Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə127/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   123   124   125   126   127   128   129   130   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
155
Qadınların patriarxal cəmiyyətlərdə ən çox ziyan çək-
diyi yanaşma seksizmdir, çünki qadınlar ən çox mənsub ol-
duğu genderə görə ayrı-seçkiliyə məruz qalırlar. Seksizm 
də elə zorakılığın bir növüdür. Seksizm müxtəlif səpgilərdə 
baş verir və bu ən çox ailə məişət zəminində qeydə alınmış-
dır. Qızlar anadan olduğu gündən (bəzən də cinsləri bəlli 
olduğu andan, ana bətnində) seksizmdən əziyyət çəkirlər. 
Bəzi insanlar düşünürlər ki, kişilər seksizmdən xeyir tapır-
lar, kişi üstünlüyü nəsə qazanır. Dərindən baxanda seksizm 
qadınlara nisbətən kişilərə daha çox ziyan vurur, çünki 
seksizm və qadın-qız əleyhinə zorakılıq kişilərin ziyanına 
işləyir. Adətən qadınlar onlara qarşı törədilən zorakılıq pro-
sesində özlərini təqsirkar hesab edirlər. Onlara belə tərbiyə 
verilib ki, qadınların əsas işi kişiləri xoşbəxt etmək üçün 
əllərindən gələni etməkdir. Xüsusən, Şərq mühitində qına-
nılan həmişə kişilər yox, qadınlar olur. 
Zorakılığa məruz qalanı qınamaq zorakılıq törədən ki-
şiləri qınaqdan kənarda qoyur. Dostlar və ailə üzvləri zora-
kılığa məruz qalanları qınayırlar ki, özlərini təhlükəsiz hiss 
etsinlər. Zorakılığı törədən (çox vaxt kişi) zorakılıq qurba-
nından (çox vaxt qız-qadın) daha az qınanır. Zorakılığı törə-
dən kişiyə bəraət qazandırmaqdan ötrü həm qadın, həm də 
kişilər saysız-hesabsız arqumentlər tapırlar.
Marianne Vinters zorakılığın bir forması kimi seksual 
təngəgətirməni göstərir. Onun fikrincə, seksual təngəgətir-
mə hər hansı bir qadının öz təcrübəsindən keçirdiyi xoşa-
gəlməyən seksual diqqətdir. Buraya pis baxış, çimdikləmək, 
yersiz fiziki təmas (tumarlamaq), seksual təbiətli təkliflər və 
görüşə təhrik və s. daxildir. Qadından çox imkanlı və güclü 
olan kişi, hər hansı bir şəraitdə bunu törədə bilər: üst qatda-



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin