium hipoxloridin üçdə iki əsas duzu (DTS QK);

  • Dixloramin B (DT-2);

  • Heksaxlormelamin (DT-6).

Kalsium hipoxloridin üçdə-iki əsas duzu (DTS QK) aşağıdakı tərkibli bir neçə maddənin qarışığından ibarətdir:

  • Kalsium hipoxlorid – 52 faizdən az olmayaraq;

  • Kalsium hidroksid – 20-24 faiz;

  • Kalsium xlorid – 6-8 faiz;

  • Kalsium karbonat və digər qatışıqlar – 10 faizdən artıq olmayaraq

DTS QK-də fəal xlorun miqdarı kalsium hipoxloridin miqdarına bərabərdir. DTS QK xarici görünüşünə görə, xlor qoxulu ağ rəngli tozdur.

DTS QK-ın çəkisi 1 litrdə - 0.8 kq miqdarda qəbul olunmuşdur.

DTS QK üzvi həlledicilərdə həll olunmur, suda zəif həll olunur, amma bəzi hallarda müəyyən miqdarda həll olunmayan maddələrdən ibarət çöküntü: kalsium karbonat, kalsium hidroksid və s. əmələ gəlir.

DTS QK özünün tərkibindəki kalsium hipoxloridin hesabına güclü oksidləşdirici və xlorlaşdırıcı xassələrə, onun sulu məhlulları isə kalsium hidroksidin hesabına – qələvi reaksiyaya malikdir. Bununla əlaqədar olaraq o, - qazları, ipriti və zarini deqazasiya edə bilər.

Xlorlu əhəng də həmin xassələrə malikdir, amma onun deqazasiya imkanları az, suda həll olunma qabiliyyəti zəifdir.

DTS QK və xlorlu əhəng metal əşyaların güclü korroziyasına səbəb olur, parçaların rəngini soldurur və dağıdır. Xüsusi təmizlənmə zamanı DTS QK-ın və xlorlu əhəngin bu xassələri nəzərə alınmalıdır.

DTS QK və xlorlu əhəng +5ºC-dən aşağı olmayan temperaturlardan ərazinin və qurğuların deqazasiyası (dezinfeksiyası) üçün istifadə olunur. Qurğuların üfüqi səthini və ərazini quru (toz şəkilli) DTS QK və xlorlu əhənglə, yaxud onların 1 faizli sulu məhlulları (suspenziya) ilə deqazasiya etmək mümkündür. Qurğuların şaquli səthləri isə bu maddələrin sulu sıyıqları (maddələrin 2 həmçinin 1 su həcmi ilə qatışığı) ilə deqazasiya edilir.

Ərazinin deqazasiyası (dezinfeksiyası) üçün DTS QK və xlorlu əhəng məhlulu (suspenziya) istifadə edilir.



Yaşayış məntəqəsində deqazasiya tədbirləri


Ərazinin və qurğuların deqazasiyasında istifadə normaları deqazasiya olunan ərazinin 1m² üçün:

  • Quru maddələr – 0.5-1 suspenziyalar;

  • sıyıqlar isə 1 m² - 1.5-2 litrdir.

DTS QK-nın 1%-li sulu məhlulundan (suspenziyasından) DK-4 komplektinin və b. köməyi ilə texnikanın deqazasiyası üçün istifadə edilir.

DT-2 (dixloramin B) xlor qoxulu, suda həll olunmayan, dixloretanda yaxşı həll olunan sarımtıl – ağ pulcuqlu kristallardır.

Dixloretan 10 faizli məhlul şəkilində DT-2 (1№-li deqazasiya məhlulu) qazla və ipritlə zəhərlənmiş texnikanın deqazasiyası, eləcə də dezinfeksiyası üçün istifadə olunur.

Digər deqazasiya maddələri olmayan hallarda qurğuların deqazasiyası üçün də bu məhlullardan istifadə oluna bilər.

Məhlul istifadə edilməzdən öncə hazırlanır. Hazır məhlul 14 sutkaya qədər saxlanıla bilər.

Məhlulda güclü çöküntünün əmələ gəlməsi, onun deqazasiya üçün yararsız olmasını göstərir.

1№-li deqazasiya məhlulu rənglənməmiş metal səthlərin paslanmasına səbəb olur, geyim və ayaqqabıları dağıdır, insan dərisini qıcıqlandırır.

