Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇ 154 idarə edən, nəzarətçi hesab etdiklərinə görə bu vəziyyəti da-
ima öz əllərində saxlamaq üçün zorakılığa əl atırlar. Onla-
rın fikrincə, zorakılıq ciddi nəzarət etmə, münaqişələri həll
etmə və qəzəbi ifadə etmə metodudur. Bəzi patriarxal xa-
rakterli kişilər maskulinliyin sübutu kimi zorakı vasitələr-
dən istifadə edirlər.
Rəhbər işçi tabeliyində olan qadını seksual məqsədlə ələ
ala bilməyəndə, ilk növbədə onu işdə sıxışdırmaqla və çox
işləməyə məcbur etməklə qəzəbini soyudur. Ailədə ər öz ar-
vadı ilə dava edib onu döyəndə evdə oturmaqla cəzalandırır,
dostlarını görməkdən, evdən xaric həyatdan təcrid edir.
Kişi qadına qarşı zorakılıq törədəndə bu, onun “gücü-
nün” ifadəsi kimi qiymətləndirilir. Fakt odur ki, ayrı-ayrı
fərd halında kişi öz sarsıntı və ya qəzəbini zorakılıqla bü-
ruzə verərkən qadınlar da çox vaxt bunu onların üstünlüyü
kimi qəbul edirlər.
Həyatda saysız-hesabsız zorakılıq aktları elə qorxu və
gücsüzlük mühiti yaradır ki, bu, qadının azadlıq aksiyasını
məhdudlaşdırır və onların fəaliyyət dairəsinə nəzarət edir.
Kişi zorakılığı hələ də qadınları ənənəvi rolları xaricində
addım atmağa qoymur və onların canında, bu, qorxu-xof
olaraq qalır. Zorakılıq və zorakılıq xofu qadınlara öz “yer-
lərini göstərir”.
Tədqiqatçılar qeyd edirlər ki, “əldə olunan məlumat-
lar məişət zorakılığının üstünlük təşkil etdiyini göstərir.
Bu da öz növbəsində ailədaxili münasibətlərdə gərginliyin
göstəricisidir. Qorxu hissi, qadınların həyat perspektivləri-
nin məhdudlaşması bir tərəfdən, onların bərabərlik və inki-
şaf cəhdlərinin qarşısını alır, digər tərəfdən isə, davranışın
neqativ sosial streotiplərini formalaşdıraraq uşaqların tər-
biyəsi üçün normal şərait yaradılmasına mane olur” (96: 7).