Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə33/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   29   30   31   32   33   34   35   36   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
39
ehtiyac var. Konstitusiyamızda qəbul edilən demokratiya və 
bazar iqtisadiyyatı prinsipləri xalqın milli və konfessional 
dəyərləri, onun psixologiyası və tarixi inkişafı ilə çox zəif 
əlaqədədir. Gələcəkdə bu kimi dəyərlər birgə necə mövcud 
olacaq? Keçid dövründə qadın və kişinin rolları necədir? 
Bu suallardan çıxış edərək göstərmək olar ki, Respublikada 
dövlət səviyyəsində qəbul edilmiş və düşünülmüş proqrama 
əsaslanan müəyyən gender siyasətinə ehtiyac vardır (2: 15).
Qadınların fəallığının və fəaliyyətinin son illərdə art-
masına diqqət yetirən tədqiqatçılar bunun səbəblərini də 
araşdırmağa cəhd göstərirlər. Artıq qeyd etdiyimiz kimi, ən 
başlıca səbəb olaraq son illərdə demokratikləşmə prosesi-
nin dərinləşməsini vurğulamaq məntiqli hesab olunur. La-
kin bir çox gender tədqiqatçıları genderlərarası sosiomədəni 
genderlerarası keyfiyyət və təşəbbüskarlığın fərqli mövcud-
luğunda digər amillərin rolunu da göstərirlər məsələn, biz-
nes mədəniyyətinin görkəmli tədqiqatçısı F.Kofsted İsveç 
dövlətində yaşayıb fəaliyyət göstərən qadınların timsalında 
apardığı tədqiqatdan belə bir qənaətə gəlmişdir ki, həmin 
ərazidə yaşayan qadınların hədsiz fəallığı hər yerdə özü-
nü göstərir. Isveç dövləti əslində qadın xarakterlidir, çünki 
bütün kişi xarakterli mədəniyyətlərdə uğur qazanmaq, pul, 
mükafat, məqsədyönlülük, əşya və mülkiyyətə sahib olmaq 
hissləri prioritetdirsə, qadın xarakterli mədəniyyətlərdə 
şəxslərarası münasibət, həyat keyfiyyəti, ətrafa xeyirxah 
münasibət, qayğıkeşlik və mərhəmətlilik hissləri daha çox 
üstünlük təşkil edir. Bir sözlə, qadın xarakterli mədəniyyət 
cəmiyyətin üzvlərinin qayğısına qalan sosial sistemdir. Bu-
nunla belə, dünyada ən yaxşı sayılan sosial təminat siste-
minin qorunub saxlanılması isveçlilər üçün asan və ucuz 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin