Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇ 36 Sosial və mənəvi davranışların mahiyyətindən, habelə
onların formalaşması yollarından danışarkən bu sahədə
mühüm rol oynayan ictimai varlıq, əmək bölgüsü, ictimai
şüur kimi amillərin təhlili ilə kifayətlənmək olmaz. Axı
davranışların formalaşmasında mikromühitin rolu da əhə-
miyyətlidir. Açıq demək lazımdır ki, bəzən mühitlə mikro-
mühit arasında disbalans yaranır. Belə ki, bir çox ailələrdə
sosial mühitin əlaqə münasibətlərinin təsiri nisbətən zəif,
fərdi mühitin deyil, mikromühitin təsiri daha güclü təzahür
edir. Məlumdur ki, insan heç bir dünyagörüşə, vərdiş və
davranışlara malik olmadan dünyaya gəlir.
M.Cəlilov və M.Məmmədovun qeyd etdiyi kimi, bü-
tün mənəvi keyfiyyətləri və əməli vərdişləri insan həyatda,
sosial mühitdə tərbiyə və təcrübə yolu ilə əldə edir. Uşa-
ğın dünyagörüşü onun böyüdüyü “mikromühit”in, xüsusilə
ailənin, daha sonralar isə məktəb və tərbiyənin təsiri ilə
lap körpə vaxtlarından formalaşmağa başlayır. Onun şüuru
maddi gerçəklikdən asılı olaraq, bu gerçəkliyin inikası kimi
formalaşır. Uşaq şüurunun onun davranış və vərdişlərinin
formalaşmasında “mikromühit”in müəyyən qismini təşkil
edən dini “sosial” mühitin də əsaslı təsiri olur (44: 9).
Deyilənlərə rəğmən vurğulamaq lazımdır ki, Azərbay-
can mühitində qadınların davranışının formalaşması əsasən
mikromühitlə bağlı olur. Belə ki, qızlar göz açdıqları ata oca-
ğında tərbiyə alır, evdarlıq işlərini öyrənir, ailənin dərd-sə-
rinə bələd olur. Sonrakı illərdə onun makromühitlə əlaqəsi
möhkəmlənməyə başlayır. Bəzi hallarda, ailədə-mikromü-
hitdə qadının mövqeyinin möhkəm olması, onun bütün
təşəbbüsləri ələ alması ilə sonuclanır. Qərb-Şərq əxlaqının
təbiətindən söhbət açan tədqiqatçı R.Mirzəzadənin qeyd et-