Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇ 159 döyülürlər. Onlar daima qorxu altında yaşayır və mənəvi
cəhətdən valideynlər arasında parçalanırlar. Onlar bu zora-
kılığın təsiri altında fiziki və mənəvi cəhətdən qəddar böyü-
yür, stress, psixoloji travma alırlar. Ailədəki zorakılıq onlar-
da qəddarlıq formalaşdırır. Onlar konfliktləri həll etməyin
yeganə yolunu döyməkdə görürlər və uşaqlıqda gördüklə-
ri zorakılıq təcrübələrini böyüyərkən öz uşaqlarına tətbiq
edirlər.
Döyülən qadınların əksəriyyəti uşaqlıqdan verbal
təhqirin və döyülmənin şahidi olublar. Bəzi uşaqların özləri
də analarını incidən kişilər tərəfindən fiziki və ya seksual
təhqirə məruz qalırlar. Bunu görənlər, bu mühitdə böyüyən
qızlar, böyüyəndə onları alçaldan hərəkətləri asanlıqla qə-
bul edirlər.
Elə kişilərin də əksəriyyəti zorakılığı erkən yaşlarından
öyrənirlər. Onların çoxları ataları analarına fiziki və verbal
güc tətbiq etdiklərinin şahidi olanlar və böyüyəndə kişi üs-
tünlüyünü və fiziki cəzanı təbii qəbul edirlər. Necə deyərlər,
döyülənin döymək, söyülənin söymək ehtimalı artır, çünki
o bunu adi həyat norması kimi qəbul edir.
Bunları aradan qaldırmaq üçün müəyyən cəhdlər edilir.
Məktəblərdə və uşaq tərbiyə ocaqlarında zorakılıq pislənir
və konfliktin sivil şəkildə həlli yollarını onlara başa salı-
nır. Yuxarı sinif uşaqlarına zorakılığa qarşı dözümsüzlük
göstərmək təbliğ ediilr, bu barədə seminar və treyninqlər
keçirilir. Qızlar üçün xüsusi proqramlar nəzərdə tutulur.
Bütün bu cəhdlər ondan ötrü edilir ki, hamı bilsin ki, hər bir
qızın, gənc qadının zorakılıqdan azad olmaq hüququ var.
Oğlanlara qızlarla görüş vaxtı və digər intim əlaqələr zama-
nı zorakılığa yol verməmək üçün tövsiyə edilir, qızlara isə