Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
32
yalnız ailə çərçivəsində, beşik başında, mətbəxdə, uzaqbaşı
ev təsərrüfatının təşkilində görmək istəyirlər. Belələri üçün
yazılmamış qanunların müddəaları daha mühüm və ədalət-
lidir. Görünür elə məhz buna görədir ki, feminin təfəkkürü
çox vaxt maskulın (kişi) təfəkkür və rəftarını sevmir, qəbul
etmir, yaxına buraxmır. Bu da bir faktdır ki, bütün zaman-
larda qadın-kişi ayrıseçkiliyinin mövcudluğunu hətta qadın
hökmdarları belə aradan götürə bilməmişlər; nəzərə alınsa
ki, qadınların hakimiyyətə gətirilməsi çox vaxt kişilərinin
dəstəyi və təşəbbüsü ilə həyata keçirilmişdir,
məsələnin
mahiyyəti qismən aşkar olar.
Cəmiyyətdə və ailədə qadın davranışlarına qoyulan
məhdudiyyətlərin tarixi ötən minilliklərə gedib çıxır. Qa-
dınların sosial diskriminasiyası (latınca: discriminato-fərq)
zaman-zaman dünyanın ayrı-ayrı mütəfəkkirləri tərəfindən
diqqətə çatdırılmış, çox zaman tənqid, bəzənsə təqdir edil-
mişdir. Kişilərin qadın üzərindəki hökmranlığı barədə antik
dövrün böyük filosofu Sokrat deyirdi: “Üç şeyi xoşbəxtlik
hesab edə bilərsən: yaxşı ki, vəhşi heyvan deyilsən, varvar
yox yunansan, qadın yox kişisən”. Sokratın vaxtından əsrlər
keçsə də, qadınlara qarşı diskriminasiya, qadın şəxsiyyətinə
və ləyaqətinə vurulan zərbə hələ tam aradan çıxmamışdır.
Böyük alman filosofu Hegel vaxtilə kişi ilə qadın arasında-
kı fərqin az qala bitki ilə heyvan arasındakı fərqlər qədər
kəskin olduğunu qeyd edirdi.
Yeni və ən yeni dövrün maarifçi və filosofları F.Volter,
D.Didro, C.C.Russo, K.Sen-Simon, Ş.Furye, T.Mor, T. Kam -
panella, C.Lokk, D.Yum, K. Spenser və b. öz əsərlərində
qadın hüquqlarının
müdafiəsi, zərif cinsə hörmət, cəmiy-
yətdə qadınların mühüm sosial
rolu barədə diqqəti çəkən
mülahizələr söyləmiş, maraqlı tövsiyələr yürütmüşlər.