Məhlul orqanizmə keçərkən və buxarları ilə tənəffüs zamanı zəhərləyici təsir göstərir. 1№-li məhlul DK-V komplektindən başqa, bütün digər texniki vasitələrlə işlədilə bilər.

DT-6 (heksaxlormetilamin) xlor qoxulu sarımtıl – ağ rəngli narın kristallı tozdur. DT-6 suda həll olunmur, dixloretanda isə yaxşı həll olunur. DT-6-nın dixloretanda isə yaxşı həll olunur. DT-6-nın dixloretanda məhlulları dəyanətlidir, 2 və daha artıq il ərzində saxlanıla bilər.

Quru DT-6 detonasiya və zərbə zamanı partlayıcı xassəsinə görə təhlükəlidir, alovlanır, amma partlamadan yanır. Kimyəvi xassələrinə görə DT-6 DT-2-yə bənzəyir, lakin onun deqazasiya imkanları daha güclüdür.

Kimyəvi təmiz dixloretan – rəngsiz mayedir. Texniki dixloretan spirtlə, yaxud xloraforma bənzər qoxulu, tünd rəngli mayedir.

Dixloretanın qaynama temperaturu 84ºC, donma temperaturu 35ºC-dir. Yandırıldıqda dixloretan qara tüstü əmələ gətirməklə alovlanır. Suda həll olunmur. Dixloretan bir çox üzvi həlledicilərlə qatıla bilər və zəhərləyici maddələri yaxşı həll edir. Dixloretan olduqca zəhərlidir. Onun 50 q miqdarında orqanizmə düşməsi ölümlə nəticələnir. Dixloretan dəriyə uzun müddət təsir edərkən onu zədələyir.

Qələvi xarakterli maddələr və məhlullara 2-aş (2-bş) №-li deqazasiya məhlulu, kalsiumlaşmış (susuzlaşdırılmış) soda və ammonium bikarbonat aiddir.

2-aş və 2-bş №-li deqazasiya məhlulları mənfi 35-40ºC temperaturda donmayan qələvi maddələrin sulu məhlullarından ibarətdir.

2-aş №-li məhlulun tərkibini 2 faiz yeyici natrium, 5 faiz monovtanolamin və 93 faiz ammonyaklı su təşkil edir.

2-bş №-li məhlulun tərkibini 10 faiz yeyici natrium, 25 faiz monovtanolamin və 65 faiz sudan ibarətdir.

2-aş №-li məhlul-ammonyak qoxulu, 2-bş №-li məhlul isə qoxusuzdur.

Güclü qələvi xassələrə malik olduğuna görə deqazasiya məhlullarından, zarinin deqazasiyası üçün istifadə olunur. Bu məhlullar boyaları yumşaldıb yuyur, alüminium səthlərin korroziyasına səbəb olur, yun, dəri və xəz əşyaları dağıdır, insan dərisinə düşdükdə onu qıcıqlandırır. Onların gözlərə düşməsi olduqca təhlükəlidir. 2-aş və 2-bş №-li deqazasiya məhlullarından 1№-li deqazasiya məhlulundan istifadə olunması zamanı işlədilən həmin texniki vasitələrin köməyi ilə işlənilir.

2-aş və 2-bş №-li deqazasiya məhlulları adətən iş yerində hazırlanır. 2-aş və 2-bş №-li deqazasiya məhlullarını və ya onların komponentlərini xlorlu əhəng, DT-2 və DT-6 maddələri ilə birgə saxlanılması məsləhət görülmür.

Kalsiləşdirilmiş (susuzlaşdırılmış) soda suda yaxşı həll olunan, ağ rəngli, xırda kristallı tozdur. Kalsiləşdirilmiş soda məhlulları qələvi xassələrə malikdir. Belə sodadan 2 faizli sulu məhlul şəklində pambıq parçalardan tikilmiş hərbi geyiminin qaynatma üsulu ilə deqazasiyasında istifadə olunur. Bu soda taxta yeşiklərdə yaxud çoxqatlı kağız kisələrdə saxlanılır.

Ammonium bikarbonat – ammonyak qoxulu ağ kristallik tozdur. Yüksək temperaturda (35-60ºC) ammonyak və karbon qazının ayrılması ilə müşayiət olunur. Ammonium bikarbonatdan hərbi geyimin deqazasiyası üçün istifadə olunur. Ammonium bikarbonatın həcmi 50 litr olan dəmir çəlləklərdə saxlanılır.


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin