Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə23/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   19   20   21   22   23   24   25   26   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
27
ğı (femininliyi) və digər qütbdə kişiliyi (maskulinliyi) təyin 
edir. Mütəşəkkil qadın hərəkatının, yəni köhnə feminizmin 
və yeninin (neofeminizmin) əsasında daim bir emansipasi-
ya - qadının tabeçilikdən, istismardan azad olmaq arzusu 
dayanmışdır. Bir çox qadın təşkilatları, xüsusən, feminist 
hərəkatın əksər nümayəndələri, dünya sərvətlərinin qey-
ri-bərabər, həm də çox hallarda kişilərin xeyrinə bölündü-
yünü israr edirlər. Həqiqətən, BMT-nin yaydığı məlumata 
görə, qadınlar dünya əmtəə məhsullarının üçdə iki hissəsini 
yaratdıqları halda, ümumdünya gəlirinin cəmi 10 faizini 
alır və dünya mülkiyyətinin yalnız bir faizinə sahibdirlər 
(39: 134). Həmin problemlərin öyrənilməsi və heç olmazsa 
interpretasiyası müasir genderşünaslığın əsas tədqiqat hə-
dəflərindəndir. 
Gender əsasən şəxsiyyətlərarası münasibətləri, davranış 
normalarını səciyyələndirsə də, onun əhatə dairəsi geniş-
dir. Belə ki, o, cəmiyyətin əsas institutlarında təşkilat iyer-
arxiyalarında sosial münasibətləri təyin edən bir hadisədir. 
İngilis alimi C.Lorber özünün bir çox tədqiqatlarında gen-
der nöqteyi-nəzərindən cəmiyyətdə qadının sosial-mədəni 
statusunu müəyyənləşdirməyə çalışaraq göstərir ki, sosial 
institutlarda kök salmış mövqe cins mənsubluğu ilə (tibb 
bacıları, həkimlər, müəllim və inspektorlar, rahibələr və din 
xadimləri) o qədər bağlıdır ki, cinsi sərhəd pozulanda üstün 
cinsi dixotomiya saxlanılır (əgər söhbət qadın prezident-
dən, polis işçisindən, yanğınsöndürəndən, ali məhkəmənin 
üzvündən və yaxud kişi katibdən, feldşerdən, uşaq bağça-
sının tərbiyəçisindən gedirsə xüsusi izah lazım gəlir). İş və 
ailədə, bir çox cəmiyyətlərin əsas institutlarında – praktiki 
olaraq gender fərqi çox dərin kök salmışdır. Az qala bütün 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin