Metilasetofos – 0.5-1 faizli su məhlulu, 5 faizli toz, bit qıran məhlula hopdurmaq üçün işlədilir.
Adamların və heyvanların yoluxucu xəstəliklərinin törədicilərini yayan gəmiriciləri məhv (deratizasiya) etmək üçün mexaniki və kimyəvi üsullardan istifadə olunur.
Kimyəvi üsulun mahiyyəti gəmiriciləri ratisid adlanan zəhərli maddələrlə zəhərləməkdən ibarətdir. Ən təsirli ratisid maddələrə sink fosfidi, ratin, zookumarin, talium sulfat, tiosemikarbazid, barium karbonad, flüorasetamid və s. adlı maddələr aiddir. Zəhərli tələ yemi hazırlayarkən bu məqsəd üçün ərzağı (çörək qırıntıları, ət, un, dən, bişirilmiş tərəvəz) xırda doğrayır, buna yağ, su qatır, sonra 2-3 pay zəhər qarışdırırlar.
Gəmilərdə, dəmir yol vaqonlarında, təyyarələrdə və çöl şəraitində deratizasiya əsasən qazlar vasitəsilə həyata keçirilir.
Dostları ilə paylaş: |