"Azərbaycan Hava Yolları"



Yüklə 154,19 Kb.
tarix29.12.2021
ölçüsü154,19 Kb.
#48522
S a5


“Azərbaycan Hava Yolları” QSC

Milli Aviasiya Akademiyası

“Ətraf mühitin aerokosmik monitorinqi” kafedrası

Sərbəst iş № 5

Fakultə: Aerokosmik

Qrup: 1438A

İxtisas: Ekologiya mühəndisliyi

Mövzu: Atmosferin strukturu

Fənn Atmosfer proseslərində MZ üslulların tətbiqi

Müəllim: Əzizov Bəxtiyar

Tələbə: İsmayılova Simarə

Bakı 2021


Dəniz səviyyəsindən yüksəkliyə qalxdıqca temoeraturun dəyişmə xarakterinə görə atmosfer 5 əsas təbəqəyə bölünür: troposfer, strotosfer, mezosfer termosfer və ekzosfer (şək.1.).

Troposfer atmosferin ən aşağı hissəsi olub qütblərdə qalınlığı 8 – 10 km, ekvator zonasında isə 15 – 18 km - ə çatır. Troposferdə havanın temperaturu (t) yüksəkliyə qalxdıqca hər 100 m – də orta hesabla 0,5 – 0,6 dər. aşağı düşür. Odur ki, hətta ekvatorda troposferin üst sərhədində temperatur 700 C təşkil edir. Troposferdə havanın 80% - ə qədəri yəni 8/10 hissəsi cəmləşir. Burada mühüm atmosfer prosesləri gedir ki, o da insanın həyat və fəaliyyətinə təsir göstərir. bu proses istilik və rütubətlik mübadiləsi, buludların əmələ gəlməsi, yağıntıların, şimşək, tozlu tufanlar, quru küləklər və s. məhz troposferdə baş verir.

Strotosfer – troposferdən üstdə yerləşərək 50 – 55 km - ə qədər çatır. Bu qatın aşağı hissəsində temperatur hündürlüyə görə dəyişmir. Yuxarı hissəsində 35 km – dən sonra hündürlük artdıqca temperatur yüksəlir. Buna səbəb strotosferin yuxarı hissəsində günəş radiasiyasının ozon qatı tərəfindən intensiv udulmasıdır. Belə ki, bu qatda ozom erkanı yaranır. Hündürlükdən asılı olaraq en dairəsi ilə əlaqədar ozon miqdarı dəyişir. ən sıx ozon təbəqəsi 30 km hündürlükdə qeyd olunur. Qütblərdə isə ozon təbəqəsi 18 – 20 km – də yerləşir. Strotosferdə troposferdəki kimi havanın hərəkəti və sıxlığı müşahidə olunur. Odur ki, bir qayda olaraq strotosferdə bulud yaranmır.

Mezosfer – strotosferdən yuxarıda yerləşir. Onun yuxarı sərhədi 80 – 90 km hündürlükdən keçir. Mezosferdə temperatur tədricən artaraq 0 – dərəcəyə yaxınlaşır.

Termosfer – mezosferdən üstdə yerləşərək 800 km - ə qədər çatır. Termosferdə hava güclü ionlaşmışdır, ona görə burada elektrik keçirmə troposferə nisbətən milyardlarla yüksəkdir. Termosferdə yüksəkliyə doğru t – ru qalxaraq onun yuxarı sərhədində təxminən 20000 – yə qədər çatır.

Qeyd etmək lazımdır ki, belə yüksək temperatur qaz molekullarının hərəkətinin kinetik enerjisini səciyyələndirir. Kosmik gəmilər termosferdə olduqda, burada havanın olduqca seyrək olması ilə əlaqədar belə temperaturun mənfi təsirinə məruz qalmır.



Şək.1. Atmosferin quruluşu

Əgər Yer kürəsinin ətrafında atmosfer olmasıydı, Yerin səthinə günəş düşdüyü halda (gündüzlər), səthinin temperaturu 120 – 1300 C olardı gün batdıqda isə, Yer səthinin temperaturu – 1300 – yə qədər soyuyardı və planetimiz də Ay kimi həyatsız olardı. Atmosferin təsirinə görə Yerdə orta Temperatur 150 olur. Təbiətdə havanın əsas nizamlayıcıları flora, fauna və dünya okeanı sayılır. Hava Yer üzərindəki bütün canlılar üçün lazımdır. İnsan qidasız 5 həftə, susuz 5 gün, havasız isə 5 dəqidə yaşaya bilər. Lakin insanların normal həyat fəaliyyəti üçün yalnıq havanın mövcudluğu deyil, həm də havanın müəyyən dərəcədə təmizliyi vacibdir. İnsan sağlamlığı havanın keyfiyyətindən, bitki örtüyü və heyvanat aləminin vəziyyətindən, istənilən evin, həmçinin qurğuların konstruksiyasından asılıdır. Çirklənmiş hava,su, dəniz, torpaq insan üçün zərərlidir. Atmosferin qaz örtüyü Yerdə yaşayan bütün canlıları ultrabənövşəyi, rentgen və kosmik şüaların məhvedici təsirindən qoruyur. Atmosferin yuxarı qatları da şüaları udur, qismən isə səpələyir. Atmosfer bizi “ulduz qırıntılarından” qoruyur. Belə ki, xırda meteoritlər Yerin cazibə qüvvəsi nəticəsində böyük sürətlə (11/64 km/san) planetin atmosferinə girdikcə, orada hava ilə sürtünərək parçalanır, təxminən 60–70 km yüksəklikdə onların çoxu yanır. Atmosfer, Yer həmçinin iri kosmik qırıntılarından mühafizə edir.

İşığın paylanmasında (yayılmasında) da atmosferin böyük əhəmiyyəti vardır. Atmosfer havası günəş şüalarını milyonlarla xırda şüalara parçalayır, bu şüalar səpələyir və bizə vərdiş etdiyimiz qədər bərabər ölçüdə işıqlanma yaradır.

Hava örtüyünün mövcudluğu göyə mavi rəng verir, belə ki, havanın əsas elementlərinin molekulları və onda olan müxtəlif qarışıqlar havanın əsasən qısa dalğalı şüalar, yəni bənövşəyi, göy və mavi şüalar yayır (saçır). Yerdən uzaqlaşdıqca havanın sıxlığı və çirklənməsi azaldığından göyün rəngi tündləşir, hava örtüyü sıx göy rəng, strotosferdə isə qara bənövşəyi rəng alır.

Atmosfer səsin yayıldığı mühitdir. Yer üzərində hava olmasaydı orada səssizlik hökm sürərdi, insan danışığı olmazdı (eşidilməzdi).





Yüklə 154,19 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin