Kalsium hipoxloridin üçdə iki əsas duzu (DTS QK) – 2.5 faizli məhlul halında binaları, zibil quyularını, yük vaqonlarını, torpağı və s. zərərsizləşdirmək üçün tətbiq edilir.
Lizol – 3-5 faizli məhlul halında maye ifrazatları, binaları, dəri və rezin məmulatları, ayaqqabıları, əlləri zərərsizləşdirmək, alt və üst paltarları islatmaq üçündür.
Formalin – formaldehidin 40 faizli suda məhluludur. Dezinfeksiya kameralarında dəri və xəz əşyaları zərərsizləşdirmək, toxumaları məhv etmək üçün işlədilir.
Dezinfeksiya tədbirlərini şərti olaraq profilaktika və qırıcı tədbirlər növünə ayırırlar. Profilaktika tədbirlərinə: yaşayış binalarının və yardımçı binaların təmiz saxlanılması, qapı və pəncərələrə tor çəkilməsi, xırda su hovuzlarının və arxlarının təmizlənməsi və s. aiddir. Qırıcı tədbirlər fiziki və kimyəvi vasitələrlə icra edilir. Dezinfeksiya kamerasından və texniki vasitələrdən əlavə bu məqsəd üçün insektisid adlanan zəhərli maddələrdən istifadə olunur. Ən çox işlədilən insektisidlər aşağıdakılardır:
Heksaxloran – həşəratı, biti, birəni, milçəyi, ağcaqanadı və s. məhv etmək üçün toz, məhlul, aerozol (tüstü) halında tətbiq edilir.
Xlorofos – fosforlu üzvi maddədir, 1-5 faizli su məhlulu, 10 faizli toz, zəhərli yem, “muxomor” kağızı formasında işlədilir.
Kafbofos – 0.15 faizli su emulsiyası halında, paltarları bit qıran məhlula hopdurmaq üçün işlədilir.
Dostları ilə paylaş: |