Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
34
davranışda bir-birinə zidd olan əməllər özünü büruzə verir.
Deyilənlərə əsaslanaraq etik-gender nöqteyi-nəzərin-
dən davranışda motivlərin rolunu aşağıdakı qaydada qrup-
laşdırmaq olar:
1) Şəxsi-fərdi motivlərdə ictimai maraqların əks olun-
ması şəxsiyyətin mənəvi-əxlaqi dünyasının zənginləşmə-
sində mühüm rola malikdir. Yalnız azad demokratik cəmiy-
yətdə bütün sosial qrupların, o cümlədən qadınların mənəvi
motivasiyasının, bütün ştrix və elementləri özünə yer tapır.
Biz həmin qrupa tələbatları, maraqları, oriyentasiyaları,
hərəkətləri, nəticələri, qiymətləri və s. aid edə bilərik.
2) Fərdin və sosial qrupun formalaşması prosesində
ideal davranışlardan real davranışlara, motivlərdən fəaliy-
yət və yeni motivlərə keçid özünün bir sıra keyfiyyətləri ilə
diqqəti cəlb edir. Müşahidələr göstərir ki, mötivlərin idra-
ki-analitik funksiyası davranışların (və hərəkətlərin) forma-
laşması prosesində əxlaqın imperativ funksiyasına istinad
edir, onun kommunikativ, proqnostik, requlyativ cəhətlə-
rinə müraciət edir.
3) Davranışlarda motivlər həm də əxlaqi şüurun ele-
menti kimi çıxış edərək, insanların mənəvi-psixoloji müna-
sibətində əsaslı rol oynamaqla mənəvi yadlaşmanın aradan
götürülməsinə təkan verir.
Etik-gender münasibətlərdən danışarkən ünsiyyət prob-
lemini xüsusilə qeyd etmək lazımdır. Zahirən sadə görünən
bu problem özündə olduqca mürəkkəb komponentləri bir-
ləşdirir. Ünsiyyət – ictimai həyatın təzahür forması kimi
kompleks tədqiqat tələb edir. Əlbəttə ilk ünsiyyət meydanı
kimi adətən ailə götürülür. Bu bir faktdır ki, qadınlar öz-
lərinin ilkin “dərslərini” məhz dünyaya göz açdıqları ailə
çağında alırlar.
Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
35
Ümumiyyətlə, hər bir şəxsiyyətin formalaşması bilava-
sitə onun ilkin tərbiyəsi ilə bağlıdır. Müşahidələr göstərir
ki, yüksək ailə tərbiyəsi olan şəxs böyüyən zaman öz dav-
ranışı və fəaliyyəti ilə seçilir. Yeniyetmələrin gələcək hə-
yat yolunun müəyyənləşdirilməsində ailə tərbiyəsinin rolu
mühümdür. Valideyn qayğısı, diqqət və eləcə də tələbkarlıq
burada əsas amillər hesab olunur. Həmin amilləri vaxtilə
Hegel “mənəviyyatın ana südü” adlandırırdı. Lakin hər şey-
dən əvvəl övlad tərbiyə edən valideynin özü yüksək əxlaqa
və tərbiyəyə malik olmalıdır. A.S.Makarenko valideynlərə
xitabən yazırdı: “Siz öz uşağınızı tərbiyə etməzdən əvvəl,
özünüzün davranışınızı yoxlayın” (203: 327). Böyük rus
yazıçısı L.N.Tolstoyun fikirləri də deyilənlərlə səsləşir:
“Hər bir insana hörmət bəslə, amma uşağa yüz dəfə artıq
hörmət et və çalış ki, onun ürəyinin bakirəliyinə xələl gəl-
məsin” (252: 460).
Ailə üzvlərinin bir-biriləri ilə münasibətində iqtisadi
amillər də təsirsiz ötüşmür. Azərbaycanda adambaşına is-
tehlak olunan aylıq ərzaq malları üçün 102263 manat, təhsil
üçün 2098 manat, sağlamlıq üçün 7283 manat, istirahət və
mədəniyyət üçün 6617 manat, rabitə vasitələri üçün 2509
manat xərclənir (24: 123-135). İqtisadi vəziyyətin aşağı sə-
viyyədə olması bir çox hallarda ailələrdə narazılığın yaran-
masına, dava-dalaşa, stressə, hətta boşanmalara səbəb olur.
Ən acınacaqlı hallardan biri də budur ki, münaqişə zəmi-
nində dağılan ailələrin kişi cinsinə mənsub olan nümayən-
dələri çox vaxt xarici ölkələrə üz tutur, bir qisim qadınlar
isə çətinliklərə tab gətirməyərək yüngül həyat tərzini seçir,
pozğunluq, fahişəlik edirlər. Ailələrin dağılmasının nəti-
cələri ağır olur. Bu zaman qadınlar və uşaqlar daha müdhiş
səfalətlərlə üzləşirlər.
|