Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə19/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   15   16   17   18   19   20   21   22   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
22
dan fərqlər mövcuddur. Cins bioloji prinsiplərə əsaslandığı 
üçün insanlar müvafiq olaraq “kişi” və “qadın” kateqoriya-
larına bölünmüşlər. Gender isə daha çox sosial və psixoloji 
atributlara bölünür. 
Antropoloqlar (məsələn, Marqaret Mid), həmçinin bir 
çox psixoloq və sosioloqlar qeyd edirlər ki, gender bioloji 
olaraq yox, sosial olaraq və mədəniyyət vasitəsilə müəyyən 
edilir, özü də mədəniyyət və tarixə görə nisbidir. Tarixi dəyiş-
mələr obyekti olaraq onun əhəmiyyəti, şərhi və ifadəsi həm 
mədəniyyətin daxilində, həm də mədəniyyət arasında dəyişir. 
Sosial amillər – sinif, yaş, irq və etnos da genderin xüsusi 
əhəmiyyətini, ifadə və təcrübəsini yaradır və o fakt xüsusi 
qeyd olunur ki, hansısa bir bəsitləşdirilmiş üsulla onu cins və 
ya seksuallıqla bərabərləşdirmək olmaz (167: 109-110).
Onu da demək lazımdır ki, XX əsrin sonunda fəlsəfi və 
ümumhumanitar fikir, cinslərarası əlaqəyə və qadın məsələ-
si deyilən problemə yeni baxış tətbiq etdi. Artıq cinsin sosi-
allaşması mexanizmləri hakimiyyət diskursu mexanizmləri 
olaraq tam aydınlığı ilə üzə çıxarılmaqdadır. Sosiumun ən 
aktual problemləri – hakimiyyət, zorakılıq, özünü anlama 
və şəxsiyyət azadlığı postsənayeləşmiş cəmiyyətdə fərdin 
cinsi eyniləşmə və müvafiq sosial rollar problemi kimi qar-
şıya qoyulur. İnsan mahiyyəti problemi, insan mövcudluğu-
nun məna və gərəkliliyi, məkan və zaman kimi əsas fəlsəfi 
məsələlər gender ölçüsünə çevrilməkdə, həmin müddəanın 
dərki isə bütün dünyada geniş yayılan gender tədqiqatların-
da öz əksini tapmaqdadır ( 239: 180-183).
Bu günkü elmi ədəbiyyatda gender tədqiqatları öz miq-
yasına və mahiyyətinə görə xeyli irəli çıxsa da, feminizmin 
öz aktuallığını itirdiyindən söz açmaq hələ tezdir.



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin