Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
31
Cəmiyyətin dinamik inkişafı sosiomədəni tərəqqinin
şa xələnməsinə gətirib çıxarmışdır. Mədəniyyətdə sosial,
konfessional, professional və s. xüsusiyyətlərin qabarıq şə-
kildə nəzərə çarpması davranışlarda da özünü büruzə ver-
məkdədir.
Ötən əsrin 80-cı illərindən başlayaraq, aşkarlıq və
plüralizm meyillərinin artması cəmiyyətin həyatına güclü
təsir göstərməyə başladı. Uzun illər boyu “örtülü” gedən
proseslərinin mahiyyəti tədricən üzə çıxmağa başladı. La-
kin sonrakı illərdə Azərbaycanla Ermənistan arasında baş
verən hərbi konflikt, qaçqınlar ordusunun yaranması, tor-
paqların işğalı nəticəsində meydana gələn hər cür gərgin-
lik gender münasibətlərinin yeni istiqamətlərini müəyyən
etdi. Yeni demoqrafiya və miqrasiya prosesləri cəmiyyətdə
mövcud olan ənənəvi kişi-qadın streotiplərini təməlindən
sarsıtdı. Filosof Ə.Abasovun qeyd etdiyi kimi, artıq həyatın
bir çox sahələrində “kişilərə məxsus sosial mövqeləri” qa-
dınlar əldə etməyə başlamışlar. Kişilərin mühüm hissəsinin
işləmək üçün digər ölkələrə üz tutub getməsi nəticəsində
ailə qayğıları ilə üz-üzə qalan qadınlar əvvəllər əsasən “kişi
peşəsi” hesab edilən ticarət sistemində öz “mövqelərini”
möhkəmlətməyə başladılar. Bundan başqa səhiyyə, elm,
mədəniyyət, maarif (təhsil) və s. sahələrdə də qadınların
“xüsusi çəkisinin” artması müşahidə olunmaqdadır.
İctimai-sosial-mədəni mühitdə baş verən dəyişikliklə-
rin əsrlər boyu formalaşmış davranış modelinə nüfuz etdi-
yini qətiyyən inkar etmək olmaz. Belə bir təsirdən qadınlar
da kənarda qala bilməzdilər.
Cəmiyyətdə qadınların fəallığının yüksəlməsi heç də
birmənalı qarşılanmır. Bəziləri təbiətin incə məxluqlarını
Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
32
yalnız ailə çərçivəsində, beşik başında, mətbəxdə, uzaqbaşı
ev təsərrüfatının təşkilində görmək istəyirlər. Belələri üçün
yazılmamış qanunların müddəaları daha mühüm və ədalət-
lidir. Görünür elə məhz buna görədir ki, feminin təfəkkürü
çox vaxt maskulın (kişi) təfəkkür və rəftarını sevmir, qəbul
etmir, yaxına buraxmır. Bu da bir faktdır ki, bütün zaman-
larda qadın-kişi ayrıseçkiliyinin mövcudluğunu hətta qadın
hökmdarları belə aradan götürə bilməmişlər; nəzərə alınsa
ki, qadınların hakimiyyətə gətirilməsi çox vaxt kişilərinin
dəstəyi və təşəbbüsü ilə həyata keçirilmişdir, məsələnin
mahiyyəti qismən aşkar olar.
Cəmiyyətdə və ailədə qadın davranışlarına qoyulan
məhdudiyyətlərin tarixi ötən minilliklərə gedib çıxır. Qa-
dınların sosial diskriminasiyası (latınca: discriminato-fərq)
zaman-zaman dünyanın ayrı-ayrı mütəfəkkirləri tərəfindən
diqqətə çatdırılmış, çox zaman tənqid, bəzənsə təqdir edil-
mişdir. Kişilərin qadın üzərindəki hökmranlığı barədə antik
dövrün böyük filosofu Sokrat deyirdi: “Üç şeyi xoşbəxtlik
hesab edə bilərsən: yaxşı ki, vəhşi heyvan deyilsən, varvar
yox yunansan, qadın yox kişisən”. Sokratın vaxtından əsrlər
keçsə də, qadınlara qarşı diskriminasiya, qadın şəxsiyyətinə
və ləyaqətinə vurulan zərbə hələ tam aradan çıxmamışdır.
Böyük alman filosofu Hegel vaxtilə kişi ilə qadın arasında-
kı fərqin az qala bitki ilə heyvan arasındakı fərqlər qədər
kəskin olduğunu qeyd edirdi.
Yeni və ən yeni dövrün maarifçi və filosofları F.Volter,
D.Didro, C.C.Russo, K.Sen-Simon, Ş.Furye, T.Mor, T. Kam -
panella, C.Lokk, D.Yum, K. Spenser və b. öz əsərlərində
qadın hüquqlarının müdafiəsi, zərif cinsə hörmət, cəmiy-
yətdə qadınların mühüm sosial rolu barədə diqqəti çəkən
mülahizələr söyləmiş, maraqlı tövsiyələr yürütmüşlər.
|