Mövzu 15 ZƏHƏRSİZLƏŞDİRMƏNİn nöVLƏRİ Deqazasiya


Deqazasiya üsulları və onların xarakteristikası



Yüklə 0,96 Mb.
səhifə2/11
tarix26.04.2022
ölçüsü0,96 Mb.
#56433
1   2   3   4   5   6   7   8   9   10   11
referat 6137

Deqazasiya üsulları və onların xarakteristikası
Deqazasiya kimyəvi, fiziki-kimyəvi və fiziki üsullarla aparıla bilər.

Deqazasiyanın kimyəvi üsulu deqazasiya maddələrinin zəhərlənmiş obyektlərin üzərindəki zəhərləyici maddələrlə kimyəvi əlaqələrə qoşulmasına əsaslanır. Nəticədə qeyri-toksik birləşmələr əmələ gəlir.

Deqazasiyanın bu üsulu zəhərlənmiş yerlərin deqazasiya məhlulları (suspenziya), yaxud DTS QK (xlorlu əhəng) sulu sıyığı ilə təmizlənməsi vasitəsilə əldə edilir.

Bu üsulla deqazasiya zamanı xüsusi maşınların deqazasiya maddələrində isladılmış fırçalarından, əskilərdən və s. istifadə olunur. Zəhərlənmiş qurğuların xüsusən də ağac, dəri, toxuma əşyaları yuxarıdan aşağıya doğru istiqamətdə silib təmizləyirlər.

Zəhərləyici maddənin növü müəyyən edilməmişdirsə, zəhərlənmiş obyektləri əvvəlcədən 1-№-li deqazasiya məhlulu ilə təmizləyir, sonra isə 2-aş (2-bş) №-li deqazasiya məhlulundan istifadə edirlər.

Zəhərləyici maddənin növü müəyyən edilibsə, bu zaman iprit, V-qazı tipli zəhərləyici maddələri - 1-№-li deqazasiya məhlulundan, zoman tipli ZM-lə zəhərlənmədən 2-aş (2-bş) №-li deqazasiya məhlulundan istifadə olunmaqla deqazasiya edirlər.

1-№-li deqazasiya məhlulundan istifadə edildikdə reaksiyanın turşulu məhlulları metal səthlərin güclü korroziyasına səbəb olur. Məhz buna görə bu məhluldan istifadə zamanı təmizlənmiş metal səthlər 2-aş №-li deqazasiya məhlulu ilə silinməli, sonra təmizlənib yağlanmalıdır.

1-№-li və 2-aş №-li məhlullar boyaq örtüklərini dağıdır. 2-aş №-li məhlul bundan əlavə, alüminium səthlərə də həmin cür təsir göstərir.

1-№-li və 2-aş №-li deqazasiya məhlullarından istifadə olunduqda səthi deqazasiyaya dərhal nail olunur, amma dərin deqazasiya müəyyən vaxt tələb edir. Məhz bu səbəbdən, texnika və avadanlığın deqazasiyasından sonra təhlükəsizlik qaydalarına riayət etmək vacibdir.

V-qazı və ipritlə zəhərlənmiş qurğu, texnika və avadanlıqları texniki vasitələrin köməyi ilə (DTS QK suspenziyaları) deqazasiya etmək olar.

DTS QK suspenziyası DK-4 komplekti vasitəsilə də tətbiq edilərkən suspenziya avtomobilin mühərrikində işlənilmiş qazların tərkibindəki karbon qazının hesabına turşulaşır. Nəticədə onun oksidləşdirici qabiliyyəti artır, reaksiya daha tez və dolğun keçir.

Deqazasiyanın fiziki-kimyəvi üsulu. Bu üsul yuyucu məhlullar yaxud həlledicilər vasitəsilə zəhərlənmiş səthdən ZM-in yuyulmasına əsaslanır.

Deqazasiyanın effektliliyinə görə, xüsusən də ZM-i qatı resepturalarının deqazasiyası zamanı, yuyucu məhlullar deqazasiya məhlullarına nisbətən zəifdir. Amma yuyucu məhlulların istifadəsində də obyektlərin ilkin zəhərlənmə dərəcəsi 10-100 dəfə azalır, bəzən tam təmizlənir. Qeyd etmək lazımdır ki, yuyucu məhlullar vasitəsilə yalnız səthi deqazasiyaya nail olunur.

Yuyucu vasitələrdən deqazasiya məhlulları olmadıqda, eləcə də, 1-№-li və 2-aş (2-bş) №-li məhlullarla deqazasiyanı aparmaq məsləhət görüldükdə istifadə olunur (təyyarə, optika, rabitə vasitələri və b.).

Deqazasiya edici maddələr sərbəst halda ZM-ləri zərərsizləşdirmir, yalnız məhlul halında zəhərlənmiş səthdən ZM-i xaric edir. Həlledicilərdən benzin, ağ neft, dizel yanacağı, dixloretan, spirt daha çox işlədilir. Dixloretan zəhərlidir və onu qapalı yerlərdə işlətmək olmaz, çünki həll olunmuş ZM materialın daxilinə daha dərin hopacaq. Deqazasiyadan sonra tərkibində ZM olduğuna görə həlledicilərdən istifadə etmək təhlükəlidir. Deqazasiya, zəhərlənmiş səthdə yuxarıdan aşağıya doğru istiqamətdə icra olunur. Sonra bu səthi qurulayırlar. Belə işlənmə 2-3 dəfə aparılır. Əskilərlə silindikdə 1-2 litr/m² həlledici, fırçalarla isə 2-3 litr/m² həlledici sərf edilir.

Deqazasiyanın fiziki üsulu yüksək temperaturlu qaz axınının təsiri şəraitində zəhərlənmiş səthlərdən ZM-in buxarlanması və qismən parçalanmasına əsaslanır. Bu üsul istilik maşınları vasitəsilə aparılır.

Bu üsulla istənilən ZM-i deqazasiya etmək olur. Nəticədə, digər üsullara nisbətən tam deqazasiya olunur. O, sürətlə gedir, boyaq örtükləri dağılmır, əl əməyi tələb olunmur (məsələn, avtomobilin tam deqazasiyası üçün 5-6 dəqiqə tələb edilir).


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin